Month: April 2025

  • Раскрыты подробности дела о взломе серверов и кибершпионаже в Азербайджане

    В Ясамальском районном суде Баку под председательством судьи Рашада Джавадзаде прошло очередное заседание по уголовному делу в отношении Турала Алиева, обвиняемого в незаконном получении компьютерных данных, создании программ для удаленного проникновения в мобильные телефоны и другое техническое оборудование. Расследование по делу вела Служба государственной безопасности (СГБ) Азербайджана.

    На процессе выступили свидетели. Президент компании İdrak Хикмет Абдуллаев, давая показания, отметил, что Турал Алиев, находящийся под арестом, был исполнительным директором ООО Zeromap, через которое осуществлялись кибератаки. Сам Абдуллаев является учредителем этой компании.

    Свидетель подчеркнул, что взял Алиева на работу, зная о его выдающихся навыках в сфере IT: “Я нанял его, поручил проявить себя. При этом сообщил, что для работы будут созданы все необходимые условия и техническая поддержка. Однако предупредил, чтобы он ни в коем случае не получал тайно конфиденциальную информацию компаний из любой страны мира. Ведь это преступление”.

    По его словам, он поручил Туралу Алиеву создать программу, которая бы быстро выявляла уязвимости в приложениях.

    “Мы собирались представить эту программу госорганам. Если бы им понравилось, мы бы применили ее в автоматизированной межведомственной информационно-поисковой системе. Спустя некоторое время, когда я возвращался из-за границы, меня в аэропорту встретили сотрудники СГБ и пригласили на допрос”, – рассказал свидетель.

    Следствием установлено, что в апреле 2024 года обвиняемый также незаконно вмешался в сервер ООО Ultra Texniki.

    Далее показания дал IT-программист Э.Абдуллаев, признанный свидетелем по делу.

    “Мы оба работаем в одной сфере. Познакомились на одном из форумов”, – сообщил он. По словам Абдуллаева, Турал Алиев интересовался шпионскими программами, пытался совершать кибератаки на некоторые компании, но безуспешно.

    Поскольку между показаниями свидетеля на предварительном следствии и в суде возникли противоречия, были оглашены его первоначальные показания.

    Обвиняемый Турал Алиев признал себя частично виновным по предъявленному обвинению.

    Процесс продолжится 17 апреля.

    Напомним, Турал Алиев был задержан в результате спецоперации Службы госбезопасности. Ему предъявлено обвинение по статьям 271.2.1 (неправомерный доступ к компьютерной системе, совершенный повторно), 272.2.1 (неправомерное завладение компьютерной информацией, совершенное повторно) и 273-1.1 (оборот средств, изготовленных для совершения киберпреступлений)) Уголовного кодекса Азербайджана.
    //oxu.az

  • Azərbaycanda haker proqramlarla düşmənə yox, daxili serverlərə müdaxilə edən kim olub?

    Kibercinayətkarlıq etməklə kompüter məlumatlarını ələ keçirməkdə, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda təqsirləndirilərək, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılmış Tural Əliyevin barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

    “İdrak” şirkətinin prezidenti Hikmət Abdullayev şahid qismində sərbəst ifadə verib.

    Hikmət Abdullayevin həbsdə olan Tural Əliyevin içraçı direktoru olduğu və kiberhücumların aparıldığı “Zeromap” MMC-nin təsisçisi olduğu məlum olub.

    Şahid ifadəsində vurğulayıb ki, o, təqsirləndirilən şəxsi İT sahəsindəki mükəmməl bacarıqlarına görə tanıyıb və işə götürüb.

    “Onu işə götürdüm və özünü göstərməyi tapşırdım. Eyni zamanda, ona iş görməsi üçün bütün lazımi şəraitin yaradılacağını, texniki dəstəyin göstəriləcəyini bildirdim. Bununla yanaşı, ona dünyanın heç bir ölkəsinin şirkətlərinin gizlin şəkildə məxfi məlumatlarına daxil olmamasını tapşırdım. Belə ki, bu cinayətdir”.

