Month: April 2025

  • Serj Sarqsyandan etiraf: “Şuşa əməliyyatında Robert Koçaryan özü də iştirak edirdi”

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa rayonunun işğalı ilə bağlı Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qeydləri yer alan videomaterial tədqiq edilib.

    S.Sarqsyan Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirib. O deyib:

    “Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, Robert Koçaryan özü iştirak edirdi”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Bu şəxslər yüksək pensiya ala bilməyəcək – Çıxış yolu nədir?

    Azərbaycanda bəzi vətəndaşlar rəsmi sahibkarlıq fəaliyyəti göstərməsələr də, VÖEN vasitəsilə çalışırlar. Bu isə onların hüquq və öhdəlikləri, xüsusilə də sosial sığorta haqları və gələcək pensiya təminatları ilə bağlı suallar doğurur.

    VÖEN-lə çalışanların sosial ödənişləri, pensiya hüquqları necə tənzimlənir?

    Median.Az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, Azərbaycanda sosial ödənişlərin müxtəlif növləri var:

    “Bilirsiniz, VÖEN-lə çalışanların bir hissəsi sadələşmiş vergi ödəyiciləridir. Məsələn, taksi sürücüləri, bərbərlər, fərdi sahibkarlar və sair. Onlar minimum əməkhaqqının 6 faizi qədər Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş edirlər. Bundan əlavə, onların icbari tibbi sığortası minimum əməkhaqqının 4 faizini təşkil edir. Pensiya hüquqlarının formalaşması isə ödənilən sosial sığorta haqlarından asılıdır. Hər ay ödənilən məbləğlər pensiya hesabına yığılır və onun əsasında formalaşır. Bu, istər VÖEN, istərsə də əmək müqaviləsi ilə çalışanlara aiddir. Digər şərtlərdən biri iş stajıdır. VÖEN-lə çalışanlar sosial təminatdan məhrum olurlar. Məsələn, onların məzuniyyəti, tibbi kompensasiyası və sair kimi haqları yoxdur”.

    İqtisadçının sözlərinə görə, yeni qaydalara əsasən, uzun müddət VÖEN-lə çalışan şəxslər mütləq əmək müqaviləsi bağlamalıdırlar ki, sosial təminat hüquqları yaransın:

    “Təəssüf ki, bəzi hallarda bunu müşahidə etmirik. Eyni zamanda dövlət özəl pensiya fondlarına təşviq edir. Bu fondlar işçilərin pensiya kapitalını artırır və dövlətin də sosial yükü azalır. VÖEN-lə çalışan şəxslər təkcə sadələşmiş vergi ödəyiciləri deyil. Hətta ondan istifadə edə bilməsələr belə, öz gəlirlərindən DSMF-yə həmişə ödəniş etmək məcburiyyətindədirlər. Dövlətin isə hər kəs qarşısında minimal öhdəlikləri var. Hətta işsiz şəxslər də müavinət ala bilərlər. Bu səbəbdən Azərbaycanda 10 min manat pensiya alanlar da var, daha aşağı məbləğlər də mövcuddur. Pensiya haqları sosial sığorta ödənişləri və staj nəzərə alınmaqla, xüsusi düsturla hesablanır. Həmçinin pensiya hüququ qazanmaq üçün minimum 25 il sığorta stajı tələb olunur və bu müddət ərzində sosial sığorta ödənişləri müntəzəm edilməlidir. Bundan əlavə, VÖEN-lə çalışan şəxslər həm də özəl pensiya fondlarına qoşularaq əlavə yığım edə bilərlər. Bu da gələcəkdə daha yüksək pensiya almağa şərait yaradır”.

    Qeyd edək ki, 2025-ci ildən minimum pensiya məbləği 320 manatdır.

  • Daha iki rayonda bu ailələrə ev veriləcək

    Azərbaycanın daha iki rayonunda təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün ev tikiləcək.

    Median.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hazırlıqları başa çatdırıb.

    Məlumata görə, Şamaxı və Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evi tikiləcək və 1 ədəd fərdi yaşayış evi bərpa olunacaq. Belə ki, bu evlərdən ikisi 3 otaqlı, üçü isə 2 otaqlı fərdi yaşayış evləridir.

