Month: April 2025

  • Azərbaycanda zəlzələ oldu

    Ağdam stansiyasından 48 km cənub-qərbdə, Kəlbəcər rayonunda zəlzələ baş verib.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Qeyd edilib ki, maqnitudası 3.7 bal olan zəlzələ yerli vaxtla saat 00:35-də qeydə alınıb. Zəlzələ ocağı yerin 11 kilometr dərinliyində olub.

  • Онлайн-казино в Азербайджане: источник материальных потерь и психологических травм (ВИДЕО)

    В последнее время особую популярность приобрели незаконные онлайн-казино, активно рекламируемые в соцсетях и мессенджерах, таких как Telegram.

    Организаторы этих азартных игр обещают быстрый заработок, но на деле это приводит к потере огромных денег, серьезным психологическим травмам и юридическим проблемам. Большинство этих каналов действуют бесконтрольно, без какой-либо официальной регистрации.

    Реальность такова, что данная система ежедневно заманивает в ловушку все больше людей. По словам IT-специалиста Эльвина Аббасова, указывать данные банковских карт на таких сайтах очень опасно.

    “Граждане должны знать, что если они участвуют в деятельности казино через программы мгновенного обмена сообщениями или напрямую через сайты, это означает, что данные их карт уже там. В результате пользователи могут стать жертвами мошенничества”, – сказал специалист.

    В Министерстве внутренних дел отметили, что на основании поступившей информации сотрудники полиции принимают соответствующие меры по пресечению незаконных действий этих лиц.

    “Еще раз рекомендуем гражданам не участвовать в незаконных азартных играх, организуемых в социальных сетях”, – заявили в ведомстве.

    Подробнее – в сюжете Baku TV:

  • Azərbaycandakı gizli qumar dünyası necə işləyir? – Oyun mafiyasının iç üzü (VİDEO)

    Sosial media platformalarında yayılan gizli kanallar, xüsusilə də “Telegram” üzərindən fəaliyyət göstərən onlayn kazinolara maraq geniş yayılıb.

    Sadə bir link, qısa bir mesaj və vəd olunan sürətli qazanc sonda böyük maddi itkilər, psixoloji sarsıntılar və hüquqi problemlərə səbəb olur. Bu kanalların əksəriyyəti heç bir rəsmi qeydiyyatdan keçmədən, nəzarətsiz şəkildə fəaliyyət göstərir.

    Reallıq isə budur ki, bu sistem hər gün daha çox insanı tələyə salır. İT mütəxəssisi Elvin Abbasov bildirib ki, bu tip saytlara bank kartlarını əlavə etmək çox təhlükəlidir:

    “Vətəndaşlar bilməlidirlər ki, istər anlıq mesajlaşmaq proqramı, istərsə də birbaşa saytlar üzərindən kazino fəaliyyətlərində iştirakçı olurlarsa, bu o deməkdir ki, onların kart məlumatları artıq orada var. Nəticədə, vətəndaşlar dələduzluğa məruz qala bilərlər”.

    Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd edilib ki, daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunur: “Bir daha vətəndaşlara qanunsuz qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil edilən oyunlarda iştirak etməməyi tövsiyə edirik”.

    Ətraflı Baku TV-nin süjetində:

  • Со дня Агдабанского геноцида прошло 33 года

    Сегодня очередная годовщина Агдабанского геноцида.

    C тех кровавых событий прошло 33 года.

    В ночь с 7 на 8 апреля 1992 года село Агдабан Кельбаджарского района, состоящее из 130 домов, было полностью сожжено армянами и стерто с лица земли. 779 мирных жителей населенного пункта подверглись нечеловеческим пыткам. Жертвами этого геноцида стали 32 человека, в том числе восемь стариков в возрасте 90-100 лет, двое малолетних детей, семь женщин, которых сожгли заживо.

    Очередным проявлением осуществляемой армянами политики вандализма против азербайджанского культурного наследия стало уничтожение рукописи поэта Гурбана Агдабанлы и одного из мастеров классической ашугской поэзии Деде Шемшира.