    Şahid bildirib ki, Tural Əliyevə tətbiqlərdə boşluqları qısa zamanda aşkar edən proqram yaradılması üçün tapşırıq verib:

    “Həmin proqramı biz dövlət orqanlarına təqdim edəcəkdik. Onlar bəyənsəydilər, tətbiq edəcəkdik. Bir müddət sonra xaricdən ölkəyə qayıdan zaman məni hava limanında DTX əməkdaşları qarşıladı və istintaqa dəvət etdilər”.

    İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında “Ultra Texniki” MMC-nin serverinə də qanunsuz müdaxilə edib.

    Daha sonra iş üzrə şahid qismində tanınan İT proqramçısı E.Abdullayev ifadə verib: “İkimiz də eyni sahə üzrə fəaliyyət göstəririk. Forumların birində tanış olmuşuq”.

    E.Abdullayev bildirib ki, Tural Əliyev casus proqramlarına meyilli idi, bəzi şirkətlərə kiberhücum cəhdləri edib, lakin uğursuz nəticələnib.

    Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan ilk ifadəsi elan olunub.

    Təqsirləndirilən şəxs Tural Əliyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

    Proses aprelin 17-də davam etdiriləcək.

    Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK

    Həqiqi hərbi xidmətdə olmağın yaş həddi müəyyən edilməyən şəxslərin siyahısı genişləndirilir.

    Bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişikliklər layihəsində öz əksini tapıb.

    Layihədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təklif olunur.

    “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdən sonra yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

    “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

    Mövcud qanunvericilik ordu generalı hərbi rütbəsinə malik hərbi qulluqçular üçün hərbi xidmətdə olmağın son yaş həddini müəyyən etmir. Layihədə həqiqi hərbi xidmətdə olmağı yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişlənməsi nəzərdə tutulur.

    Qeyd edək ki, həqiqi hərbi xidmətdə olmağın yaş həddi aşağıdakı kimidir:

    – Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: 31.5 yaş;

    – Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar, kiçik zabitlər: 48 yaş;

    – Mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər: 48 yaş;

    – Polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər: 53 yaş.

    – Ali zabitlər üçün – general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral: 58 yaş;

    – General-polkovnik, admiral, 63 yaş.

    Sözügedən məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.
    //oxu.az

  • Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

    Gürcüstan prezidenti Mixail Kavelaşvili aprel ayında Azərbaycana, daha sonra Ermənistana səfər edəcək.
     
    Median.Az “APA”ya istinadən xəbər verir ki, bu barədə onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya bildirib.

    Azərbaycana səfər aprelin 14-15-də, Ermənistana isə ayın sonunda baş tutacağı bildirilir.

    Səfərin dəqiq tarixləri hələ müəyyən edilməyib.

  • Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Otaq yoldaşını öldürüb meyitin fotosunu qardaşına göndərdi

    Bakıda ağır söyüşlərə görə otaq yoldaşını qətlə yetirən Hikmət Muxtarovun məhkəməsi başlayıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Hikmət Muxtarovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

    Məhkəmə iclasında ifadə verən Hikmət Muxtarov bildirib ki, hadisə baş verən axşam kafedə tanışları ilə pivə içiblər. Onlardan ikisi sağollaşıb getdikdən sonra Ülvi Qasımovla kirayədə qaldıqları mənzilə qalxıblar. Orada aralarında yaranan mübahisə zamanı Ülvi onun ünvanına ağır söyüşlər söyüb. Hikmət dəfələrlə ona xəbərdarlıq edib ki, nalayiq ifadələr işlətməsin. Bundan sonra, üzərinə bıçaqla gələn otaq yoldaşının əlindən mətbəx bıçağını alıb və ona 4 dəfə zərbə endirib. Zərbələrdən üçünü qarnına, axırıncını isə ürəyinə vurub. Hikmət Muxtarov əməlindən peşman olmadığını qeyd edib.

