Month: April 2025

  • Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

    Sabah bəzi rayonlarda avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, aprelin 3-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Almaniya Prezidenti Frank-Valter Ştaynmayer “Bakı Ağ Şəhər”də olub

    Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer “Bakı Ağ Şəhər”də olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Taksi sürücülərinin boykot kampaniyası ləğv edildi

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq Taksi Sürücüləri Birliyi tərəfindən başladılan boykot kampaniyası ləğv edilib.

    Median.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a Birliyin rəhbəri Elşad Eldarov məlumat verib.

    Onun sözlərinə görə, müvafiq qurumdan taksi sürücülərinin tələblərinə baxılacağı bildirilib. Buna görə də, o, kampaniyanın ləğv olunduğunu elan edib və sürücüləri fəaliyyətlərini davam etdirməyə çağırıb.

    Qeyd edək ki, taksi sürücülərinin tələbləri avtobus zolağında sərnişin mindirib düşürən zaman qüvvədə olan cərimə tətbiqinin ləğv edilməsi ilə əlaqədardır.

  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

    Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

  • Yalan vədlərlə vətəndaşın 16 min manatını ələ keçirən şəxs tutulub

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 44 yaşlı Vüqar İdrisov saxlanılıb.

    O, azadlıqdan məhrum edilmiş şəxsi həbsdən azad etdirəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 16 min manat pulunu ələ keçirib.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    V.İdrisovun qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

  • Спустя 14 лет в Петербурге задержан подозреваемый в убийстве азербайджанского бизнесмена

    В Санкт-Петербурге (Россия) произошел значительный прорыв в расследовании громкого убийства 12-летней давности. 1 апреля сотрудники уголовного розыска задержали 53-летнего мужчину, подозреваемого в расстреле азербайджанского бизнесмена Эльчина Аликберова. Жестокое преступление было совершено 15 февраля 2011 года в парадной дома по улице Композиторов.

    Об этом сообщает Главное управление МВД России по Санкт-Петербургу и Ленинградской области.

    По данным следствия, Аликберов получил три огнестрельных ранения и скончался на месте. Убийца успел скрыться с места преступления до приезда полиции. В ходе расследования рассматривались различные версии, включая коммерческие конфликты, связанные с предпринимательской деятельностью жертвы, а также проблемы с долгами из-за пристрастия к азартным играм.

  • Rusiyada azərbaycanlı iş adamını güllələyən şəxs 14 ildən sonra tutuldu

    Rusiyada Sankt-Peterburq polisi tərəfindən Vıborq rayonunda 14 il əvvəl qətlə yetirilmiş azərbaycanlı iş adamı Elçin Ələkbərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Median.Az “Fontankaya”ya istinadən xəbər verir ki, aprelin 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətməkdə şübhəli bilinən 53 yaşlı kişini saxlayıblar.

    İlkin məlumata görə, Elçin Ələkbərov üç güllə yarası alıb və hadisə yerində ölüb. İstintaq zamanı belə bir versiya irəli sürülüb ki, cinayətə səbəb Əlikbərovun sahibkarlıq fəaliyyəti ola bilər.

    Qeyd olunur ki, qətl baş verən gün Ələkbərov evə avtomobillə gedib və o, avtomobildən düşən an atəş səsləri eşidilib. Cinayətkar hadisə yerindən qaçıb və gizlənib.

    Bildirilir ki, saxlanılan şəxs qətldən bir neçə il əvvəl Sankt-Peterburq bələdiyyələrindən birinə deputat seçkisində namizəd olub. Daha sonra o, ticarət şirkətində icraçı direktor vəzifəsində işləyib. Cavabdeh zərgərlik məmulatları istehsal edən mikromüəssisənin sahibidir.

  • Məsud Pezeşkian İlham Əliyevi təbrik etdi

    İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

    Dünya müsəlmanlarının böyük bayramı olan Ramazan bayramı münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

    Ramazan bayramı dünya müsəlmanları arasında sosial-dini bağların möhkəmlənməsini əks etdirən, mübarək Ramazan ayında ürəkdən edilən ibadətlərin səmərə verdiyini göstərən gözəl bir bayramdır.

    Ümid edirəm ki, rəhmət və bərəkətlə dolu olan bu bayramın mübarəkliyi və xeyir-bərəkəti sayəsində bütün müsəlman xalqları arasında daha artıq həmrəyliyin yaranmasına, İslam ölkələrində sülh və sabitliyin bərqərar olmasına və ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə gündən-günə daha da genişlənməsinə şahid olacağıq.

    Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram”.

  • Kibercinayətkarlığa görə DTX-nin həbs etdiyi şəxslər hakim qarşısında

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılan kibercinayətkarlıq etməklə dövlət və ictimai xadimlərin adından müraciətlər hazırlamaqda ittiham olunan Rafiq Zöhrabov və Sərdar Niftalıyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.

    Bakı Agır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən ilk prosesdə Sərdar Niftalıyevin vəkili vəsatət qaldıraraq müvəkkili barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasinı istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

    Təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirildikdən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

    Növbəti proses aprelin 17-nə təyin edilib.

    DTX-nin yaydığı məlumatda bildirilir ki, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılıb.

    Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb. Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.

    Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları – 1998-ci il təvəllüdlü Rafiq Mahir oğlu Zöhrabov və 1979-cu il təvəllüdlü Sərdar Əlixan oğlu Niftalıyev Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.
    //oxu.az

  • İlham Əliyev Somali ilə Bakıda imzalanmış sazişi təsdiqlədi

    “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

    Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Qeyd edək ki, saziş 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanıb.