Month: April 2025

  • Qəza törədən sürücünün oğlu danışdı: “Qəza anında sudurqa tutub”

    Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

    “Bolt” şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.

    Median.Az insanoid-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı sözügedən avtomobilin sürücüsü Anar Nəcəfovun oğlu Elvir Nəcəfov danışıb:

    “Atamın durumu çox ağırdır. Qəzadan sonra o, Sabunçu xəstəxanasına yerləşdirilib. Hazırda başımız qarışıq olduğundan baş verənlərlə bağlı ətraflı məlumat verə bilməmişik. Amma bir şeyi deyim ki, atamla bağlı mətbuatda yayılan informasiyaların əksəriyyəti yalandır. “Bolt” şirkəti açıqlama yayıb ki, guya atamın idarə etdiyi avtomobilin buraxılış kartı 8 Aprel tarixində ləğv olunub. Bu, tamamilə yalandır. Eyni zamanda atamın avtomobili başqa şəxsin adından qeydiyyatdan keçirərək idarə etməsi ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir. “Bolt” şirkətini məhkəməyə verməyə hazırlaşırıq”.

    Elvir Nəcəfov atasının ayağına elektron qolbağın hansı səbəbdən taxıldığına da aydınlıq gətirib:

    “Atamın dələduzluq ittihamı ilə məsuliyyətə cəlb olunması barədə xəbərlər də yalandır. Onun banka borcu olub, qaytara bilmədiyinə görə, barəsində tədbir görülüb. Ayağına elektron qolbağın taxılması da bununla bağlıdır”.

    Qəzanın hansı səbəbdən baş verdiyinə gəlincə isə Elvir Nəcəfov bunu atasının sağlamlıq problemi ilə əlaqələndirib:

    “Atamın səhhətində ciddi problemlər var. Onun tez-tez sudurqası tuturdu, qəza anında da bu baş verib. Buna görə də idarəetməni itirib və məlum qəza baş verib”.

  • Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılıb

    Milli Məclisdə Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılıb.

    Sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

    Qərar layihəsinə əsasən, vəzifələrinin dəyişdirilərək Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev və Şəmkir Rayon Məhkəməsinin hakimi Taleh Musayev Şəki Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.

    Sonda məsələ səsə qoyularaq bir oxunuşda təsdiq edilib.
    //oxu.az

  • Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu üzə çıxdı

    Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan “Hyundai” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin Yol Polisi Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücü Ruslan Abdullayevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması aşkarlanıb.

    Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan R.Abdullayev məhkəmənin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs edilib.

    Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

  • Bakı Apellyasiya Məhkəməsinin üç hakimi vəzifəsindən azad olunub

    Milli Məclisdə Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi məsələsinə baxılıb.

    Sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

    Qərar layihəsinə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayev və Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.

    Həmçinin, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi layihədə yer alıb:

    – Elbəy Hidayət oğlu Allahverdiyev;

    – Fərid İlham oğlu Əyyubov;

    – Xəyal Əjdər oğlu Sarıyev.

    Sonda məsələ səsə qoyularaq bir oxunuşda qəbul olunub.
    //oxu.az

  • Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “baş redaktor”a hökm oxunub

    Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, Realmedia.az saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını istəmişdi.

    Qeyd edək ki, Ramin Qurbanov ötən il aprel ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.

  • Azərbaycan tələbələrinin ilk kub formasında peykinin kosmosa çıxarılması planlaşdırılır

    Bu il Azərbaycan tələbələrinin ilk kub formasında peykinin (“cubesat”) kosmosa çıxarılması planlaşdırılır.

    Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov deyib.

    İmran Muxtarov qeyd edib ki, akademiyanın cəmi 6 aydır fəaliyyət göstərməsinə baxmayaraq, artıq 8 beynəlxalq layihə icra olunur:

    “Mövcud fiziki akademiyamızın rəqəmsal forması yaradılır. Rəqəmsal Akademiyanın məqsədi türk dövlətlərindən olan tələbələri alimləri kosmik sahədə əməkdaşlığa cəlb etməkdir. Artıq Qazaxıstan, Özbəkistan, Türkiyə olmaqla türk dövlətlərindən olan 21 universitetlə əlaqə qurmuşuq”.

