Month: April 2025

  • СМИ: Биньямин Нетаньяху посетит Азербайджан 8 мая

    Премьер-министр Израиля Биньямин Нетаньяху совершит визит в Азербайджан 8 мая.

    Об этом сообщает Median.Az со ссылкой на сайт AIAglobal.

    Нетаньяху встретится с высокопоставленными членами правительства и лидерами еврейской общины.

    8 мая является очень символичным днём. В этот день в 1992 году азербайджанский Национальный герой еврейского происхождения Альберт Агарунов погиб в бою, защищая город Шуша. Нетаньяху посетит его могилу на Аллее шехидов в Баку.

    Отмечается, что визит израильского премьера в Баку продлится до 11 мая.

  • Benyamin Netanyahunun Azərbaycana səfərinin tarixi məlum oldu

    İsrailin Baş naziri Benyamin Netanyahu mayın 8-də Bakıya səfər edəcək.

    Bu barədə “AIAglobal” saytı məlumat verir.

    Məlumata görə, Netanyahu Prezident İlham Əliyev, hökumət üzvləri və yəhudi icmasının liderləri ilə görüşəcək.

    8 May olduqca simvolik gün hesab edilir. 1992-ci ilin bu günündə Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunov Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşdə həlak olub. Netanyahu Bakıda Şəhidlər Xiyabanında onun məzarını ziyarət edəcək.

    Məlumatda qeyd olunur ki, İsrailin baş nazirinin Bakıya səfəri mayın 11-dək davam edəcək.

  • Военнослужащий ГПС покончил с собой

    Военнослужащий действительной военной службы Государственной пограничной службы (ГПС) Азербайджана младший прапорщик Рагим Зейнал оглу Новрузов совершил самоубийство в своей квартире.

    Об этом сообщили в пресс-центре ГПС.

    Предполагается, что инцидент произошел по причине, не связанной с военной службой.

    По данному факту совместно с сотрудниками органов прокуратуры проводятся следственные мероприятия.

  • DSX-nın hərbi qulluqçusu intihar edib (YENİLƏNİB)

    Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Novruzov Rəhim Zeynal oğlunun özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

    Fakt əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib.

    Hazırda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.

    * * * * *

    Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Novruzov Rəhim Zeynal oğlu yaşadığı mənzildə intihar edib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

    Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

  • Uşaqların I sinfə qəbulu başlayır – Bu tarixdən

    Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır.

    Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

    Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

    Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

  • ANAMA əməkdaşı Qazaxda minaya düşdü

    İşgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində aprelin 28-də mina hadisəsi baș verib.

    Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

    Məlumata görə, Agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

    Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

  • На трассе от зыхской транспортной развязки до аэропорта снижен скоростной режим

    В связи с наблюдаемым в настоящее время в Баку сильным ветром на некоторых полосах трассы между транспортной развязкой “Зых” и Международным аэропортом Гейдар Алиев скоростной режим снижен на 20 км/ч.

    Об этом сообщает Median.Az со ссылкой на Центр интеллектуального управления транспортом (ЦИУТ) Министерства внутренних дел.

    Также сотрудники ЦИУТ разместили знак “сильный ветер” на всех информационных табло.

    Водителей просят соблюдать установленный скоростной лимит.

  • Küləyə görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

    Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Eyni zamanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları bütün məlumat-sürət tablolarında “güclü külək” işarəsi qoyublar.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunub.

  • Премьер-министр утвердил новые зарплаты для сотрудников Министерства обороны

    Утверждены размеры ежемесячных должностных (тарифных) окладов военнослужащих и гражданских работников, не являющихся госслужащими, Министерства обороны Азербайджана, а также размеры окладов военнослужащих по воинским званиям.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, Минфину поручено обеспечить реализацию необходимых мер для выплаты средств, требуемых в связи с исполнением данного решения.

  • Müdafiə Nazirliyinin hərbi qulluqçularının rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib

    Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.