Month: April 2025

  • İspaniya və Portuqaliyada kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı

    Pireney yarımadasında elektrik şəbəkəsinin işindəki pozuntu İspaniyada nadir atmosfer hadisəsi ilə əlaqədardır.

    Median.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu Portuqaliyanın elektrik şəbəkəsi operatoru REN açıqlayıb.

    Açıqlamada rəsmi səbəb kimi İspaniyanın daxili bölgələrində “temperaturun ekstremal dəyişməsi” göstərilib.

  • 84 yaşlı həkim itkin düşdü

    Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.

    1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi ilə bağlı Qusar Rayon Polis Şöbəsinə məlumat verilib, hazırda axtarışlar aparılır.

    Qeyd edək ki, Arif Uluxanov uzun müddət Qusar Rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.

  • Bakı-Qazax yolundakı dəhşətli qəzanın SƏBƏBİ: Sürücü öldü, həyat yoldaşı xəsarət aldı – VİDEO

    Düzgün qablaşdırılmayan yük faciəyə səbəb olub.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, ötən gün saat 18 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən, yükün dağılmasının qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sol hərəkət zolağında dayandıraraq avtomobildən düşüb.

    Bu zaman həmin zolaqda hərəkətdə olan “Avatr” markalı avtomobilin sürücüsü Pərviz Qəribov, güclü külək səbəbindən dağılmaqda olan yükü saxlamağa çalışan S.Zeyniyevi vurub və dayanmış avtomobillə toqquşub. Nəticədə Süleyman Zeyniyev hadisə yerində həyatını itirib, sərnişin – onun həyat yoldaşı isə xəsarət alıb.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xəbərdarlıqlara laqeyd yanaşmamağa, baqaj daşınması qaydalarına ciddi riayət etməyə, məcburi dayanma zamanı mütləq zəruri təhlükəsizlik tədbirləri görməyə, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağa çağırır.

  • Azərbaycanla Səudiyyə Ərəbistanı arasında anlaşma memorandumları imzalanıb

    Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    İclasdan əvvəl Komissiyanın həmsədrləri Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih arasında ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı enerji sektorunda əməkdaşlıq, Azərbaycanın qeyri-neft sənayesi məhsullarının Səudiyyə Ərəbistanına ixracının genişləndirilməsi, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

    Müştərək Komissiyanın 8-ci iclasında iqtisadiyyat, ticarət, logistika, investisiya və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

    Baş nazirin müavini Samir Şərifov iclasda çıxışı zamanı dövlət başçılarının müəyyən etdiyi strateji hədəflərə çatmaq istiqamətində atılan addımlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişafının Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb.

    Energetika, yaşıl enerji və infrastruktur layihələri sahəsində əməkdaşlığa toxunan Baş nazirin müavini qeyd edib ki, “ACWA Power” şirkəti artıq Abşeron və Xızı rayonlarında 240 MVt gücündə külək elektrik stansiyası inşa edir. Həmçinin “ACWA Power”, SOCAR və BƏƏ-nin “Masdar” şirkəti Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində birgə işləyirlər. Bu təşəbbüs COP29 çərçivəsində imzalanmış üçtərəfli memorandum əsasında həyata keçirilir və Azərbaycanın enerji keçidi hədəflərinə mühüm töhfə verəcək.

    Neft-qaz sektorunda əməkdaşlıq imkanlarına da toxunularaq, SOCAR ilə “Saudi Aramco” arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqların uğurla davam etdiyi bildirilib. Bu əməkdaşlıq hər iki şirkətin beynəlxalq bazarlarda mövqelərinin güclənməsinə xidmət edəcək.

    Komissiyanın digər həmsədri, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih çıxışında Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə önəm verdiklərini bildirib. O, Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq niyyətini də ifadə edib.

    İclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşma memorandumları imzalanıb:

    – Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması;

    – Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq;

    – Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq.

    Eyni zamanda Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu komissiyanın həmsədrləri tərəfindən imzalanıb.

    Həmin gün Səudiyyə Ərəbistanı-Azərbaycan İnvestisiya Dəyirmi Masası təşkil olunub. Tədbirdə hər iki ölkənin hökumət nümayəndələri və iri biznes dairələrinin təmsilçiləri iştirak ediblər.