    O bildirib ki, əsas hədəflərdən biri beynəlxalq kosmik təhsil məşvərət şurasına üzv olmaqdır:

    “Artıq 3 fazalı müzakirələr bitib və onların indi uğurlu cavabını gözləyirik. 632 elmi məqalə ilə bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək Astronavtika konqresində ölkəmiz ABŞ-dən sonra 2-ci yerə sahib olub. Türkiyə də daxil olmaqla bütün bu regionda kosmik akademiyalar mövcud deyil. Akademiyamızın məqsədi Azərbaycanın kosmik sənaye gücünü dünyaya təcrübə mübadiləsi ilə tanıtmaqdır”.
    //oxu.az

  • Ali Məhkəmədən cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı QƏRAR

    Azərbaycan Respublikasının Ali Məhkəməsi cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar qəbul edib.

    Bu barədə Ali Məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, işin hallarına görə, iddiaçı Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci və 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 10.02.2021-ci il tarixdən 08.10.2021-ci il tarixədək cəza müddətini çəkərək Qaradağ Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 ay 29 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub. Bununla əlaqədar iddiaçı 15.10.2021-ci il tarixdə ərizə ilə birdəfəlik müavinətin təyini ilə bağlı müraciət edib və cavabdeh tərəfindən ona 1000 manat məbləğində birdəfəlik müavinət təyin olunub. Daha sonra iddiaçı yenidən Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 26.03.2022-ci il tarixdən 04.08.2023-cü il tarixədək cəza müddətini çəkib Qaradağ Rayon Məhkəməsinin 04.08.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 22 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub. Azadlığa çıxdıqdan sonra iddiaçı yenidən birdəfəlik müavinətin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, ona müavinətin artıq bir dəfə verildiyi əsas gətirilərək, imtina edilib.

    Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci dəfə azadlıqdan məhrum edilməsi ilə əlaqədar müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilib, iddiaçıya penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulub.

    Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etsə də, şikayət təmin edilməyib. Bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin İnzibati kollegiyası cavabdehin şikayətini əsaslı hesab edərək iddianın rədd edilməsinə dair qərar çıxarıb.

    Ali Məhkəmə özünün mövqeyini aşağıdakılarla əsaslandırıb.

    Aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən ona istinad edib ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə heç bir hüquqi norma yoxdur. Qeyd edilən məsələ ilə əlaqədar qanunvericilikdə aşkar norma olmasa belə, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaşların məsuliyyəti və vəzifələri ilə bağlı konstitusion normaları nəzərə alaraq, eləcə də adıçəkilən Qanunun sistematik təfsiri əsasında onun əsas məqsəd və prinsiplərini rəhbər tutaraq aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə aşkar normanın olmaması, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların vəzifələrinə dair tələblərin yerinə yetirilməməsi vəziyyətləri mövcud olduqda belə, birdəfəlik müavinət almaq hüququnun təmin olunması ilə nəticələnməməlidir. Çünki vətəndaşların vəzifələri onların hüquq və azadlıqları ilə bilavasitə bağlıdır, ona görə də haqlı olaraq onlardan Konstitusiya və qanunlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi gözlənilir, eləcə də həmin vəzifələrin yerinə yetirilməməsi müvafiq məsuliyyət doğurur.

    İşin hallarından müəyyən olunur ki, iş üzrə iddiaçıya 26.10.2021-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənilmiş, sosial adaptasiyada olduğu 1 il müddətində onun tərəfindən qəsdən cinayət törədilərək yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd olunan hal onu deməyə əsas verir ki, iş üzrə əvvəlki sosial adaptasiya tədbirinin həyata keçirilməsi ilə Qanunun güddüyü məqsədin reallaşması (sosial mühitə uyğunlaşmaq, şəxsə təsir göstərə bilən kriminogen amillərdən uzaqlaşmaq və yeni cinayətlərin törədilməməsi) faktı baş verməyib. Sosial adaptasiya tədbirlərinin güddüyü məqsədə nail olunmaması hazırkı halda birbaşa iddiaçının təqsirli hərəkətləri ilə bağlı olub. Belə ki, 1 illik sosial adaptasiya müddəti ərzində törədilmiş cinayət ehtiyatsızlıqdan deyil, qəsdən törədilmiş cinayət olub.

