Month: April 2025

  • Əhalinin batmış kapitalını kim kompensasiya edəcək? – AÇIQLAMA

    Hesablama Palatasının apardığı audit nəticəsində məlum olub ki, Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 117 milyon manatdan artıq məcburi sosial sığorta vəsaiti vətəndaşların fərdi hesablarında əks olunmayıb.

    Median.Az “Milli.Az”-a istinadən xəbər verir ki, 2006-2016-cı illəri əhatə edən dövrdə bu uyğunsuzluğun əsas səbəbləri sığortaçıların təqdim etdiyi B3 formalarında sosial sığorta nömrələrinin göstərilməməsi və ya ümumiyyətlə bu hesabatların təqdim edilməməsi olub. 2017-ci ildən sonrakı mərhələdə isə əsas problem sığorta hesabatlarının tamamilə təqdim edilməməsidir.

    Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, yeni hesabat sisteminə keçid zamanı bəzi şirkətlər sosial müdafiə fonduna edilən ödənişləri əməkdaşların fərdi hesablarında düzgün şəkildə qeyd etməyiblər. Onun sözlərinə görə, bu yanaşma gələcəkdə həmin vətəndaşların 117 milyon manat dəyərində pensiya hüququndan məhrum olması ilə nəticələnə bilər.

    Xalid Kərimli eyni zamanda qeyd edib ki, bəzi şirkətlərin işçiləri VÖEN əsasında qeyri-rəsmi şəkildə işlətdiyi hallar qanun pozuntusu sayılır.

    Hüquqşünas Hikmət Əliyevin fikrincə isə bu üsulla şirkətlər əmək münasibətlərini rəsmiləşdirmədən gizlətməyə çalışırlar.

    “Əgər şəxs müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, birbaşa öz adından fəaliyyət göstərirsə, belə olan halda əmək müqaviləsi bağlamağa ehtiyac olmur. Lakin fəaliyyətə işçi cəlb olunarsa, mütləq həmin işçi ilə əmək müqaviləsi bağlanmalıdır. Birinci halda şəxsin fəaliyyəti rəsmiləşdirilir və vergiləri o özü ödəyir.Lakin VÖEN ilə işlədikdə vəziyyət fərqli olur. Bu halda ödəmələr daha aşağı həddə olur. Bu da gələcəkdə pensiya məbləğinin ciddi şəkildə az olması deməkdir”.

    Məsələ ilə bağlı ƏƏSMN-dən bildirildi ki, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətləri onların sığorta stajına daxildir. Yəni, bu onların pensiya məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınır. Hesablarına köçürülməmiş pensiya kapitalının bərpası üçün şəxslər çalışdıqları şirkətə və ya məhkəməyə müraciət etməlidirlər.

  • Bələdiyyə torpaqları 110 min manatdan satışa çıxarılır

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 27 may tarixində torpaq hərracı keçirəcək.

    Hərracda olan torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə satışa çıxarılır.

    Məlumata görə, hərraclar ƏMDX-nin Şirvan, Mingəçevir, Bərdə, Şamaxı, Beyləqan, Cəlilabad və Şəkidə yerləşən ərazi şöbələrində olacaq.

    Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 300 kv.m və 8200 kv.m, 1,1 ha – 17 ha arasında olan 22 torpaq sahəsi çıxarılacaq.

    Torpaq sahələri 110 min manatdan başlayan qiymətlə satışa çıxarılır.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür:

  • “Azpulmat” vətəndaşların şəxsi kontaktlarına necə və niyə DAXİL olur? –ŞİKAYƏT

    İnsanların kontaktına daxil olur, yaxın qohumlarının, dost və tanışlarının əlaqə nömrəsini götürərək zəng edirlər. Söhbət bank olmayan kredit təşkilatı Azpulmatdan gedir.

    Məsələ ictimaiyyətdə ciddi müzakirə yaradıb. Özləri barədə məlumatları yaxınlarının bilməməsini istəyən bəzi vətəndaşlar təşkilatın bu addımını qanunsuz adlandırıblar.

