Month: April 2025

  • “Melissa Group”un rəhbəri barəsindəki həbs qərarından apellyasiya şikayəti verməyib

    Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsindəki qərardan apellyasiya şikayəti verməyib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Qalib Məmmədovla birgə həbs edilən ekskavator sürücüsü Qala Eynullayev də rəhbəri kimi şikayətçi olmayıb.

    Belə ki, hər iki şəxs barəsində Xətai Rayon Məhkəməsi tərəfindən hər biri barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Onlar qərar qəbul edilən gündən 3 gün ərzində şikayət vermə hüququna malik olublar.

    Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

    Xatırladaq ki, birinci instansiya məhkəməsində Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri ilə bağlı təqdimata baxılarkən ev dustaqlığına çıxmaqla bağlı vəsatət verilmişdi, lakin məhkəmə vəsatəti təmin etməmişdi.

  • 700-dən çox şagirdin təhsil aldığı məktəbin damını külək uçurdu

    Şəmkirdə güclü külək kənd məktəbinin dam örtüyünü uçurub.

    Hadisə axşam saatlarında rayonun Şiştəpə kəndində baş verib.

    Bildirilib ki, külək nəticəsində Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyü aşıb.

    Yaranmış vəziyyət nəzərə alınaraq şagirdlərin təhsillərinə müvəqqəti olaraq qonşuluqda yerləşən İrmaşlı kənd tam orta ümumtəhsil məktəbində davam etmələri təmin olunub.

    Qeyd edək ki, Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbi 2000-ci ildə kənd sakinləri tərəfindən inşa olunaraq istifadəyə verilib. Hazırda məktəbdə 750 şagird təhsil alır. Xoşbəxtlikdən hadisə qeyri-iş günü baş verib, dərs zamanı olmadığına görə xəsarət alan yoxdur.

  • Bakıda 24 yaşlı oğlan hamamda boğulub öldü

    Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

    Orada yaşayan, 2001-ci il təvəllüdlü İkram Hikmət oğlu Şahbalayev yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Paytaxtda BMW-ni benzin tökərək yandıran şəxs azadlığa buraxıldı

    Bakıda tanışının maşınını yandıran şəxs hakim qarşısına çıxarılıb. O, qisas almaq məqsədilə BMW markalı avtomobilə benzin tökərək yandırıb.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib.

    Nicat adlı şəxs tanışı Xəyalın avtomobilini yandırıb. Məlumata görə, Nicat taksi sürücüsü kimi fəaliyyət göstərib. Xəyal Ukraynada işləyən zaman ailəsini Nicata tapşırıb və taksi kimi onları gedəcəkləri ünvanlara aparmasını xahiş edib.

    Qonşuların və şahidlərin məlumatına görə Nicat sonradan Xəyalın ailəsini narahat etməyə başlayıb. Hətta qonşular da yaranmış vəziyyətdən narazı olublar. Buna görə Xəyalla Nicat arasında bir neçə dəfə mübahisə olub. Bu məsələdən Nicatın atasının da xəbəri olub.

    Xəyal məsələni həll etmək üçün Nicatla görüşmək istəyib. Xəyal özünə məxsus BMW markalı avtomobillə Nicatla görüşə gedib. Nicat idarə etdiyi “Tofaş” markalı avtomobildə olan zaman Xəyal ona işarə edərək saxlamasını istəyib. Lakin Nicat oradan uzaqlaşmaq istəyən zaman maşınlar toqquşub. Xəyal bu barədə “102” xidmətinə məlumat verdikdən sonra polisə gedib. Nicat isə hadisə yerindən uzaqlaşandan sonra maşınına dəymiş zərəri görəndə əsəbiləşib və Xəyaldan qisas almağı qərarlaşdırıb. Hadisə yerinə qayıdan zaman Xəyalın maşınını yol kənarında görüb. Maşına benzin tökərək yandırıb.

    Məhkəmə araşdırması zamanı məlum olub ki, tərəflər arasında barışıq əldə edilib. Tərəflər bir-birindən şikayətçi olmayıblar.

    Həbsdə olan Nicat barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

  • Bakıda keçiriləcək Dünya Kubokunda çıxış edəcək gimnastlarımızın adları açıqlanıb

    Aprelin 18-20-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib.

    Turnirin ev sahiblərini fərdi çıxışda Gövhər İbrahimova və Zöhrə Cəfərova təmsil edəcəklər.

    Azərbaycanı Dünya Kubokunun qrup hərəkətlərində Ləman Əlimuradova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan və Dəri Sorokinadan ibarət komanda təmsil edəcək.

    Qeyd edək ki, turnirdə 39 ölkənin gimnastları mübarizə aparacaqlar.

  • Qaz sayğaclarını oğurlayıb çıxarışsız evlərə satanlar ƏLƏ KEÇDİLƏR

    Paytaxtda 53 evin qaz sayğacını oğurlayan şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhərinin Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb. Paytaxt sakinləri olan 53 zərərçəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət edib.

    Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar.

    Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

    A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.

  • Суд продлил арест 14 лицам, задержанным после гибели школьников в результате ДТП в Имишли

    Продлен срок ареста 14 человек, задержанных за хулиганские действия после резонансного ДТП в Имишли, в котором погибли школьники.

    Об этом сообщает АПА со ссылкой на решение Имишлинского районного суда.

    Трагедия произошла 18 января около 12:30 на улице Аббасгулу Шадлинского. Служебный автомобиль дорожной полиции, направлявшийся на вызов, совершил наезд на группу детей, стоявших на обочине. Причиной ДТП стал выезд на встречную полосу другого автомобиля прямо перед полицейской машиной. В результате аварии двое школьников погибли на месте, еще один ребенок и водитель полицейского автомобиля получили ранения. 22 января третий пострадавший в ДТП ребенок скончался в клинике.

    По данным следствия, виновником ДТП стал 14-летний житель Имишли Бейлер Байрамлы. Подросток угнал Mercedes Benz 190, принадлежащий его родственнику, и сел за руль, не имея водительских прав. Нарушив правила дорожного движения, он спровоцировал аварию с трагическими последствиями, а затем скрылся с места происшествия, бросив разбитую машину.

    Байрамлы предъявлено обвинение по статьям 185.1 (незаконное завладение автомобилем без цели хищения), 263-1.4 (нарушение ПДД лицом, не имеющим права управления ТС, повлекшее по неосторожности смерть двух лиц) и 264 (оставление места ДТП) УК Азербайджана. Суд избрал ему меру пресечения в виде ареста.

    Сразу после аварии на месте ДТП собралась толпа местных жителей, возмущенных случившимся. Некоторые из них попытались повредить полицейскую машину, попавшую в ДТП. Хулиганов удалось задержать по горячим следам. Всего под стражу были взяты 14 человек, включая самого виновника аварии Байрамлы. Суд арестовал их на 3 месяца.

    Задержанным вменяется статья 221.2.1 (хулиганство, совершенное группой лиц) Уголовного кодекса. Теперь срок их ареста продлен еще на месяц по ходатайству прокурора.

    Следствие по делу продолжается.

  • İmişlidə məktəblilərin öldüyü qəza ilə bağlı saxlanılan 14 nəfərin həbs müddəti artırıldı

    İmişlidə məktəblilərin öldüyü yol-nəqliyyat hadisəsi baş verəndən sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfərin həbs müddəti artırılıb.

    Median.Az APA-a istinadla xəbər verir ki, İmişli Rayon Məhkəməsində keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.

    Məhkəmə təqdimatı təmin edib və saxlanılan şəxslər barəsində olan həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılıb.

    Qeyd edək ki, yanvarın 18-də saat 12:30-da İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

    Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.

    İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

    Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Hadisə baş verəndən sonra qəzaya düşən YPX avtomobilinə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

    Saxlanılan 14 nəfər (Bəylər Bayramlı, Rasif Babayev, Anar Cabbarlı, Vüqar Usublu, Şamil Səfərov, Elman İbrahimov, Abbas Bağırov, Taleh Məmmədov, Raqib Tağıyev, Qoşqar Məmmədov, Sənan Əliyev, Elxan Əzimov, Ruslan Quliyev, Rahib Rzayev) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.

    Onu da əlavə edək ki, qəzada xəsarət alan uşaqlardan biri müalicə olunduğu “Yeni Klinika”da yanvarın 22-si saat 01:45 radələrində dünyasını dəyişib.

  • В Азербайджане прибывшего по вызову врача ранили ножом: подозреваемый задержан (ОБНОВЛЕНО)

    Задержан подозреваемый в нанесении ножевого ранения прибывшему по вызову врачу станции скорой медицинской помощи Айдыну Аббаслы в Дашкесанском районе.

    По информации Oxu.Az, сотрудники полиции задержали Шахина Алиева (1997 г.р.).

    * * * * *

    В селе Хошбулаг Дашкесанского района врач подвергся нападению со стороны пациента.

    Как сообщает Median.Az со ссылкой на Unikal, больной ударил ножом прибывшего по вызову врача станции скорой медицинской помощи А.Аббаслы (1991 г.р.).

    Врачу, получившему ножевое ранение пальца, была оказана помощь, в настоящее время состояние пострадавшего нормальное. По предварительной информации, нападение совершил житель села Ш.Алиев (1997 г.р.). Отмечается, что он является участником Отечественной войны.

    На место происшествия были вызваны сотрудники полиции.

    По данному факту ведется расследование.

  • Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı – Şübhəli SAXLANILDI (YENİLƏNİB)

    Daşkəsəndə çağırışa gedən həkim Aydın Abbaslıya xəsarət yetirən şəxs saxlanılıb.

    Oxu.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Şahin Əliyev polis əməkdaşları tərəfindən tutulub.

    * * * * *

    Daşkəsəndə çağırışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

    Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.

    Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.