Month: April 2025

  • Жительница Ханкенди: Кочарян смазывал станки на шелковом комбинате, а к 1988 году стал…

    Экс-президент Армении Роберт Кочарян занимался смазкой станков на Карабахском шелковом комбинате в Ханкенди, а к 1988 году стал одним из лидеров антиазербайджанского движения.

    Об этом на сегодняшнем заседании суда по делу представителей бывшего сепаратистского режима заявила пострадавшая Назейке Атакишиева.

    Атакишиева рассказала, что родилась в 1954 году в городе Ханкенди и жила там до оккупации. По ее словам, отношение армян к азербайджанцам в Ханкенди всегда было не очень хорошим, а с февраля 1988 года стало еще хуже.

    “С февраля 1988 года, когда мы выходили с работы, нас ждали бородачи. Они были не из Ханкенди”, – отметила она.

    Пострадавшая рассказала, что армяне забрасывали ее камнями и оскорбляли прям перед домом.

    “Они стучали в наши двери, оскорбляли нас, говорили – уходите отсюда, здесь будем жить мы”, – сказала Атакишиева.

  • Xankəndidən olan zərərçəkmiş: “Koçaryan kombinatda dəzgah yağlayırdı, sonra komsomol katibi oldu”

    Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş Nazeykə Atakişiyeva ifadə verib və sualları cavablandırıb.

    1954-cü ildə Xankəndi şəhərində anadan olmuş və orada yaşamış N.Atakişiyeva ermənilərin Xankəndidə yaşayan azərbaycanlılara münasibətinin yaxşı olmadığını, 1988-ci ilin fevralından isə bu münasibətin çox pis şəkildə dəyişdiyini bildirib.

    N.Atakişiyeva Xankəndidə yerləşən Qarabağ İpək Kombinatında toxucu işlədiyini, Robert Koçaryanın həmin kombinatda dəzgahların yağlanması işinə baxdığını, sonradan komsomol katibi keçdiyini, azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan biri olduğunu bildirib.

    “1988-ci ilin fevralından başlayaraq iş yerindən çıxanda bizi saqqallılar gözləyirdi. Onlar Xankəndidən deyildilər”, – deyə o qeyd edib.

    O, yaşadığı evin qarşısında ermənilər tərəfindən daşlandığını, təhqir olunduğunu deyib və əlavə edib: “Evimizin qapısını döyürdülər, söyürdülər ki, buradan gedin, burada biz yaşayacağıq”.

    Zərərçəkmiş şəxs 1988-ci ilin fevralında evinin talan edilərək dağıdıldığını, həmin vaxt Ağdama getdiklərini deyib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Azərbaycanlı kikboksçu dünya kubokunun qalibi oldu

    Kikboksinq üzrə azərbaycanlı dünya çempionu Amin Quliyev növbəti titulunu qazanıb.

    Təmsilçimiz Tailandda Dünya kubokunun qalibi olub.

    Quliyev Banqkokda keçirilən yarışda “K-1” qaydaları ilə 67 kq çəkidə mübarizə aparıb. O, bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb.

    Qeyd edək ki, Amin dünya və Avropa çempionu, III Ümumdünya Kombat Oyunlarının qalibidir.

  • Türkiyədə yüksəkçinli məmuru müşayiət edən avtomobillər qəzaya düşüb, ölənlər var

    Türkiyə Prezident Administrasiyasının Strategiya və Büdcə qurumunun rəhbəri İbrahim Şenelini müşayiət edən təhlükəsizlik xidmətinin əməkdaşları Anadolu yolunun Çamlıdere-Gerede hissəsində qəzaya düşüblər.

    Median.Az bu barədə “Haber Global”a istinadən xəbər verir.

    Qəzada polis əməkdaşı İbrahim Güney və prezident aparatının sürücüsü Əhməd Ülger həyatını itirib.

    İnsidentdən sonra hadisə yerinə təcili tibbi yardım xidmətinin personalı və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Öz növbəsində İbrahim Şeneli də qəza baş verən yerə qayıdıb. Hələlik hadisənin təfərrüatları məlum deyil.

  • Ceyhunun qətli ilə bağlı komandirinə – 5 il həbs tələbi

    Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün Naxçıvan Hərbi Məhkəməsində keçirilən iclasda prokuror yekun nitqi ilə çıxış edib.
    Prokuror bəyan edib ki, təqsirləndirilən polkovnik Samir Həziyev və hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.
    Bu əsasla S.Həziyev 5 il, A.Quliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilməlidir. 
    Həmçinin sərbəst mühakimə edilən A.Quliyevin məhkəmə zalında həbs olunması təklif olunub.
    Vəkillər Orxan Zeynalov və Kəramət Əliyevə müdafiə çıxışına hazırlanmaları üçün aprelin 17-dək vaxt verilib.
    Samir Həziyev və Aydın Quliyev Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham edilirlər.
    Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
    Qeyd edək ki, Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 balla ADA Universitetinə qəbul olunub. O, 2024-cü ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, iki gün sonra qətlə yetirilmiş halda tapılmışdı.

  • Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Antalyada görüşüb

    Ermənistanla Türkiyə Ani körpüsünün bərpası məsələsini müzakirə edib.

    Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.
    O bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün olacağını təxmin edir: “Ruben Rubinyanla (Ermənistanın Türkiyə ilə əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi -red.) bir az əvvəl təmasımız oldu, amma hələ növbəti görüşün dəqiq tarixini razılaşdırmamışıq”.
    Sərdar Kılıç Türkiyənin də Ermənistandan Konstitusiyasına dəyişiklik tələbinin olub-olmamasına aydınlıq gətirib: “Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Nikol Paşinyan da açıqlama verib. Bu çərçivədə lazımi dəyişiklikləri Ermənistan öz Konstitusiyasında edəcək”.
     
    \APA

  • Hərbi forma geyinməyə xüsusi günlərdə icazə veriləcək

    Ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarını hansı günlərdə daşıya biləcəklərinə dair qaydalar müəyyənləşir.

    Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Təklif edilən dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər.

    Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.

    Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

    Silahlı Qüvvələrdən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə yetirilir.

    Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Silahlı Qüvvələr hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir.

    Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir.

    Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
     
    \musavat

  • ABŞ-də 2 təyyarə toqquşdu

    İki American Eagle təyyarəsinin dünən günorta saatlarında Ronald Reagan Vaşinqton Milli Hava Limanında uçuş-enmə zolağında toqquşduğu bildirilib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) açıqlama verib.

    Hadisə nəticəsində ölən və yaralananların olmadığı qeyd olunub.

    FAA və American Airlines tərəfindən verilən açıqlamaya görə, PSA Hava Yollarına məxsus “Amerikan Qartalı” təyyarəsinin qanad ucu sürətlənmə eniş zolağında Respublika Hava Yollarına məxsus başqa bir “Amerika Qartalı” təyyarəsinə dəyib. Toqquşmadan sonra hər iki təyyarə darvazalara qayıdıb və texniki baxışa aparılıb. American Airlines Konqres üzvlərinin digər təyyarələrlə səyahətlərini davam etdirəcəklərini açıqlayıb.

    Vaşinqton Böyükşəhər Hava Limanları İdarəsi hadisənin hava limanının fəaliyyətinə təsir etmədiyini, ABŞ Federal Aviasiya Administrasiyası isə qəzanın araşdırılacağını bildirib.//azxeber.com

  • Taylor Svift Kanye Uesti məhkəməyə verdi

    Dünyaca məşhur müğənni Taylor Svift reper Kanye Uesti məhkəməyə verib.

    Buna səbəb reperin Sviftin iki məşhur müğənni ilə cinsi əlaqədə olması haqda danışması olub.

    Xatırladaq ki, Kanye Uest “X” sosial şəbəkəsində keçmiş həyat yoldaşı Kim Kardaşyan, Madonna və Svift haqqında bir sıra açıqlamalar verdiyi silsilə yazılar ilə gündəmə gəlmişdi.

    Reper yazılarında Sviftn Castin Biber və Harri Stayls ilə cinsi münasibətdə olduğunu iddia etmişdi.
    //azxeber.com

  • Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR

    Banka borcu olan şəxs təqaüdçüdür. Onun aldığı pensiya və banka olan borcunun miqdarı isə eynidir. Pensiyasını bank borcuna verən şəxsin dolanmaq üçün pulu qalmır. Son günlər redaksiyamıza bu cür müraciətlərin sayı artır. Vətəndaşlar bildirirlər ki, aldıqları pensiyanı tam olaraq bank borclarına verdikləri üçün dolanmaqda çətinlik çəkirlər. Bəs görəsən, bu halda həmin şəxslər hansı addımı atmalıdırlar? Banka olan borcdan yaşayış minimumunun çıxılması mümkündürmü?

    Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov konkret.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə görə, hər bir şəxsin gəlirinin yarısı bütün borclarına görə tutula bilər.

    “O cümlədən, təqaüdçünün də pensiyasının yarısı tutula bilər. Belə bir müddəa var ki, yaşayış minimumu şəxsi təmin etməlidir. Bununla bağlı dövlət orqanlarına da müraciət etmişdim. Yaşayış minimumu hər bir halda saxlanmalıdır. Qanun deyir ki, 50 faizədək pul tutulmalıdır. Yəni, az məbləğdə də pul tutula bilər.”

    İqtisadçı qeyd edir ki, yaşayış minumumu mütləq saxlanılmalıdır.

    “Amma təəssüf ki, dövlət orqanları vətəndaşın bu hüququnu təmin etmir. Bu, praktikada belədir. Mən bu addımı Konstitusiyaya zidd hesab edirəm. Çünki Konstitusiyaya görə, insan haqlarının müdafiəsi dövlətin ali məqsədidir. Yəni yaşayış minumumu da insanın haqqıdır. Təəssüf ki, dövlət orqanlarının və məhkəmələrin təcrübəsi fərqlidir.”