“Mən Azərbaycanda reklama çəkilən məşhurlardan ən bahalı simayam”.
Median.Az xəbər verir ki, bunu ATV-də yayımlanan “Rəngarəng” verilişində gənc müğənni Hiss deyib.
O, digər məşhurların nə qədər qonorar aldığını bilmədiyini desə də, özünün reklam çarxlarında çəkilmək üçün 100 min manat aldığını etiraf edib:
“Mən Azərbaycanda reklama çəkilən digər məşhurların nə qədər pul aldığını bilmirəm. Amma bildiyimə görə mən onların sırasında ən bahalı simayam. Bir reklam çarxında 100 min manata çəkilirəm. Bura reklam çarxları, cinql mahnısının ifa edilməsi, reklam kimi şeylər daxildir. Komandam çox peşəkardır və mən onların da hamısının haqqını verirəm. Çünki pul qazanmalıdılar ki, motivasiya da olsun. Özüm isə qazancımı sənətə qoyuram”.
Month: April 2025
-
Hiss reklam qiymətini açıqladı – 100 min manat
-
Füzulidə qazi vəfat etdi

Füzuli rayonunda Vətən müharibəsi qazisi vəfat edib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun İkinci Mahmudlu kənd sakini 1992-ci il təvəllüdlü Bayramov Ayxan Hümbət fevralın 6-da dünyasını dəyişib.
Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Qazinin 2 azyaşlı övladı qalıb.
-
В Баку владелец кафе незаконно вырубил деревья, ущерб оценивается в 11 700 манатов

На территории кафе “Шеки” в Насиминском районе в Баку зафиксирована незаконная вырубка деревьев.
Об этом report заявил глава 11-го регионального управления экологии и природных ресурсов Гафар Агаев.
По его словам, проверка показала, что деревья были вырублены по указанию владельца заведения Фамиля Сафарова в ходе ремонтно-строительных работ.
“Ущерб природе оценен в 11 700 манатов. По факту 2 апреля 2025 года был составлен акт. Так как сумма ущерба образует состав преступления, материалы направлены в Генеральную прокуратуру для дачи правовой оценки”, — отметил Агаев.
Он добавил, что для восстановления зеленых насаждений направлено обращение в Исполнительную власть Насиминского района и Объединения хозяйства по озеленению. -
Bakıda ağacları kəsən şəxs CƏZALANDIRILDI

Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb.
İdarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağacların kafedə təmir-tikinti işləri aparılan zaman kafenin sahibi Famil Səfərovun göstərişi ilə kəsildiyi və təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
“Faktla bağlı 2 aprel 2025-ci il tarixində akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.
-
Metroda böyük yenilik: Xətlər ayrılır, proses başladı
Bakı metropoliteninin “28 May” stansiyasında kəsişərək birləşən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi Bakının nəqliyyat sisteminin infrastruktur və mobillik layihələrinin icrası və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Median.Az xəbər verir ki, layihənin əsas tərkib hissələrindən biri kimi, “Dərnəgül” elektrik deposunun inşası bərpa olunur.
Elektrik depolarının ən əsas vəzifəsi müstəqil fəaliyyət göstərməli olan xətlərin etibarlı və təhlükəsiz fəaliyyətini təmin etməkdir. Depo hərəkətin təşkili, vaqon parkına xidmət göstərilməsi, qatar tərkiblərinin saz vəziyətdə saxlanması, texniki xidmət və təmirin vaxtında keyfiyyəti icrasını və digər funksiyaları özündə birləşdirir.
Hazırda Qırmızı və Yaşıl xətlərin hər ikisinə “Nərimanov” elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir.
“Dərnəgül” elektrik deposunun ərazisi Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126-27-ci məhəlləsində ayrılmış 16,5 hektara yaxın torpaq sahəsində yerləşir. Deponun ərazisi dəmir yolu xəttinə çıxış sahəsi də daxil olmaqla hasarlanıb. Ərazinin fərqli və bəzi yerlərdə mürəkkəb relyefi nəzərə alınmaqla istinad divarlarının dəmir beton konstruksiyalarının tikintisi tamamlanıb. 3 nəzarət-buraxılış məntəqəsindən 2-si tam hazırdır. Depoların ən mühüm tələbi olan səthin hamarlanması işləri yerinə yetirilib. Ərazidə 7-mərtəbəli inzibati bina və 2-mərtəbəli istehsalat emalatxanalarının tikinti-quraşdırma işləri başa çatdırılıb.
