“BMW” markalı avtomobillə “drift” edərkən idarəetməni itirib bir qadın və bir uşağın xəsarət almasına səbəb olan dağıstanlı bloqer Hacı Hacıyev ev dustaqlığına buraxılıb.
Median Az xəbər verir ki, “İzvestiya” bu barədə Hacıyevin vəkilinə istinadən məlumat yayıb.
Moskva Vilayət Məhkəməsi Hacıyevin Dağıstanda yaşadığı yerdə ev dustaqlığına buraxılması barədə qərar çıxarıb. Müdafiə tərəfi bloqqerin Moskva vilayətində ev dustaqlığında olması üçün ünvanın dəyişdirilməsi barədə vəsatət qaldıracaq.
Xatırladaq ki, avtobloqer Moskva vilayətinin Odintsovo şəhərində qəza törədib. Qəza ötən ilin noyabr ayında driftçilərin görüşündə baş verib.
Hacıyev maşınla vurduğu qadının ayağının sınmasını şərh edərkən bunu “xırda zədə” adlandırmışdı. (Publika.az)
Month: April 2025
-
Qadını və uşağı maşınla vuran bloqer Hacı Hacıyev barədə qərar verildi
-
Ana üç övladından başqa kişiyə görə imtina edibmiş – TƏFƏRRÜAT
Ötən gün övladından imtina edən ana “TikTok” sosial şəbəkəsində tanış olduğu şəxsin yanına getmək üçün əvvəlcə uşaqlarını ruhi sağlamlıq problemi olan atalarının yanında qoyubmuş.
Bu barədə məlumatı İctimai Birliyin rəhbəri Mehriban Zeynalova bildirib.Daha sonra atanın onlara baxa bilməyəcəyini anlayaraq övladlarını sığınacağa gətirib.
Uşaqların bir müddət sığınacaqda qaldıqdan sonra körpələr evinə təhvil veriləcəyi gözlənilir.
Qeyd edək ki, böyüyün 12, digərlərinin 11 və 3 yaşı olan uşaqlar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.//Oxu.Az
-
KİV: ABŞ Milli Təhlükəsizlik Şurasının bir neçə direktoru vəzifəsindən azad edilib
Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) bir neçə direktoru vəzifəsindən azad edilib.
Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, işdən çıxarılmalar çərşənbə günü ABŞ Prezidenti Donald Tramp və sağçı fəal Lora Lumer arasında keçirilmiş görüşün birbaşa nəticəsi olub. O, dövlət başçısından bir neçə yüksəkrütbəli məmurun ölkə rəhbərliyinə xəyanət etdiyini iddia edib və onların işdən çıxarılmalarının zəruriliyini bildirib.
Agentliyin məlumatına görə, Lumer həmçinin Trampa ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçi müavini Aleks Vonqun işdən çıxarılmasını təklif edib. CNN-in məlumatına görə, o, hələlik işdən çıxarılmayıb.
CNN-ə görə, kəşfiyyat direktoru və hazırkı dövlət katibi Marko Rubionun Senatın Seçilmiş Kəşfiyyat Komitəsində keçmiş əməkdaşı, əvvəllər ABŞ-nin hazırkı milli təhlükəsizlik müşaviri Mayk Uolsun Konqresdə qanunvericilik üzrə direktoru vəzifəsində çalışmış qanunvericilik işləri üzrə baş direktor Brayan Uolş, əvvəllər Konqresdə Milli Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində çalışmış Tomas Bou, ABŞ-nin Milli Təhlükəsizlik Departamentinin baş direktoru Devid Feyt vəzifələrindən azad ediliblər.//Report
-
Давид Ишханян: Стратегическая цель заключалась в присоединении Карабаха к Армении
3 апреля на продолжающемся в Бакинском военном суде судебном процессе обвиняемый Давид Ишханян ответил на вопрос прокурора о целях военной агрессии Армении против Азербайджана.
Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, Д.Ишханян, заявивший, что был одним из активных членов партии “Дашнакцутюн”, ответил на вопрос: “Не могу сказать на тот момент, потому что я был тогда очень молод. А позже я уже понял, каковы стратегические цели и стратегические принципы. Стратегической целью было присоединение Карабаха к Армении”.
Отметим, что суд над гражданами Республики Армения, обвиняемыми в преступлениях против мира и человечности в результате военной агрессии Армении, военных преступлениях, в том числе подготовке и ведении агрессивной войны, геноциде, нарушении законов и обычаев войны, а также терроризме, финансировании терроризма, насильственном захвате и удержании власти и многочисленных других преступлениях, продолжится 4 апреля.
-
David İşxanyan: “Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”
Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçısının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi barədə sualını cavablandırıb.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Daşnaksütyun” partiyasının fəal üzvlərindən biri olduğunu deyən D.İşxanyan suala cavabında deyib:
“O dövr üçün mən deyə bilmərəm, çünki o dövrdə çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji məqsədlərin, strateji prinsiplərin nələr olduğunu artıq başa düşmüşdüm. Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 4-də davam etdiriləcək.
