Month: April 2025

  • Azərbaycanın 3 klubu texniki məğlubiyyətlə cəzalandırılıb

    AFFA İntizam Komitəsi 3 klubu texniki məğlubiyyətlə cəzalandırıb.

    Bu barədə qurumun iclasında qərar qəbul olunub.

    AFFA Region Liqasında keçirilən “Ərkivan” – “Qobustan” matçında qonaq komandanın heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak edib. Bu səbəbdən “Ərkivan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

    AFFA U-11 Liqasında keçirilən “Santos Baku” – “Antiguoko İnternational” oyununun 48-ci dəqiqəsində qonaqların heyətində meydana lisenziyası olmayan futbolçu çıxıb. Bu səbəbdən “Antiguoko İnternational”a 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

    U-17 Qızlar Liqasında iştirak edən “Zaqatala” da eyni cəzaya məruz qalıb. Buna “Şəfa” ilə matçın gedişində “Zaqatala”nın heyətində yetərsay olmaması səbəb olub.

  • Xanlar Vəliyev VƏZİFƏDƏN GETDİ

    Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.

    Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi yüksək peşəkarlığı, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının müdafiəsində, xüsusilə də Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.
    Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.
    Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisləri Natiq Hüseynov, Mahir Abbasov, Hərbi prokurorun müavini Şəfahət İmranov və digərləri Xanlar Vəliyevlə bağlı xatirələrini bölüşərək xoş sözlər deyiblər.
    Öz növbəsində Xanlar Vəliyev çıxış edərək ölkə başçısına təltif olunmasına görə dərin və səmimi minnətdarlığını bildirib, həmçinin prokurorluq orqanlarındakı fəaliyyətinə göstərilən xüsusi diqqətə və verilən qiymətə görə təşəkkür edib. 
    Məlumat üçün bildiririk ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayan Xanlar Vəliyev daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.
    2005-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev hazırki vaxtadək həmin vəzifədə çalışıb.
    Prokurorluğun fəxri işçisi və hüquq üzrə fəlsəfə doktoru olan Xanlar Vəliyev xidmətləri dövründə dövlətimizin ali rəhbərliyi tərəfindən, habelə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bir sıra mükafatlara layiq görülüb. 
    O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” 2-ci və 1-ci dərəcəli ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib, həmçinin “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.

  • Минздрав выявил нарушения в работе 7 аптек в прошлом месяце

    Центр аналитической экспертизы Министерства здравоохранения Азербайджана в марте провел проверки в 19 аптеках.

    Как сообщили Report в Центре, в 17 аптеках (8 в Баку) проверки были плановые, в двух – внеплановые.

    В работе 7 аптек были выявлены недочеты, составлены протоколы по статьям 210.1, 452.1 и 452.3 КоАП.

  • Ötən ay 19 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi mart ayı ərzində 19 aptekdə yoxlama aparıb.

    Bu barədə mərkəzdən məlumat verilib.

    Qeyd olunub ki, həmin müddət ərzində Bakı şəhəri üzrə 8, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 17 aptekdə planlı, bir aptekdə plandankənar və bir aptekdə isə yoxlamadan kənar təftiş aparılıb.

    Yoxlamalar zamanı 7 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

  • ГЭЦ объявит результаты состоявшихся 2 марта выпускных экзаменов в выходные

    В Азербайджане результаты выпускных экзаменов по полному (11-летнему) среднему образованию, которые состоялись 2 марта, будут объявлены в выходные.

    Как сообщает Report, об этом заявил руководитель аппарата Государственного экзаменационного центра Вафадар Мисиров.

    Он добавил, что результаты экзаменов, состоявшихся 9 марта, в соответствии с правилами, будут объявлены через 6 недель.

  • Martın 2-də keçirilən buraxılış imtahanlarının cavabı həftəsonu açıqlanacaq

    Martın 2-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının cavabı həftəsonu açıqlanacaq.

    Bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.

    O əlavə edib ki, martın 9-da keçirilən imtahanların cavabı isə qaydalara uyğun olaraq 6 həftə sonra açıqlanacaq.

    Qeyd edək ki, martın 2-də keçirilən buraxılış imtahanlarında imtahanda 57 mindən çox şagirdin iştirakı nəzərdə tutulmuşdu. İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

  • В Азербайджане созданы 2 новые небанковские кредитные организации

    Государственная налоговая служба (ГНС) зарегистрировала две небанковские кредитные организации (НБКО) – Fıntechcredıt и Aventus Azerbaijan.