    Первым, кто дал этой трагедии политико-правовую оценку, стал общенациональный лидер Гейдар Алиев. Он назвал события в Агдабане одним из крупнейших преступлений против человечества и охарактеризовал их как позор для всего человечества.

  • İnsanlıq tarixinin qara ləkəsi: Ağdaban qətliamından 33 il ötür

    Bu gün Ağdaban soyqırımının ildönümüdür.

    Soyqırımının baş verməsindən 33 il ötür.

    1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri yandırılıb.

    Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. İşğalçılar habelə Ağdabanın digər mədəniyyət abidələrini də məhv ediblər.

    Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

  • Сбой в приложении TƏBİB: невозможно записаться в онлайн-очередь – ВИДЕО

    В официальном приложении Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) зафиксированы технические неполадки. Из-за сбоя пользователи не могут записаться в онлайн-очередь на прием в медицинские учреждения.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, жители столицы отмечают, что система онлайн-записи гораздо удобнее, так как избавляет от необходимости часами ждать в живой очереди. Однако сейчас она не работает.

    По словам граждан, подобная ситуация наблюдается уже давно. В приложении регулярно возникают сбои, независимо от даты приема или выбранного врача, и людям приходится стоять в живых очередях.

    Подробнее – в сюжете:

  • TƏBİB-in tətbiqində problem: Onlayn növbə götürmək mümkün deyil – VİDEO

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi tətbiqində nasazlıq yaranıb. Bu səbəbdən də tətbiq üzərindən tibb müəssisələri üçün onlayn növbə götürmək mümkün deyil.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, paytaxt sakinlərinin sözlərinə görə, onlayn növbə daha rahatdır. Çünki saatlarla sırada gözləmək lazım olmur, amma sistem işləmir.

    Sakinlər deyir ki, bu vəziyyət uzun müddətdir əmələ gəlib. Tarix və həkimdən asılı olmayaraq sistemdə onlayn növbə problemi yaşanır. Nəticədə vətəndaş məcburi şəkildə canlı növbədə gözləməli olur.

    Ətraflı süjetdə:

  • Yardımlıda 62 yaşlı kişi qayadan yıxılaraq ölüb

    Yardımlıda kişi qayadan yıxılaraq ölüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Peştəsər kənd sakini, 1963-cü il təvəllüdlü Ədalət Bayraməli oğlu Qasımov kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılıb. Nəticədə Ədalət Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 62 yaşlı kişi orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Аздраме произошла драка: напали на народного артиста

    За кулисами Академического национального драматического театра (Аздрама) произошла драка.

    Об этом Qaynarinfo рассказали актеры указанного театра.

    По их словам, причиной этому стал протест против приглашения актеров и режиссеров из других театров в Аздраму.

    Драка произошла на заседании художественного совета театра. Народный артист Али Нур во время своего выступления выразил протест против приглашения актеров и режиссеров из других театров. Он сказал, что нельзя приглашать в Аздраму случайных режиссеров, и выразил свою точку зрения по этому поводу. Возник спор, и несколько актеров набросились на Али Нура, нанося ему удары кулаками.

    Увидев, что ситуация достигает драматического накала, народный артист Сабир Мамедов не смог остаться равнодушным. Он и директор театра Ильхам Аскеров вывели дебоширов из зала заседаний и удалили с места происшествия.

    Отмечается, что подобный инцидент на художественном совете театра произошел впервые за 150 лет.

    Народный артист Али Нур подал жалобу в прокуратуру по поводу произошедшего. Инцидент расследуется.

  • “Azdrama”da əlbəyaxa dava: Xalq artistinə hücuma keçdilər

    Akademik Milli Dram Teatrının (“Azdrama”) səhnə arxasında əlbəyaxa dava baş verib.

    Median.Az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya sözügedən teatrın aktyorları məlumat veriblər.

    Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.

    Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, “Azdrama”ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

    Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.

    Bildirilib ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.

    Xalq artisti Əli Nur baş verən hadisə ilə prokurorluğa şikayət edib. Hadisə araşdırılır.