    Ümumiyyətlə şəxsi kontakta daxil olmaq mümkündürmü? Bu addım doğrudurmu?

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında kiredit-mütəxəssisi Əkrəm Həsənov bildirib ki, əgər həmin şəxs özü o kontaktları verirsə, əlbəttə olar, ancaq, digər halda kibercinayət sayılır:

    ““Azpulmat”-ın bu addımı heç bir şəkildə düzgün deyil. Elə vaxt olur ki, kredit təşkilatından bir neçə dəfə zənglər gələrək “filankəsin kreditinə görə narahat edirik” deyirlər. Bu məsələ ilə bağlı vətəndaş şikayət də edə bilər, məhkəməyə də verə bilər. O ki qaldı kontaktlara daxil olmaq məsələsinə, çox maraqlıdır, onlar hardan tapırlar şəxsi telefonda olan kontaktları, bu birbaşa cinayətdir!” – deyə mütəxəssis bildirib.

    Məsələni dəqiqləşdirmək üçün bank olmayan kredit təşkilatı “Azpulmat”a müraciət etdik. Bildirildi ki, bəli, belə bir gedişat mövcuddur:

    “Ancaq, biz kredit əldə edən şəxsə öncədən müqavilə ünvanlayırıq. O müqavilə ilə razılaşırsa, bizim müqavilənin müvafiq bəndində kontaktlara daxil olmaqla bağlı icazə qeyd olunub. Yəni bu icazə ilə bağlı olan məsələdir”- deyə bildirilib.

    Gedişatın hansı funksiya ilə həyata keçirildiyinə gəlincə, “Azpulmat”dan absurd cavab gəlib:

    “Bunu heç biz də bilmirik, birbaşa sistem vasitəsi ilə olan gedişatdır”, – deyə bildirilib.

  • Nazirlik bağçalarda boş yerlərin sayını açıqladı – FOTO

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəbəqədər təhsil müəssisəsi üzrə hazırda bir neçə yaş qrupu üçün 230 boş yer mövcuddur.

    “Azərbaycan müəllimi” xəbər verir ki, valideynlər 3-4 yaş qrupu üzrə, Naxçıvan şəhər 2, 4, 5, 6, 10, 12, 15 nömrəli, 4-5 yaş qrupu üzrə isə Naxçıvan şəhər 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 11, 12 və 15 nömrəli uşaq bağçalarını seçməklə həmin yaş qrupları üzrə uşaqlarını bağçalara yerləşdirə bilərlər.

    Həmçinin rayon Təhsil şöbələrinin tabeliyində faəliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində də boş yerlər mövcuddur.

    Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi il ərzində davam etdirilir.

    Valideynlər elektron portal üzərindən www.bq.edu.az saytına daxil olmaqla müəssisələrə qəbulla bağlı elektron kabinet yaradaraq övladlarını növbəyə yazdıra bilərlər.

  • Havalar da isinir, qiymətlər də – Səbəblər nədir?

    Son günlər bazarlarda kartofun və soğanın qiymətində nəzərəçarpacaq artım var. Hər kəs gündəlik süfrəsində olan bu iki əsas məhsulun qiymətindəki dəyişiklikdən narahatdır. Üstəlik, qiymətlərdəki artım xeyli müddətdir müşahidə edilir. Havalar artıq isinsə də, soğanın və kartofun bazardakı qiymətləri yenə də iki manat ətrafındadır. Bəs bunun səbəbləri nələrdir? Bunun nə zamana qədər davam edəcəyi insanları düşündürən suallardandır.

    Fermer Eldar Hüseynovun sözlərinə görə, kartofun və soğanın qiymətində artım tək bizim ölkəmizdə deyil, bütün dünyada mövcuddur: “Kartof və soğanın qiymətində yüksəlmə olacağı öncədən bəlli idi. Çünki dünya səviyyəsində kartof və soğanla bağlı problemlər müşahidə edilir. Belarus kartof çıxan kimi sərhədlərini bağlı elan etdi və heç bir ölkəyə idxal olmadı. Rusiyada isə bu il kartof az oldu. Bu da qiymətlərə təsir göstərir. Digər ölkələr boşluğu doldurmaq üçün məcburən Rusiyaya axın etdilər. Bütün ölkələrə Rusiyadan kartof tədarük edildi. Bütün ölkələr Rusiyadan ixraca üstünlük verdiyindən İran da qiymətləri süni şəkildə qaldırdı. Bu, bizim bazarımıza da təsirsiz ötüşmədi. Soğanda da səbəblər təxminən eynidir. Rusiyadakı məsələlərə görə qiymətləri yüksəlib”.

