Month: April 2025

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Немецкие ученые указали на шесть главных признаков рака

    Ночная потливость, резкая потеря веса, хронические боли, длительное повышение температуры, уплотнения в теле и постоянная усталость могут указывать на раннее развитие онкологических заболеваний.

    Как сообщает Median.Az со ссылкой на издание Frankfurter Rundschau, об этом предупреждают немецкие медики.

    По словам врачей, ночная потливость без очевидных причин характерна для лимфом и лейкозов, а значительная потеря массы тела без изменений в питании и активности может сигнализировать о многих злокачественных процессах. Хронические боли без травм, субфебрильная температура, не спадающая неделями, а также уплотнения и отеки в разных частях тела требуют особого внимания. Еще один тревожный признак, указывающий на рак, – усталость, не проходящая даже после отдыха.

    Эксперты отмечают, что наличие одного или даже нескольких из этих признаков не всегда свидетельствует об онкологических заболеваниях, но служит поводом для обращения к врачу. Специалисты подчеркивают, что ранняя диагностика критически важна: при выявлении рака на начальных стадиях вероятность успешного лечения достигает 90%.

  • Alman həkimlər xərçəngin altı əsas əlamətini müəyyənləşdiriblər

    Gecə tərləmələri, qəfil arıqlama, xroniki ağrılar, uzun müddət davam edən qızdırma, bədəndə bərkimiş yerlər və daimi yorğunluq onkoloji xəstəliklərin erkən inkişafından xəbər verə bilər.

    Median.Az-ın “Frankfurter Rundschau” nəşrinə istinadla verdiyi xəbərə görə, bu barədə almaniyalı həkimlər xəbərdarlıq edirlər.

    Onların fikrincə, aşkar səbəblər olmadan gecə tərləmələri limfoma və leykemiya üçün xarakterikdir, pəhriz və aktivlikdə dəyişiklik olmadan əhəmiyyətli dərəcədə çəki itkisi bir çox bədxassəli proseslərdən xəbər verə bilər:

    “Zədəsiz xroniki ağrılar, həftələrlə azalmayan subfebril hərarət, həmçinin bədənin müxtəlif yerlərində bərkişmə və şişkinliklər də xüsusi diqqət tələb edir. Xərçəngə işarə edən başqa həyəcanverici əlamət isə istirahətdən sonra da keçməyən yorğunluqdur”.

    Mütəxəssislər qeyd edirlər ki, bu əlamətlərdən birinin və ya hətta bir neçəsinin olması həmişə xərçəngdən xəbər vermir, ancaq həkimə müraciət etmək üçün səbəbdir.

  • Prezident: “Qlobal Cənub QHT Platforması xalqlarımızın hüquqlarının təmin edilməsinə töhfə verəcək”

    “Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı müraciətində bildirib.

    Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnib.

    “Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  • Prezident İlham Əliyev: “Azərbaycana hər zaman güvənə bilərsiniz”

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən müraciəti təqdim edir:

    “Hörmətli konfrans iştirakçıları!

    Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur.

    Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanıb. Bununla əlaqədar 140-a yaxın ölkədən 1 000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalayıb.

    100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirib.

    Şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-23-cü illərdə sədrlik edərək, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə edib, mühüm qlobal təşəbbüslərlə çıxış edib. Bu dövr ərzində tərəfimizdən fərqli iqtisadi durumda olan üzv dövlətlərə, o cümlədən COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərilib, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atılıb.

    Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək.

    Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnib. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir.

    Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.

    İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə daim sadiqik.

    Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.

    Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik.

    Qlobal Cənub QHT Platformasının fəaliyyətinə uğurlar arzu edir və hər bir iştirakçını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm!

    Azərbaycana hər zaman güvənə bilərsiniz!”

  • “Google” itirilmiş cihazların axtarış funksiyasını yaxşılaşdırdı

    “Google” “Find My Device” (Cihazımı Tap) şəbəkəsinin sürətinin dörd dəfə artırıldığını elan edib.

    Median.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, şirkət həmçinin UWB texnologiyasının dəstəklənməsinin yaxın zamanda təqdim olunacağını təsdiqləyib. Bu, cihazların yerinin daha dəqiq müəyyən edilməsini təmin edəcək.

    Məlumata görə, xidmət ilk buraxılışında istifadəçilər tərəfindən aşağı sürətə görə tənqid olunmuşdu.

    “Google” bu ilin əvvəlindən etibarən səmərəliliyi artırmaq üçün bir sıra optimallaşdırmalar həyata keçirib. Alqoritmlər və texniki parametrlər təkmilləşdirilib.

    Lakin hətta bundan sonra da “Google”un xidməti hələ də “Apple” sisteminin dəqiqliyinə çatmır. Mütəxəssislər bunu “Google”un məxfilik prinsiplərinə üstünlük verməsi ilə əlaqələndirirlər.

  • Qardaşı qızının toyuna gedən arvadını döyən şəxslə bağlı qərar verildi

    Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Niyaməddin Muradovun (ad, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

    İttihama görə, hadisə 18 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, Niyaməddin Muradov onunla birgə yaşayan arvadı, zərərçəkmiş Günayə Muradova (ad, soyadı şərtidir) ilə aralarında uzun müddətdir davam edən soyuq münasibət və narazılığa görə mübahisə edib. Mübahisə zamanı o, arvadının onun icazəsi olmadan qardaşı qızının toy mərasiminə getməsini bəhanə edərək, zərərçəkmiş şəxsi baş, boyun və sifət nahiyələrinə əl zərbələri və masanın üzərində olan dolu vəziyyətdəki iki litrlik plastik butulka ilə qəsdən bir neçə dəfə vurub, qadının sağlamlığına az ağır zərər yetirib. Hadisədən sonra Niyaməddin Muradov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

    Binəqədi Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla o, iki il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, məhkum və zərərçəkmiş şəxs isə apellyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. Daha sonra isə dövlət ittihamçısı apellyasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

  • Позиции азербайджанской армии подверглись обстрелу

    28 апреля в 00:25 подразделения вооруженных сил (ВС) Армении c территории Чемберекского района обстреляли из стрелкового оружия позиции азербайджанской армии.

    Как передает Median.Az со ссылкой на Минобороны Азербайджана, подразделения ВС АР приняли адекватные ответные меры на указанном направлении.

  • Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub

    Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Sahibə Qafarova Roma Papasının dəfn mərasimində

    Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.

    Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. 
    Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
    Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət katibi, kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın xarici işlər naziri, arxiyepiskop Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığını çatdırıb.