    Ağsu şəhərinin S.Vurğun küçəsi, ev 1/10 ünvanında yaşayan Qurbanov Vaqif Sərxan oğluna məxsus yaşayış evi isə bərpa olunacaq.

    Sözügedən evlərin tikintisini həyata keçirən şirkət müəyyənləşib və onunla Dövlət Agentliyi arasında müqavilə bağlanılıb. Müqaviləyə əsasən, 5 evin tikintisi və daha bir evin bərpası 404 240,53 manata başa gələcək.

    Qeyd edək ki, Agentlik daha əvvəl isə Lənkəranda 2 ədəd, Siyəzəndə isə 1 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi ilə bağlı 268 min manatlıq müqavilə bağlayıb.

    Zaqatalada təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün 34 ədəd fərdi yaşayış evinin tikintisinə, qəzalı vəziyyətə düşən 9 çoxmənzilli binanın və əlavə olaraq daha 1 fərdi yaşayış evinin bərpasına bu ilin yanvar ayında başlayıb. Zaqataladakı tikinti və bərpa işlərinə isə 4 milyon manata yaxın vəsait ayrılıb.

    Məlumat üçün bildirək ki, hazırda Hacıqabul rayonunun Nəvai qəsəbəsində 11 ədəd fərdi yaşayış evinin, Salyan və Sabirabad rayonlarında 4 ədəd 2 otaqlı fərdi yaşayış evinin, Şamaxı, Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evinin tikintisi və 1 ədəd fərdi yaşayış evinin bərpası, cənub bölgəsində 14 ədəd fərdi yaşayış evinin tikintisi, Qobustan rayonunda 1 ədəd fərdi yaşayış evinin, Gədəbəy şəhərində 24 mənzilli binada və Daşkəsən şəhərində 1 ədəd istinad divarının bərpası da nəzərdə tutulub. Bu tikinti və bərpa işlərinə isə ümumilikdə 3,4 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

    Qeyd edək ki, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, bu işlərlə bağlı sifarişçi funksiyasının yerinə yetirilməsi Agentliyin vəzifələrindən biridir.

  • Bu 6 tətbiq kartınızdakı pulları çəkir – Dərhal silin! – XƏBƏRDARLIQ

    Texnologiya mütəxəssisləri son illərdə artan zərərli tətbiqlərlə bağlı yeni xəbərdarlıq yayıb.

    Android platformalı telefonlar üçün nəzərdə tutulan 6 tətbiqin istifadəçilərin razılığı olmadan onların kredit və bank kartlarından pul çəkməsi aşkarlanıb.

    Telefona yüklədiyimiz tətbiqlər həm şəxsi, həm də bank hesabı məlumatlarımızı hakerlər üçün əl çatan edə bilər.

    Avropa Birliyi Kibertəhlükəsizlik Agentliyi yayımladığı son açıqlamada ağıllı telefonlarda geniş istifadə olunan 6 tətbiq barədə xəbərdarlıq edib. Bildirilib ki, bu tətbiqlər istifadəçinin razılığı olmadan tətbiqdaxili alış-veriş edir. İstifadəçilərə həmin tətbiqləri dərhal telefonlarından silmələri tövsiyə edilib.

    2025-ci ildə kartınızdan icazəsiz pul çəkdiyi aşkarlanan 6 tətbiq bunlardır:

    Auto Picture Cut

    Square Blur Photo

    Square Photo Blur

    Smart Photo Blur

    Super Call Flash

    Smart Call Flash

    //milli.az

  • Bank kartlarından 10 min manatdan çox pul oğurlandı

    Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

    Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

    Qeyd edilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

    “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 26-da və 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2500, 2170, 2000, 927, 497, 416, 415, 320, 312, 165, 160, 140, 79, 78, 71, 52, 50, 49, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – məlumatda vurğulanıb.

  • Hərbi pilotlarımız növbəti təlim-məşq uçuşları keçiriblər – VİDEO

    2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan və təhlükəsizlik qaydaları elan olunduqdan sonra hərbi pilotlar “Super Muşşak” təlim təyyarələrinə nəzarət baxışı keçiriblər.

    Təlimin planına uyğun olaraq, gənc təyyarəçilər havaya qalxma və yerə enmə, müəyyən edilmiş marşrutlar üzrə aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj manevrləri və digər təlim tapşırıqlarını uğurla yerinə yetiriblər.

