Month: April 2025

  • Пенсии в Баку, Сумгайыте и на Абшероне выплатят 10 апреля 2025 года

    Пенсии по городам Баку и Сумгайыт, а также Абшеронскому району будут выплачены 10 апреля.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный фонд социальной защиты Азербайджана.

    Было отмечено, что лицам, имеющим право на пенсию на льготных условиях, и в этом месяце она будет выплачена по графику.

  • Pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub.

    Bu barədə DSMF məlumat yayıb.

    Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

  • Azərbaycana ən çox ananas satan ölkə – 1 manat 80 qəpikdən

    2025-ci ilin yanvar ayında Azərbaycana toplamda 271,47 ton təzə və ya qurudulmuş ananas idxal olunub.

    Valyuta.az xəbər verir ki, idxalın ümumi dəyəri 288 min ABŞ dolları təşkil edib.

    Məlumata əsasən, Azərbaycana ananas satan ölkələr sırasında Kosta-Rika, Cənubi Afrika Respublikası, İran İslam Respublikası, Mavrikiya və Mavritaniya yer alıb.

    İdxalın böyük hissəsi Kosta-Rikadan təmin olunub. Belə ki, Kosta-Rikadan 1 kq-nin ortalama qiyməti 1 manat 80 qəpik olmaqla 271,01 ton ananas idxal edilib.

    İran İslam Respublikasından 210 kq, Cənubi Afrika Respublikası və Mavrikiyanın hər birindən isə 70 kq ananas idxalı olub. Belə İrandan idxal olunanın 1 kq-si təxminən 2 manat 59 qəpiyə, CAR və Mavrikiyadan idxal olunanın 1 kq-si müvafiq olaraq 5 manat 50 qəpik və 9 manat 22 qəpik olub.

    Sözügedən dövrdə ən az idxal isə Mavritaniyadan olub. Belə ki, bu ölkədən 1 kq-si təxminən 8 manat 50 qəpikdən 40 kq həcmində idxal həyata keçirilib.

  • “iPhone” bahalaşacaq: “Apple” istehsalını ABŞ-a köçürməyəcək

    “Apple” onilliklərdir ki, loqistikasını Asiya bazasına uyğunlaşdırdığından, Donald Trampın tətbiq etdiyi ticarət rüsumlarına baxmayaraq, “iPhone” istehsalının ABŞ-a köçürülməsi bir sıra səbəblərdən mümkün deyil.

    Bu barədə “Bloomberg” agentliyinin jurnalisti Mark Qurman məlumat verib.

    İlk səbəb – maliyyət: ABŞ-da istehsal həm zavodların tikintisi, həm də əmək haqqı baxımından daha bahalıya başa gəlir.

    Müqayisə üçün: Hindstan və ya Çində “Apple” on minlərlə işçini ayda 300-500 dollar maaşla işə götürə bilir, ABŞ-da isə bu göstəricilər bir neçə dəfə yüksəkdir.

    Bundan əlavə, iri podratçılar mövsümi istehsal dövrlərində 50 minədək müvəqqəti işçi işə cəlb edir və onlara 1000 dollaradək mükafatlar təklif edirlər. ABŞ bazarında bu cür bonuslar ciddi stimullaşdırıcı hesab olunmur.

    İkinci səbəb – infrastruktur: Asiyada “Apple” artıq illərdir komponent təchizatçıları ilə sıx əməkdaşlıq quraraq güclü təchizat zənciri formalaşdırıb. Bu infrastrukturun ABŞ-a daşınması sadəcə vəsait deyil, uzunmüddətli və mərhələli loqistika yenilənməsi tələb edir.

    Üçüncü səbəb – miqyas: Hər ay milyonlarla “iPhone” istehsal etmək – bu, qismən ABŞ-da həyata keçirilən kiçikhəcmli “Mac” kompüterlərinin istehsalı ilə müqayisədə tamamilə fərqli prosesdir. Smartfonların kütləvi istehsalı sürət, koordinasiya və çeviklik tələb edir ki, ABŞ əmək bazarı buna hazır deyil.