    Zərərçəkmiş şəxsin hüquqi varisi ondan Ülvi Qasımovu öldürəndən sonra meyitinin fotoşəklini çəkib başqa şəxsə göndərməsinin səbəbini soruşub.

    H.Muxtarov təsdiq edib ki, şəkli qardaşına məxsus “WhatsApp” tətbiqinə göndərib və adam öldürdüyünü bildirib.

    Mərhumun əmisioğlu təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini istəyib.

    Məhkəmə prosesi davam edəcək.

    Qeyd edək ki, bu hadisə ötən il avqustun 4-ü gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci Polis Şöbəsindən Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Hikmət Muxtarovun mübahisə zəminində bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib. H.Muxtarov şübhəli şəxs qismində saxlanılıb.

  • “O yaşda deyilik ki, bunlara göz yumaq”

    Müğənni Gülay Zeynallı bəzi aparıcılara iradını bildirib.

    Axşam.az xəbər verir ki, “İncə səhər” verilişində qonaq olan sənətçi aparıcıların qonaqlara ünvanladığı suallardan şikayətlənib: 

    “Hansısa bir verilişə gedirsən və bir də görürsən ki, aparıcı qarşısındakı insanı düşünmür ki, kimdir, nəçidir, tərbiyəsi necədir. Reytinqə görə nə gəldi suallar verir.

    Biz artıq o yaşda deyilik ki, bunların hamısına göz yumaq və bir reklam da getsin deyək”.

  • İtkin düşən məktəbli qız Gəncəyə gedibmiş — Sonuncu dəfə avtobusdan düşəndə görüblər (VİDEO)

    Tovuzda itkin düşən məktəbli qızı sonuncu dəfə Gəncədə görüblər.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, itkin düşən 2012-ci il təvəllüdlü A.Süleymanova Gəncədə yerləşən xəstəxanaların birinin qarşısında avtobusdan düşüb. Məktəblini xəstəxananın xadimələrindən biri görüb.

    Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz
    Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

    ***

    Tovuzun Bozalqanlı kəndində 13 yaşlı məktəblinin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.

    7-ci sinif şagirdi olan yeniyetmə qızın məktəbdən çıxdıqdan sonra hara getdiyi məlum deyil.

    Məktəblinin babası Zirəddin Süleymanov hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.

    “Müəllim qızıma zəng edib deyib ki, son vaxtlar sözə baxmır, nəsə deyəndə eşitməzliyə vurur. Əlində yazılar və şpris tutmuşam. Müəllimlə danışmaq üçün məktəbə yollandıq, sonra isə nəvəm evə qayıtmaq adı ilə oradan uzaqlaşdı. Sonradan öyrəndik ki, çantasını sinif yoldaşına verib, qaçıb”, – deyə o bildirib.

    Qeyd edək ki, yeniyetmənin valideynləri ayrılıb. Məktəbli və bacısı ata, nənə və babası ilə yaşayır.

    Ətraflı süjetdə:
     

  • Saqqız çeynəyənlərə XƏBƏRDARLIQ

    Sadəcə bir saat ərzində saqqız çeynəmək insan tüpürcəklərində 250 min mikroplastik hissəcik buraxa bilər.

    Bununla bağlı Şimali İrlandiyadakı “Queens” Universitetində araşdırma aparılıb.

    Araşdırmaya əsasən, saqqız çeynəmək potensial zərərli maddələrin bədənə daxil olmasına səbəb ola bilər. Mikroplastiklər daha böyük plastik məhsulların parçalanması nəticəsində əmələ gələn kiçik plastik hissəciklərdir. Onlar sintetik parçalardan mikrofiberlər kimi mənbələrdən yayılır.

    Araşdırmada mikroplastiklərin zamanla daha kiçik parçalara bölünərək nanoplastikaya çevrildiyi və bunların tüpürcəkdə aşkar edildiyi bildirilib.

