Month: April 2025

  • “Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

    “Apple” korporasiyası ABŞ fond bazarlarında baş verən artımlar fonunda kapitallaşmasını artıraraq yenidən dünyanın ən dəyərli şirkətinə çevrilib.

    Qaynarinfo xəbər verir ki, ticarət məlumatlarına əsasən, şirkətin səhmləri 15,3% bahalaşaraq “Apple”ın ümumi bazar dəyərinin 2,59 trilyon dollardan 2,99 trilyon dollara yüksəlməsinə səbəb olub. Ticarət sessiyası bir səhmin 198,85 dollar qiyməti ilə başa çatıb.

    Daha əvvəl reytinqin zirvəsində olan “Microsoft” ticarət gününü 2,9 trilyon dollar kapitallaşma ilə yekunlaşdıraraq, liderliyi “Apple”a verib. Qeyd edək ki, “Microsoft”un səhmləri də 10,1% artıb.

    Bir gün əvvəl “Apple”ın kapitallaşması mart ayının sonundakı 3,34 trilyon dollarlıq səviyyə ilə müqayisədə 22% azalmışdı. Aprelin əvvəlindən bəri azalma 10,5% səviyyəsində qiymətləndirilirdi.

    “Apple” və “Microsoft” şirkətlərinin kapitallaşmasındakı artım ABŞ fond bazarlarında müşahidə olunan ümumi yüksəliş – yəni ticarət rüsumlarının müvəqqəti dayandırılması nəticəsində baş verib. ABŞ prezidenti Donald Tramp, 75-dən çox ölkəyə qarşı tətbiq olunacaq güzgü rüsumlarının 90 gün müddətinə təxirə salındığını bəyan edib. Bu addım, “Nasdaq Composite” də daxil olmaqla əsas fond indekslərinin güclənməsinə səbəb olub – “Nasdaq Composite” indeksi 12,16% artım nümayiş etdirib.

  • Titanik faciəsinə dair yeni detallar üzə çıxdı

    1912-ci ildə baş verən Titanik faciəsinin son anlarına dair yeni məlumatlar gəminin tam əhatəli rəqəmsal skan edilməsi nəticəsində əldə olunub.

    Qaynarinfo xəbər verir ki, araşdırma zamanı gəminin gövdəsində A4 vərəqi ölçüsündə dəliklər aşkar edilib.

    Məlum olub ki, qəzaya səbəb olan aysberq parçaları bəzi sərnişin kabinələrinə qədər daxil olub. Mühəndislərin isə gəmi batana qədər işıqların yanılı qalması üçün son ana qədər işlədikləri müəyyən edilib.

    Titanik üzrə analitik Parks Stivenson bildirib: “Titanik – bu fəlakətin sağ qalan son şahididir və hələ də danışacaq hekayələri var”.

    O, rəqəmsal skanlamanın gəminin batması ilə bağlı yeni bilgilər təqdim etdiyini vurğulayıb.

    Araşdırmada aysberqlə toqquşmanın gəminin struktura necə zərər verdiyi ətraflı şəkildə araşdırılıb. Gövdədəki kiçik dəliklərin suyun sürətlə yayılmasına səbəb olduğu aşkarlanıb.

    Rəqəmsal skan nəticəsində müəyyən edilib ki, mühəndislər gəminin elektrik sistemini işlək vəziyyətdə saxlamaq üçün fəlakətin son anına qədər vəzifə başında olublar. Bu səylərin sərnişinlərin təxliyəsi zamanı həyati əhəmiyyət daşıdığı qeyd olunub.

    Toqquşmanın dərhal ardından bəzi kabinələrə aysberq parçalarının daxil olduğu da təsbit edilib. Bu kəşf, toqquşmanın gücünü və hadisələrin qəfil inkişaf etdiyini bir daha sübut edir.

  • В Билясуваре возникли перебои в подаче электроэнергии

    В ряде районов города Билясувара возникли перебои в электроснабжении.

    Об этом сообщили жители района.

    По их словам, перебои в подаче электроэнергии возникли из-за ливневого дождя, сопровождавшегося ветром. Уже более 3 часов Билясувар частично остается без света.

