Month: April 2025

  • Sumqayıtda sexdə yanğın oldu

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 5 000kv.m olan şüşə istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
    Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 150 kv.m. sahə yanıb.
    Sexin böyük hissəsi yanğından mühafizə olunub.

  • Bakıdakı uşaq sığınacağında VİRUS YAYILDI

    “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında səkkiz uşaq virusa yoluxub.

    Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
    Virusa yoluxan uşaqlar xəstəxanaya yerləşdiriliblər. Altı uşaq isə sığınacaqda müalicə alır.
    K.Ağazadə yazıb: “Özünüzü virusdan qoruyun. 2 uşağımız xəstəxanada, 6 uşağımız isə sığınacaqda müalicə alır. Daha 24 uşaq yoluxmağa namizəddir. 14 uşağımız yaxşı ki, sanatoriyadadır”.
     
    ///Oxu.Az

  • Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəldi

    Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
    Almaniya Prezidentini Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

  • Sabiq deputatın tikintisi dayandırıldı

    Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında “Kəpəz MTK”ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə bağlı açıqlama yayıb.

    Komitədən “Qafqazinfo”ya bildirilib ki, məsələ ilə bağlı bu gün qurum tərəfindən əraziyə baxış keçirilib və razılaşdırılmamış işlərin həyata keçirildiyi müəyyən edilib.
    Qeyd olunub ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib.
    Onu da əlavə edək ki, yerli mətbuatda yayılan məlumatlara görə, “Kəpəz MTK” sabiq millət vəkili Mahir Aslanova məxsusdur. Bundan başqa, onun biznesinə “Happy inn” hotel, “Kəpəz Hospital” və “Kəpəz Group”un da daxil olduğu bildirilir.
    “Kəpəz MTK” ilə bağlı daha öncə də bir sıra şikayətlər olub.

  • Pakistan Prezidentinin vəziyyəti pisləşib, təcili xəstəxanaya çatdırılıb

    Pakistan Prezidenti Asif Əli Zərdari vəziyyəti pisləşdiyi üçün təcili olaraq Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib.
     
    Bu barədə Pakistan mətbuatı məlumat yayıb.

    Pakistan Xalq Partiyasının (PPP) məlumatına görə, Zərdari hazırda müalicə alır və həkimlər onun vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələr aparırlar. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib: hüquq-mühafizə orqanları müəssisənin ərazisinə icazəsiz girişi məhdudlaşdırıb.

    Xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl prezident Nəvabşahdakı iqamətgahında Ramazan bayramı namazında iştirak edib. Orada onu Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və bir sıra qonaqlar müşayiət edib.

    Xatırladaq ki, 2024-cü ildə BƏƏ-yə özəl səfəri zamanı Dubayda təyyarədən çıxarkən Zərdarinin ayağı sınıb.

    Hələlik onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.
    //Report

  • Самому молодому миллиардеру в списке Forbes – 19 лет

    Самым молодым участником рейтинга богатейших людей мира по версии журнала Forbes стал 19-летний Йоханнес фон Баумбах, один из наследников германской фармацевтической компании Boehringer Ingelheim.

    Как передает report, издание оценивает его состояние в $5,4 млрд.

    Самым пожилым миллиардером в списке Forbes признан 103-летний американец Джордж Джозеф, основатель страховой компании Mercury General.
    В 2025 году в список журнала вошли 3 028 человек, включая 406 женщин. Общее состояние 3 тыс. миллиардеров достигло рекордных $16,1 трлн.

  • “Forbes”in siyahısında ən gənc milyarderin 19 yaşı var

    “Forbes” jurnalının dünyanın ən varlı adamları reytinqinin ən gənc üzvü Almaniyanın əczaçılıq şirkəti “Boehringer Ingelheim”in varislərindən biri, 19 yaşlı Yohannes fon Baumbax olub.

    Report-un məlumatına görə, nəşr onun sərvətini 5,4 milyard ABŞ dolları həcmində qiymətləndirir.
    “Forbes” siyahısında ən yaşlı milyarder isə “Mercury General” sığorta şirkətinin qurucusu 103 yaşlı amerikalı Corc Cozefdir.

    2025-ci ildə jurnalın siyahısına 3 028 nəfər, o cümlədən 406 qadın daxil edilib. 3 min milyarderin ümumi sərvəti rekord həddə – 16,1 trilyon ABŞ dollarına çatıb.

  • Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürüb

    В Женеве в рамках 58-й сессии Совета по правам человека ООН (СПЧ) Азербайджан инициировал и стал основным соавтором проекта специальной резолюции, направленной на защиту прав жертв мин.
    Об этом report сообщили в Министерстве иностранных дел.
    Было отмечено, что информация о проекте резолюции была представлена на мероприятии высокого уровня на тему “Мины, права человека и деградация окружающей среды – эффективная помощь жертвам мин”.
    При поддержке Постоянного представительства Азербайджана при ООН в Женеве и Universal Rights Group (URG) состоялось мероприятие с участием дипломатов, экспертов по правам человека и международных СМИ.
    Посол по особым поручениям МИД Азербайджана Эльшад Искендеров объявил, что проект резолюции “Влияние противопехотных мин на полное осуществление всех прав человека”, выдвинутый Азербайджаном, включен в повестку дня Совета по правам человека ООН.
    Он отметил, что Азербайджан уже представил специальный доклад по этой теме, организовал параллельные мероприятия и консультации в ООН, а в 2023 году его совместное заявление на 57-й сессии СПЧ поддержали 65 стран.
    Эльшад Искендеров подчеркнул, что Азербайджан — вторая по загрязненности минами страна в Европе из-за оккупации его территорий Арменией. В постконфликтный период 383 человека пострадали от взрывов мин, а общее число жертв превышает 4 000.
    Постоянные представители Алжира и Гамбии при ООН, а также эксперт по правам человека Иветт Стивенс обсудили международное сотрудничество в разминировании и помощь пострадавшим.
    В рамках мероприятия юрист Бен Кит представил кампанию “Минная справедливость” (Campaign for Landmine Justice), направленную на создание международного механизма поддержки жертв мин.

  • Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürüb

    Aprelin 1-də Cenevrə şəhərində Azərbaycanın təşəbbüsü və əsas həmmüəllifliyi ilə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə layihəsi irəli sürülüb.

    Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyası çərçivəsində “Minalar, insan hüquqları və ətraf mühitin deqradasiyası – mina qurbanlarına effektiv yardım” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə qətnamə layihəsi barədə məlumat verilib.
    Azərbaycanın BMT-nin Cenevrə Bölməsi nəzdinəki Daimi Nümayəndəliyi və Universal Rights Group (URG) beynəlxalq təşkilatı tərəfindən birgə təşkil olunmuş tədbir BMT-dəki daimi nümayəndəliklər, insan hüquqları sahəsindəki nüfuzlu qurum və ekspertlər, həmçinin beynəlxalq media nümayəndələrinin iştirakı ilə keçirilib.
    Tədbirdə əsas məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın əsas həmmüəllif qismində irəli sürdüyü “Piyadalar əleyhinə minaların bütün insan hüquqlarından tam istifadə edilməsinə təsiri” adlı qətnamə layihəsinin BMT İnsan Hüquqları Şurasının gündəliyinə daxil olduğunu elan edib.

    Daha əvvəl mövzu üzrə ilk dəfə xüsusi hesabatın İHŞ-da təqdim edildiyi, BMT-də bir sıra paralel tədbirlər və məsləhətləşmələr təşkil olunduğu, ötən il Azərbaycanın təşəbbüsü ilə İHŞ-nın 57-ci sessiyasında yayılmış Birgə bəyanatın 65 ölkə tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.

    Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının Avropada minalarla ən çox çirklənmiş ikinci ərazi olduğunu vurğulayan Elşad İskəndərov, post münaqişə dövründə 383 vətəndaşımızın mina partlayışında həyat və sağlamlıqlarının itirdiyini, ümumilikdə isə Azərbaycanda 4 000 yaxın mina qurbanı olduğunu vurğulayıb.

    Tədbirdə çıxış edən qətnamənin həm-müəllifi Əlcəzairin, həmçinin Qambiyanın BMT Cenevrə Bölməsindəki Daimi nümayəndələri, BMT-nin İnsan Hüquqları Pozuntuları üzrə Məruzəçisi, səfir Yvette Stevens və digər natiqlər, minalarla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi və mina qurbanlarına yardımın mümkün beynəlxalq mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.
    Tədbir çərçivəsində çıxış edən hüquqşünas və Beynəlxalq İnsan Hüquqları Müşavirləri (IHRA) təşkilatının təsisçisi Ben Kit tərəfindən “Mina Ədaləti” (Campaign for Landmine Justice) kampaniyasının rəsmi təqdimatı da həyata keçirilib. Kampaniyanın başlıca məqsədi mina qurbanlarının hüquqlarının təmin edilməsi məqsədilə beynəlxalq Həmrəylik mexanizminin yaradılmasına nail olmaqdır.

  • В Центре Гейдара Алиева представили редкую художественную композицию “Мое сердце принадлежит тебе”

    С 1 апреля в Центре Гейдара Алиева экспонируется скульптура итальянского мастера Лоренцо Куинна My Heart is Yours (“Мое сердце принадлежит тебе”), созданная из богемского хрусталя и 6500-летнего дуба.

    Как сообщает report, произведение впервые демонстрируется именно в Центре Гейдара Алиева.
    Директор Центра Анар Алакбаров на церемонии открытия отметил важность сотрудничества с итальянскими художниками и напомнил, что в конце прошлого года здесь уже проходила выставка Лоренцо Куинна “Баланс в природе”.
    Куратор экспозиции Ольга Даниеле рассказала о сложном процессе создания скульптуры, где сочетаются хрупкий хрусталь и массивный древний дуб.

    Лоренцо Куинн подчеркнул, что его работы объединяют людей и культуры. “Я верю в любовь. Если сердца соединены, они не могут разлучиться”, — отметил скульптор.
    Композиция символизирует связь прочности и хрупкости: массивное дубовое сердце окружено изящными стеклянными руками. Это первая работа Куинна, где он использует хрусталь для создания рук.

    Выставка “Баланс в природе”, где представлена новая скульптура, продолжает знакомить посетителей с темой гармонии человека и природы.