Month: April 2025

  • 13 yaşlı qızdan 82 min manatlıq qızıl alan oğlanın cəzası artırıldı

    Bakıda 13 yaşlı qızı aldadaraq külli miqdarda qızıl və pul aldığına görə məhkum edilmiş şəxsin cəzası ağırlaşdırılıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlilabad rayonu, Göytəpə şəhər sakini 2003-cü il təvəllüdlü E.Məmmədova verilmiş 6 il həbs cəzasından apellyasiya şikayəti verilib.

    Həm dövlət ittihamçısı, həm də zərərçəkmiş tərəf cəzanın ağırlaşdırılmasını, məhkum isə ona bəraət verilməsini tələb edib.

    Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə yeniyetmə qızı aldadaraq 82 min manatlıq qızıl və pul almış E.Məmmədovun barəsindəki hökm dəyişdirilib. Ona 10 il 6 aylıq həbs cəzası verilib.

    Gənc oğlan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.

    İstintaqla müəyyən edilib ki, E.Məmmədov “Instagram” sosial şəbəkəsində orta məktəbin 7-ci sinif şagirdi olan Aytacla (ad şərtidir) tanış olub. Onların arasında səmimi münasibət yaranıb və E.Məmmədov yeniyetmə qıza biznes qurmaq istədiyini bildirib.

    Bundan sonra Aytac yaşadığı evdəki seyfdən gizli şəkildə 2 500 manat, 3 min dollar və 80 min manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək Xətai rayonu, Süleyman Vəzirov küçəsindəki binanın dəhlizində E.Məmmədova verib.

    Hadisənin üstü açılandan sonra Aytac E.Məmmədovun ona hədə-qorxu gələrək pul və qızılları aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş başlanılıb. Lakin məhkəmə istintaqı zamanı hədə-qorxu iddiası təsdiqini tapmayıb və gənc oğlanın məktəbli qızı aldadaraq külli miqdarda qızıl və pul alması müəyyən edilib. Bu səbəbdən məhkəmə ona dələduzluq cinayəti üzrə cəza təyin edib.

    Qeyd edək ki, E.Məmmədov əldə etdiyi pul və qızıl-zinət əşyaları vasitəsilə özünə 8-ci kilometr bazarında ayaqqabı mağazası açıbmış.

  • Скончался актер Мёйле Мирзалиев

    Актер Азербайджанского государственного академического музыкального театра Мёйле Мирзалиев скончался.

    Об этом Oxu.Az сообщила его дочь Лейла Рагимли.

    Она отметила, что актер умер сегодня утром.

    Напомним, недавно М.Мирзалиеву в частном медицинском учреждении была сделана операция по транспедикулярной фиксации (имплантации) в связи со стенозом шейного отдела позвоночника. Однако после хирургического вмешательства у него развился паралич верхних и нижних конечностей, что потребовало длительного лечения в реанимации другого медучреждения.

  • Möylə Mirzəliyev vəfat edib

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev vəfat edib.

    Bu barədə oxu.az-a onun qızı Leyla Rəhimli məlumat verib.

    O bildirib ki, aktyor bu gün səhər saatlarında vəfat edib.

    Xatırladaq ki, Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyatdan sonra xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb.

  • Началась встреча Ильхама Алиева и Масуда Пезешкиана в узком составе – ФОТО

    Началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Исламской Республики Иран Масуда Пезешкиана в узком составе.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevin Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü başlayıb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü başlayıb.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • С 1 мая вступает в силу мораторий на вылов рыбы в Азербайджане

    В Азербайджане в связи с периодом нереста рыб с 1 мая 2025 года во всех водоемах страны вводится мораторий на вылов рыбы, он будет действовать до 1 сентября.

    Об этом сообщил начальник Службы охраны биологического разнообразия Халиг Мирзоев.

    Он призвал всех физических и юридических лиц, занимающихся рыбной ловлей, строго соблюдать установленные правила, воздерживаться от лова рыбы в запрещенное время и использовать только разрешенные методы.

  • May ayının 1-dən balıq ovuna moratorium qüvvəyə minir

    Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.

    Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.

    Xidmət rəisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.

    “Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidirlər, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.

    Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

    X.Mirzəyevin sözlərinə görə, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik, eləcə də Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

  • Состоялась церемония официальной встречи президента Ирана Масуда Пезешкиана – ФОТО

    28 апреля состоялась церемония официальной встречи президента Исламской Республики Иран (ИРИ) Масуда Пезешкиана.

    Как сообщает АЗЕРТАДЖ, на площади, где развевались государственные флаги двух стран, в честь президента ИРИ был выстроен почетный караул.

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев встретил президента Ирана Масуда Пезешкиана.

    Начальник почетного караула отдал рапорт президенту Ирана.

    Прозвучали государственные гимны Исламской Республики ИРИ и АР.

    Под звуки военного марша почетный караул прошел перед президентами стран.

    Затем они сфотографировались для официального фото.






  • İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub – FOTO

    Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib.

    İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.






  • Perinatal Mərkəzdəki yanğında zərərçəkən: “8 ildən sonra övladımız oldu, o da yanğında öldü”

    Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər.

    Cinayət işində zərərçəkən kimi tanınan Elvin Nəcəfov prosesdə ifadəsi zamanı bildirib ki, mühafizə polisində çalışır və xidmət yeri Respublika Perinatal Mərkəzi olub:

    “Hadisə zamanı mən növbədə idim. Qeydiyyat şöbəsində Gülbahar xanım dedi ki, 4-cü mərtəbədə yanğın var. Qalxanda gördüm ki, küvəz yanır. Yanğın şiddətli deyildi. Su ilə söndürməyə çalışdım, alınmadı. Sonra odsöndürən balonlarla söndürməyə çalışdım. Mən qalxanda tibb personalı da orada idi. 6 nəfəri xilas etdim”.

    Digər zərərçəkən Vaqif Abdullayev ifadəsi zamanı baş verənləri belə izah edib:

    “Mən yoldaşımı mərkəzə yerləşdirdikdən sonra rayona qayıtdım. Rayona çatanda yoldaşım zəng edib mərkəzin yandığını dedi. Daha sonra anama zəng edib. Anam taksi ilə mərkəzə gəlib və qayınanamla birlikdə uşağı küvəzdən çıxarıb. Mən rayondan birbaşa mərkəzə qayıtdım. Orada bildim ki, yoldaşım və övladım ayrı-ayrı xəstəxanadadırlar. Rəhbərlikdən şikayətçiyəm. Evin yeganə övladıyam. 8 ildir mən evliyəm. Müalicə ilə, dava-dərmanla, nəhayət, sevindik ki, övladımız olacaq. Sonra da bu hadisə baş verdi, övladımız öldü”.

    Mərkəzdə yanğın zamanı övladını itirən Nəzrin Qurbanova ifadəsində bildirib:

    “Hadisə zamanı övladımı itirmişəm. Mən hadisədən 3-4 gün öncə evə buraxıldım. Lakin övladımın səhhətində ağırlaşma olduğu üçün buraxmadılar. Onu ziyarətə gələndə otaqda görmədim. Elə bildim bölməni dəyişiblər. Sonradan övladımın otağının yanğın baş verən otağa dəyişdirildiyini öyrəndim. Yanğın zamanı övladım xəsarət alaraq ölüb. Təqsirləndirilən şəxslərin qanun çərçivəsində cəzalandırılmasını istəyirəm”.

    Proses mayın 19-da davam etdiriləcək.

    Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

    Yanğınla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq – iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova və Gülbahar Zülfüqarova tanınıblar.
    //oxu.az