    Отметим, что в настоящее время на территории района наблюдаются стабильные погодные условия.

  • Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb

    Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

    Bu barədə rayon sakinləri məlumat verib.

    Sakinlərin bildirdiyinə görə, küləklə müşahidə olunan leysan yağışına görə elektrik enerjisinin verilməsində fasilə yarandığı bildirilir. Artıq 3 saatdan çoxdur ki, Biləsuvar şəhərinin bəzi hissələri işıqsızdır.

    Qeyd edək ki, hazırda rayon ərazisində sakit hava şəraiti müşahidə olunur.

  • Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyunu təxirə salınıb

    Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün keçirilməli olan “Abşeron” – NTD oyunu təxirə salınıb.

    Azərbaycan Basketbol Federasiyasından “Report”a verilən məlumata görə, qarşılaşma Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problemə görə təxirə düşüb.

    Matç sabah 16:00-da baş tutacaq.

    Qeyd edək ki, görüş bu gün saat 19:00-da başlamalı idi.

  • Начался новый прием документов в рамках Госпрограммы обучения за рубежом

    С 10 апреля начался прием документов на 2025-2026 учебный год для обучения в престижных университетах мира на уровнях бакалавриата, магистратуры и докторантуры в рамках “Государственной программы на 2022-2028гг по обучению молодежи в престижных зарубежных высших учебных заведениях” .

    Об этом сообщили в Министерстве науки и образования.

    Срок подачи документов истекает 15 июня 2025 года в 23:59.

    С подробностями можно ознакомиться по ссылке.

  • Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verilib

    2025-2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna aprelin 10-dan start verilir. 

    Bu barədə “Report”a Elm və Təhsil Nazirliyindən bildirilib.

    Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.

    Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 29 dekabr 2024-cü il tarixində elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı yenilənmişdir. Hər il olduğu kimi bu il də namizədlər “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində  “universitetlər üzrə top 10″da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə əldə etdikləri qəbul sənədləri əsasında Dövlət Proqramına müraciət edərək müsabiqədə iştirak edə bilərlər.

    Müvafiq elanla keçiddən tanış olmaq mümkündür.

  • Завтра временно будет приостановлено газоснабжение более 20 сел Евлахского района

    Завтра будет приостановлено газоснабжение 21 села Евлахского района.

    Об этом сообщили в Производственном объединении “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    Сообщается, что с целью устранения утечки на одной из участков газопровода 11 апреля с 10:00 до завершения работ планируется приостановка газоснабжения 5 791 абонента в 21 селах.

  • Sabah Yevlaxın 21 kəndinin qaz təchizatı dayandırılacaq

    Sabah Yevlax rayonunun 21 kəndinin qaz təchizatında fasilə yanacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Zaqatala xidmət sahəsində yerləşən ”Xaldan” qazpaylayıcı stansiyasından (QPS) qidalanan əhali daşıyıcı qaz kəmərinin Əkşəm kəndi ərazisində kanal üzərindən keçən d-219 mm-lik polad boruda yaranmış sızma aradan qaldırılacaq.

    Bu məqsədlə “Xaldan” ölçü qovşağından daxildən (kollektorun çıxışından), aprelin 11-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatınin (21 kənd olmaqla 5 791 abonent) dayandırılması planlaşdırılır.

  • BDYPİ rəsmisi: Xızıdakı yol qəzası yağıntılı hava şəraiti səbəbindən baş verib

    Xızı rayonundakı yol-nəqliyyat hadisəsi yağıntılı hava şəraiti səbəbindən baş verib.

    Bu barədə Baş DYP İdarəsinin baş inspektoru polis baş leytenantı Elvin Hacıyev açıqlamasına qeyd edib.

    “Asfalt örtüyünün yaş olması səbəbindən 77-JX-370 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Yusifov Bəxtiyar idarəetməni itirərək yolun ortasındakı maneələrə çırpılıb”, – DYP rəsmisi bildirib.

    Qeyd edək ki, yol qəzası bu gün saat 16:15 radələrində Bakı-Quba yolunun 77-ci kilometrliyində üzü rayon istiqamətində baş verib.