“Biz bu gün, təbii olaraq, üçtərəfli əməkdaşlıq layihələrini müzakirə etdik. Onların arasında, təbii olaraq, Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur”.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında bildirib.
Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib:
“Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk”.
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
* * * * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış edirlər.
Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Азербайджан и Иран традиционно поддерживают друг друга в рамках международных организаций. Сегодня также был проведен обмен мнениями по этому вопросу и обсуждались рамки будущего совместного сотрудничества.
Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы с президентом Ирана Масудом Пезешкианом.
Глава государства отметил, что представители двух стран всегда находятся рядом друг с другом, будь то в рамках ООН, Организации исламского сотрудничества, ОЭС, Движения неприсоединения, или других организаций.
“Biz (Azərbaycan və İran – red.) ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi”.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadırlar.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə FHN məlumat yayıb.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən “Azər-Aqro LTD” şirkətinə məxsus “Kəndli yarmarkası”nda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsanın mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;
– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
– pilləkən qəfəsinin tavan konstruksiyasının bəzədilməsində yanar material olan lambirindən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;
– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
– obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən “Azər-Aqro LTD” şirkətinə məxsus “Kəndli yarmarkası”nın inzibati binasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
“Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir”.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, İran prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
28 апреля с участием Президента Азербайджана Ильхама Алиева и президента Ирана Масуда Пезешкиана состоялась церемония обмена документами, подписанными между Азербайджанской Республикой и Исламской Республикой Иран.
Как сообщает АЗЕРТАДЖ, сначала Президент Азербайджанской Республики Ильхам Алиев и президент Исламской Республики Иран Масуд Пезешкиан подписали Совместное заявление президентов.
“Программой политических консультаций между Министерством иностранных дел Азербайджанской Республики и Министерством иностранных дел Исламской Республики Иран на 2025-2027 годы” обменялись министр иностранных дел Азербайджана Джейхун Байрамов и министр иностранных дел Ирана Аббас Арагчи.
“Меморандумом о взаимопонимании между Министерством цифрового развития и транспорта Азербайджанской Республики и Министерством дорог и городского развития Исламской Республики Иран по всеобъемлющему сотрудничеству в транспортной сфере на 2025-2026 годы” обменялись министр цифрового развития и транспорта Азербайджана Рашад Набиев и министр дорог и городского развития Ирана (сопредседатель межправительственной комиссии) Фарзане Садиг.
“Меморандумом о взаимопонимании между Министерством цифрового развития и транспорта Азербайджанской Республики и Министерством дорог и городского развития Исламской Республики Иран по взаимному признанию сертификатов в соответствии с правилом I/10 “Международной конвенции о подготовке, дипломировании моряков и несении вахты 1978 года” (с приложениями)” обменялись министр цифрового развития и транспорта Азербайджана Рашад Набиев и министр дорог и городского развития Ирана (сопредседатель межправительственной комиссии) Фарзане Садиг.
“Программой культурного обмена между Министерством культуры Азербайджанской Республики и Министерством культуры и исламской ориентации Исламской Республики Иран на 2025-2028 годы” обменялись министр культуры Азербайджана Адиль Керимли и министр культурного наследия, туризма и ремесел Ирана Сейед Реза Салехи Амири.
“Меморандумом о взаимопонимании между Агентством развития медиа Азербайджанской Республики и Министерством культуры и исламской ориентации Исламской Республики Иран по сотрудничеству в сфере медиа” обменялись заместитель премьер-министра Азербайджана (сопредседатель межправительственной комиссии) Шахин Мустафаев и министр дорог и городского развития Ирана (сопредседатель межправительственной комиссии) Фарзане Садиг.
Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzalayıblar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi mübadilə ediblər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-26-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə ediblər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə ediblər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-28-ci illər üzrə Mədəni Mübadilə Proqramı”nı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid Rza Salehi Əmiri mübadilə ediblər.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə ediblər.