-
Gəncədə 31 yaşlı qadın dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.Belə ki 1994-cı il təvəllüdlü L. Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə L. Əkbərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
-
Bayraktar: “Elektrik enerjisinin Azərbaycandan Türkiyəyə və Avropaya nəqli üzrə iş aparılır”
“Azərbaycanda istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə və buradan Avropaya nəqli üzrə iş aparılır”.
Median.Az “Haber Global” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib
Onun sözlərinə görə, bu, Bolqarıstan, Türkiyə, Gürcüstan və Azərbaycan arasında işlənib hazırlanan layihədə nəzərdə tutulub:
“Bir neçə gündən sonra Cənub Qaz Dəhlizinin illik iclaslarında biz dörd ölkə olaraq saziş imzalayacağıq. Qeyd etdiyimiz dörd boru kəmərinə elektrik ötürücü xətləri də əlavə edilir”.
Nazir vurğulayıb ki, Türkiyə Avropaya ixrac edilən Azərbaycan qazının həcmini iki dəfə artırmağa hazırdır: “2027-ci ilə qədər Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcmini iki dəfə artırmağa yönəlmiş infrastruktur hazırdır”.
-
Айгуль Жапарова поздравила Мехрибан Алиеву
Первая леди Кыргызской Республики Айгуль Жапарова направила Первому вице-президенту Азербайджанской Республики Мехрибан Алиевой поздравительное письмо по случаю праздника Рамазан
Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, в послании говорится:
“Уважаемая госпожа Мехрибан Арифовна,
Сердечно поздравляю Вас co священным праздником всех мусульман – Орозо айт.
Пусть Всевышний примет все наши добрые дела, совершенные в этот священный месяц и приумножит наше согласие и счастье в благословенные праздничные дни.
Пусть этот праздник, который ведет человечество к состраданию и милосердию и олицетворяет высокие ценности, принесет благословение и счастье в каждый дом, а нашим братским народам согласие и благополучие.
Уважаемая госпожа Мехрибан Арифовна, желаю Вам и Вашим близким крепкого здоровья, семейного счастья, душевного спокойствия и умиротворения.”
Первая леди Кыргызской Республики Айгуль Жапарова также направила Первому вице-президенту Азербайджанской Республики Мехрибан Алиевой поздравительное письмо по случаю Новруз байрамы. В послании говорится:
“Уважаемая госпожа Мехрибан Арифовна,
Сердечно поздравляю Вас с праздником Новруз, который знаменует обновление природы.
Праздник Новруз, изначально символизирующий единство, согласие и взаимопонимание, отмечается как начало нового года с чистыми помыслами и благородными мечтами.
Пусть праздник Новруз станет началом новых возможностей, наполненных яркими моментами и теплыми встречами.
Желаю Вам, уважаемая Мехрибан Арифовна, крепкого здоровья, долгих лет жизни, счастья, а народу братской Азербайджанской Республики – благополучия и процветания”.
-
Ayqul Japarova Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.
Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:“Hörmətli Mehriban xanım.
Təbiətin yenilənməsinin rəmzi olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Tarixən birliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı tərənnüm edən Novruz bayramı saf düşüncələrlə, nəcib arzularla yeni ilin başlanğıcı kimi qeyd olunur.
Qoy Novruz bayramı parlaq anlarla, səmimi görüşlərlə dolu yeni imkanların başlanğıcına çevrilsin.
Hörmətli Mehriban xanım, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.
Ayqul Japarova Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə də təbrik edib.
“Bütün müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Qoy Ulu Tanrı bu müqəddəs ayda gördüyümüz bütün xeyirxah işləri qəbul etsin, mübarək bayram hüzur və xoşbəxtliyimizi artırsın.
Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərlərin təcəssümü olan bu bayram hər bir evə səadət və ruzi-bərəkət gətirsin, qardaş xalqlarımıza isə sülh və əmin-amanlıq bəxş etsin.
Hörmətli Mehriban xanım, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, ailə səadəti, rifah və uğurlar arzulayıram”.
-
Bloqer Orxan Ağayev Baş Prokurorluğa çağırıldı – VİDEO
Baş Prokurorluq xaricdə yaşayan bloqer Orxan Ağayevi istintaqa dəvət edib.
Bu barədə İctimai Televiziyadan məlumat verilib.Təqsirləndirilən şəxs, 1986-cı il təvəllüdlü Orxan Məhəmmədəli oğlu Ağayevə izah edilib ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 23 aprel 2025-ci il tarixdə, saat 12:00-da Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Bildirilib ki, Orxan Ağayevin Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 7 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.
Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 7 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “YouTube” və “Facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar törətməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
Orxan Məhəmmədəli oğlu Ağayev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 7 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Orxan Ağayevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Təqsirləndirilən digər şəxs, 1985-ci il təvəllüdlü Süleyman Asif oğlu Süleymanlı da istintaqa dəvət edilib. O, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 22 aprel 2025-ci il tarixdə, saat 12:00-da Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Süleyman Süleymanlının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 7 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.
Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 7 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “YouTube” və “Facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar törətməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
Süleyman Süleymanlı istintaqdan qaçıb Azərbaycanın hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 7 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Süleyman Süleymanlıya xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.






