Bəndər Abbasın Rəcai limanında baş verən partlayışlarda ölənlərin sayın 8-ə çatıb, 750-yə yaxın insan yaralanıb.
Month: April 2025
-
İrandakı partlayışda ölənlərin sayı artdı – 750 yaralı var
Bu barədə ölkənin daxili işlər naziri Eskandar Momeni açıqlayıb.Onun sözlərinə görə, təxminən 212 nəfər ambulator müalicə alıb, yaralıların qalan hissəsi Hörmüzqan əyalətində və digər qonşu əyalətlərdəki tibb mərkəzlərində müalicə olunur.Momeni bildirib ki, külək səbəbindən yanğın digər konteynerlərə yayılıb.///Unikal -
Cüdoçumuz AÇ-də gümüş medal qazandı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı İlia Sulamanidzeyə məğlub olub.Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) isə bürünc medal uğrunda döyüşdə Almaniya təmsilçisi Erik Abramova uduzub.Qadın cüdoçu Nigar Süleymanova isə (+78 kiloqram) ilk görüşdə gürcüstanlı Sofia Somkxişviliyə məğlub olub.Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq -
Mayda bir neçə planet Günəş səbəbindən Yerdən görünməyəcək
May ayında Merkuri, Saturn, Uran və Neptun Günəş şüalarının parlaqlığı səbəbindən Yer kürəsindən görünməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Moskva Planetariyasına istinadən məlumat verilib.“Merkuri, Saturn, Uran və Neptun Günəş şüalarının içində “gizləndikləri” üçün müşahidə edilə bilməyəcək”, deyə bildirilib.Qeyd olunur ki, yazın son ayında Merkuri Balıqlar (1-12 may), Qoç (13-23 may) və Buğa (24-31 may) bürclərində olacaq. Saturn bütün may ayı Balıqlar bürcündə qalacaq, Uran Buğa bürcündə, Neptun isə yenidən Balıqlar bürcündə müşahidə ediləcək. -
Türkiyədə zəlzələdən sonra çadırda qalan qadınlar GÜLLƏLƏNDİ
Türkiyədə zəlzələ səbəbilə küçədə yaşayan qadınlar güllələnib.
Hadisə İstanbulun Esenyurt qəsəbəsində Mehterçeşme məhəlləsindəki Qazilər parkında baş verib.6.2 ballıq zəlzələdən sonra Pınar Bakırcı anası və 3 uşağı ilə birgə parkda qurduqları çadırda qalıblar. Onların yanına gələn keçmiş əri Turqut Bakırcı ilə aralarında mübahisə başlayıb. Mübahisə zamanı Turqut üzərindəki odlu silahla Pınarı və baldızı Arzu Kaygusuzu güllələyib.Hadisədən sonra Turqut Bakırcı qaçmaq istəyərkən digər çadırlarda qalan insanlar tərəfindən saxlanılaraq, gələn polislərə təhvil verilib. Yaralı qadınlar isə xəstəxanaya yerləşdirilib./Lent.az -
Rus generalı öldürməkdə şübhəli bilinən agent saxlanıldı
FTX əməkdaşları Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən şəxsi saxlayıb.
Median.Az “Unikal”a istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.“Təcili tədbirlər nəticəsində Ukrayna xüsusi xidmət orqanlarının agenti, Ukraynada yaşamaq icazəsi olan 1983-cü il təvəllüdlü İqnat Kuzin saxlanılıb. O, Moskva vilayətinin Balaşixa şəhərində “Volkswagen Golf” markalı avtomobili minalayıb. Nəticədə 1966-cı il təvəllüdlü Moskalik öldürülüb”, – məlumatda bildirilib. -
Maştağada itkin düşən dayıqızı-bibiqızı tapıldı
Bakının Maştağa qəsəbəsində itkin düşən dayıqızı-bibiqızı olan yeniyetmələr tapılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır. -
İranda partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb

İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb.
Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Hörmüzqan vilayətinin Limanlar və Dəniz Təşkilatının rəis müavini İsmayıl Makizadə deyib.
