Month: April 2025

  • Göygöldə 22 yaşlı qız qaçırıldı

    Göygöldə 22 yaşlı qız qaçırılıb.

    Median.Az xəbər verir ki, Hacıməlik kənd sakini 2003-cü il təvəllüdlü Brilyant Həsənova evlənmək məqsədi ilə qaçırılıb.

    Məsələ ilə bağlı B.Həsənovanın nənəsi polisə müraciət edib.

    Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan oxu.az-a təsdiqləyiblər.

    Bildirilib ki, hazırda qızın axtarışları davam etdirilir.

  • Разоблачена преступная схема контрабанды лекарств в Азербайджан: есть задержанные

    В Азербайджане разоблачены лица, обвиняемые в контрабанде лекарственных средств в страну и получении взяток за покровительство этой деятельности.

    Как сообщает Median.Az со ссылкой на совместное заявление Генеральной прокуратуры Азербайджанской Республики и Государственного таможенного комитета (ГТК), предварительное следствие по уголовному делу, возбужденному в отношении незаконных действий сотрудников Хачмазского таможенного управления ГТК, причастных к совершению преступления, продолжается в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре.

    В ходе следствия возникли обоснованные подозрения в том, что оперуполномоченный Отдела оперативных расследований Хачмазского таможенного управления Хидаят Мамедов и инспектор объединения “Азертерминалкомплекс”, прикомандированный к этому отделу, Байрам Мамедов, предварительно вступив в сговор и используя свое служебное положение, получили взятку от гражданина Арзу Абдуллаева, обратившегося к ним, за обеспечение провоза через территорию Азербайджанской Республики транспортного средства, управляемого Хайсуфом Гаджиевым и груженного лекарственными средствами и другими товарами, в обход таможенного контроля.

    На основании собранных первичных доказательств Хидаят Мамедов привлечен в качестве обвиняемого по статьям 32.5, 206.3.2 (пособничество в контрабанде, совершенное группой лиц по предварительному сговору), 308.2 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия), 311.3.1 и 311.3.2 (неоднократное получение взятки группой лиц по предварительному сговору), Байрам Мамедов – по статьям 308.2 и 311.3.1, а Арзу Абдуллаев и Хайсуф Гаджиев – по статьям 200-1.2.2 (незаконный оборот лекарственных средств, совершенный группой лиц по предварительному сговору), 200-1.2.3 (незаконный оборот лекарственных средств в крупном размере) и 206.3.2 (контрабанда, совершенная группой лиц по предварительному сговору) Уголовного кодекса.

    На основании ходатайства следователя, ведущего предварительное следствие по делу, и представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, в отношении обвиняемых Хидаята Мамедова, Байрама Мамедова и Арзу Абдуллаева решением суда избрана мера пресечения в виде ареста, а в отношении Хайсуфа Гаджиева – в виде надзора полиции.

    В настоящее время по делу продолжаются необходимые следственные и оперативно-разыскные мероприятия, о результатах которых общественности будет предоставлена дополнительная информация.

  • İki qurumdan birgə ƏMƏLİYYAT – Saxlanılanlar arasında vəzifəli şəxslər də var

    Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və onlardan rüşvət almaqla himayədarlıq etməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

    Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında qeyd olunub:

    “Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

    İstintaqla Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin inspektoru Bayram Məmmədovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Haysuf Hacıyevin idarə etdiyi dərman vasitələri və digər mallarla yüklü nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək müqabilində onlara müraciət etmiş vətəndaş Arzu Abdullayevdən rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış ilkin sübutlar əsasında Hidayət Məmmədov Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməkçilik), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədov həmin Məcəllənin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), Arzu Abdullayev və Haysuf Hacıyev isə həmin Məcəllənin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında təqsirləndirilən şəxslər Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs, Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

  • Bakıda taksi sürücüsü müştərisinin 30 min dollarını oğurlayıb özünə maşın aldı

    Bakıda 43 yaşlı taksi sürücüsü müştəriyə məxsus 30 min dolları ələ keçirib. Həmin pulla özünə maşın alıb, bir həftə hoteldə qadınlarla əyləncə məclisləri təşkil edib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, söhbət daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşamış Anar Vəliyevin sonuncu cinayət əməlindən gedir.

    Belə ki, Anar Vəliyev Bakıda sərnişin kimi avtomobilinə əyləşən Ülfət adlı şəxsin əşyalarını və nağd pulunu ələ keçirib.