    Dəyirmi Masada çıxış edən baş nazirin müavini Samir Şərifov bu cür görüşlərin hökumət və biznes dairələri arasında açıq dialoq üçün mühüm platforma olduğunu qeyd edib.

    Baş nazirin müavini Səudiyyə Ərəbistanının rəsmilərini və biznes nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri və iqtisadi perspektivlərlə tanış edərək, onları bu bölgələrə investisiya qoymağa dəvət edib.

    Baş nazirin müavini Səudiyyə Ərəbistanlı iş adamlarına Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verib və vurğulayıb ki, son beş ildə ölkəmizə ən böyük turist axını 2024-cü ildə qeydə alınıb. Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 2024-cü ildə 98 113 nəfər təşkil edib və bu 2023-cü illə müqayisədə 20 %-dən çox artım deməkdir. Bu dinamika Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici destinasiyaya çevrildiyini və turizm strategiyalarının uğurlu nəticə verdiyini göstərir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında müntəzəm aviasiya reyslərinin mövcudluğu qarşılıqlı turist mübadiləsinin genişlənməsinə müsbət təsir edir.

    Baş nazirin müavini əlavə edib ki, “Saudi Vision 2030” hədəfləri çərçivəsində həyata keçirilən layihələr azərbaycanlı investorlar tərəfindən böyük maraqla izlənilir və investisiya imkanları nəzərdən keçirilir. Azərbaycan tikinti şirkətləri böyük layihələrin həyata keçirilməsində uğurlu təcrübəyə malikdirlər və onlar “Saudi Vision 2030” hədəfləri çərçivəsində layihələrin icrasına qoşula bilərlər. Baş nazirin müavini qarşılıqlı investisiyaların təşviqi, sahibkarlara investisiya layihələrini həyata keçirmək üçün dəstəyin göstərilməsi məqsədilə hər iki ölkənin müvafiq qurumlarının sahibkarların yanında olmağa və layihələrin reallaşdırılmasına kömək etməyə hazır olduqlarını diqqətə çatdırıb.

    Səfər çərçivəsində baş nazirin müavini Samir Şərifov Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclasında da iştirak edib. O, iclasda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və məhsul çeşidinin şaxələndirilməsi imkanları haqda danışıb.

    Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkənin biznes nümayəndələrinin təmsil olunduğu bu Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin və görüşlərin təşkilinə, eləcə də informasiya mübadiləsinə yardım göstərir.

  • 10 gün sonra tapılan qızların psixoloji durumu qiymətləndirildi

    “Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan qızların psixoloji qiymətləndirilməsi aparılıb”.

    Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb.

    O bildirib ki, sığınacağa yerləşdirilən yetkinlik yaşına çatmayan qızlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və psixoloqun iştirakı ilə aparılan ilkin söhbətlər zamanı onlarla və ailə üzvləri ilə psixososial işlərin aparılmasının zəruriliyi müəyyən edilib:

    “Arzu etdikləri təqdirdə onların müvafiq peşəyə yönəldilməsi istiqamətində də lazımi tədbirlər görüləcək”.

    “İstintaq prosesi davam etdiyi üçün hadisənin detalları ilə bağlı əlavə məlumatın verilməsi zəruri hesab edilmir”, – deyə o qeyd edib.

    Xatırladaq ki, aprelin 16-da saat 20:00-da 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar 10 gün sonra tapılıblar.
    //oxu.az

  • Президент Ирана посетил могилу великого лидера Гейдара Алиева на Аллее почетного захоронения

    Президент Ирана Масуд Пезешкиан посетил Аллею почетного захоронения, где почтил память общенационального лидера азербайджанского народа Гейдара Алиева.

    Как сообщает АЗЕРТАДЖ, Пезешкиан возложил венок к могиле великого лидера.

    Также была почтена память выдающегося ученого-офтальмолога, академика Зарифы Алиевой, к ее могиле были возложены цветы.

  • İran prezidenti Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib

    Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

  • Haker proqramları ilə külli miqdarda dələduzluq: Zərərçəkənlər danışdılar

    Haker proqramlarından istifadə etməklə külli miqdarda vəsaitlər oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

    Vəfa Vəliyeva zərərçəkən kimi ifadəsində bildirib ki, şikayətim təqsirləndirilən şəxslərdən deyil.

