Month: April 2025

  • Azərbaycanda aviasiya təhlükəsizliyi bağlı yeni qaydalar TƏSDİQLƏNDİ

    Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası”nı təsdiqləyib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

  • Bakının bəzi ərazilərində qaz olmayacaq

    Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması məqsədilə 09.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonu üzrə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin, Xəzər rayonu üzrə isə R.Axundov, A.Mirzəyev, Dənizkənarı küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Məhəmməd Şiya əs-Sudani İlham Əliyevi təbrik edib

    İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

    Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

    Uca Allahdan Sizə cansağlığı və səadət, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram”.

  • В Баку мужчина подозревается в убийстве двоюродного брата

    В Баку мужчина подозревается в убийстве двоюродного брата.

    Как сообщает Report, инцидент произошел вчера в поселке Сахиль Гарадагского района.

    Гусейн Ширинов (1986 г.р.) убил двоюродного брата Наиля Гасанова (1998 г.р.).

    По данному факту ведется расследование.

  • Bakıda kişi özündən 12 yaş kiçik xalası oğlunu öldürməkdə şübhəli bilinir

    Bakıda kişi qohumunu öldürməkdə şübhəli bilinir.

    Hadisə ötən gün Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1998-ci il təvəllüdlü Nail Həsənovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib. Hazırda polis əməkdaşları cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

    Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

  • Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək

    Bakıda aprelin 10-dan 13-dək Qətər Mədəniyyəti Günləri keçiriləcək.

    Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, aprelin 10-da saat 15:00-dan etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olacaqlar.

    Həmçinin həmin müddət ərzində həmin ərazidə Qətərdən təşrif buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər keçiriləcək.

    Eyni zamanda həmin gün Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.

    2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. Qeyd edək ki, bundan əvvəl Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında ölkəmizdə keçirilib.

    Azərbaycanla Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir. Ölkələr həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir.

  • Bakıda 2.5 milyon manata yeni park salınır

    “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.

    Tenderdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.

    Ehtimal olunan qiymət isə 2 450 000 manatdır.
    //banker.az

  • Azərbaycanda I rübdə vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Azərbaycanda I rübdə vətəndaşlara geri qaytarılan Əlavə Dəyər Vergisinin (ƏDV) məbləği açıqlanıb.

    Bu barədə “Azərbaycan iqtisadiyyatı” “Telegram” kanalı məlumat yayıb.

    Bildirilib ki, “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 2025-ci ilin yanvar-mart ayları ərzində 46 milyon 88.3 min manatdan çox olub.

    “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin yanvar-mart ayları ərzində qaytarılan həcmi 8 milyon 59.8 min manatdan çox təşkil edib.

  • “Nikosayağı”nın əfv olunması ilə bağlı komissiya üzvündən AÇIQLAMA

    Azərbaycanda may ayında əfv sərəncamının imzalanması gözlənilir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Ötən iclaslarda Komissiya 400-dən artıq müraciətə baxıb.

    Sosial şəbəkələrdə yayılan məlumatlara görə, əfv olunmaq üçün müraciət edənlərin arasında bir çox tanınmış simalar – sabiq məmurlar, sabiq icra başçıları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Ol və meyxanaçı Rəşad Dağlı, “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli də var.

    Bəs bu iddialar nə qədər həqiqətə uyğundur?

    Median.Az
    xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, hansısa fenomenin əfv siyahısına düşməsi ilə bağlı məlumata malik deyil:

    “Bu məsələ Azərbaycan Respublikasının Prezidentinin konstitusion səlahiyyətinə aid bir məsələdir. Kimlərin əfv ediləcəyini yalnız cənab Prezident müəyyən edir. Çünki son qərar dövlət başçısına mənsubdur. Əgər kimsə desə ki, filankəs əfv olunacaq, bu, kökündən yanlış bir yanaşmadır”.

    Müsahibimiz əlavə edib ki, bu günə qədər Komissiya 400-dən artıq müraciətə baxılıb və müvafiq qərarlar qəbul edilib:

    “Əfv Komissiyasının vəzifəsi məhkumların özləri, yaxınları və vəkilləri tərəfindən edilən müraciətlərə, eləcə də deputatların, QHT-lərin, Ombudsmanın və vətəndaş cəmiyyətinin digər üzləri tərəfindən qaldırılan vəsadətlərə baxmaqdır. Yüzlərlə ərizə daxil olur. Hər bir ərizə diqqətlə araşdırılır və müvafiq qərarların verilməsi üçün rəylər hazırlanır”.

    Qeyd edək ki, 1995-ci ildən bu günə qədər Azərbaycanda 70 əfv sərəncamı olub. Bu əfv sərəncamlarından 33-ü ümummilli lider Heydər Əliyev, 37-si isə Prezident İlham Əliyev tərəfindən imzalayıb. Bu əfv sərəncamları bütövlükdə 10 mindən artıq məhkuma şamil edilib.

    Xatırladaq ki, Əjdər Ol Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

    O, 2022-ci ilin aprelində 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin iyulunda isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 8 il 3 aya endirilib.

    Nicat Şakirli isə ötən ilin martında 5 il müddətinə azadlıqdan məhrum edilib. Belə ki, 2023-cü ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

  • Estetik cərrahlarla bağlı SƏHİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

    Azərbaycanda bir neçə estetik cərrahın sertifikasiyasının ləğv edilməsi ilə bağlı məsələ ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.
    Məlumata görə, bəzi həkimlərin sertifikasiya şəhadətnamələri ləğv olunub, digərlərinin isə sertifikasiya müddəti başa çatıb.
    Hazırda bu istiqamətdə araşdırmalar davam edir. Prosesin nəticəsində hansı həkimlərin fəaliyyətinə rəsmi olaraq icazə verilməyəcəyi yaxın günlərdə bəlli olacaq.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ”Ajans.az”ın sorğusuna cavabında bildirib ki, estetik cərrahlarla bağlı Təftiş Komissiyasının işi yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Nazirlik həmçinin vətəndaşlara yalnız lisenziyalı və sertifikatlı mütəxəssislərə müraciət etməyi tövsiyə edib.

    Qeyd edək ki, indiyədək sertifikasiyası ləğv olunan tanınmış estetik cərrahlar arasında aşağıdakı adlar var:

    • Dilqəm Məhərrəmov – “Baku Medical Plaza” klinikasının plastik cərrahı
    • Nərgiz Əhmədova – “Medilux” klinikasının plastik cərrahı
    • Sevinc Heydərova – “International Medical Centre”
    • Könül Ağamirova – “Milan VİP” hospital
    • Şövkət Əliyeva – “Azərtürkmed”
    • Təbəssüm Qurbanova – “Azər-Türk Med”
    • Bəhicə Kərimova, Rəna Quliyeva, Elnarə Salmanlı – digər klinikalarda fəaliyyət göstərən cərrahlar

    Bu qərarlar həkimlərin peşə fəaliyyətində aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qəbul olunub və hal-hazırda Baş Prokurorluq tərəfindən araşdırmalar davam etdirilir.

    Xatırladaq ki, bu proses həm pasiyent təhlükəsizliyinin təmin olunması, həm də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədi daşıyır. Təftişin yekun nəticələri və cərrahlarla bağlı qərarlar yaxın müddətdə açıqlanacaq.