    İstintaqla müəyyən edilib ki, Anar müştərinin sərxoş olmasından istifadə edərək onu maşından düşürərək qaçıb. Ülfətin mobil telefonunu, bahalı geyim əşyalarını və paltarların arasında gizlətdiyi 30 min dolları ələ keçirib.

    Həmin pulun 21 min manatına özünə “Hyundai” markalı maşın alıb. Bakıda hotellərdən birində 6 günlük otaq kirayələyərək hər gün orada müxtəlif qadınlarla əyləncə məclisləri təşkil edib. Özünə mobil telefon da alıb.

    Bundan başqa, Anar Vəliyevin boşandığı xanımına aliment ödəmədiyi üçün də məsuliyyətə cəlb edildiyi məlum olub.

    Onun daha bir cinayət əməli də üzə çıxıb. Belə ki, Anar Vəliyev bankomatdan pul çıxaran şəxsi aldadaraq onun 3 min manat vəsaitini ələ keçirib.

    Törətdiyi əməllərə görə özünü təqsirli bilən Anar Vəliyev 30 min dollarlıq cinayət əməli barədə danışarkən bunları deyib:

    “Sərnişin sərxoş idi. Hara getdiyini bir neçə dəfə soruşdum. Amma demədi. Mən də əsəbiləşib onu “Motodrom” kimi tanınan ərazidə düşürdüm. Dedim ki, gedək bizdə çay içək. Maşından düşən kimi mən də oradan uzaqlaşdım. Məqsədim ondan canımı qurtarmaq idi. Səhər maşına baxanda telefon və paltarların arasındakı pulu gördüm. Ondan sonra pulu xərcləmək qərarına gəldim”.

    Məhkəmənin hökmü ilə Anar Vəliyev 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxsə isə sadəcə alınan “Hyundai” markalı avtomobil qaytarılıb. Qalan zərər Anar Vəliyev tərəfindən ödənilməyib.

  • Масштабный снос старых зданий в Баку: как это повлияет на рынок недвижимости?

    В некоторых районах города Баку планируется снос старых построек, жилых и нежилых объектов, а также проведение работ по благоустройству. По данным источников, под снос попадут здания с истекшим сроком эксплуатации, не представляющие исторической ценности, находящиеся в аварийном состоянии и с высокой степенью износа.

    Как же снос зданий повлияет на цены на рынке недвижимости столицы Азербайджана? Своим мнением по этому вопросу с Trend поделился председатель Общества оценщиков Азербайджана (ООА), экономист-эксперт Вугар Орудж.

    “Согласно генеральному плану города Баку, инфраструктура столицы будет перестроена. Одним из приоритетов является обновление города и увеличение площади зеленых насаждений. Население города постоянно растет, увеличивается и плотность застройки. Чтобы решить эти проблемы, город должен расти и развиваться”, – отметил эксперт.

    По его словам, планы по расширению города в сторону окраин и развитию инфраструктуры уже существуют. Вопросы сноса и переселения в столице также вытекают из этих целей. Одним из приоритетов является сохранение архитектурного облика города при строительстве новых зданий, исторические здания должны оставаться нетронутыми. Будут снесены здания с истекшим сроком эксплуатации и непригодные для использования. Эти здания уже определены.

    На начальном этапе ожидается снос около 300 зданий. Для этого уже объявлен тендер. Оценочные компании работают в этом направлении. В настоящее время в зонах сноса определяются суммы компенсаций, а жителям предоставляются новые квартиры в новостройках. По этому поводу ведутся переговоры между гражданами и соответствующими структурами.

    Председатель ООА отметил, что происходящие изменения не только повлияют на цены, но и сыграют роль в благоустройстве города.

    “Новые инфраструктурные изменения приведут к значительным новшествам. Мы ожидаем роста цен на этих территориях. Ведь когда развивается инфраструктура, увеличиваются зеленые зоны, есть доступ к транспорту, рост цен неизбежен. Однако на других территориях ожидается стабилизация цен”, – подчеркнул Вугар Орудж.

    В целом, по его мнению, это сыграет роль регулирующего фактора в масштабах удорожания. Рост цен связан не только с Азербайджаном. Происходящее в мире подорожание также напрямую влияет на нашу страну. Если раньше гражданам предлагалось 10 мест для покупки квартиры, то после сноса, по мере строительства домов, количество вариантов также увеличится.

    Эксперт по вопросам недвижимости Орхан Рустамов заявил, что снос зданий и строительство новых домов в Баку, как правило, напрямую влияют на рынок жилья и могут привести к росту цен.

    “Строительство новых и современных зданий на месте снесенных, как правило, может привести к более высоким ценам наряду с лучшей инфраструктурой и услугами. Высокое качество и лучшие условия новых квартир повышают интерес покупателей и влияют на рост цен”, – отметил эксперт.

