Month: Aprel 2025

  • Gəncədə külli miqdarda aksiz markasız siqaret və spirtli içki aşkarlanıb

    Gəncə Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markası ilə markalanmayan siqaretlərin və saxta aksiz markası ilə markalanmış spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

    Bildirilib ki, şəhərin ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və avtomobilin yük yerindən aksiz markası ilə markalanmayan müxtəlif markalı 66 200 ədəd siqaret və saxta aksiz markası ilə markalanmış 48 ədəd spirtli içki aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İlon Mask dünyanın ən varlı adamı oldu

    ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask dünyanın ən varlı milyarderləri siyahısına başçılıq edir.

    Bu barədə “Forbes” jurnalının 39-cu reytinqində bildirilir.

    Nəşrin məlumatına görə, onun sərvəti 342 milyard dollar dəyərində qiymətləndirilir.

    İkinci yeri sərvəti 216 milyard dollar təşkil edən “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq tutub. Üçüncü yerdə isə 215 milyard dollarlıq sərvətlə “Amazon”un qurucusu Ceff Bezos qərarlaşıb. Növbəti sırada “Oracle” korporasiyasının yaradıcılarından biri olan Larri Ellison gəlir ki, onun sərvəti 192 milyard dollar dəyərində qiymətləndirilir.

    Qeyd edək ki, 2024-cü ildə siyahıya LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun sahibi, milyarder Bernard Arno başçılıq edirdi. Lakin 2025-ci ildə Arno və ailəsi 178 milyard dollarlıq sərvətlə beşinci yerdə qərarlaşıb.

    Jurnalın siyahısına ümumi sərvəti 16,1 trilyon dollar təşkil edən 3 000-dən çox insan daxil edilib. “Forbes”un qeyd etdiyi kimi, ilk dəfə üç nəfər 200 milyard dollardan çox sərvətə sahibdir.

  • “Melissa Group”da bəzi mənzillərin satışı dayandırıldı – QƏRAR

    “Melissa Group” tikinti şirkətində katlavan mənzillərin satışı dayandırılıb.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

    Şirkətdən bildirilib ki, rəhbərliyin göstərişinə əsasən, katlavan mənzillərin satışı dayandırılıb.

    Qeyd olunub ki, bununla yanaşı, hazırda həm təmir işləri, həm də hazır binalarda mənzillərin satışı davam etdirilir.

    Xatırladaq ki, martın 27-də “Melissa Group” tikinti şirkəti tərəfindən Bakının Yasamal rayonunda yaşayış olan evin söküntüsü həyata keçirilib.

    Hadisədən sonra “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin əməkdaşı, ekskavatorun sürücüsü Qala Eynullayev həbs olunub.

  • Gənc istedadlara xüsusi təqaüdlər veriləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb.

  • Bakıda obyektlərdən 42 min manatlıq oğurluq olub

    Bakıda obyektlərdən 42 min manatlıq oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Suraxanı rayonu ərazisində yerləşən iki obyektdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 42 620 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı E.Quliyev, 33 yaşlı F.Niftəliyev və 28 yaşlı O.Həbibov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Günəşdə güclü partlayış baş verib

    Günəşdə sondan əvvəlki güc sinfinə aid partlayış baş verib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Aprelin 1-də Bakı vaxtı ilə saat 10:46-da 4046 (N02E29) Günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən M5.6 partlayışı qeydə alınıb”, – deyə institutdan bildirilib.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

  • Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbçilərlə bağlı YENİLİK

    Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

    “Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

    Qanuna əsasən, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə:

    – yəni vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;

    – hərbi vəzifəlilər (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;

    – hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə otuz manat məbləğində cərimə edilir.

  • Bakıda 27 yaşlı oğlan özünü öldürdü

    Bakıda intihar hadisəsi baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti, ev 9, mənzil 4-də qeydə alınıb.

    Orada yaşayan, 1998-ci il təvəllüdlü Tamerlan Yusif oğlu Məmmədov yaşadığı evdə özünü asıb.

    Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

    Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

  • Bakıda müəllimləri təhqir edən direktor İŞDƏN ÇIXARILDI

    Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

    “Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”, – deyə məlumatda qeyd olunub.

  • Salyanda narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edilib

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Bildirilib ki, ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.