Month: April 2025

  • Украина инициировала экстренное заседание ОБСЕ после удара РФ по Кривому Рогу

    ОБСЕ соберется на внеочередное заседание из-за ракетного удара РФ по Кривому Рогу.

    Как передает Median.Az со ссылкой на украинские СМИ, об этом сообщил представитель Украины при ОБСЕ и других международных организациях в Вене Юрий Витренко.

    “По требованию Украины, в ответ на кровавый российский ракетный теракт против детей и взрослых в Кривом Роге, а также эскалацию террора против гражданских по всей Украине, завтра (8 апреля) в ОБСЕ созывается чрезвычайная специальная сессия Постоянного совета. У болотной делегации земля будет гореть под ногами”, – написал он в соцсети.

    Напомним, что 4 апреля в результате обстрела российскими военными баллистическими ракетами украинского города Кривой Рог погибли 20 человек, из них девять детей, а пострадали более 70.

  • Ukraynanın tələbi ilə ATƏT-in təcili iclası keçiriləcək

    ATƏT Rusiyanın Krıvoy Roqa raket zərbəsi endirməsi ilə əlaqədar növbədənkənar iclas keçirəcək.

    Bunu Ukraynanın ATƏT və Vyanadakı digər beynəlxalq təşkilatlardakı nümayəndəsi Yuri Vitrenko bildirib.

    “Rusiyanın Krıvoy Roqda uşaqlara və böyüklərə qarşı qanlı raket hücumuna, eləcə də bütün Ukraynada mülki şəxslərə qarşı terrorun şiddətlənməsinə cavab olaraq Ukraynanın tələbi ilə sabah (8 aprel) ATƏT-də Daimi Şuranın fövqəladə xüsusi sessiyası çağırılır”, – o, sosial şəbəkədə yazıb.

    Xatırladaq ki, aprelin 4-də Rusiya hərbçilərinin Ukraynanın Krıvoy Roq şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində 20 nəfər, o cümlədən 9 uşaq ölüb, 70-dən çox insan yaralanıb.

  • При Миннауки будут созданы 8 специализированных институтов и 2 новых научных учреждения

    Согласно распоряжению президента “О дополнительных мерах по оптимизации деятельности и повышению эффективности научных учреждений, подведомственных Министерству науки и образования”, планируется реструктуризация ряда научно-исследовательских институтов.

    Институты, работающие по схожим направлениям, будут объединены в 8 специализированных учреждений: по геологии, географии, физике, химии, математике, ботанике, живыи системам и молекулярной биологии.

    Кроме того, будут созданы 2 новых научных учреждения с современной инфраструктурой, соответствующей международным стандартам.

    Часть институтов передадут в подчинение региональных государственных университетов для углубления взаимодействия науки и образования. Деятельность неэффективных научно-производственных объединений будет прекращена.

    Министерство науки и образования обеспечит выполнение положений распоряжения и организует работу новых структур.
    //report

  • Elm və Təhsil Nazirliyinin tabeliyində ixtisaslaşmış 8 institut və 2 yeni elmi müəssisə yaradılacaq

    Ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.

    Elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut – Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq.

    Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.

    İslahat xarakteri daşıyan Sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Eyni zamanda gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi, regionlarda elmi potensialın artırılması, təhsillə elmin sintezinin gücləndirilməsi islahatın əsas hədəfləri sırasındadır.

    Bildiririk ki, struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə imkan verəcək.

    Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq.

    Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Sərəncamdan irəli gələn məsələlərin icrasının təmin edilməsi, yeni institutların fəaliyyətinin düzgün təşkili və elmi mühitin daha da inkişaf etdirilməsi üçün bütün zəruri addımları atacaq.
    //report

  • “Азеригаз”: В Новханы будет временно приостановлено газоснабжение

    Завтра временно будет приостановлено газоснабжении поселка Новханы в Абшеронском районе.

    Об этом сообщает Median.Az со ссылкой на “Азеригаз”.

    Подача газа будет приостановлена завтра с 10:00 до завершения ремонтных работ.

  • “Azəriqaz”: Abşeronda bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

    Aprelin 8-də Abşeron rayonu, Novxanı ərazisinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Bildirilib ki, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq.

    “Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda deyilir.

  • В Азербайджане должникам с ограниченным правом выезда из страны будут отправлять SMS-уведомления

    В Азербайджане меняется порядок информирования должников – физических лиц и руководителей исполнительных органов юридических лиц, которым ограничено право выезда из страны.

    В связи с этим предлагаются изменения в закон “Об исполнении”.

    Документ будет обсуждаться на пленарном заседании Милли Меджлиса 11 апреля.

    Согласно изменению, решение суда о временном ограничении права выезда за пределы страны в отношении физического лица или руководителя исполнительного органа юридического лица с задолженностью немедленно передается из информационной системы “Электронный суд” в систему “Электронное исполнение”. Оттуда информация оперативно поступает в межведомственную автоматизированную систему “Въезд-выезд и регистрация”, где и применяется ограничение. Об этом через “Электронное исполнение” уведомляются как должник (или руководитель), так и взыскатель, включая отправку SMS на зарегистрированный мобильный номер.

    Когда основания для ограничения устраняются, соответствующая информация также немедленно вносится в “Электронное исполнение” и передается в систему “Въезд-выезд и регистрация”, где ограничение аннулируется. После этого должник или руководитель, а также взыскатель получают уведомление, в том числе по SMS.

  • Azərbaycanda ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

    Azərbaycanda ölkədən getmək hüquqi məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydası dəyişir.

    Bununla bağlı “İcra haqqında” qanuna dəyişiklik təklif edilir.

    Sənəd Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

    Dəyişikliyə əsasən, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

    Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin hüququnun ölkədən getmək müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış idarələrarası və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

  • В Лянкяране мужчина погиб от удара током во время рыбалки

    В Лянкяранском районе 32-летний мужчина погиб от удара электрическим током во время рыбалки.

    Инцидент произошел в селе Гирдани.

    Согласно информации, 32-летний Худаверен Шукюр оглу Ализаде получил смертельный удар током, когда задел рыболовной удочкой линию электропередачи при попытке перейти на другую сторону реки Гирданичай.

    Мужчина скончался на месте. Его тело передано в Лянкяранское отделение Объединения судебно-медицинской экспертизы и патологической анатомии.

    По факту ведется расследование.

  • Lənkəranda 32 yaşlı kişini cərəyan vuraraq öldürüb

    Lənkəran rayonunda 32 yaşlı kişini elektirk cərəyanı vuraraq öldürüb.

    Hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

    Belə ki, 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəniçay çayının əks tərəfinə keçərkən əlindəki balıq ovu üçün istifadə etdiyi tilov yüksək gərginlikli elektik xəttinə toxunub. O, hadisə yerində ölüb.

    Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.