Month: April 2025

  • Le Pen: “2027-ci ilin prezident seçkisi mənim üçün sonuncu ola bilər”

    Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkisi onun siyasi karyerasında sonuncu olacaq.

    Bu barədə o, “Le Parisien” qəzetinə müsahibəsində danışıb.

    “Siyasətdə heç vaxt “heç vaxt” demirlər. Amma bəli, düşünürəm ki, məni prezident seçməsələr, bu, sonuncu seçki olacaq”, – deyə Le Pen bildirib.

  • Hindistanın baş naziri İlham Əliyevi təbrik etdi

    Hindistan Respublikasının Baş naziri Narendra Modi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Mübarək Ramazan ayında İslam inanclı 200 milyon hindistanlı dünyadakı qardaş və bacılarına qoşularaq oruc tutub və dua edib.

    Ramazan bayramı təfəkkür, şükür və birlik bayramıdır.

    Bu bayram qlobal birliyin üzvləri olaraq bizi birləşdirən mərhəmət, alicənablıq və həmrəylik dəyərlərini əks etdirir.

    Bu əlamətdar bayram münasibətilə bütün dünya xalqlarına cansağlığı, xoşbəxtlik, sülh və harmoniya arzulayırıq. Qoy ölkələrimiz arasında dostluq əlaqələri daha da möhkəmlənsin!

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • В Центробанке Азербайджана произведено новое назначение

    В Департаменте данных Центрального банка Азербайджана (ЦБА) назначен новый начальник отдела управления данными.

    На эту должность назначен Вугар Масимов.

    Ранее он работал на различных должностях в ЦБА и Палате по надзору за финансовыми рынками.

  • Mərkəzi Bankda yeni rəis təyinatı olub

    Azərbaycan Mərkəzi Bankının (AMB) Data departamentinin Data idarə edilməsi şöbəsinə yeni rəis təyin edilib.

    Sözügedən vəzifəyə Vüqar Məsimov təyin olunub.

    O, aprel ayından vəzifəsinin icrasına başlayıb.

    V.Məsimov bu təyinatadək AMB və Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

  • Сколько дней в мае 2025 года будут нерабочими в Азербайджане?

    В Азербайджане в мае 2025 года будут два нерабочих дня.

    9 мая в стране отмечается День Победы над фашизмом, а 28-го – День независимости.

    Поскольку оба дня приходятся на будни, изменение рабочих и выходных дней не предусмотрено.

    Таким образом, в общей сложности в мае будет 11 нерабочих дней, включая субботы и воскресенья.

  • May ayında neçə gün iş olmayacaq?

    May ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq.

    Mayın 9-da Faşizm Üzərində Qələbə Günü, mayın 28-də isə Müstəqillik Günü qeyd olunur.

    Hər iki gün həftəiçinə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi halı nəzərdə tutulmayıb.

    Beləliklə, şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, ümumilikdə may ayında 11 gün iş olmayacaq.

  • Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Bütün müsəlman ümmətinin böyük sevinc və fərəhlə qeyd etdiyi müqəddəs Ramazan bayramı münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Qardaş Özbəkistan və Azərbaycan xalqları əsrlər boyu səxavət və mərhəmət rəmzi kimi dəyərləndirdikləri bu möhtəşəm bayramı səbirsizliklə gözləyir və böyük sevinc hissi ilə qeyd edirlər.

    Sizinlə birgə apardığımız sistemli işlər və nümayiş etdirdiyimiz qəti siyasi iradə nəticəsində dost ölkələrimiz arasında çoxşaxəli və uzunmüddətli əməkdaşlığı strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırmağımızın xalqlarımızın ən böyük nailiyyətlərindən biri olduğunu xüsusi qeyd etmək istəyirəm.

    Allahın rəhmət və məğfırətinin bol olduğu, qəlblərimizin ilahi nurla dolduğu bu xoşbəxt və mübarək günlərdə Sizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli dövlətçilik fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram”.

  • Mart ayında 11 əcnəbi dövlət sərhədini pоzub

    Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin mart ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

    Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılmışdır. Onların 4-ü Azərbaycan, 3-ü İran, 2-si Əfqanıstan, 2-si Pakistan, 1-i Şri-Lanka, 1-i Türkiyə vətəndaşı olmuşdur.

    İran İslam Respublikasından 2 pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmış, uçuş aparatları zərərsizləşdirilmişdir.

    Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 5 nəfər saxlanılmışdır.

    Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 850 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür;
    cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 319 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 489 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 9 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınmışdır;
    narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 293 kiloqram 867 qram narkоtik vasitə, 4116 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılmışdır.

    Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 955 min 218 manat оlan qaçaqmal, о cümlədən dron, pnevmatik tapança və ona məxsus qırmalar, dərman vasitələri, pirotexniki vasitələr, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülmüşdür.
    Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

  • Bakıdakı uşaq sığınacağında virus yayılıb – Vəziyyətləri orta ağırdır

    “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında səkkiz uşaq rotavirusa yoluxub.

    Bunu oxu.az-a açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

    O qeyd edib ki, iki uşaq xəstəxanada, altı uşaq isə həkimlərin yazdığı təyinatlar əsasında sığınacaqda müalicə alırlar.

    “Rotavirusdur. Ürəkbulanma, qusma, yüksək qızdırma ilə başlayır. Bəzi uşaqlarda burundan qanaxma, ishal halları da olub. Hazırda vəziyyətləri orta ağır qiymətləndirilir. Uşaqlar N.Nərimanov adına 1 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasında müalicə alırlar. 14 uşaq sanatoriyadadır, 24 uşağın isə yoluxma təhlükəsi var”, – deyə K.Ağazadə bildirib.

  • Estetik əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb

    Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.

    Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

    “Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb.
    Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”,- məlumatda deyilib.

    Qeyd edək ki, sosial mediada “Tuana estetic centre” klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub, canlı yayım açdığı haqda video görüntülər yayılıb.

    ///APA