    Юридический адрес ООО Fıntechcredıt – город Баку, Низаминский район, проспект Гейдара Алиева, дом 183, квартира 6, а ООО Aventus Azerbaijan – город Баку, Хатаинский район, улица Насреддина Туси, дом 14А, квартира 171.

    Уставный капитал обеих НБКО равен 1 млн манатов, а их законными представителями являются соответственно Билал Хилал оглу Билаллы и Ирина Барска.
    //report

  • Azərbaycanda 2 yeni BOKT yaradılıb

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fıntechcredıt” və “Aventus Azerbaijan” MMC bank olmayan kredit təşkilatlarını (BOKT) dövlət qeydiyyatına alıb.

    “Fıntechcredıt” hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, mənzil 6, “Aventus Azerbaijan”ın hüquqi ünvanı isə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14A, mənzil 171-dir.

    Hər iki BOKT-un nizamnamə kapitalı bu növ maliyyə qurumları üçün müəyyən edilmiş tələbə uyğun – 1 milyon manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Bilal Hilal oğlu Bilallı və Iryna Barskadır.
    //report

  • Azərbaycanda ekoloji təmiz məhsul istehsal etməyə nə mane olur?

    Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafı qarşıya hədəf kimi qoyulsa da, bunun üçün vacib olan ekoloji təmiz, orqanik məhsul istehsalı sahəsində vəziyyət elə də yaxşı deyil.

    Halbuki, qonşu Türkiyənin turizm sahəsində əldə etdiyi nailiyyətlərdə, böyük gəlirlərdə təbii şəraitlə yanaşı ölkədə istehsal olunan ekoloji təmiz məhsullar böyük rol oynayır.

    Bəs Azərbaycanda orqanik məhsul istehsal etməyə nə mane olur? “Report” mövzunu “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Emin Əliyevlə müzakirə edib.

    Tələbat var, amma ödənilmir

    Onun sözlərinə görə, Azərbaycanda son illər orqanik məhsulların istehlakına maraq artsa da, əhalinin həmin məhsullara tələbatı ödənilmir: “Bu sahənin inkişafı 2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritəsində prioritet istiqamətlərindən biri kimi nəzərdə tutulsa da, orqanik təsərrüfatların təşviqi üçün subsidiya və güzəştlər yoxdur. Sahibkarların öz təşəbbüsləri ilə ekoloji təmiz məhsul istehsal etməsi isə indiki şəraitdə qeyri-mümkündür. Adətən orqanik məhsul istehsalı ilə daha çox kiçik torpaq sahələri olan iş adamları məşğul olurlar. Onlar yüksək dəyərli məhsullar istehsal edirlər ki, kiçik ərazidən bacardıqca böyük gəlir əldə etsinlər. Çünki ekoloji təmiz məhsul adi məhsuldan 3-6 dəfə baha olur. Böyük təsərrüfat sahibləri daha çox intensiv və super intensiv əkinçiliklə məşğul olurlar. Onların hədəfi bazara ucuz başa gələn çoxlu məhsul çıxarmaqdır”.

    Dövlət dəstəyi lazımdır

    E.Əliyev əlavə edib ki, mövcud qanunvericilik orqanik kənd təsərrüfatı sahəsinin tənzimlənməsi üçün müvafiq koordinasiya edici orqanın müəyyən olunmasını tələb edir, amma belə bir orqan müəyyənləşdirilməyib: “Biz daima müxtəlif nazirliklərin müvafiq qurumları ilə bu sahədə olan problemləri müzakirə edirik. Mən başa düşürəm ki, hazırda prioritet məsələ ölkənin zəruri ərzaq məhsulları ilə təmin edilməsidir. Orqanik məhsul istehsalı isə “Qlamur” sahə sayılır və məhdud sayda istehlakçısı olur. Yaxın zamanlarda kənd təsərrüfatı naziri assosiasiyamızın üzvlərini qəbul edəcək və bu sahənin problemlərini onunla birgə müzakirə edəcəyik. Bu sahənin gəlirli olmasına baxmayaraq, ilkin kapital qoyuluşunun və əməyin intensivliyinin yüksək olması bir çox fermerləri alternativ kənd təsərrüfatı sahələrinə yönləndirir. Son illər ekoloji məhsul istehsalı ilə məşğul olan fermerlərin sayı azalmağa doğru gedir ki, bu da dediyim sahənin dövlət dəstəyi olmadan inkişafının çətin olduğunu göstərir”.