Ərazidə 500 kubmetrlik 2 yanğın və 100 kubmetrlik içməli su anbarları, həmçinin xidməti və texniki otaqların tikintisi tamamlanıb. Dartı-alçaldıcı elektrik yarımstansiyasının və iki qazanxana binasından birinin inşa işləri qismən tamamlanıb.
Təməl qazıntı və konstruktiv elementləri əvvəlki dövrdən hazır olan qatarların dayanma-təmir sahəsində hərəkətinin təşkili və idarə edilməsi mərkəzi, vaqonların əsaslı təmiri, təkəryonma, təkər cütlərinin diaqnostikası, vaqonyuma və üfürmə sahələri, həmçinin dönmə dairəsi inşa ediləcək.
Depoda rels-qaynaq sexi, qazanxanalar, nasosxanalar, müxtəlif növ yağıntılar, işlənmiş mayelər üçün axar və çənlərin, habelə təmizləyici qurğuların və digər mühüm obyektlərin inşası da nəzərdə tutulub. Burada işçilərin əmək şəraitinin və asudə vaxtlarının səmərəli təşkili üçün lazım olan bütün infrastruktur yaradılacaq. Avtodayanacaq, söhbətgahlar, idman meydançası, istirahət guşələri ilə yanaşı, depo layihəsinə yaşıllıqlar və parkların salınması da daxildir. Ərazinin ekoloji layihələri çərçivəsində 1000-ə yaxın ağac əkiləcək, çəmənlik zonaları yaradılacaq.
Depo ərazisində inşa ediləcək yerüstü platforma yaxınlıqda yaşayan sakinlərin metrodan daha səmərəli və rahat istifadəsinə imkan verəcək. Burada platformanı keçidlə birləşdirən tunel və gözləmə zalı, açıq hava şəraitinin təsirlərindən mühafizə və xidməti infrastruktur inşa olunacaq.Hazırda layihələrin son tamamlanması, ekspertizadan keçirilməsi, habelə inşaat və infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.
-
İcbari sığorta ilə özəl xəstəxanalara da getmək olar – 180-dən çox…
İcbari tibbi sığorta çərçivəsində vətəndaşların sağlamlıq xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı mütəmadi artır. Hazırda Agentlik tərəfindən 180-dən çox özəl tibb müəssisəsi ilə müqavilə bağlanılıb.
Median.Az xəbər verir ki, bu siyahıya paytaxtda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar daxildir.
Qeyd edək ki, dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında pasiyentlər sərbəst şəkildə seçim edə bilərlər. Göndəriş verilən zaman və ya sonrasında konkret tibb müəssisəsinə yönləndirilmə kimi hallara yol verilməməlidir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur.
Belə ki, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə pasiyentə SMS-lə birdəfəlik kod göndərilir. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunur. SMS-i aldıqdan sonra vətəndaş 3 vasitə ilə özəl xəstəxana arasından seçim edə bilər.
Bundan əlavə, vətəndaşların nəzərinə çatdırırıq ki, özəl tibb müəssisələrində xidmət almaq üçün SMS mətndə sizə təqdim olunan göndəriş kodu fərdi məlumatdır. Bu kod yalnız müraciət edəcəyiniz özəl xəstəxanaya təqdim olunmalıdır.
Göndəriş əsasında özəl xəstəxanaya müraciət etdiyiniz zaman icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlər üçün əlavə ödəniş edilməməlidir. Vətəndaşa göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən həmin xəstəxanaya ödənilir. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edildiyi halda isə pasiyent həmin xidmətin dəyərini xəstəxanaya öz vəsaiti hesabına ödəyir.
