Month: April 2025

  • Heydər Əliyev Mərkəzində “Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub

    Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunur. Belə ki, bu gün italiyalı heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) nəfis bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan “Qəlbim sənindir” (My heart is yours) əsərinin təqdimatı olub.

    Report xəbər verir ki, əsər ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirilir.
    Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə çoxlu sərgilərin keçirildiyini, mütəmadi olaraq İtaliya incəsənətinə müraciət edildiyini bildirib.

    A.Ələkbərov ötən ilin sonunda COP29 çərçivəsində Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisinin təqdimatının keçirildiyini və qonaqların Heydər Əliyev Mərkəzindəki bu sərgini çox bəyəndiklərini qeyd edib, müəllifə, sərginin kuratoruna və ekspozisiyanın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.
    Tədbirdə çıxış edən “365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele “Qəlbim sənindir” əsərinin yekun formasının alınmasında müəllifin keçdiyi yolun kifayət qədər uzun olduğunu diqqətə çatdırıb. Deyib ki, hər hansı bir büllurun formaya salınması üçün onun məhz xüsusi üslubda işlənməsi mütləqdir. Qədim palıd materialı isə 6500 il qədər uzun tarix keçib və əsər üçün istifadə olunub.

    Sərginin müəllifi Lorenso Kuinn “Qəlbim sənindir” əsərinin ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini bildirib. O, əsərlərin insanları birləşdirməkdən, tarixçələri, ölkələri bir araya gətirməkdən ibarət olduğunu vurğulayaraq deyib. “Mən eşqə, məhəbbətə inanıram. İnsanlar görüşdükdə, onların qəlbləri birləşdikcə, əslində, onlar heç vaxt ayrılmırlar. Bir halda ki, insanlar arasında birləşmə var, o, artıq sarsılmazdır. Qədim palıd materialından hazırlanan “Qəlbim sənindir” əsəri isə daim davam edən münasibətlərin uzun ömrünə dəlalət edir”.

    Bu əsər nadir incəsənət kompozisiyalarından hesab olunur və kövrəkliyi, zərifliyi təcəssüm etdirir. Müəllif əsərin ifadəsini gücləndirmək üçün bir-birinə əks materiallardan istifadə edib. Belə ki, möhkəmliyi, gücü, qətiyyəti təcəssüm etdirən palıddan yaradılmış ürəyi olduqca həssas material sayılan Bohem kristalından hazırlanan incə əllər əhatələyib. Lorenso Kuinn daha çox insan əllərinin ifadəli təsvirləri ilə tanınıb, lakin o, ilk dəfədir ki, bunun hazırlanmasında büllurdan istifadə edib.

    Hazırda Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin “Təbiətdə tarazlıq” fərdi sərgisi davam edir. “Qəlbim sənindir” kompozisiyası da bu sərginin davamı olaraq insanlıq və təbiət arasında əlaqə mesajını bir daha Heydər Əliyev Mərkəzindən ötürür.

  • Kadırov 17 yaşlı oğluna yüksək vəzifə verdi – FOTO

    Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı oğlu Adam Kadırov regionun Daxili İşlər Nazirliyinin kuratoru təyin olunub.

    Median.Az xəbər verir ki,  bu  barədə Rusiya mətbuatı məlumat dərc edib. 

    Qeyd olunur ki, təyinat Kadırovun əmri ilə həyata keçirilib. Məlumata görə, Kadırovun oğlu iclas keçirib, 17 yaşlı yeniyetmə ilə görüşə regional Daxili İşlər Nazirliyinin əməkdaşları toplanıb. 

    İclasda Adam Kadırov idarədə dəyişiklikləri açıqlayıb, həmçinin bir neçə zabiti mükafatlandırıb. /”Unikal” 

  • Abşeronda hündürlükdən yıxılan 65 yaşlı qadın ölüb

    Abşeronda hündürlükdən yıxılan 65 yaşlı qadın ölüb.

    Hadisə Xırdalan şəhərində qeydə alınıb.

    1960-cı il təvəllüdlü Həmidə Nəcəf qızı Quliyeva ehtiyatsızlıq nəticəsində 7-ci mərtəbədən yıxılıb.

