Month: April 2025

  • “Dedilər ki, üzr istəməyəcəklər, elə deyil, Hikmət?” – Prezident

    Xəbər verdiyimiz kimi, Aprelin 9-da ADA Universitetində Azərbaycan  Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib.

    Median.Az-ın məlumatına görə, forumda dövlət başçısı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin sosial media hesabında Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsvirinə görə Rəsmi Bakıdan necə üzr istənilməsindən danışıb.
    Prezident İlham Əliyev bildirib ki, əgər üzrxahlıq olmasaydı, onda  Ştaynmayerin ölkəmizə səfərinin tarixi dəyişə bilərdi. 

    Ətraflı videoda:

  • Mövqelərimiz atəşə tutuldu

    Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.
    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

  • Kompensasiyaların verilməsinin son müddəti açıqlandı

    Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətlər üzrə fiziki şəxslərə (sahibkarlar istisna olmaqla) kompensasiyaların verilməsinin son müddətləri barədə bildiriş yayıb.
     
    ADIF-dan  verilən məlumata görə, LPO “Atabank” ASC və “Amrahbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 8 may 2025-ci il tarixdə, LPO “NBC Bank” ASC və “AGBank” ASC-də isə bu müddət 17 may 2025-ci tarixdə bitir. 
     
    Həmin tarixdən sonra məbləğ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.
     
    Qeyd edilən müddət və tarixləri nəzərə alaraq LPO “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə bugünədək qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.

  • Ana 14 yaşlı qızını pul qarşılığında kişilərlə görüşdürür? – İDDİA

    Sosial şəbəkədə 14 yaşlı qızın anası tərəfindən pul qarşılığınıda kişilərlə görüşdürülməsinə dair görüntülər yayılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkədə bir qadının azyaşlı qızını pul qarşılığında digər şəxslərlə görüşdürməsi barədə yayılmış məlumatlarla əlaqədar polis əməkdaşları tərəfindən araşdırma aparılıb və hər iki şəxs müvafiq polis orqanına gətirilib.

    Aparılan araşdırma zamanı azyaşlı qızın izahatı alınıb, sosial şəbəkədə qeyd olunan məlumatların həqiqətə uyğun olmaması müəyyən edilib.

    Həmçinin anası da yayılan görüntülərin 3 il bundan əvvəl keçmiş həyat yoldaşı tərəfindən çəkilməsini qeyd edib.

    Hazırda azyaşlı qıza qarşı cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər edilməsi ilə bağlı istintaq araşdırması aparılır.

  • Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

    Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib.

    Oxu.az-ın məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

    Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib.

    Azyaşlılar bədənin müxtəlif yerlərinin it dişləməsi diaqnozu ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar.

    Bildirilir ki, itlər uşaqlardan birinin başını dişləyib.

  • Россия высылает двух румынских дипломатов в качестве ответной меры

    Россия высылает двух румынских дипломатов в качестве ответной меры на объявление персонами нон грата российских дипломатов в Бухаресте.

    Как передает Median.Az, об этом сообщает МИД РФ в связи с вызовом временного поверенного в делах Румынии в России.

    “9 апреля в Департамент государственного протокола МИД России была вызвана временный поверенный в делах Румынии в Российской Федерации Лилиана Бурда, которой была вручена нота министерства об объявлении persona non grata атташе по вопросам обороны при румынской дипмиссии в Москве и его заместителя”, – указали в ведомстве.

    “Данная мера является ответом на ранее принятое румынской стороной ничем не мотивированное решение объявить persona non grata военного атташе при посольстве России в Бухаресте и его помощника”, – пояснили в министерстве.

    5 марта МИД Румынии вызвал временного поверенного в делах РФ в этой стране Елену Копнину и сообщил, что власти страны объявили персоной нон грата российского военного атташе и его помощника “за деятельность, не соответствующую положениям Венской конвенции о дипломатических сношениях 1961 года”.