    E.Hüseynov bildirdi ki, səbəblərdən biri də zərərvericilərdir: “Fermerlər bu il xəstəliklərlə güclü mübarizə apara bilmədilər. Çin dərman vasitələrinin qiymətini 40 faiz qaldırdı. Alınan dərmanlar isə zərərvericilərə qarşı yetərli mübarizə üçün kifayət deyil”.

    Fermer qiymətlərə də aydınlıq gətirdi: “Bakıda hazırda Pakistandan gətirilmiş yuyulmuş kartofun kiloqramı 1 manat 40 qəpik, yuyulmamışı 1 manat 30 qəpiyə satılır. Türkiyə və Gürcüstan kartofu 1 manat 20 qəpik-1 manat 30 qəpik arasında dəyişir. Rayonlarda kartof və soğanın qiyməti Bakıdan da bahadır”.

    E.Hüseynovun fikrincə, ölkəmizdə bu məhsullar qonşu dövlətlərə baxanda çox az əkilir: “Biz özümüzü kartof və soğanla tam şəkildə təmin edə bilmirik. Bu göstərici maksimum 20-25 faizdir. Kartof və soğan əkini ilə bağlı bazarımız kiçikdir. Ölkəmizdən yetərli qədər ixrac olmadığından daha çox əkilmir. Bu səbəbdən də məcburuq idxal edək. Əsasən İrandan, Pakistandan, Türkiyədən alırıq. Ən böyük idxalçılarımız Rusiya və İrandır. İrandan noyabr-dekabr aylarında hər gün ölkəmizə 10-15 maşın kartof daxil olur. Bu da 100 tondan çox məhsul deməkdir. Kartof və soğan əkini ilə bağlı məsələ bu cür davam edərsə, ixracdan asılılıq davam edəcək”.

    Fermerin sözlərinə görə, bu tendensiya dəyişə bilər: “Yerli kartofumuz isə Cəlilabadda çıxmağa hazırlaşır. Pakistan kartofu da bazarlarda çoxalacaq. Pakistanın gömrük rüsumunda fərq olacağı gözlənilir. Çünki bununla bağlı danışıqlar olub. Əgər Pakistan kartofunun rüsumu azalsa, qiymətlər enə bilər. Amma dəyişiklik olmasa, qiymətlər bu tempdə qalacaq. Soğanın qiymətində isə bu yaxınlarda enmələr gözlənilir”.

    İqtisadçı Rauf Qarayev isə deyir ki, illərdir bazarda qiymətlər bu şəkildə dəyişir: “Kartof və soğanla bağlı qiymət artımı və bu məhsulların çatışmazlığı əsasən mart-aprel aylarında olur. Bu il yaşadıqlarımız yeni baş verən proses deyil. Qiymətlərin enməsi əsasən may ayından etibarən başlayır. Bu da yerli kartofun bazara çıxarılmasından sonra olur”.

    İqtisadçının fikrincə, hazırda qiymətlərin belə yüksəlməsinin səbəbi mövsümi faktorlardır: “Rayonlarda kartofun qiyməti 1 manat 20 qəpikdir. Növünə görə 1 manat 50 qəpik-2 manata qədər də dəyişə bilir. Səbəbi stabil hava şəraitinin olmamasında görürəm. Çünki hava gec isindiyindən yerli kartof hələ yetişməyib”.