“Yanğının söndürülməsi üçün qüvvələrin daha çox cəmlənməsinə ehtiyacı nəzərə alınaraq, təhlükəsizlik məqsədilə bütün liman və dəniz əməliyyatları dayandırılıb”, – o bildirib.
Qeyd edək ki, bu gün günorta saatlarında Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində dörd nəfər ölüb, 500-dən çox insan yaralanıb. İran hökumətinin sözçüsü Fatemeh Mohacerani deyib ki, hadisə kimyəvi anbarda baş verib. Lakin konkret səbəb açıqlanmayıb.
-
“Yaşı 20-dən artıq olan nəqliyyat vasitələrinin çoxu utilizasiyaya getməlidir” – MÜTƏXƏSSİS

Dünyada avtomobil utilizasiyası sahəsində fərqli modellər olsa da, məqsəd eynidir. Daha təmiz, təhlükəsiz və dayanıqlı gələcək qurmaq.
Beynəlxalq ekoloji qurumların araşdırmasına görə, istismardan çıxarılan avtomobillərin düzgün utilizasiyası illik 100 milyon tondan artıq tullantının qarşısını ala bilər. Bu, həm təbii resursların qorunması, həm də iqlim dəyişikliyi ilə mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.Ötən ildən Azərbaycanda da utilizasiya prosesinə start verilib. Bəs, görəsən, ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiya prosesi necə gedir? Vətəndaşların prosesə marağı varmı? İndiyədək nə qədər nəqliyyat vasitəsi utilizasiya edilib? Bu məqsədlə ödənilən vəsaitin həcmi nə qədər olub?
Median.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:Vətəndaşa iki seçim verilir
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən “Kaspi”nin sorğusuna cavab olaraq bildirilib ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir: “Qanunvericiliyə uyğun olaraq, ilk növbədə nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılır, daha sonra ərizəçi www.nvu.gov.az portalı vasitəsilə müraciət edərək utilizatorda növbə tutur.
Təyin olunmuş vaxtda nəqliyyat vasitəsi utilizatora akt əsasında təhvil verilir və iki iş günü ərzində ərizəçiyə təsdiqedici sənəd verilir.
Təsdiqedici sənədi əldə etmiş şəxs öz istəyi ilə ya birdəfəlik ödəniş almaq üçün operatora, ya da yerli istehsal yeni nəqliyyat vasitəsini endirimlə əldə etmək üçün yerli nəqliyyat vasitəsi satıcılarına müraciət edir”.
2 916 nəqliyyat vasitəsi utilizasiyaya verilib.
Qurumdan vətəndaşların sözügedən prosesə maraq göstərdiyi vurğulanıb: “Proqrama maraq kifayət qədər yüksəkdir. Son statistikaya əsasən, 290 təsdiqedici sənəd üzrə birdəfəlik ödəniş üçün, 1903 təsdiqedici sənəd üzrə isə ümumilikdə 142 yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı üçün müraciət edilib. Ümumiyyətlə, prosesdə 2025-ci ildən etibarən ciddi şəkildə sürətlənmə müşayiət olunur. Belə ki, 2024-cü il ərzində yalnız 51 nəqliyyat vasitəsi utilizasiyaya verilmişdirsə, 2025-ci ilin təqribən dörd ayı ərzində bu say 60 dəfəyə yaxın artıb”.
İndiyədək nə qədər nəqliyyat vasitəsinin utilizasiya edildiyinə gəlincə, ASC-dən bildirilib ki, bu günə qədər 2 916 nəqliyyat vasitəsi utilizasiyaya verilib. Eyni zamanda, ərizəçilərə verilən təsdiqedici sənədlər üzrə 304 500 manat məbləğində birdəfəlik ödəniş edilib. Yerli istehsal yeni nəqliyyat vasitələrinin satışı üzrə 1 049 000 manat məbləğində güzəşt tətbiq olunub.