    По его словам, если новые проекты не будут начаты на месте зданий, количество квартир уменьшится. Это приведет к снижению предложения на рынке и может вызвать рост цен. Особенно это ощущается, когда сносятся здания в центральных районах города. Снос зданий и реализация новых проектов в целом могут привести к развитию инфраструктуры города. Это повышает привлекательность территории, и, как следствие, растут цены на квартиры в этом районе.

  • Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

    Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Məlumata görə, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi çox yüksək olan bina və tikililəri əhatə edir.

    Söküntü işləri paytaxtın mənzil bazarında qiymətlərə necə təsir edəcək?

    Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc “Trend”ə açıqlamasında deyib ki, Bakı şəhərinin baş planına əsasən, paytaxtın infrastrukturu yenidən qurulacaq.

    “Bunun üçün prioritet məsələlərdən biri də şəhərin yenilənməsi və yaşıllıq sahələrinin daha çox olmasına önəm verilməsidir.

    Getdikcə şəhər əhalisi artır. Bununla yanaşı, şəhərdə sıxlıq da artır. Bunları aradan qaldırmaq üçün şəhər böyüməli və inkişaf eləməlidir. Bu səbəblərdən dolayı şəhərin kənar ərazilərə doğru böyüdülməsi, infrastrukturun inkişafı barədə planlar mövcuddur.

    Paytaxtda aparılacaq söküntü və köçürülmə məsələləri də bu məqsədlərdən irəli gəlir. Prioritetlərdən biri də odur ki, yeni tikililər inşa edilən zaman şəhərin bu günə qədər olan memarlıq siması saxlanılmalı, tarixi binalar toxunulmaz qalmalıdır. İstismar müddəti bitmiş, yararsız binalar söküləcək. Artıq bu binalar müəyyən olunub.

    İlkin mərhələdə 300-ə yaxın binanın sökülməsi gözlənilir. Bunun üçün tender elanı da verilib. Qiymtləndirici şirkətlər bu istiqamətdə fəaliyyət göstərirlər. Hazırda söküntü ərazilərində kompensasiya məbləğləri müəyyən edilir və yeni tikililərdə vətəndaşlara yeni mənzillər təqdim olunur. Bununla bağlı vətəndaşlar və müvafiq qurumlar arasında danışıqlar gedir”, – deyə o bildirib.

    Cəmiyyət sədri qeyd edib ki, baş verən dəyişikliklər qiymətlərə təsir etməklə yanaşı, şəhərin abadlaşdırılmasında rol oynayacaq:

    “Yeni infrastruktur dəyişiklikləri mühüm yeniliklərlə nəticələnəcək. Həmin ərazilərdə qiymətlərin artımını gözləyirik. Çünki infrastruktur inkişaf edirsə, yaşıllıq sahələri artırsa, nəqliyyata əlçatanlıq varsa, qiymətlərin artımı qaçılmaz olur. Lakin digər ərazilərdə qiymətlərin stabilləşəcəyi gözlənilir.

    Ümumi kontekstdə götürdükdə, bu, bahalaşmanın miqyasında müəyyən tənzimləyici faktor rolunu oynayacaq. Qiymətlərin artımı təkcə Azərbaycanla bağlı deyil. Dünyada baş verən bahalaşmalar da birbaşa ölkəmizə təsir edir. Əgər əvvəllər vətəndaşlara mənzil almaq üçün 10 yer təqdim olunurdusa, söküntüdən sonra binalar tikildikcə seçim sayı da artacaq”.

    Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov bildirib ki, Bakı şəhərində binaların sökülməsi və yeni tikililərin inşası, adətən, mənzil bazarına birbaşa təsir edir və qiymətlərin artmasına səbəb ola bilər.

    “Sökülən binaların yerində yeni və müasir tikililərin inşa edilməsi, ümumiyyətlə, daha yaxşı infrastruktur və xidmətlərlə yanaşı, daha yüksək qiymətlərə səbəb ola bilər. Yeni mənzillərin yüksək keyfiyyəti və daha yaxşı şəraiti alıcıların marağını artırır və qiymətlərin yüksəlməsinə təsir edir.

    Binaların yerində yeni layihələr başlamazsa, mənzil sayı azalacaq. Bu, bazarda təklifin azalması ilə nəticələnəcək və qiymətlərin artmasına səbəb ola bilər. Xüsusilə şəhərin mərkəzi yerlərində olan binalar söküləndə, bu, daha çox hiss olunur. Binaların sökülməsi və yeni layihələrin həyata keçirilməsi ümumilikdə şəhərin infrastrukturunun inkişafını gətirə bilər. Bu, ərazinin cəlbediciliyini artırır və nəticədə, həmin ərazidəki mənzillərin qiymətləri yüksəlir”, – deyə o qeyd edib.