    Cəza çəkməkdən azad edilmiş şəxs qeyd olunan Qanunun verdiyi hüquqlardan yararlanarkən, həm də Qanunun 9.3-cü maddəsində təsbit edilmiş üzərinə düşən vəzifə və öhdəliklərə də əməl etməlidir. Qanunun 9.3-cü maddəsi sosial adaptasiya müddətində cəza çəkməkdən azad edilmiş şəxsə öz vəzifələrinə əməl edilməsi və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına riayət edilməsi tələblərini nəzərdə tutur. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim olan həmin gözlənti minimal davranış qaydalarını da ehtiva edir. Ən azından sosial adaptasiya müddəti ərzində qəsdən yeni cinayətin törədilməməsi belə minimal davranışla əhatə olunur.

    Bu mənada, iddiaçı Qanunun verdiyi bu birdəfəlik müavinət hüququndan yararlandıqdan sonra sosial adaptasiyada olduğu 1 il müddətində yenidən qəsdən cinayət törətdiyi üçün üzərinə düşən vəzifə və öhdəliklərə əməl etməyib, Konstitusiyanın və Qanunun tələblərini pozub. Beləliklə, cavabdeh inzibati orqanın imtinası qanunauyğun olub, kifayət qədər əsaslandırılmış və iddiaçının hüquqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmayıb.

    Kollegiya onu da qeyd etməyi zəruri hesab edib ki, iş üzrə gəlinmiş nəticə mübahisə predmeti ilə əlaqəli şəkildə işin xüsusi halları nəzərə alınmaqla hazırkı halda iddiaçıya münasibətdə sosial adaptasiya tədbirlərindən biri kimi məhz birdəfəlik müavinətin ödənilməsindən imtinanın yolverilənliyinə qiymət verilməsi ilə bağlıdır. Bu mənada, sosial adaptasiya dövrü ərzində yenidən cinayətin törədilməsi faktının mövcudluğu, ümumiyyətlə bu kateqoriyaya aid şəxslərə münasibətdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda nəzərdə tutulmuş digər bütün sosial adaptasiya tədbirlərinin tətbiq edilməsindən imtina üçün də əsas yaradan hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsini mümkünsüz edər, Qanunun əsas məqsədi ilə ziddiyyət yaratmış olardı.

    Bununla yanaşı, gələcək oxşar işlərdə məhkəmələr hər dəfə konkret hansı sosial adaptasiya tədbirinin tətbiqi ilə bağlı mübahisə yarandığını, eləcə də hər bir işin xüsusi hallarını və yuxarıda qeyd olunmuş hüquqi mövqeləri nəzərə almaqla konkret sosial adaptasiya tədbirinin tətbiqindən imtina üçün əsasın mövcud olub-olmadığına qiymət verməlidirlər.

  • Айсель Солтанова освобождена от занимаемой должности

    Советник председателя ЗАО “Азербайджанские железные дороги” (АЖД) Айсель Солтанова освобождена от должности.

    Как сообщает рravda.az, А.Солтанова продолжит свою деятельность в юридическом лице публичного права “Азербайджанский транспортный и коммуникационный холдинг”.

    Она работала в таких компаниях, как Azerkosmos, Baktelecom və Aztelekom. В январе 2023 года она была назначена на должность советника председателя АЖД.

    Напомним, что летом 2024 года распространилась информация о том, что по поручению председателя ЗАО Ровшана Рустамова трем сотрудницам, в том числе советнику Айсель Солтановой, были выданы автомобили Toyota Corolla. Однако АЖД опровергло эту информацию.

  • Aysel Soltanova vəzifəsindən azad edildi

    “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, A.Soltanova fəaliyyətini bundan sonra “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsdə davam etdirəcək.

    O, “Azerkosmos”, “Baktelecom” və “Aztelekom” kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.

    Xatırladaq ki, 2024-cü ilin yayında QSC sədri Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən müşavir Aysel Soltanovaya “Toyota Corolla” markalı avtomobil verilməsi ilə bağlı məlumat yayılmışdı. ADY isə bu məlumat təkzib etmişdi.

  • В Милли Меджлисе прозвучало предложение о возвращении Джахангира Новрузова в страну

    В Милли Меджлисе было предложено вернуть в страну заслуженного деятеля искусств Джахангира Новрузова.

    С этим предложением на сегодняшнем пленарном заседании парламента выступил депутат Сайяд Аран.

    Причиной этого он назвал нынешние конфликты в театральной сфере Азербайджана.

    “Посмотрите, в каком состоянии находится сообщество деятелей искусства? Поэтому необходимо пригласить Джахангира Новрузова в страну. Я очень хотел бы, чтобы соответствующие структуры поговорили с ним и пригласили в страну”, – сказал он.