Şuşa Dövlət Musiqili Dram Teatrına baş rejissor təyin edilib.
Bu vəzifəyə Anar Babalı oğlu Sadıqov gətirilib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binası söküləcək.
Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, bu, “Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposunun tikintisi ilə bağlıdır.
Belə ki, depo tikiləcək ərazidən təxminən 464 yaşıllıq köçürüləcək. Müşahidələr onu göstərir ki, həmin ərazidə bu sayda ağac və kol yoxdur.
Amma “Dərnəgül” elektrik deposu üçün ayrılan torpaq sahəsi ilə bitişik olan ABU-nun həyətində geniş yaşıllıq salınıb. Burada yüzlərlə ağac mövcuddur.
Ola bilər ki, köçürüləcəyi rəsmi şəkildə açıqlanan yaşıllığın bir hissəsi keçmiş ali məktəbin həyətinə düşəcək. Bu da ABU-nun binasının söküləcəyi qənaətinə gəlməyə əsas verir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, plana uyğun olaraq ərazidən 464 yaşıllıq köçürüləcək.
“Həmin ərazi 1986-cı ildən “Bakı Metropoliteni”nə verilib. Bu o deməkdir ki, metropolitenin ərazisidir. O dönəmdə isə hazırda ərazidə gördüyünüz Azərbaycan Beynəlxalq Universitetinin, yeni binaların və digər infrastrukturun heç birisinin izi-tozu yox idi. Ərazi həmişə metropolitenin sahəsi olub. Ora heç vaxt ABU-nun ərazisi olmayıb, onlar sadəcə orada universitet tikiblər. Biz öz ərazimizi hasarlamışıq”, – B.Məmmədov deyib.
Xatırladaq ki, ABU 1997-ci ildə yaradılıb. 2010-cu il sentyabrın 1-də keçmiş təhsil naziri Misir Mərdanovun imzaladığı əmrlə universitetin fəaliyyəti tamamilə dayandırılıb.
ABU-nun rektoru Elşad Abdullayev xaricə qaçıb və hazırda Fransada yaşayır.
“Aras Agro” MMC-nin Xaçmaz rayonu, Yalama kəndində yerləşən pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarında, həmçinin Xaçmaz-Xudat yolunda yerləşən satış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçiriblər.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı anbarda və satış mağazasında istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələr aşkarlanıb. Bununla yanaşı, yoxlama zamanı pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarının sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə cavab vermədiyi müəyyən olunub.
Faktla bağlı istifadəyə yararsız preparatlar satışdan kənarlaşdırılıb, həmçinin şirkətə məxsus pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarının fəaliyyətinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq olunub.
Moskva vilayətində hərbi ali məktəblərin kursantları üçün yataqxanada Ukrayna tərəfindən planlaşdırılan terror aktının qarşısı alınıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, terror aktının hazırlanması üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş Rusiya Müdafiə Nazirliyinin hərbçisi saxlanılıb.
Qeyd olunub ki, saxlanılan şəxsdən partlayıcı qurğunun hissələri müsadirə edilib. Bundan əlavə, planlaşdırılmış cinayətin müzakirə olunduğu ukraynalı kuratorla yazışmalar da aşkar edilib.
“Azərbaycan millisində debüt etdiyim üçün və “Qəbələ” ilə Premyer Liqaya yüksəlmə şansı qazandığım üçün çox xoşbəxtəm”.
Bunu “Qəbələ”nin və Azərbaycan millisinin gənc futbolçusu Şahin Şahniyarov jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Sona yeddi tur qalmış qələbə qazandığımız üçün komanda olaraq çox xoşbəxtik. Əslində I Liqa başlamadan öncə asanlıqla Premyer Liqaya yüksələcəyimizi düşünsək də, infrastruktur çatışmazlığı oyunlarda çətinliklər yaşamağımıza səbəb oldu. Xüsusilə “Karvan” və “İmişli” klublarının stadionlarında paslar zamanı çox çətinliklər yaşayırdıq”.
Şahin Şahniyarov əlavə olaraq Azərbaycan futbolunda bəyəndiyi futbolçuları da açıqlayıb.
“Azərbaycanlı futbolçular arasında Emin Mahmudov və Qara Qarayevin oyun stilini bəyənirəm. Ümumi dünya futbolunda isə kumir olaraq görməsəm də, ən bəyəndiyim futbolçu Lionel Messidir. Onun karyerasına baxaraq gələcəkdə uğur qazanıb, Avropada çıxış etmək istəyirəm”.
Qeyd edək ki, Şahin Şahniyarov I Liqa klubundan Azərbaycan millisinə dəvət alan ilk futbolçu olub.