    “Şikayətim Elmira adlı şəxsdəndir. Pulu ona vermişəm və ondan tələb edirəm. Elmira dedi ki, Cavanşir adlı əmisi oğlu nazirlikdə çalışır və övladını müəyyən məbləğ qarşılığında işə düzəldəcək. Övladım imtahanda iştirak etdi və nəticə uğursuz oldu. Buna rəğmən onlar övladımı işə düzəldəcəklərini bildirdilər. Bu iş üçün mən 15 min manat ödəniş etdim. Pulu mənə Elmira əmisi oğlu kimi təqdim etdiyi Cavanşir qaytardı. Lakin mən 15 min manatdan əlavə 5500 manat ödəniş etmişəm. Cavanşir dedi ki, mənə 5 500 manat çatmayıb. Çatsa, onu da qaytaracağam”.

    Zərərçəkən şikayətçi olduğu Elmira Məmmədova isə ifadəsi zamanı vurğulayıb ki, o, qabiliyyət imtahanı ilə əlaqədar olaraq Cavanşir Rüstəmzadəni tanıyıb:

    “İdman akademiyasında qabiliyyət imtahanı ilə bağlı tanış olduq. Sonra mən ona qabiliyyət imtahanından keçmək üçün 6 min manat ödəniş etdim. Sonra Vəfa xanım mənə övladının imtahandan kəsildiyini və qabiliyyət imtahanından keçməyə köməyin lazım olduğunu bildirdi. Həm Cavanşirin, həm də Vəfanın səsli ismarışları, mətn mesajları, ödəniş qəbzləri məndə qalıb. Mənim verdiyim 6 min manat da mənə qaytarılmayıb. Mən şikayətçiyəm. Mənim burada marağım olmayıb. Sadəcə Vəfa xanım məndən xahiş etdiyi üçün köməklik etmişəm”.

    Daha sonra zərərçəkən qismində tanınan Elnar Məmmədov ifadə verib.

    O bildirib ki, pensiya düzəltmək üçün Cavanşirə ödəniş edib:

    Növbəti proses mayın 21-də davam etdiriləcək.

    Qeyd edək ki, ötən il iyul ayında Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

    Araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Daha sonra o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb.

    Həmçinin dəstə üzvləri, həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilir.

    İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaiti Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürülüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

    Dəstə üzvləri, həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə ittiham olunublar.
    //oxu.az

  • Özündən yaşca böyük oğlanla görüşdü, məhkəməyə düşdü: “Sevdiyim üçün sözünə inandım”

    Gəncə şəhərində 2002-ci il təvəllüdlü Fərid yetkinlik yaşına çatmayan Fatiməyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, istintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Fatiməni ailə üzvlərinin vasitəsi ilə 2022-ci ildən tanıyıb: “Hərbi xidmətdən gələndən sonra anam Maya mənə tanışı Nərminənin də razılığı ilə onun qızı Fatimə ilə tanış olmağımı təklif etdi, qızın mobil telefon nömrəsini mənə verdi.

    Fatimə ilə bir müddət telefonla danışdıq, Gəncə şəhərində orta məktəbin bufetində bir neçə dəfə görüşdük. Daha sonra onun ailə üzvləri bizim münasibətlərimizə razı olmadıqları üçün danışıqları azaltdıq. Fatiməni evdə incitməsinlər deyə, onunla daha az əlaqə saxladım”.

