Month: April 2025

  • FHN: Ötən həftə 353 yanğına çıxış olub, 26 nəfər xilas edilib

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

    Bu barədə “Report”a FHN-dən məlumat verilib.
    Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 353 yanğına çıxış, 16 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 26 nəfər xilas edilib, yanğınlar zamanı 26 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 1 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • МЧС: За неделю ликвидировано 353 пожара, спасены 26 человек

    За минувшую неделю подразделения Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана совершили 353 выезда на тушение пожаров.

    Об этом сообщили report в пресс-службе ведомства.

    Сотрудники министерства также провели аварийно-спасательные операции по 16 случаям оказания помощи лицам, попавшим в беспомощное положение, были проведены аварийно-спасательные операции по факту двух ДТП.

    В результате предпринятых экстренных мер были спасены 26 человек, в том числе 11 детей. Кроме того, эвакуированы 26 человек, двое пострадали, а тело одного погибшего было извлечено из воды и передано по назначению.

  • FHN: Ötən həftə 353 yanğına çıxış olub, 26 nəfər xilas edilib

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

    Bu barədə “Report”a FHN-dən məlumat verilib.
    Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 353 yanğına çıxış, 16 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 26 nəfər xilas edilib, yanğınlar zamanı 26 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 1 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Bakıda 53 evin qaz sayğacını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

    Bakının Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb.

    Bu barədə report-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

    Bildirilib ki, paytaxt sakinləri olan 53 nəfər zərərçəkən
    mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət ediblər. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar.

    Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

    A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.

  • Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qaldı

    Goranboy rayonunun Qazanbulaq qəsəbəsi qaz borusunda yaranan sızma səbəbindən qazsız qalıb.

    Ötən axşam saatlarından qəsəbədə olan 189 abonentə təbii qazın verilməsində fasilə yaranıb.

    Buna səbəb Borsunlu kəndində tullantıların toplanan ərazidə baş verən yanğın nəticəsində, 110 mm-lik polietilen boruda yaranan qaz sızması olub.

    Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.//report

  • Azərbaycanda qadın qətlə yetirildi: Kəndin mollası şübhəli kimi saxlanıldı

    Xaçmazda 45 yaşlı Yaqut Məmmədova qətlə yetirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, onu öldürməkdə rayonun Xaspoladoba kənd sakini, rayonda molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir.

    Məlumata görə, o, həyat yoldaşını boğaraq qətlə yetirib. Daha sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.

    İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

  • В двух районах Баку в понедельник будут перебои в подаче газа

    Сегодня в Хазарском и Ясамальском районах Баку будут иметь место перебои в подаче газа.

    Об этом report сообщили в Производственном объединении “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).
    В связи с ремонтно-монтажными работами 7 апреля с 10:00 подача газа будет прекращена в жилой массив Атчылыг Хазарского района и на улицы К. Кязымзаде, А. Алекперова, Ландау, А. Султановой, Г. Джавида и М. Рагима Ясамальского района.

  • Bakının iki rayonunda qaz olmayacaq

    Bu gün Bakının Xəzər və Yasamal rayonlarında qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində siyirtmənin yararsız olduğunu nəzərə alaraq yenisi isə əvəz olunması, Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə aprelin 7-də saat 10:00-dan etibarən qaz təchizatı daxildən dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Atçılıq yaşayış massivində, Yasamal rayonunun isə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

  • Cəbrayılda hərbçi minaya düşərək həlak oldu

    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
     
    Median.Az Report-a istinadən xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.

    Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.

  • Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı

    Daşkəsəndə çağırışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

    Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.

    Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.