    Qeyd edək ki, daha əvvəl verilən analitik proqnozlara əsasən, ABŞ-ın yeni gömrük rüsumları nəticəsində 128 GB yaddaşa malik ən sadə “iPhone” modelinin qiyməti 799 dollardan 1142 dollara qədər yüksələ bilər.
    //report

  • Hansı məktəblərdə 1-ci sinfə qəbul müsabiqə yolu ilə aparılır?

    Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.

    Bu barədə MÜTDA məlumat yayıb.

    Bildirilib ki, uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.

    Eyni zamanda, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.

  • İşsiz olduğu üçün ondan kirayə pulu almayan qadının evindən oğurluq etdi

    Bakıda kirayə yaşadığı evdən oğurluq edən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Yerazlar məhəlləsi” kimi tanınan ərazidə yerləşən evlərdən birində baş verib.

    2002-ci il təvəllüdlü Hüseyn B. həmin ərazidə kirayədə yaşadığı evə geri dönərək oğurluq törədib. Belə ki, o, gecə saat 04:00 radələrində evin mətbəx hissəsindən içəri daxil olub və ev sahibi Sənəm adlı qadının evindən 800 manat nağd pul, digər yataq otağında dolabın üzərində yerləşən 40 manat dəyərində qol saatı və həmin otaqda paltar dolabından asılmış paltonun cibindən həmin günkü məzənnəyə əsasən 1146 manat dəyərində olan 60.000 rus rublunu oğurlayıb.

    Hadisə zamanı Sənəmin qızının qışqırığı ilə Hüseyn B. pəncərədən həyətə çıxaraq hadisə yerindən qaçıb.

    Məhkəmədə müəyyən edilib ki, təqaüdçü olan Sənəm Hüseyn B.-nı evində kirayə saxlayıb. Onun maddi vəziyyətinin zəif olduğunu və sabit işi olmadığını nəzərə alaraq, qadın ondan kirayə haqqı almamağa qərar verib. Lakin Hüseyn B. qadının bu yaxşılığını qiymətləndirmək əvəzinə, onun evindən oğurluq edib. O, oğurluqdan bir müddət əvvəl həmin evdən çıxaraq, guya Bakıda iş tapa bilmədiyi üçün rayona qayıtdığını bildirib.

    Məhkəmənin hökmü ilə Hüseyn B. 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

  • “Dəstərxan” restoranı səs-küyə görə cərimələndi

    Bakıda fəaliyyət göstərən məşhur “Dəstərxan” restoranı musiqi səsləndirilməsi zamanı normadan artıq səs-küy yaratdığı üçün cərimələnib.

    Daxil olan şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən restoranda yoxlama aparılıb. Yoxlama zamanı səs-küy səviyyəsinin normadan artıq olduğu müəyyən edilib.

    Faktla bağlı restoran sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Qeyd olunan maddəyə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi ilə bağlı normaların pozulmasına görə fiziki şəxslər 200-300 manat, vəzifəli şəxslər 2500-3500 manat, hüquqi şəxslər isə 8000-10000 manat məbləğində cərimə edilə bilər.

    Məhkəmədə restoranın nümayəndəsi bildirib ki, həmin tarixdə müəssisədə normadan artıq səs-küy müşahidə olunmayıb. Onun sözlərinə görə, nazirlik əməkdaşları müəssisəni qəsdən cərimələyiblər. Bu səbəbdən inzibati xəta haqqında protokol üzrə icraatın xitam verilməsi xahiş olunub.

    Məhkəmə isə nazirliyin təqdim etdiyi protokola əsaslanaraq “Dəstərxan” restoranının sahibi barəsində 8000 manat məbləğində inzibati cərimə tətbiq edib.
    //qaynar

  • BMT: Süni intellekt işlərin 40 faizinə təsir edəcək

    Süni intellekt iqtisadiyyatları transformasiya etməklə böyük imkanlar yaratsa da, mövcud bərabərsizlikləri daha da dərinləşdirmək riski daşıyır.

    Qaynarinfo xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Agentliyi UNCTAD tərəfindən yayımlanan hesabatda deyilir.

    Hesabatda bildirilir ki, süni intellektin dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcəyi gözlənilir.