    Fərid qeyd edib ki, 13 iyun 2023-cü ildə saat təxminən 10 radələrində yatdığı vaxt polis əməkdaşları onun evinə gəlib: “Fatimənin evdən qaçdığını, mənimlə bir yerdə olub-olmadığını soruşdular. Ondan xəbərsiz olduğumu bildirdim. Bir gün sonra polis əməkdaşları yenidən yaşadığım evə gəlib məni 2-ci polis şöbəsinə apardılar. Orada mənə Fatimə ilə onun razılığı əsasında cinsi əlaqədə olduğumu bildirdilər. Mən isə deyilənləri təkzib etdim, onun harada olmasını bilmədiyimi söylədim”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Fatimənin sözlərinə görə, Fəridi təxminən 2022-ci ilin iyun ayından tanıyıb: “Əvvəlcə “Instagram” vasitəsi ilə, sonra isə mobil telefonla danışdıq. Aramızda sevgi münasibətləri yarandı. Bir neçə dəfə şəhər ərazisində görüşərək söhbət etdik. Fərid fikrinin ciddi olduğunu və mənimlə ailə qurmaq istədiyini söylədi. Sevdiyim üçün onun sözlərinə inandım. Biz danışan zaman Fərid 9-cu sinifdə oxuduğumu və 15 yaşımın olduğunu bilirdi”.

    Fatimə qeyd edib ki, 2023-cü ilin may ayında Fərid onu dayısının yaşadığı yataqxananın birinci mərtəbəsində yerləşən evinə dəvət edib: “Bir yerdə həmin evə getdik. Evdə Fərid mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Məni sevdiyini və mənimlə ailə həyatı quracağına inandığım üçün razılıq verdim.

    Həmin vaxt Fəridin anası da evə gəldi və bizi bir yerdə gördü. Fərid bu barədə heç kimə heç nə deməməyimi bildirdi. Lakin sonradan evdən qaçdığıma görə məni həkim müayinəsindən keçirdilər, bakirəliyimin pozulması ortaya çıxdı, anama və xalama bu barədə danışdım. Ailəm Fəridlə ailə qurmağıma razı olmadıqları üçün onunla cinsi əlaqədə oldum ki, məcbur qalıb məni ona ərə versinlər”.

    İş üzrə ifadə verən yetkinlik yaşına çatmayan Fatimənin qanuni nümayəndəsi və anası Nərminənin sözlərinə görə, iyunun 13-də təxminən səhər üzü saat 5 radələrində işdən gəlib və görüb ki, qızı Fatimə evdə yoxdur: “Anamın yanına gedəcəyini fikirləşib ona zəng vurdum. Anam isə Fatimənin onlarda olmadığını bildirdi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Səhəri gün bacım mənə zəng vurub bildirdi ki, Fatimə gecə zəng vuraraq evdə sıxıldığını və onlara getmək istədiyini deyib. Bacım da gecə gedib Fatiməni öz evlərinə aparıb. Mən də bacıma Fatiməni evdə tapmadıqda polisə müraciət etdiyimi dedim.

    Polis əməkdaşları Fatiməni Gəncə şəhər 2-ci polis şöbəsinə apardılar, izahatını aldıqdan sonra tibbi ekspertizadan keçirdilər. Onun bakirəliyinin pozulduğu müəyyən edildi. Fatimə mənə Mayanın oğlu Fəridlə guya sevgili olduğunu və onu alacağı barədə vədlər verərək dayısının yataqxanada olan evinə apardığını bildirdi.

    Mən Fatimənin Fəridlə telefonda danışdığını bilirdim. Buna görə qızımla daim mübahisələr edirdim. Lakin Fatimə mənə məhəl qoymur, Fəridlə danışırdı. Fatimə Fəridin onu həmin evə bir neçə dəfə apardığını, Mayanın da bunu gördüyünü bildirdi. Maya qızıma Fəridlə bir yerdə olmağı və sonra evdən qaçmağı məsləhət görüb”.

    Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • В Азербайджане утверждены новые госстандарты по упаковке

    Азербайджанский институт стандартизации (AZSTAND) принял новые государственные стандарты AZS EN 13429:2025 “Упаковка – Повторное использование”, AZS EN 13430:2025 “Упаковка – Требования к упаковке из перерабатываемых материалов” и AZS 14182:2025 “Упаковка – Терминология – Основные термины и определения”.

    Как сообщает Median.Az со ссылкой на AZSTAND, целью внедрения этих стандартов является минимизация вредного воздействия многоразовой упаковки на окружающую среду, в том числе сокращение площадей полигонов отходов за счет увеличения числа упаковок из перерабатываемых материалов.

    Новые госстандарты рассмотрены в Техническом комитете по стандартизации “Экология” (AZSTAND/ТК-09), приняты институтом и включены в Государственный фонд нормативных документов по стандартизации.