  • Rusiya iki rumıniyalı diplomatı ölkədən qovub

    Rusiya Rumıniyadakı rusiyalı diplomatların “arzuolunmaz şəxs” (persona non-qrata) elan edilməsinə cavab olaraq iki rumıniyalı diplomatı ölkədən çıxarıb.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.

    Xatırladaq ki, martın 5-də Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki müvəqqəti işlər vəkili Yelena Kopninanı çağırıb və məlumat verib ki, ölkə hakimiyyəti Rusiya hərbi attaşesini və onun köməkçisini “1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun gəlməyən fəaliyyətə görə” persona non-qrata elan edib.

  • Ləğv edilən 4 bankın əmanətçilərinə ayrılan VAXT BİTİR

    Ləğv prosesində olan “Amrah Bank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətləri olan fiziki şəxslərə (sahibkarlar istisna olmaqla) kompensasiya ödənilməsi müddəti başa çatmaq üzrədir.

    Median.Az bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

    Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” və “Amrah Bank”ın, 12 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” və “AGBank”-ın lisenziyaları ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” və “Amrah Bank”, 14 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” və “AGBank” müflis elan edilib, iflas proseduruna başlanılıb, həmin qərarla Fond ləğvedici təyin olunub.

    Qorunan əmanətçilərə kompensasiyaların verilməsi barədə ilk bildiriş “Atabank” və “Amrah Bank” üzrə 8 may 2020-ci il tarixdə, “NBC Bank” və “AGBank” üzrə isə 17 may 2020-ci il tarixdə KİV-də dərc edilib.

    “Əmanətlərin sığortalanması haqqında” qanunu 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

    Həmin Qanunun 28.4-cü maddəsində əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

    “Atabank” və “Amrah Bank”ın qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 8 may 2025-ci il tarixdə, “NBC Bank” və “AGBank”da isə bu müddət 17 may 2025-ci tarixdə bitir. Həmin tarixdən sonra əmanətçilərdən müvafiq müraciətlər olmadığı təqdirdə məbləğ “Banklar haqqında” qanunun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.

    Qeyd edilən müddət və tarixləri nəzərə alaraq “Amrah Bank”, “AGBank”, “Atabank” və “NBC Bank”da bugünə qədər qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.

  • Глава МИД РФ обсудил с представителем Президента Азербайджана развитие двусторонних отношений

    Министр иностранных дел России Сергей Лавров и представитель Президента Азербайджана по особым поручениям Халаф Халафов обсудили на встрече в Москве перспективы развития двусторонних отношений и повестку Совещания по взаимодействию и мерам доверия в Азии (СВМДА).

    Об этом говорится в сообщении МИД России.

    “Состоялся обмен мнениями о перспективах развития российско-азербайджанских отношений в русле стратегического партнерства и союзничества. Затронут ряд актуальных международных и региональных сюжетов”, – отметили в ведомстве.

    Согласно информации, были рассмотрены ключевые вопросы повестки дня СВМДА и задачи совместной работы на этой площадке в период азербайджанского председательства в 2025-2026 годах, в том числе в контексте встраивания объединения в общую систему многосторонней кооперации на евразийском пространстве.

  • Xələf Xələfov Sergey Lavrovla görüşüb

    Aprelin 9-da Moskvada işgüzarda səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

    Bu barədə Median.Az Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir.

    Bildirilir ki, görüş zamanı tərəflər arasında strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bir sıra aktual beynəlxalq və regional problemlərə toxunulub.

    Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin gündəliyinin əsas məsələləri və Azərbaycanın 2025-2026-cı illərdə sədrliyi dövründə bu meydançada birgə işin vəzifələri nəzərdən keçirilib.

    X.Xələfov Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə də ayrıca məsləhətləşmələr aparıb. Tərəflər Xəzər regionunda qarşılıqlı fəaliyyət məsələlərini ətraflı müzakirə ediblər.