    Tədqiqatçılar mikro və nano plastiklərin orqanizmə müxtəlif yollarla daxil ola və həzm sistemi, ağciyərlər və reproduktiv sistemə zərər verə biləcəyini qeyd ediblər. Elm adamları bu cür hissəciklərin insan sağlamlığına uzunmüddətli təsirlərinin bilinmədiyini vurğulayır. Lakin araşdırmada istifadə edilən metodun plastik çirklənməni azaltmağa kömək edə biləcək daha sərfəli bir vasitə təmin edə biləcəyi gözlənilir.

    Araşdırma “Journal of Hazardous Materials” jurnalında dərc edilib. //Publika.az

  • Azərbaycanda bu ailələrə “uşaq pulu” VERİLƏCƏK

    Bu gün Azərbaycan əhalisinin 99 faizi “uşaq pulu” istəyir. Bu sahədə müəyyən müsbət siqnallar var.

    Bunu müsahibəsində Milli Məclisin deputatı Razi Nurullayev deyib.

    Deputatın sözlərinə görə, artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə ümumi razılığa gəlinib və qısa müddətdən sonra üçuşaqlı ailələrə “uşaq pulunun” verilməsinə başlanılacaq. 

    O qeyd edib ki, prosesin bu il və ya gələn ildən başlayacağı gözlənilir.

    “Üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi həm Milli Məclisin Əmək və sosial siyasət komitəsi səviyyəsində, həm də Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri olduğu müddətdə müzakirə edilib. Hazırkı yeni nazirlə də bu sahədə müzakirələr gedir”, – deputat bildirib.

    R. Nurullayev üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsinin əhəmiyyətindən də danışıb:

    “Ölkədə üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi təmin olunacaq, çünki araşdırmalar da göstərir ki, 2016-cı ildən etibarən Azərbaycanda doğulan uşaqların sayında ciddi azalma müşahidə edilir, eyni zamanda 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur. Bu da o deməkdir ki, bir neçə ildən sonra birinci sinifə gedən uşaqların sayında belə ciddi azalma görəcəyik”. 

    Deputat sonda onu da vurğulayıb ki, uşaqların sayının azalması ölkəni demoqrafik problemlə üz-üzə qoya bilər. Bunun üçün də ailələrin uşaq dünyaya gətirməsinə marağı artırmaq və problemin qarşısını əvvəlcədən almaq lazımdır. 

    Qeyd edək ki, Azərbaycan qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur. Bir müddət əvvəl parlamentdə çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilib. Belə ki, 3-dən çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi təklif olunur.

    Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat müavinət ödənilməlidir. Son beş ildə bu müavinətin məbləği 3,5 dəfə artırılıb.

    2024-cü il 1 yanvar tarixinə beşdən çox uşağı olan 2,6 min qadına 11,5 min uşaq üçün sosial müavinət ödənilir.

    Çoxuşaqlı ailələrə sosial dəstək verilməsinin səbəbləri müxtəlifdir. Ekspertlər deyir ki, əhalinin azalması cəmiyyətdə sosial sabitliyə və iqtisadi inkişafa xələl gətirir, ona görə də dövlət çoxuşaqlı ailələrə dəstək verir. Əsas hədəf doğum nisbətinin artırılmasıdır və bunun üçün əhali dəstək paketləri ilə daha çox uşaq dünyaya gətirməyə təşviq edilir.

  • Bəylər Əyyubovun ailəsinə ağır itki – FOTO

    Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova ağır itki üz verib.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, generalın bacısı qızı Xalidə Şahverdiyeva vəfat edib.

    O, insultdan dünyasını dəyişib.

    Qeyd edək ki, Xalidə Şahverdiyeva Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini – Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin rəisi general-leytenant Mayıl Şahverdiyevin bacısıdır.

    Allah rəhmət eləsin!