Month: April 2025

  • Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib (YENİLƏNİB)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını deyib.

    Dövlətimizin başçısı Fərzanə Sadiqin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd edib.

    Qonaq ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

    İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiq xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğulayıb.

    Qonaq qeyd edib ki, İran Prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.

    Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi qəbul edib.

    Median.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • В Баку в детском саду найдено повешенное тело

    В детском саду №9, расположенном на территории поселка Маштага Сабунчинского района Баку, произошло самоубийство.

    Как сообщает lent.az, работавший там Джалал Мусаев (1981 г.р.) повесился в котельной дошкольного учреждения. Его тело обнаружил коллектив детского сада.

    Причины самоубийства неизвестны.

    По данному факту в Сабунчинской районной прокуратуре проводится расследование.

  • Bakıda uşaq bağçasında asılmış meyit tapıldı

    Bakıda intihar hadisəsi baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.

    Orada işləyən fəhlə, 1981-ci il təvəllüdlü Cəlal Yusif oğlu Musayev bağçanın qazanxanasında özünü asıb. Onun asılmış meyitini bağçanın kollektivi aşkar edib.

    İntiharın səbəbləri məlum deyil.

    Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.

  • π-Puppid: жители Баку могут наблюдать апрельский звездопад

    С 15 по 28 апреля жители Земли смогут наблюдать удивительное астрономическое явление – метеорный поток π-Puppid.

    Об этом сообщает кафедра астрофизики физического факультета Бакинского государственного университета.

    Пик активности звездопада придется на 23 апреля. Метеорный поток π-Puppid связан с кометой 26P/Grigg-Skjellerup (комета Григга – Скьеллерупа), открытой в 1972 году. Свое название он получил благодаря тому, что его радиант (точка, из которой, как кажется наблюдателю, вылетают метеоры) находится в созвездии Кормы (Puppis).

    Звездопад π-Puppid проявлял высокую активность в 1977 и 1982 годах, когда за час можно было увидеть около 40 метеоров. В 1983 году было зафиксировано примерно 13 метеоров в час. В последующие годы активность потока снизилась, но в этом году она может вновь возрасти. Скорость метеоров составит около 18 км/с.

    Жители Баку смогут наблюдать метеорный поток π-Puppid примерно с 19:30 до 20:00 в юго-западном направлении над горизонтом. Однако лучше всего этот звездопад будет виден в Южном полушарии Земли.

    Метеорные потоки – это явление, при котором множество метеоров появляются в небе, вылетая из одной точки. Они образуются, когда Земля проходит сквозь шлейф пылевых частиц, оставленный кометой. Сгорая в атмосфере, эти частицы создают яркие вспышки света – метеоры, которые мы ошибочно называем “падающими звездами”.

  • Meteor yağışı gözlənilir – Bakıdan müşahidə etmək mümkün olacaq

    Aprelin 15-dən 28-dək “π-Puppid” (Pi-Göyərtə) meteor yağışı müşahidə olunacaq.

    Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

    Bildirilib ki, meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək.

    Məlumata görə, “π-Puppid” meteor yağışı 1972-ci ildə kəşf edilən “26P/Grigg-Skjellerup” kometası ilə əlaqələndirilir.

    Radiantı (mənbəyi) Puppid (Göyərtə) bürcündə olduğu üçün bu adı alıb. Bu yağış 1977-ci və 1982-ci illərdə fəal olub, həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb. Sonrakı illərdə fəallıq aşağı olub. Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən 18 km/s olacaq.

    “π-Puppid” meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Bu meteor yağışı əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.

  • Президент Ильхам Алиев наградил Мамедбагира Алиева орденом “Шараф”

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о награждении Мамедбагира Джавад оглу Алиева орденом “Шараф”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, он удостоен награды за большие заслуги в развитии связей между Азербайджаном и Россией и многолетнюю плодотворную общественную деятельность.

    Отметим, что Мамедбагир Алиев – академик, известный врач-онколог, профессор, доктор медицинских наук, член президиума Российской академии наук (РАН).

  • İlham Əliyev Məmmədbağır Əliyevi təltif etdi

    Akademik, tanınmış həkim-onkoloq, professor, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının (REA) Rəyasət Heyətinin üzvü Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayb.

    Sərəncama əsasən, M.Əliyev Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə təltif olunub.

  • Киберпреступники продолжают обманывать граждан: с карт за сутки украдено 67 000 манатов

    Несмотря на постоянные предупреждения правоохранительных органов, граждане Азербайджана продолжают становиться жертвами киберпреступников, которые с помощью различных схем опустошают их банковские карты.

    Об этом сообщает пресс-служба Министерства внутренних дел.

    По данным ведомства, схемы мошенничества в киберпространстве постоянно меняются, но принципы остаются прежними. Гражданам настоятельно рекомендуется блокировать подозрительные звонки и сообщения из-за рубежа, связанные с банковскими картами, не отвечая на них и не переходя по фальшивым ссылкам. В противном случае деньги с банковской карты будут украдены.

    “7 апреля у различных граждан с помощью различных киберметодов были украдены денежные средства с банковских карт на различные суммы, от 50 до 17 450 манатов, в общей сложности около 67 тысяч манатов”, – говорится в сообщении.

    Министерство внутренних дел в очередной раз призывает граждан внимательно относиться к привлекательным предложениям о заработке, страховании, укреплении банковских счетов, платежах по доходам, поступающим от неизвестных лиц. Ни в коем случае нельзя передавать личные банковские данные незнакомым людям.

  • Bir gündə vətəndaşların 67 min manata yaxın pulunu taladılar – DİN ÇAĞIRIŞ ETDİ

    Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar:

    “Aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.

    “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin”, – deyə məlumatda qeyd olunub.

  • Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması üçün dövlət rüsumu MÜƏYYƏNLƏŞDİ

    Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması üçün tutulan dövlət rüsumunun dərəcəsi müəyyən edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.

    Qanuna əsasən, təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması üçün tutulan dövlət rüsumu 100 manat nəzərdə tutulub.