Month: April 2025

  • Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub

    Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Salyan Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olundu

    Emin Abbasov Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni baş həkimi təyin olunub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, o, bu postda Yeganə Əliyevanı əvəz edib.

    E.Abbasov bu təyinatadək Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri işləyib.

  • Salyan Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olundu

    Emin Abbasov Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni baş həkimi təyin olunub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, o, bu postda Yeganə Əliyevanı əvəz edib.

    E.Abbasov bu təyinatadək Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri işləyib.

  • Qızılın qiyməti rekord həddə çatdı

    Asiya bazarlarında qızıl qiymətləri rekord həddə yüksəlib.

    Bu barədə Investing.com məlumat verib.

    Məlumata görə, spot qızılın qiyməti 1%-dən çox artaraq bir unsiya üçün rekord həddə – 3 220.20 dollara çatıb, iyunda başa çatan qızıl füçersləri isə 1.7% artaraq bir unsiya üçün 3 231.69 dollar olub.

    Qeyd edək ki, qızılın qiyməti ABŞ-Çin ticarət rüsumları mübadiləsi fonunda kəskin şəkildə yüksəlir. Təhlükəsiz aktivlərə tələbat ABŞ və Çin arasında şiddətli ticarət müharibəsi ilə bağlı artan narahatlıqlar səbəbindən artmağa davam edir.

  • Новый тоннель, который соединит 2 станции бакинского метро, будет строиться 11 месяцев

    После завершения первого этапа строительства депо, Бакинский метрополитен приступит к следующему важному этапу – строительству нового тоннеля, который соединит станции “Джафар Джаббарлы” и “Низами”. Существующий тоннель, функционирующий с 1976 года, будет модифицирован, а дополнительный 200-метровый новый тоннель напрямую соединит станцию “Низами” со станцией “Джафар Джаббарлы”. Благодаря этому, зеленая ветка начнет работать автономно.

    Как сообщает Median.Az со ссылкой на ЗАО “Бакинский метрополитен”, строительство соединительного тоннеля будет осуществляться в сложных геологических условиях.

    По предварительным оценкам местных и международных инженеров, работы продлятся около 10-11 месяцев. Для безопасного, качественного и максимально быстрого завершения работ будут мобилизованы все технические ресурсы.

  • İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK

    Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə – “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək “Nizami” stansiyasını birbaşa “Cəfər Cabbarlı” stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin Bakı metropolitenində xətlərin ayrılması istiqamətində başlanılan kompleks tədbirlərlə bağlı yaydığı məlumatda bildirilib.

    Bildirilib ki, birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.

  • Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

    Tədris müəssisələrində – məktəb, kollec və universitetlərdə tətil dövründən sonra proqram üzrə keçilməmiş mövzular “qalma mövzular” kimi tanınır. Müəllimlər bu mövzuları tədris ilinin sonuna kimi çatdırmaq məqsədilə dərs yükünü artırmağa məcbur olur, bu isə şagird və tələbələr arasında narazılıq yaradır. Mövzuların qısa zaman ərzində, intensiv şəkildə keçirilməsi həm müəllimlər, həm də öyrənənlər üçün əlavə stress və çətinlik yaradır. Bu kimi situasiyaların yaranmasına səbəb nədir? Niyə tədris təqvimi ilə bayram vaxtının zamanlamasını uyğunlaşdıra bilmirik?

    Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, düzgün planlama aparılsa, bu problem yaşanmaz: “Tədris ilinin əvvəlindən nə vaxt tətil olacağı, hansı günlərdə dərs olacağı məlum olmalıdır. Yəni, tədris təqvimi ilin əvvəlindən-sentyabr ayından məlum olmalıdır. Bunu bilən müəllim də əlbəttə ki, il ərzində proqramı ona görə hazırlayacaq, hansı həftə hansı dərsi hazırlayacağını, keçəcəyini planlaşdıracaq. Məsələn, mart və ya fevral ayında biləndə ki, mart ayında 10 gün tətil olacaq, əlbəttə ki, bu hal proqramın geriləyəcəyi anlamına gəlir. Amma müəllim sentyabr ayında bilsə ki, mart ayında 10 gün tətil olacaq o zaman il ərzində tədris proqramını ona görə hazırlayar. Göründüyü kimi bu halların aradan qalxması üçün düzgün planlamanın olması vacibdir”.

    Təhsil eksperti deyir ki, dərs yükünü birdən-birə artırmaq da düzgün deyil: “Dərs yükünü mart ayından, tətildən sonraya həddindən artıq salmaq əvəzinə az-az sentyabrdan başlayaraq normal qaydada keçmək lazımdır ki, nə müəllimlər, nə də şagird və tələbələr çətinlik çəkməsin. Bunun üçün də əvvəlcədən plan qurulmalıdır. Bir nüansı da qeyd edim ki, Azərbaycan şagirdi məktəbdə çox az vaxt keçirir. Dünyadakı təhsil təqviminə baxanda, bizim şagirdlərimiz məktəbdə az olur, çox tətil edir. Amma dünyanın bir çox yerində tədris təqvimi fərqlidir, düzgün planlanılır və bizim qədər tətil etmirlər. Bütün bunları nəzərə alaraq, bizim birdən 10 günlük tətil etməyimiz məqbul sayıla bilməz”.

  • Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

    Dünyanın ən böyük noutbuk istehsalçıları olan HP, “Dell”, “Acer”, “Asus” və “Lenovo” Donald Tramp administrasiyasının təşəbbüsü ilə tətbiq edilən yeni tariflər səbəbindən ABŞ-a tədarükləri müvəqqəti olaraq dayandırıb.

    Bu barədə “TrendForce” məlumat yayıb.

    Aprelin 9-dan etibarən Tayvandan gələn mallara artıq 32% əlavə tarif tətbiq edilir ki, bu da cihazların yığıldığı ölkədən asılı olmayaraq istehsalçılar üçün logistik çətinliklərə səbəb olub. Bununla əlaqədar olaraq istehsalçılar tədarükçülərə işdə iki həftəlik fasilə barədə məlumat veriblər.

    Üstəlik, ABŞ gömrük sistemi yeni şərtlərin öhdəsindən gəlməyə hazır görünmürdü və bu, şirkətlərin gözləmə və gör yanaşmasına səbəb olub.

    Bazar ekspertləri malların mənşəyinin təfsirinə dair məsələləri müzakirə edirlər – brendin ölkəsi və ya istehsal yeri nəzərə alınacaq.

    “TrendForce”un məlumatına görə, tariflərdən əvvəl server, smartfon və noutbukların tədarükü əhəmiyyətli dərəcədə artıb, çünki şirkətlər yeni tariflər qüvvəyə minməzdən əvvəl daşımaları başa çatdırmaq qərarına gəliblər. İndi sənaye artan xərcləri qiymətləndirmək və kompensasiya etmək problemi ilə üzləşir.
    //valyuta.az

  • “OpenAI” şirkətin inkişafını ləngitdiyinə görə İlon Maskı məhkəməyə verir

    “OpenAI” milyarder İlon Maska qarşı əks iddia qaldırıb. O, şəxsi maraqları naminə şirkətin inkişafını qəsdən ləngitməkdə ittiham olunur.

    Valyuta.az xəbər verir ki, bu barədə şirkətin X sosial şəbəkəsindəki açıqlamasında deyilir.

    “İlon Maskın bizə qarşı davam edən hərəkətləri sadəcə olaraq “OpenAI”ın inkişafını ləngitmək və şəxsi mənfəəti üçün aparıcı süni innovasiyalara nəzarəti ələ keçirmək üçün nəzərdə tutulmuş vicdansız taktikadır”, deyə iddiada qeyd edilir.

    “OpenAI” həmçinin bildirib ki, Mask heç vaxt şirkətə kömək etməyə çalışmayıb. Şirkətin məlumatına görə, milyarder “OpenAI”a nəzarəti ələ keçirmək və onu kommersiya müəssisəsi kimi “Tesla” ilə birləşdirmək istəyib.

    X sosial şəbəkəsindəki “OpenAI” səhifəsində deyilir: “Onun öz e-poçtları bunu təsdiqləyir. O, öz istəyinə çatmayanda çıxıb getdi. Şübhəsiz ki, dövrümüzün ən böyük sahibkarlarından biridir. Lakin bu qəzəb sadəcə olaraq təkrarlanan tarixdir”.

    Xatırladaq ki, İlon Mask 2024-cü ildə “OpenAI”ın kommersiya modelinə keçməsini qadağan etmək üçün məhkəməyə müraciət etmişdi. Onun sözlərinə görə, şirkət “bəşəriyyətin xeyrinə süni intellekt inkişaf etdirmək missiyasına qayıtmalıdır”. Nəticədə, məhkəmə milyarderin vəsatətini rədd etsə də, mahiyyəti üzrə məhkəmə prosesinin sürətləndirilməsinə icazə verib.

    Mask daha sonra “OpenAI”ı 97,4 milyard dollara satın almaq istəyib. Lakin şirkətin direktorlar şurası bu təklifi rədd edib.

  • Azərbaycanda dövlətdən ev alanlar – Ən çox bu rayonlardadır

    Azərbaycanda ötən il 2555 ailə dövlət hesabına mənzillə təmin olunub.

    Dövlət hesabına mənzillə təmin edilən ailələrin sayına görə Qarabağ və Şərqi Zəngəzur bölgələri ön sıradadır. Burada Füzuli, Şuşa, Zəngilan və Laçın rayonları xüsusilə diqqət çəkir. Burada mənzillə təmin edilən ailələr əsasən keçmiş məcburi köçkünlərdir.

    Paytaxt Bakı şəhərində isə 352, Abşeronda isə 298 ailə evlə təmin olunub. Mingəçevir, Lənkəran və Tərtər də mənzil bölgüsündə aktiv rayonlardır.

    Keçmiş məcburi köçkünlərdən sonra ən çox mənzil alan kateqoriya Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində əlil olan şəxslər (341), şəhid ailələri (444) və ehtiyata buraxılan hərbi qulluqçulardır (89). Təkcə Suraxanıda 46 şəhid ailəsi və 70 əlil ailəsi ev alıb. Abşeron rayonunda isə 120 şəhid ailəsi və 132 əlil ailəsi evlə təmin edilib.

    Sosial həssas qrupların – əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların ailələri (5 ailə), 20 Yanvar zərərçəkənləri (2 ailə), Çernobıl qəzası ilə bağlı zərərçəkmişlər (15 ailə) – evlə təminatı olduqca aşağıdır.
    //modern.az