Vətəndaşların göndəriş əsasında özəl tibb müəssisələrində xidmət almaları barədə tam və düzgün məlumatlı olmaları onların icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən maneəsiz və effektiv şəkildə yararlanmaları üçün mühüm əhəmiyyət kəsb edir. Bu həm də sui-istifadə hallarının qarşısının alınması və pasiyent hüquqlarının qorunması baxımından vacibdir.
Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin siyahısı ilə tanış olmaq üçün https://its.gov.az/ saytına keçid edə, əlavə suallarınız yaranarsa, 1542 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
-
Bəxti gətirməyən 4 BÜRC
Astrologiyaya görə, bəzi bürclər bəxtsizliyi ilə tanınır.
Median.Az Türkiyə mediasına istinadən 4 bürcü təqdim edir:
BALIQLARBalıqlar ən emosional və həssas bürclərindən biridir. Xəyalpərəst təbiətlərinə görə Balıqlar bəzən reallıqdan uzaqlaşa bilirlər. Bu bürcün insanları daimi xəyallar aləmində yaşayırlar. Bu da onların həyatda bəzi fürsətləri qaçırması ilə nəticələnir.
Balıqlar xəyallarını gerçəkləşdirməkdə çətinlik çəkə bilər və bu, onlara şanslarının bağlandığını hiss etdirə bilər.
XƏRÇƏNGXərçəng, emosional bağları və ailə həyatına olan sevgisi ilə tanınır.
Xərçənglər sevdiklərinin xoşbəxtliyi üçün fədakarlıq etməkdən çəkinmirlər, lakin bu, bəzən öz bəxtlərini bağlaya bilir.
Xərçənglər yeni fürsətləri görməkdə çətinlik çəkə bilərlər, çünki onlar keçmişin üzərində dayanmağa meyllidirlər.Bu bürcün insanları təhlükəsizliyə can atdıqları üçün sərvətlərini məhdudlaşdıra biləcək risklərdən çəkinirlər.
QIZ BÜRCÜQız bürcü mükəmməlliyi ilə tanınır. Qızlar hər şeyin mükəmməl olmasını istədikləri üçün bəzən fürsətləri əldən verə bilərlər.
Bu bürcün insanları ən kiçik detallara belə diqqət yetirirlər ki, bu da onları qərarsızlığa sürükləyə bilər.Qız bürcləri daim öz çatışmazlıqlarını görüb onları düzəltməyə çalışdıqları üçün həyatlarında bəzi mühüm fürsətlərdən istifadə edə bilməyə bilərlər.
TƏRƏZİTərəzi tarazlıq və harmoniya axtaran bürcdür. Tərəzilər bəzən həyatlarında tarazlığı qorumaq üçün böyük qərarlar verməkdən çəkinə bilərlər.
Bu bürcün insanları daima əks fikirlər arasında tərəddüd edirlər ki, bu da onların qərarsız olmasına səbəb ola bilər.
Tərəzilər hər iki tərəfi razı salmağa çalışarkən öz sərvətlərini bir kənara qoya bilərlər.
-
I sinfə qəbul başlayır – Bu tarixdən

1 may saat 11:00 dan etibarən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Bu barədə Median.Az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək. -
Bakıda manyak peyda olub – Məktəbli qızlara…
Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilir.
Median.Az xəbər verir ki, son günlərdə həmin şəxsin qəsəbə ərazisində 2 məktəbli qıza yaxınlaşaraq xoşagəlməz hərəkətlər etməsi qeyd olunub. Artıq yeniyetmələrin yaxınları məsələ ilə bağlı polisə müraciət ediblər.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub: “Hazırda müraciətlə bağlı araşdırmalar aparılır”.
-
Daşkəsəndə uzun müddət təmirsiz qalan yollara asfalt örtüyü çəkilib
Daşkəsəndə uzun müddət təmirsiz qalan yollara asfalt örtüyü çəkilib.
“Report”un Qərb bürosunun məlumatına görə, yenidənqurma işləri çərçivəsində küçə və binaətrafı yolların asfaltlanması həyata keçirilib.Yol infrastrukturunun yaxşılaşdırılması, sakinlərin və nəqliyyatın rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər bir neçə küçədə aparılıb.
Qeyd edək ki, bu istiqamətdə işlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.