//oxu.az
Bakıda qızını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənin ittiham aktını elan edib.
İttihamda bildirilir ki, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunmuş Yelmar Atakişiyev həbsxanada olarkən qızı Cəmalə Atakişiyevanın yad kişilərlə münasibətdə olduğu haqda məlumatlar alıb. Bundan bir müddət sonra cəzasını başa vuran Yelmar Atakişiyev məsələyə aydınlıq gətirmək üçün qızının yaşadığı evə gələrək onunla mübahisə edib.
Mübahisə zamanı o, qızına əli və ayağı ilə çoxsaylı zərbələr endirərək onu halsız vəziyyətə salıb.
İttihamda daha sonra bildirilir ki, Yelmar Atakişiyev qızının halsız vəziyyətini kənardan seyr edərək ona heç bir yardım etməyib, onun ölməsinə zəmin yaradıb.
Prosesdə təqsirləndirilənə sərbəst ifadə üçün söz verilib. O, ifadəsi zamanı qızına hər hansı bir işkəncə vermədiyini, sadəcə onu tənbeh etmək məqsədilə sifətinə əli ilə bir neçə zərbə vurduğunu deyib.
Təqsirləndirilən daha sonra vurğulayib ki, qızını döyməsinin əsas səbəbi onun iki telefon işlətdiyi halda bunu atasından gizlətməsi olub.
Qızını köməksiz vəziyyətdə qoyaraq hadisə yerini tərk etdikdən bir neçə saat sonra xəbər tutub ki, Cəmalə Atakişiyeva aldığı zərbələrdən ölüb.
Məhkəmənin növbəti prosesi mayın 2-də keçiriləcək
Qeyd edək ki, hadisə 2024-cu ilin noyabrında Bakının Zabrat qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini, 42 yaşlı Cəmalə Atakişiyevanın yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı Sabunçu rayon huquq-mühavizə orqanlarına məlumat daxil olub.
İlkin araşdırmalarla Zabrat qəsəbə sakini Yelmar Atakişiyevin qızı Cəmalə Atakişiyevanı qətlə yetirməsi müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Amerikalı sahibkar İlon Maskın “Tesla” şirkəti görünməmiş ziyana məruz qalıb.
Median.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə “JPMorgan”ın analitiki Rayan Brinkman bildirib.
Qeyd olunub ki, birinci rübdə “Tesla”nın avtomobil tədarükü gözləndiyindən xeyli aşağı düşüb.
Məlumata görə, “Tesla”nın səhmləri bu gün müntəzəm ticarətə başlamazdan əvvəl 5%-dən çox ucuzlaşıb. Onların rekord həddə çatdığı dekabrın 17-dən hesablasaq, azalma 44% olaraq qiymətləndirilir.
Yanvar-mart aylarında “Tesla”nın 336 681 avtomobil tədarük etdiyi vurğulanıb. Bu, 2022-ci ildən bəri ən pis rüblük nəticə olub. İndi “JPMorgan” “Tesla”nın birinci rübdə qazancının bir səhmə görə 36 sentə düşəcəyini proqnozlaşdırır ki, bu da əvvəlki 40 sentlik proqnozdan və orta analitik təxmindən (46 sent) aşağıdır.
“Bloomberg” xatırladıb ki, ABŞ-də prezident seçkisində Ağ Ev rəhbəri Donald Trampın sponsoru olan Mask dəfələrlə avropalı siyasətçiləri tənqid edib, ifrat sağçı partiyaların və fəalların lehinə çıxış edib, bu da, “Tesla” əleyhinə işləyib. Məsələn, Almaniyada onun satışları ötən rübdə 62% azalıb.
Россия высылает трех сотрудников посольства Молдовы в качестве ответной меры на аналогичные действия Кишинева.
Как передает Median.Az, об этом сообщил МИД РФ.
Как отмечается в информации ведомства, в МИД России был вызван посол Молдовы в РФ Лилиан Дарий, которому “заявлен решительный протест в связи решением молдавских властей от 31 марта объявить persona non grata трех сотрудников посольства России в Кишиневе за якобы деятельность, несовместимую с дипломатическим статусом”.
“Дарию вручена нота МИД России о том, что российская сторона, исходя из принципа взаимности, объявляет persona non grata трех сотрудников посольства Молдовы в России. Им надлежит покинуть нашу страну”, – говорится в документе.
МИД РФ подчеркивает, что “посольство Российской Федерации в Республике Молдова действует в строгом соответствии с положениями Венской конвенции о дипломатических сношениях 1961 года и любые попытки обвинить российскую дипмиссию во вмешательстве во внутренние дела Республики Молдова не имеют под собой никаких оснований”.