Month: Aprel 2025

  • Xaçmazda narkotiklərin satışını təşkil edən iki nəfər saxlanılıb – VİDEO

    Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı 46 yaşlı Namiq Ələkbərov və 42 yaşlı Natiq Mütəllimov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, onlardan külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanıb.

    Saxlanılan şəxslərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Xaçmaz rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 11 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

  • Nazir iki şöbə müdirini işdən çıxardı

    Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.

    Median.Az Teleqraf.az-a istinadən xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayevin əmri ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.

    Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Babayevdir. Onların yerinə yeni təyinat olmayıb.

    Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir müavini Züleyxa Qafarova, Maliyyə və uçot şöbəsi müdiri vəzifəsini isə həmin strukturda müavin olan Səbinə Mustafayeva icra edirlər.

    V.Mustafayevin əmri ilə Azad Ramiz oğlu Aslanov isə Müdafiə Sənayesi Nazirliyinin Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu vəzifə xeyli müddətdir boş idi.

    Qeyd edək ki, işdən çıxarılan İsmayıl Kərimov və Nadim Babayevi 2019-cu ilin iyul ayında o zaman müdafiə sənayesi naziri olan Mədət Quliyev vəzifəyə təyin etmişdi.

  • Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilir

    Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

    Qeyd edək ki, ötən prosesdə iş üzrə 10-dan çox zərərçəkmiş şəxs ifadə verib.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

    O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

  • Myanmada zəlzələ nəticəsində ölənlərin sayı üç minə yaxınlaşıb

    Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 2700 nəfəri keçib.

    Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

    Qeyd olunur ki, bu günə kimi zəlzələ nəticəsində ölən 2719 nəfərin cəsədi tapılıb, axtarışlar davam etdirilir.

    Qeyd edək ki, Myanmada faciə ilə əlaqədar 31 mart – 6 aprel tarixlərində milli matəm elan edilib.

    Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, zəlzələnin maqnitudası 7.9 bal təşkil edib. Zəlzələdən, həmçinin Tailand zərər çəkib, təkanlar Çin və Vyetnamda da hiss edilib.

  • Bayram tətilində zəhərlənənlərin SAYI AÇIQLANDI

    Martın 18-dən 31-nə qədər qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım (KTM) şöbəsinə 62 nəfər qəbul edilib.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq mərkəzin Mətbuat Xidməti məlumat verib.

    Qeyd olunub ki, həmin şəxslərdə ürəkbulanma, qusma və mədə şikayətləri olub. Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.

  • Messinin mühafizəçisinə meydana daxil olmaq qadağası qoyulub

    “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messinin mühafizəçisi Yassin Çeukonun ABŞ Milli Futbol Liqasının (MLS) oyunları zamanı meydana daxil olmasına qadağa qoyulub.

    Bu barədə “Bolavip” agentliyi məlumat verib.

    Mənbə yazır ki, qadağa hər stadionun özünün mühafizəçilərinin olması ilə əlaqədardır.

    Məlumatda qeyd olunur ki, argentinalı hücumçunun cangüdəni daha əvvəl bir neçə dəfə meydana daxil olub. Bu, azarkeşlərin L.Messi ilə şəkil çəkdirmələrinə görə baş verib.

    Öz növbəsində, mühafizəçi özü də artıq meydana çıxmağına icazə verilmədiyini təsdiqləyib:

    “Artıq mənim meydançaya daxil olmağıma icazə verilmir. Yeddi il Avropada, Liqa 1-də və Çempionlar Liqasında çalışdım. Bu müddət ərzində meydana cəmi altı nəfər daxil olub. ABŞ-də 20 ayda 16 cəhd olub. Burada böyük problem var, problem mən deyiləm. Əlbəttə, liqanın qərarını da başa düşürəm”.

    Məlumat üçün əlavə edək ki, Yassin Çeuko İraq və Əfqanıstanda döyüş təcrübəsi olan ABŞ ordusunun keçmiş xüsusi təyinatlı hərbiçisidir. O, həmçinin qarışıq döyüş növləri (MMA) yarışlarında iştirak edib.

  • Sumqayıt-Bakı qatarı adam vurdu

    Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Qeyd edilib ki, aparılan instrumental müayinələr zamanı pasiyentə alın sümüyünün sınığı, sağtərəfli alının sıyrılmış yarası diaqnozu təyin edilib:

    “İxtisaslı həkim baxışından sonra vəziyyəti qənaətbəxş hesab edilən pasiyent ambulator müalicə üçün evə buraxılıb”.

    * * * * *

    Bu gün saat 08:31-də ADY-yə məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb. Maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev məlumat verib.

    O bildirib ki, qəza nəticəsində qatar hərəkətinə gecikmə ilə davam edib:

    “Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb”.

    “ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır və qanunvericiliyin tələblərini diqqətə çatdırır: Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər”, – deyə məlumatda bildirilir.

  • Tailandda 30-dan çox sərnişini olan gəzinti kateri partlayıb

    Tailandda Mayton adası yaxınlığında göyərtəsində 31 sərnişin olan gəzinti kateri partlayıb.

    Median.Az bu barədə “Reuters”ə istinadla xəbər verir.

    Bildirilir ki, gəmidə rusiyalı və qazaxıstanlı turistlər olublar. Hadisə nəticəsində bir rusiyalı yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

    Qeyd olunur ki, partlayış anında digər turistlər suda olduğundan onlar ciddi xəsarət almayıblar.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Keçmiş arvadını evə görə döyən şəxsə hökm oxundu

    Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Qulam Qədirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Q.Qədirov cinayət məsuliyyətindən azad olunub.

    İttihama görə, hadisə 12 yanvar 2024-cü il tarixdə, saat 14:40-da Abşeron rayonu ərazisində qeydə alınıb.

    Belə ki, Qulam Qədirov keçmiş arvadı, zərərçəkmiş Ülkər Qayıbova (şərti) və övladları ilə birlikdə eyni evdə yaşayıb. O, qadınla aralarında həmin ünvanda birgə yaşamaq üstündə yaranmış fikir ayrılığı səbəbindən mübahisə edib. Bu zaman Qulam keçmiş arvadının üzərinə hücum edib, qəsdən əllə onun saçını dartıb yolub. Sonra o, əl, habelə şillə ilə Ülkərin sifət, baş nahiyələrinə zərbələr vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.

    Hadisədən sonra Qulam Qədirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • Almaniya Prezidenti Administrasiyası Azərbaycandan üzr istədi – FOTO

    Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

    Median.Az AZƏRTAC-a istinadən məktubu və onun Azərbaycan dilində tərcüməsini təqdim edir.

    “Almaniya Federativ Respublikasının

    Prezidenti Administrasiyasının rəhbəri

    Dövlət katibi Dörte Dinger

    31 mart 2025-ci il

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə

    Hörmətli Hikmət Hacıyev.

    Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.

    Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.

    Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.

    Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır.

    Hörmətlə,

    D.Dinger”.