Month: Aprel 2025

  • Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

    Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Median.Az Müdafiə Nazirliyinə istinadən bildirir.

  • Azərbaycanda 12 günlük bayram tətili başa çatdı

    Azərbaycanda 12 günlük bayram tətili başa çatdı.

    Ölkəmizdə martın 20-dən aprelin 1-dək qeyri-iş günləri idi.

    Baş nazir Əli Əsədovun Qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

    Qeyd edək ki, martın 30 və 31-i Ramazan bayramına təsadüf edib.