    “Süni intellektin bazarının həcmi 2033-cü ilə qədər 4,8 trilyon ABŞ dollarına çatacaq. Bu rəqəm Almaniya iqtisadiyyatının ölçüsünə bərabərdir. Ən çox təsirə məruz qalacaq sahələr isə məlumat intensivliyi yüksək olan sektorlardır”, deyə sənəddə qeyd olunub.

  • Peyvənd vurulandan sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb? (VİDEO)

    “Vurulan peyvənddən sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb”.

    Bu barədə körpənin atası, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakini Həsən Mirzəyev iddia edir.

    H.Mirzəyev Sabunçu rayonu 12 saylı şəhər polikninkasının sahə həkimi Elnurə Qurbanovadan şikayətçidir.

    Onun iddiasına görə, E.Qurbanova körpəni müayinə etmədən ona iynə vurub və nəticədə uşağı ağır xəstə olub.

    H.Mirzəyev “YeniGündəm”ə açıqlamasında isə deyib:

    “Bizim 4 aylıq körpə uşağı sahə həkimi Qurbanova yoxlamadan, analiz və heç bir müayinə etmədən peyvənd edərək pis hala qoyub. Həm də razılığımız olmadan. Savadsız həkim allergiyası olan uşağa müayinəsiz göy öskürəyə qarşı peyvənd edib. Uşaq həmin gündən 39-40 dərəcə qızdırma içindədir. Neçə gündü vəziyyət ağır olaraq qalır. Bir çox müayinədən sonra məlum olub ki, qanına infeksiya düşüb və üstəlik uşaqda anemiya yaranıb. Həkimlərin dediyinə görə, bu cür xəstə uşaqlara qan analizi yoxlanmadan qəti peyvənd vurmaq olmaz. Hazırda uşağın bütün orqanlarnda iltihabılaşma başlayıb. Hətta dedilər ki ürək klapanlarının hər birində iltihab var, həmçinin qaraciyər böyüməsi, böyrəklər və sidik yollarında ciddi fəsadlar yaranıb. Bütün qan göstəriciləri yüksəlib”.

    Həkim Elnurə Qurbanova isə Xəzər Tv-yə verdiyi açıqlamada deyilənləri təkzib edib. Onun sözlərinə görə, peyvənddən öncə qan analizi edilib, hər şey qaydasında olub. Onun sözlərinə görə, vurulan peyvəndin heçm bir əks-təsiri yoxdur.

    Daha ətraflı video süjetdə:

  • Kərə yağı bahalaşdı – Yeni qiymət

    Azərbaycanda kərə yağının bahalaşması son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib. Qiymətlərin nəzərə çarpacaq dərəcədə artması narazılığa səbəb olub.

    Milli.Az xəbər verir ki, alıcıların sözlərinə görə, həm yerli, həm də xarici yağların qiyməti artıb. Bir ay öncə 22 manata satılan kərə yağı artıq 24.8 manatdır. Satıcılar bildirir ki, xaricdən gətirilən kərə yağlarının bir kiloqramının qiymətində 1-4 manat arası artım var.

    Azərbaycan kərə yağına olan tələbatı idxal hesabına ödəyirik. Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycana 5338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

    Gömrük Komitəsinin hesabatına görə, bu həcmdə yağın dəyəri 36 milyon 843min dollar təşkil edilib. Bunlar ötən illə müqayisədə 2370 ton, dəyər baxımdan isə 21 min 287 min dollar çoxdur.

    Deputat Vüqar Bayramov bildirir ki, yağın qiymət artmasının səbəbi xaricdə olan bahalaşmadır. İdxal inflyasiyası minumumlaşdırmaq üçün yerli istehsalat genişləndirilməlidir.

    “Kərə yağı istehsalı dövlət tərəfindən dəstəklənməlidir. Bu istiqamətdə fermerler həm faizsiz kreditlər təklif oluna bilər, həm də texniki istehsalatla bağlı güzəştlər tətbiq oluna bilər. Bu da istehsal edilən məhsulun maya dəyərini aşağı düşürə bilər”.

    Millət vəkili qeyd edib ki, iri buynuzlu heyvanlar məhsuldar deyil. Bu sahədə heyvanları əvəzləyə bilsək, kərə yağı ehtiyatını yaxşılaşdıra bilərik.