    Hərbi pilotlarımızın döyüş hazırlığı və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

  • В Губе восстанавливают аварийный мост

    Специалисты Агентства автомобильных дорог Азербайджана приступили к восстановлению аварийного моста в Губе.

    Об этом Report заявил пресс-секретарь агентства Анар Наджафли.

    По его словам, сильный паводок разрушил опорную конструкцию моста, что привело к аварийному состоянию.

    “В настоящее время ведутся работы по восстановлению средней опоры моста. Движение автотранспорта по мосту полностью ограничено, а водителям рекомендуется использовать альтернативный маршрут через дорогу Губа – Пирвахид – Икинджи Нюгеди”, – сказал Наджафли.

    Напомним, что в результате интенсивных осадков 23 апреля были повреждены опоры моста через реку Гарачай на 7-м километре автодороги Губа – Гонагкенд – Мучу, что осложнило сообщение с более чем 30 селами района.

  • Qubada qəzalı vəziyyətdə olan körpünün bərpasına başlanılıb

    Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpünün bərpasına başlayıblar.

    Bu barədə “Report”a agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib.

    Onun sözlərinə görə, sel nəticəsində körpünün orta dayağı yuyulmuş və nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü: “Hazırda həmin dayağın bərpası işləri icra olunur. Bunun üçün əraziyə xüsusi texnikalar cəlb olunub. Qeyd edim ki, hadisə baş verəndə dərhal əraziyə agentliyimizin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb”.

    A.Nəcəfli əlavə edib ki, hazırda sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.

    Xatırladaq ki, aprelin 23-də intensiv yağıntılar nəticəsində güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəticədə Qubanın 30-dan çox kəndinə gediş-gəliş çətinləşib.

  • Януковича заочно приговорили к 15 годам тюрьмы в Украине

    Подольский районный суд Киева приговорил бывшего президента страны Виктора Януковича к 15 годам лишения свободы за “подстрекательство к дезертирству и организацию незаконной переправки через государственную границу”.

    Об этом сообщает Telegram-канал “Страна.ua” со ссылкой на прокуратуру.

    По данным следствия, 23 февраля 2014 года Янукович незаконно покинул Украину и организовал переправку за границу еще не менее 20 человек своего окружения и военнослужащих. По данным следствия, они улетели из страны на трех вертолетах ВС РФ из Урзуфа в Донецкой области в Ейск в Краснодарском крае России.

    Это второй приговор, вынесенный Януковичу в Украине. В 2019 году он был заочно осужден за государственную измену и “пособничество в ведении агрессивной войны” на 13 лет лишения свободы.

  • Keçmiş prezident Yanukoviç Ukraynada 15 il müddətinə azadlıqdan məhrum edildi

    Kiyevin Podolski Rayon Məhkəməsi keçmiş prezident Viktor Yanukoviç barəsində “dezertirliyə sövq etmək və dövlət sərhədindən qeyri-qanuni daşımaları təşkil etmək” ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrumetmə hökmü verib.

    Bu barədə “Strana.ua” “Telegram” kanalı prokurorluğa istinadən məlumat yayıb.

    İstintaqın məlumatına görə, Yanukoviç 2014-cü il fevralın 23-də qanunsuz olaraq Ukraynanı tərk edib, həmçinin öz ətrafından və hərbçilər arasından ən azı daha 20 nəfərin sərhədi keçərək ölkədən çıxmasını təşkil edib. Bildirildiyinə görə, onlar Rusiya Silahlı Qüvvələrinə məxsus üç helikopterlə Donetsk vilayətinin Urzuf şəhərindən Krasnodar diyarının Yeysk şəhərinə uçublar.

    Bu, Ukraynada Yanukoviç barəsində çıxarılan ikinci hökmdür. 2019-cu ildə o, qiyabi olaraq vətənə xəyanətdə və “təcavüzkar müharibəyə yardım və təşviqat”da təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

    Keçən ilin dekabrında Avropa İttifaqı məhkəməsi Viktor Yanukoviçin və oğlu Aleksandrın Ukraynada anti-korrupsiya təqibi ilə bağlı sanksiya siyahısından çıxarılmasına qərar verib.