Month: April 2025

  • Позиции азербайджанской армии подверглись обстрелу

    С вечера 6 апреля до 04:30 7 апреля подразделения вооруженных сил Армении с позиций, расположенных в направлении Горисского района, района Гаракильсе, Басаркечярского, Кешишкендского, Товузгалинского и Чямбярякского районов, с перерывами подвергали интенсивному обстрелу из стрелкового оружия позиции азербайджанской армии.

    Об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны Азербайджана.

    Подразделениями азербайджанской армии были приняты адекватные ответные меры в указанных направлениях.

  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

    Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.

    Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

  • На берегу реки Араз на азербайджано-иранской границе строится дорога

    На берегу реки Араз на границе Азербайджана и Ирана строится дорога.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    В статье, опубликованной на сайте Nasrnews, говорится: “После обсуждения строительства Зангезурского коридора в течение последних двух лет иранское правительство наконец достигло соглашения с Азербайджаном о предстоящем строительстве автомагистрали Баку – Агбанд – Калала – Джульфа в соответствии с соглашением.

    Наблюдения экспертов и заявления азербайджанских СМИ показывают, что Азербайджан, выделив значительные финансовые ресурсы, выполнил более 60% этого проекта на своей территории вплоть до перехода Калала в Иране и даже успешно завершил строительство моста и терминала”.

  • Azərbaycan-İran sərhədində Araz çayının sahilində yol salınır

    Azərbaycan-İran sərhədində Araz çayının sahilində yol salınır.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “Nasr news” nəşri xəbər verib.

    Bildirilir ki, son iki ildə Zəngəzur avtomobil yolunun tikintisinin müzakirəsi ilə bağlı İran hökuməti, nəhayət, Azərbaycanla müqaviləyə əsasən, Bakı-Ağbənd-Kəlalə-Culfa avtomobil yolunun tezliklə tikilməsinə dair razılığa gəlib.

    Mənbə ekspertlərin müşahidələri və Azərbaycan mediasının açıqlamalarına istinadla bildirib ki, Azərbaycan xeyli maliyyə vəsaiti ayırmaqla öz ərazisində bu layihənin 60 faizdən çoxunu İranın Kəlalə keçidinə qədər tamamlayıb, hətta körpü və terminalın tikintisini də uğurla bitirib.

    “Sözügedən terminal İranın Kəlalə və Azərbaycanın Ağbənd qəsəbələri arasında 19 hektar ərazidə tikiləcək. Azərbaycan terminalın tikintisindən əlavə hətta bu mühüm yol tikintisi layihəsinin əhəmiyyətli hissəsinin asfaltlanmasına da başlayıb.

    Amma İranın Kəlalədən Naxçıvan sərhədinə qədərki hissəsi 107 kilometrə yaxındır. Tikilməkdə olan bu yolun iki ayrı zolaqda eni təxminən 14 metrdir. Yolun çəkilişini keçən ilin noyabr ayından etibarən “Xatəmül-Ənbiya” qərargahının “Aşura” şirkəti həyata keçirir.

    Dərc olunan sənədlərə əsasən, İran və Azərbaycan arasında bu bölgədə dəmir yolu xətti olmadığı üçün Şərqi Azərbaycan əyalətində Arazın cənub sahillərində 53 kilometrlik dəmir yolu xəttinin tikilməsi qərara alınıb”.

  • Стоимость биткоина упала ниже 75 тыс. долларов впервые с 7 ноября

    В ходе торгов стоимость биткоина оказалась ниже 75 тыс. долларов. Это произошло впервые с 7 ноября прошлого года.

    Об этом свидетельствуют данные площадки Binance.

    Так, в 10:46 по бакинскому времени биткоин падал на 10.01% (74 889 тыс. долларов). К 10:52 снижение замедлилось на 9.68% (75 130.62 доллара).

    Минимальное значение в ходе торгов составило 74 701.2 доллара.

  • “Bitcoin” ucuzlaşdı

    Aprelin 7-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti kəskin enib.

    Bunu “Binance” platformasının məlumatları sübut edir.

    Belə ki, “Bitcoin” noyabrın 7-dən bəri ilk dəfə 75 min dollardan aşağı düşüb. Kriptovalyuta bir gündə 10 faiz dəyər itirib.

  • Между двумя станциями бакинского метро построят тоннель

     

    В этом году между станциями “Джафар Джаббарлы” и “Низами” будет построен тоннель протяженностью около 200 м.

    Об этом журналистам заявил советник председателя ЗАО “Бакинский метрополитен” Эмиль Ахмедов, сообщает Oxu.Az.

    Он отметил, что в текущем году планируется разделить эти линии метро.

    “Это позволит каждой линии функционировать независимо, что повысит эффективность управления и качество перевозки пассажиров. Кроме того, для более продуктивного регулирования пассажиропотока будет построен дополнительный переход между станциями “28 Мая” и “Джафар Джаббарлы”, – сказал Э.Ахмедов.

    Представитель ЗАО добавил, что в районе станций “Низами” и “Джафар Джаббарлы” будут построены две новые подстанции, а также будет обновлена устаревшая тяговая подстанция “красной” линии.

    “Также будет обеспечен разворот поездов на станциях “Ичеришехер” и “Хатаи”. В результате реализации проекта по разделению линий будет составлен более оптимальный график движения, сокращены интервалы, увеличится эффективность пассажироперевозок. В итоге интервалы на “красной” ветке сократятся до 2 минут, а на “зеленой” – до 2 минут 30 секунд”.

  • Bakıda iki metro stansiyası arasında tunel tikiləcək

    “Bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək”.

    Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib.

    O qeyd edib ki, bu ildən metroda həmin xətlərin ayrılması nəzərdə tutulur:

    “Bu da hər bir xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Həmçinin sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid də tikiləcək”.

    Metropoliten rəsmisi əlavə edib ki, “Nizami” və “Cəfər Cabbarlı” stansiyaları yaxınlığında iki yeni yarımstansiya inşa olunacaq, Qırmızı xəttin köhnəlmiş dartı yarımstansiyası isə yenilənəcək:

    “Həmçinin “İçərişəhər” və “Xətai” stansiyalarında qatarların dönməsi də təmin olunacaq. Xətlərin ayrılması layihəsinin yekununda hərəkət qrafiki daha optimal qurulacaq, intervallar azaldılacaq və sərnişindaşıma səmərəliliyi artacaq. Nəticədə Qırmızı xətt üzrə intervallar 2 dəqiqəyə, Yaşıl xətt üzrə isə 2 dəqiqə 30 saniyəyə enəcək”.
    //oxu.az

  • Проходит судебное заседание по уголовному делу армян, обвиняемых в военных преступлениях

    В Бакинском судебном комплексе началось очередное судебное заседание по уголовным делам в отношении лиц армянского происхождения, обвиняемых в совершении военных преступлений.

    Как сообщает Report, процесс проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Отметим, что на предыдущем процессе один из обвиняемых, Давит Манукян, отвечал на вопросы прокуроров по различным эпизодам уголовного дела.

    Напомним, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

    Qeyd edək ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən David Manukyan epizodlar üzrə prokurorların suallarına cavab veriblər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.