Month: April 2025

  • Ötən ay zəhərlənmədən 5 nəfər öüb

    Mart ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.

    Mərkəzdən verilən məlumata görə, 48 nəfər dərmandan, 23 nəfər sirkə turşusundan, 4-ü spirtli içkidən, 2-si qidadan, 14 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələr zəhərlənmə ilə, 5 nəfər allergik reaksiya, 1 nəfər anafilaktik şok, 1 nəfər ilan sancması səbəbi ilə şöbəyə yerləşdirilib.

    Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfərin (4 kişi cinsli, 1 qadın cinsli) ölüm faktı qeydə alınıb.

    Ölüm səbəbləri sirkə turşusu, allergik reaksiya, dəm qazı və spirtli içki zəhərlənmələri kimi qeyd olunur.

  • Prezident: “Azərbaycan və Ermənistanın sülhlə bağlı mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb”

    “Tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır və hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında bildirib.

    Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib:

    “İkitərəfli münasibətlər tarixində bu, Almaniya prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.

  • Bir ayda dövlət sərhədində dəyəri dörd milyon manata yaxın qaçaqmal tutulub

    Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin mart ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

    Bu barədə DSX məlumat yayıb.

    Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb. Onların dördü Azərbaycan, üçü İran, ikisi Əfqanıstan, ikisi Pakistan, biri Şri-Lanka, biri Türkiyə vətəndaşı olub.

    İran İslam Respublikasından iki pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, uçuş aparatları zərərsizləşdirilib.

    Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən beş nəfər saxlanılıb.

    Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 850 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

    Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 319 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 489 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan doqquz nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

    Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 293 kiloqram 867 qram narkоtik vasitə, 4116 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

    Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 955 min 218 manat оlan qaçaqmal, о cümlədən dron, pnevmatik tapança və ona məxsus qırmalar, dərman vasitələri, pirotexniki vasitələr, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

    Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

  • Житель Агдамского района подорвался на мине

    Житель Агдамского района Нуреддин Аббасов (1968 г.р.) подорвался на мине в освобожденном от оккупации селе Чеменли.

    Об этом говорится в совместном заявлении Министерства внутренних дел (МВД), Генеральной прокуратуры и Агентство Азербайджана по разминированию (ANAMA).

    По информации ведомств, мужчина, выпасая скот, зашел на неразминированную территорию вблизи бывшей линии соприкосновения, где подорвался на противопехотной мине, получив ранение ноги.

    Пострадавший был госпитализирован.

    По данному факту Агдамской районной прокуратурой проводится расследование.

    ANAMA, МВД и Генпрокуратура в очередной раз призывают граждан соблюдать меры безопасности, обращать внимание на предупреждающие знаки о минной опасности и не заходить на опасные участки.

  • Ağdamda PARTLAYIŞ: Çoban minaya düşdü

    Ağdam rayonunun Çəmənli kəndi ərazisində 2025-ci il 2 aprel tarixində mina hadisəsi baş verib.

    Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

    Bildirilib ki, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

    Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

    ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

  • Число кибератак на госучреждения Азербайджана выросло на 15%

    Государственная служба специальной связи и информационной безопасности в январе-марте 2025 года выявила 290 индикаторов кибератак (IOC) на государственные учреждения Азербайджана, что на 15% больше, чем за аналогичный период прошлого года.

    Согласно расчетам Report, основанным на данных Государственной службы, 98 киберугроз были выявлены и заблокированы на основе внутреннего расследования, а 192 – на основе расследования инцидентов, поступивших от государственных органов.

    В марте выявлено 28 кибератак, что на 58% меньше, чем в марте прошлого года.

    За отчетный период по сети AzStateNet было заблокировано 136.36 млн вредоносных ссылок, через центральную антивирусную систему, установленную у конечных пользователей, – 2 млн 107 тыс. 800, а через систему защиты Sandbox – 40.056 тыс. электронных документов с вредоносным содержанием.

  • Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 faiz artıb

    Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 290 kiberhücum indikatoru (IOC) müəyyən edib.

    “Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

    Kibertəhdidlərin 98-i daxili araşdırma, 192-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

    Təkcə martda isə 28 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 58% azdır.

    Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 136,36 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 107 min 800, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 40 056 zərərverici tərkibli elektron sənəd blok edilib.

  • Президенты Азербайджана и Германии выступают с заявлениями для прессы

    Президент Азербайджанской Республики Ильхам Алиев и Президент Федеративной Республики Германия Франк-Вальтер Штайнмайер выступают с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edirlər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.

    “Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır:

    Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

    Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi seldən qorunmaq üçün sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

    Bundan əlavə, qərb küləyi fonunda havanın temperaturunun yüksəlməsi nəticəsində bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur”, – xəbərdarlıqda bildirilib.