    O hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Novruz və Ramazan bayramları turizm sektoruna necə təsir edib? – ARAŞDIRMA

    Azərbaycanda uzunmüddətli bayram istirahətləri, xüsusilə Novruz və Ramazan bayramları, turizm sektoruna mühüm təsir göstərir. İnsanlar bu fürsətdən istifadə edərək hotellərə, restoranlara və müxtəlif turizm obyektlərinə üz tuturlar. Uzunmüddətli istirahət günləri daxili turizmin canlanması üçün əhəmiyyətli rol oynayır.

    Bəs, bu il bayram günləri turizm sektoruna necə təsir etdi?

    Turizm sektoru üçün 12 günlük fürsət

    “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi “Report”a bildirib ki, 12 günlük istirahət dövrü turizm sektoru üçün böyük imkan yaradıb. Onun sözlərinə görə, bu günlərdə vətəndaşlar səfərlərini əvvəlcədən planlaşdıraraq özlərinə uyğun turizm xidmətlərini seçiblər.

    “Bayram günləri həm turizm sənayesi, həm də vətəndaşlar üçün uğurlu keçdi. Xüsusilə regional hotellər üçün bu dövr məhsuldar oldu. Bakı və digər iri şəhərlərin sakinləri əsasən regionlara üz tutaraq təbiətə yaxın olmağa üstünlük verdilər. Ümumilikdə, ciddi narazılıqlar, yəni qayda pozuntuları və servis problemləri qeydə alınmadı”, – deyə S.Dübəndi qeyd edib.

    Ekspertin sözlərinə görə, hotellərin gecələmə xidmətlərinin qiymətləri ötən illə müqayisədə ciddi fərqlənməyib. Bununla belə, restoran xidmətlərində qiymət artımı müşahidə olunub.

    “Bu artım təkcə Bakıda deyil, regionlarda da hiss olunurdu. Xüsusilə turistik məkanlardakı restoranların qiymətləri kifayət qədər yüksəlib. Bu, müəyyən narazılıqlara səbəb ola bilər. Sahibkarlara süni qiymət artımından çəkinməyi və qiymət siyasətinə diqqət yetirməyi tövsiyə edirik. Digər tərəfdən, qida məhsullarının bahalaşması yeməklərin maya dəyərinə təsir edir”, – o bildirib.

    İnfrastruktur və nəqliyyatla bağlı çətinliklər

    Bayram günlərində turizm axınının əsas istiqamətlərinə toxunan ekspert qeyd edib ki, ənənəvi turizm məkanları kifayət qədər aktiv fəaliyyət göstərib. Bununla belə, bəzi magistral yollardakı problemlər müəyyən çətinliklər yaradıb:

    “Bəzi yolların komfortlu olmaması, digərlərində isə yol tikinti və bərpa işlərinin aparılması bəzi regionlara səfərləri çətinləşdirib. Lakin sürətli qatarlar müntəzəm işləyib və ildən-ilə onlardan istifadə edən turistlərin sayı artır. Ümumilikdə, dəmir yolu nəqliyyatına maraq yüksəlir, çünki bu, avtomobil nəqliyyatı ilə müqayisədə daha komfortludur. Amma vaxt baxımından daha çox çəkir. Əgər sürətli dəmir yolu xətləri inkişaf etsə, düşünürəm ki, regionlara turist axını daha da artar”, – deyə S.Dübəndi əlavə edib.

    O, həmçinin turizmin inkişafı üçün həll olunmalı problemlərə toxunub:

    “Regionlarda turizm agentliklərinin və şirkətlərinin azlığı, yerli bələdçilərin çatışmazlığı və turizm nəqliyyatının yetərsizliyi qiymət artımına təsir edən əsas amillərdəndir. Bakıdan gələn qrupları müşayiət edən bələdçilər və sürücülər yerli xidmət sahəsində çalışan insanlara nisbətən daha baha başa gəlir. Əgər bu məsələlər həll olunsa, turizm fəaliyyətlərinin regional səviyyədə genişlənməsi və bu sahədə bizneslərin inkişafı regional sosial-iqtisadi inkişafa töhfə verə bilər”.

    Apreldən turist axınının artımı bərpa olunacaq

    “Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov isə mart ayında əvvəlki illərlə müqayisədə daha az aktivlik müşahidə olunduğunu bildirib:

    “Ölkəyə gələn turistlərin sayında ilk iki ayda ötən illə müqayisədə azalma qeydə alınıb. Bunun əsas səbəbi Ramazan ayı ilə əlaqədar bəzi bölgələrdən gələn turistlərin sayının azalmasıdır. Xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayı nisbətən az olub”.