    Böyük potensial var

    Onun sözlərinə görə, Azərbaycanın orqanik məhsul istehsalı üçün potensialı böyükdür: “Beynəlxalq ekspertlər Azərbaycanın şimal-qərb (İsmayıllıdan Balakənə qədər) və cənub zonalarını orqanik təsərrüfatların yaradılması üçün əlverişli ərazilər kimi qiymətləndirirlər. Həmçinin işğaldan azad edilmiş ərazilər ekoloji təmiz məhsul istehsalı üçün əlverişli imkanlar təqdim edir. Bu torpaqların kəskin kimyəvi gübrələrdən və pestisidlərdən təmiz olması, sertifikasiyaya qədər tələb olunan keçid dövrünü minimuma endirir. Bu kontekstdə biz “Orqanik Qarabağ” və “Orqanik Zəngəzur” markalarının yaradılması təklif etmişik ki, bunlar da regionun potensialından səmərəli istifadə etməyə imkan verə bilər. Artıq Zəngilan rayonunda yaradılan “Dost Aqropark”da orqanik məhsul istehsalı üçün xüsusi bölmə fəaliyyət göstərir”.

    Orqanik məhsul necə olmalıdır?

    Assosiasiya rəhbəri Azərbaycanda “orqanik” adı altında satışa çıxarılan məhsullarla bağlı da mövqeyini açıqlayıb: “Orqanik məhsullar müəyyən standartlara və qaydalara uyğun istehsal olunmalıdır ki, o adla satışa çıxarıla bilsin. Bu məhsulların istehsalına, qablaşdırılmasına və markalanmasına ciddi nəzarət edilməlidir. Orqanik məhsul istehsalçısı xüsusi sertifikat almalıdır. Bu sənəd uzunmüddətli proseslər nəticəsində əldə edilir. Yəni, kimsə hansısa məhsulların üzərində orqanik yazırsa, bu, o məhsulun orqanik olması demək deyil. Müəyyən proseslər nəticəsində əldə edilən sertifikat məhsulun orqanik olduğunu sübut edir. Təəssüf ki, bəzi istehsalçılar məhsulların üzərində sadəcə “orqanik” ifadəsini yazaraq istehlakçını çaşdırırlar. Onlar bunun məsuliyyətini dərk etməli, bunun hansı hüquqi öhdəliklər yaratdığını anlamalıdır”.

    Ekoloji kənd təsərrüfatı yeni mərhələdə

    E.Əliyevin sözlərinə görə, son illər dünyada insanlar səhhətlərinə daha çox fikir verir və genetik modifikasiya olunmamış, pestisid və kimyəvi maddələrdən azad qidaları istehlak etməyə üstünlük verirlər: “Bu tendensiya ekoloji kənd təsərrüfatını yeni mərhələyə keçirib. Avropada ekoloji qida bazarı davamlı olaraq genişlənir, çünki Avropa İttifaqında (Aİ) ekoloji qida istehsalına subsidiyalar ayrılır, fermerlərə təşviqlər təklif edir. İttifaq ekoloji təmiz kənd təsərrüfatını dəstəkləmək üçün bir sıra tənzimləmə və qanunvericilik aktları qəbul edib. Hətta Avropa Komissiyası 2030-cu ilə qədər əkin sahələrinin 25 %-nin ekoloji standartlara uyğun olmasını hədəfləyir. Aİ ekoloji məhsulların ixracatına və daxili bazarda rəqabət qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirir”.

    O vurğulayıb ki, 2024-cü ildən 2034-cü ilə qədər orqanik qida bazarının dəyərinin 11,2 % artaraq təxminən 658 milyard ABŞ dollarına çatacağı gözlənilir.

  • В Гедабее сгорел 3-комнатный дом

    В Гедабее сгорел 3-комнатный дом.

    Об этом сообщили в МЧС.

    Отмечается, что инцидент произошел в селе Инекбоган Гедабейского района в одноэтажном 3-комнатном доме. Близлежащие строения были защищены от огня.

    Пожар был потушен подразделениями сил Государственной противопожарной службы МЧС.