    R.Qarayevin sözlərinə görə, ət məhsullarına tələbat azaldıqca, kartofa tələbat yüksəlib: “Qiymətlərin bahalaşmasının səbəblərindən biri də kartofa tələbatın artması ola bilər. Buna görə qiymətlərdə enmələri görə bilmirik. Əvvəlki dövrlərdə digər tərəvəzlər bazara çıxdıqca kartofun qiyməti nisbətən aşağı düşürdü. Amma bir neçə ildir müşahidə etdikdə görürük ki, maksimum 10-20 faiz ucuzlaşma baş verir. Bu da illər üzrə tələbatın artması səbəbindəndir. Bu il də belə olması gözləniləndir. Bu halın qarşısının alınması üçün bazarda bolluq yaranmalıdır. Güman edirəm ki, may ayında qiymətlərdə enmələr müşahidə ediləcək”.

    İqtisadçı yerli kartof və soğan istehsalındakı problemlərə də toxundu: “Yerli kartofla bağlı bir çox məsələlər mövcuddur. Məsələn, Gədəbəy kartofunun yığılmasında problem olmasa da, yetişdirilməsi ilə bağlı problemlər var. Torpağın dərmanlanması, dərmanların qiymətinin bahalaşması kimi amillər təbii ki, birbaşa bazara da təsir edir. Dərmanların tapılması da xeyli çətinləşib. Bu səbəbdən fermerlər məhsulu saxlaya bilmirlər. Məhsulların saxlanması üçün soyuducu anbarlar da azdır və onların qiyməti xeyli yüksəkdir. Soyuducuların sayı çox olmalıdır. Saxlanma şəraiti üçün qiymətlərdə güzəştlər edilməlidir”.

    Mənbə: “Kaspi” qəzeti

  • Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı

    Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəblə bağlı yayılan video ilə əlaqədar vətəndaş müraciətinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanıb.

    Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq regional təhsil idarəsindən məlumat verilib.

    Bildirilib ki, araşdırmanın nəticəsi ictimaiyyətə təqdim ediləcək.

    Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbdə pul yığıldığına dair videogörüntü yayılıb.

  • Dünyaca məşhur rəssamın əsəri səhvən zibilliyə atıldı

    Niderlandın Maaşxorst bələdiyyəsi aralarında dünyaca məşhur rəssam Endi Varholun Niderland kraliçası Beatriksi təsvir etdiyi bir əsərin də olduğu 46 sənət əsərinin səhvən atıldığını açıqlayıb.

    Qaynarinfo-nun məlumatına görə, bələdiyyə bildirib ki, ötən il aparılan yenidənqurma işləri zamanı aralarında məşhur sənətçi Endi Varholun da bir əsərinin olduğu 46 sənət əsəri böyük ehtimalla səhvən zibilliyə atılıb.

    Varholun sözügedən əsərində Niderlandın sabiq kraliçası Beatrix təsvir olunub. Rəsmilər 1980-ci illərdə Varhol tərəfindən seriqrafiya üsulu ilə hazırlanmış və təxminən 15 min avro dəyərində qiymətləndirilən əsərin də daxil olduğu sənət əsərlərinin ötən il bələdiyyə binasından itkin düşdüyünü bildiriblər.

    Hadisə ilə bağlı aparılan araşdırmanın nəticələri sənət əsərlərinin yenidənqurma zamanı zirzəmidə saxlanıldığını və əsərlərin necə qorunması ilə bağlı təlimatın olmamasının onların atılmasına səbəb ola biləcəyini üzə çıxarıb.

    Bələdiyyə tərəfindən dünən verilən açıqlamada sənət əsərlərinin Uden şəhərindəki bələdiyyə binasında aparılan işlər zamanı anbarda saxlanıldığı qeyd olunub: Sənət əsərləri böyük ehtimalla səhvən zibil ilə birlikdə atılıb”.

  • Övladlardan imtina valideyni aliment öhdəliyindən azad edirmi?

    “İmtina edirəm, aliment vermirəm… Bu, tam cəfəngiyyatdır. Sən uşaqların atasısan və məhkəmənin qərarına görə, aliment ödəməlisən. Uşağı görmək istəyirsən, ya istəmirsən, bu artıq sənin öz vicdanına buraxılan bir qərardır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov bloger Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədovun övladlarından imtina etməsinin qanuni tərəflərini izah edərkən deyib.