    O, Azərbaycanın müxtəlif ölkələrlə uçuş nöqtələrinin sayını artırdığını, prosedurları asanlaşdırmağa çalışdığını və bəzi ölkələrlə vizaların ləğv edildiyini vurğulayıb.

    “Bütün bu tədbirlər aprel ayından etibarən turist sayına müsbət təsir göstərə bilər. Qiymətlərə gəldikdə isə mart ayında hotellərin qiymətləri ciddi dəyişməyib. Bakı şəhərində hotellərin doluluq səviyyəsi əvvəlki illərlə müqayisədə daha aşağı olub”, – o bildirib.

    C. Aşurov əlavə edib ki, bayram tətilləri ilə əlaqədar ölkədən çıxış turizmi də aktivləşib və ilin sonuna qədər həm daxili, həm də xarici turist axınının artacağı gözlənilir.

    Ekspertlərin fikrincə, bayram günləri turizm sektoru üçün ümumilikdə uğurlu keçib. Hotellərin doluluq səviyyəsi yüksək olub, ciddi şikayətlər qeydə alınmayıb, lakin restoran xidmətlərində qiymət artımı müşahidə edilib. Bununla yanaşı, yol infrastrukturunun təkmilləşdirilməsi və regional turizm potensialının gücləndirilməsi gələcək inkişaf üçün vacib məsələlər olaraq qalır.

    Statistika nə deyir?

    Bu ilin yanvar-fevral aylarında Azərbaycana 338 621 xarici və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır. Təkcə fevralda ölkəyə 165 968 xarici turist gəlib, bu da əvvəlki illə müqayisədə 5,1 % azalma deməkdir.

    Ən çox turist Rusiya (79 329 nəfər), Türkiyə (63 107 nəfər) və Hindistandan (33 663 nəfər) gəlib. Bundan başqa, İran (31,4 min), Gürcüstan (17 min), Qazaxıstan (11 min), Pakistan (10,9 min), BƏƏ (9,7 min), Səudiyyə Ərəbistanı (9,6 min) və Özbəkistandan (5,8 min) turist ölkəyə səfər edib.

  • Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib

    1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Xolmurzayev Arslan Bekpulat oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluqdan bildirilib.

    Özbəkistanda xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.B.Xolmurzayev cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

  • Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

    Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il aprel ayının 8-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.04.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

    Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

  • В Сумгайыте водитель грузовика погиб от удара током

    В Сумгайыте 55-летний водитель погиб в результате несчастного случая.

    Инцидент произошел на проходящем через “Яшма баглары” участке трассы Баку-Губа.

    По предварительным данным, 55-летний Ильдырым Мирмамед оглу Султанов припарковал грузовик на обочине дороги и при подъеме кузова зацепил провода высоковольтной линии электропередач. В результате удара током мужчина скончался на месте происшествия.

    По факту проводится расследование.

  • Sumqayıtda yük avtomobili elektrik xəttinə toxunub, sürücü ölüb

    Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.

    Belə ki, 1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzovunu qaldırarkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Мьянме произошло землетрясение магнитудой 5,0

    Новое землетрясение магнитудой 5,0 произошло на территории Мьянмы недалеко от границы с Индией.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    Эпицентр располагался в 16 км к юго-востоку от города Мандалай с населением около 1,2 млн человек. Очаг залегал на глубине 10 км.

    Мощное землетрясение произошло в Мьянме 28 марта. Метеорологический департамент Таиланда оценил магнитуду землетрясения на территории Мьянмы в 8,2. За ним последовало повторное землетрясение магнитудой 6,4. В результате в Мьянме погибли более 2,7 тыс. человек, получили повреждения жилые здания и инфраструктура. Число погибших в Бангкоке достигло 20.

  • Myanmada 5,0 maqnitudalı zəlzələ baş verib

    Myanmada Hindistanla sərhəd yaxınlığında 5,0 maqnitudalı yeni zəlzələ baş verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanların episentri Mandalay şəhərindən 16 km cənub-şərqdə, zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib.

    Qeyd edək ki, martın 28-də Myanmada baş vermiş 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Təkanların episentri ölkənin paytaxtı Neypyidonun şimalında yerləşən Saqayn inzibati dairəsindən təxminən 16 kilometr şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.

    Zəlzələ qurbanlarının sayı 2,7 mini ötüb.