  • Дорожная полиция обратилась к водителям: Строго соблюдайте ПДД в непогоду

    Главное управление государственной дорожной полиции (ГУ ГДП) Азербайджана обратилось к участникам дорожного движения в связи с ожидаемыми неблагоприятными погодными условиями.

    Как сообщили в ГУ ГДП, по прогнозам синоптиков, с сегодняшнего дня до 12 апреля погода в стране резко ухудшится, ожидается сильный ветер и осадки, а температура воздуха снизится на 5-10 градусов по сравнению с предыдущими днями.

    В связи с этим дорожная полиция просит участников движения быть внимательными на дорогах в дождливую и ветреную погоду, выбирать скоростной режим в соответствии с дорожными и метеорологическими условиями, соблюдать достаточную дистанцию и следить за техническим состоянием транспортных средств, а владельцам и водителям прицепов, тентов и длинномерных грузовиков следует обращать внимание на упаковку перевозимого груза.

    ГУ ГДП также призывает пешеходов быть более внимательными в непогоду, ходить по тротуару, не выходя на проезжую часть, и переходить дорогу только через пешеходные переходы.

  • BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

    Müraciətdə deyilir:

    “Sinoptiklərin məlumatına əsasən, bu gündən başlayaraq aprelin 12-dək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi, temperaturun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enməsi gözlənilir. BDYPİ verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı xahiş edir. Yağışlı, çiskinli havalarda yollarda sürüşmə ehtimalı yüksək olduğundan avtomobil sürücüləri sürət həddini yol və meteoroloji şəraiti uyğun seçməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər”.

    “Piyadalardan isə əlverişsiz havalarda daha da ehtiyatlı davranmaq, səki ilə hərəkət edərək avtomobil yoluna çıxmamaq, yolu yalnız piyada keçidlərindən keçmək xahiş olunur”, – deyə məlumatda bildirilib.

  • В Гёйчае на траурной церемонии обрушился балкон дома: увеличилось число пострадавших (ОБНОВЛЕНО)

    Стало известно о состоянии пострадавших в результате обрушения балкона дома во время траурной церемонии в селе Гараязы Гёйчайского района.

    В ответ на запрос Oxu.Az в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) сообщили, что 7 апреля в 13:00 восемь женщин были госпитализированы в отделение скорой помощи Центральной районной больницы.

    “Из них семь пострадавших 1966, 1963, 1973, 1969, 1976, 1960 и 1962 годов рождения после оказания первичной медицинской помощи были выписаны домой на амбулаторное лечение.

    Еще одна женщина 1973 года рождения была госпитализирована в специализированное медицинское учреждение с множественными переломами и травмой позвоночника”, – подчеркивается в информации.

    * * * * *

    В Гёйчае обрушился балкон дома во время траурной церемонии, 5 женщин получили травмы.

    Как сообщает Report, обрушился балкон на 2-м этаже дома, где сидели женщины, участвовавшие в церемонии.

    Метанет Гашимова (1978 г.р.), Кямаля Вахидова (1969 г.р.), жительницы села Гараязы Саханым Джаббарова (1966 г.р.), Назиля Мамедова (1966 г.р.) и Сусахан Алиева (1963 г.р.) получили травмы различной степени тяжести.

    По данному факту ведется расследование.

  • Göyçayda yas mərasimində DƏHŞƏT – Xəsarət alanların sayı ARTDI (YENİLƏNİB)

    Göyçayda yas mərasimində evin eyvanı uçması nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 7-si, saat 13:00-da Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan səkkiz nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub.

    “Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü yeddi nəfər (qadın cinsli) şəxsə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

    Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub”, – deyə məlumatda vurğulanıb.

    * * * * *

    Göyçayda yas mərasimində evin eyvanı uçub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.

    Belə ki, evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub. Nəticədə 1978-ci il təvəllüdlü Mətanət Ağakərim qızı Həşimova, 1969-cu il təvəllüdlü Kəmalə Həşim qızı Vahidova, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Saxanım Suru qızı Cabbarova, 1966-cı il təvəllüdlü Nazilə Məzahir qızı Məmmədova və 1963-cü il təvəllüdlü Susaxan Suru qızı Əliyeva həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

    Faktla bağlı araşdırma aparılır.