    Vəkil deyir ki, əgər vətəndaşın rəsmi işi, gəliri varsa, tələb olunan alimenti ödəməlidir:

    “Bir halda ödəyə bilməzsən ki, sənin imkanın, gəlirin yoxdur, işləmirsən. Bu haqda qanun sənə heç nə edə bilməz, yoxdur da. Düzdür, Azərbaycanda bəzən aliment ödəyə bilməyənlər də azadlıqdan məhrum edilir. Bu qanunsuzdur. Hər bir borc kimi aliment də borcdur, imkan daxilində ödəməlisən. Ola bilər ki, qeyri-rəsmi pulu, gəliri var, amma rəsmi heç nəyi yoxdur. Qanun qeyri-rəsmi haqda heç nə demir, necə sübut etmək olar? Rəsmi maaşı, əmlakı varsa, onun hesabına ödənilməlidir”.

    Əkrəm Həsənov burada bir qərarla razılaşmadığını önə çəkib:

    “İcra məmuru orada bir fikirdən istifadə edib, bu ifadənin özü də qeyri-qanunidir. Ataya deyir ki, sənin barəndə cinayət işi açılsa, uşağın sabah haradasa işləyə bilməyəcək. Belə bir qanun yoxur. Heç kəs valideyninə görə cavabdeh deyil”.

    Qeyd edək ki, bloger Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib. Aysel bunun səbəbini keçmiş ərinin aliment ödəməməsi ilə izah edib.

    “Bu gün Nəsimi rayon icra şöbəsinə Vüqar Qaralovun yanına getdim. Əkizlərin atası dəvət olundu, çünki onunla bağlı cinayət işi açılıb. Otaqda kişilər ola-ola və öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm. İcraçı qarşı tərəfə dedi ki, dəftərinə cinayət işi düşsə, övladların heç vaxt polis, hakim kimi işlərdə işləyə bilməyəcək. Gəl, belə şey etmə. Amma qarşı tərəf yenə razı olmadı. Yəni sabah mənim övladım dövlət qurumunda işləmək istəsə, atasının bu cinayət əməlinə görə işləyə bilməyəcək”, Aysel Şükürova bildirib.

  • В Баку скорость ветра превысит 28 м/с

    Северо-западный ветер в Баку и на Абшеронском полуострове усилится до 20,8-28,4 м/с.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Синоптики объявили желтое и оранжевое предупреждение в связи с ожидаемым на территории республики сильным ветром.

    Согласно информации, в Нахчыванской АР, Физули, Джебраиле, Губадлы, Зангилане, Агдере, Ханкенди, Ходжавенде, Шуше, Хызы, Газахе, Агстафе, Товузе, Шамкире, Саляне, Уджаре, Кюрдамире, Саатлы, Сабирабаде, Зардабе, Имишли, Агджабеди, Бейлагане, Джалилабаде, Масаллы, Лянкоране, Лерике, Ярдымлы, Астаре, Билясуваре, Хачмазе, Шабране, Сиязане, Губе, Агсу, Шамахы и Балакене ожидается западный ветер, порывы которого будут достигать 13,9–20,7 м/с.

    В Баку и на Абшеронском полуострове, а также в Кяльбаджаре, Лачыне, Агдаме, Мингячевире, Евлахе, Барде, Тертере, Гаджигабуле, Нефтчале, Гобустане, Гяндже, Самухе, Геранбое, Нафталане, Дашкесане, Гядабейе, Гёйгёле, Гусаре, Шеки, Огузе, Загатале, Гахе, Исмаиллы, Габале, Агдаше и Гёйчае северо-западный ветер усилится до 20,8–28,4 м/с.

  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

    Milli Hidrometeorologiya Xidməti aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib

    Naxçıvan MR, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Ağdam, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Neftçala, Qobustan, Gəncə, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şəki, Oğuz, Zaqatala, Qax, İsmayıllı, Qəbələ, Ağdaş və Göyçayda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.