İşlər ləng gedir
Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov isə utilizasiya prosesinin ləng aparıldığı qənaətindədir. Onun fikrincə, bu istiqamətdə işlərin sürətləndirilməsinə ehtiyac var: “Azərbaycanda təxminən 1 milyon 700 minə yaxın nəqliyyat vasitəsi var. Onların cəmi 25-30 faizinin yaşı 10 ildən azdır. Qalan avtomobillərin 20-30, hətta 40 yaşı var. Halbuki hər bir avtomobilin istismarda effektivlik əmsalı mövcuddur. Onlar elmi cəhətdən “alfa” deyilən əmsalla nəzərdə tutulur. Elə avtomobillər var ki, istismar müddətini 5-7 ilə başa vurmalıdır. Sonra istismar üçün ya yenidən əsaslı təmir olunmalı, ya da istismardan çıxarılmalıdır. Amma şəxsi avtomobil sahibləri belə avtomobillərindən əl çəkmək istəmirlər. Çünki proses könüllüdür. Bu da işləri ləngidir”.
İcra mexanizminin təkmilləşdirilməsinə ehtiyac var
Ekspert vurğulayıb ki, bəzi inkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburi xarakterlidir. Hətta istismar müddətini başa vurmuş nəqliyyat vasitəsi vaxtında təhvil verilmədikdə cərimə tətbiq olunur: “Bu gün vətəndaşlar yalnız xarab, hərəkət edə bilməyən nəqliyyat vasitələrindən imtina edirlər. Bunlar qeydiyyatdadır, bəzilərinin dövlət nömrə nişanları da var. Birinci mərhələdə istəyirlər ki, bunları versinlər. Amma görülən işlər kifayət deyil. Prosesi tez yerinə yetirmək üçün icra mexanizmi təkmilləşdirilməlidir. Bunun xüsusi mexanizmləri var. Azərbaycanda da həmin mexanizmlər nəzərə alınmalıdır. Məsələn, sahibkarlara müəyyən imtiyazlar verilə bilər ki, onlar da bu işlə məşğul olsunlar. Eyni zamanda, proses yarıkönüllü və məcburi xarakter daşımalıdır”.
Həm sosial ədalət, həm də texniki şərtlər
Mütəxəssis qeyd edib ki, utilizasiya prosesi nəqliyyat parkının yenilənməsi, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması baxımından da vacibdir: “Yol-nəqliyyat hadisələri daha çox köhnə avtomobillərin iştirakı ilə baş verir. İstismara yararsız avtomobillə istismar müddəti keçmiş avtomobil tamamilə fərqli şeylərdir. Ola bilsin ki, avtomobil yaxşıdır, amma müddəti keçdiyi üçün onu utilizasiya edirlər. Bir də istismara yararsız avtomobillər var. Texniki müayinədə avtomobillərin reqlamenti, xüsusi standartları var ki, hansı avtomobillər istismara yararlı hesab olunur. Hansı nəqliyyat vasitələri istismarda təhlükə yaradırsa, onları aradan çıxarmaq lazımdır. Həm sosial ədalət gözlənilməli, həm texniki şərtlər ödənilməli, həm də insanlar narazı olmamalıdırlar. Ümumi ortaq məxrəcə gəlib bunları həll etmək lazımdır”.
F.Eyyubov bildirib ki, ölkədə yaşı 20-dən artıq olan nəqliyyat vasitələri tam şəkildə yoxlanılmalı və onların xeyli hissəsi utilizasiyaya getməlidir.
-
Robot taksilər fəaliyyətə başladı

Amerikanın “Tesla” korporasiyası məhdud rejimdə robot taksi xidmətini işə salıb.
Median.az “TodayPress”a istinadən xəbər verir ki, bu barədə şirkətə məxsus “Tesla AI” hesabı “X”da paylaşım edib.
Milyarder İlon Maskın şirkəti Ostin və San-Fransisko Körfəz bölgəsində robot taksiləri işə saldığını açıqlayıb.
Hazırda avtonom taksini yalnız korporasiyanın əməkdaşları sınaqdan keçirə bilər. Səfər zamanı avtomobilin sükanı arxasında operator da olacaq.
Korporasiya etiraf edib ki, onların avtonom taksiləri artıq 24 min kilometrdən çox məsafəni qət edən 1500 səfər həyata keçirib.
“Tesla” ictimai robot taksinin rəsmi olaraq işə salınma vaxtını açıqlamayıb.
Lakin qeyd edilib ki, ilkin buraxılış şirkətə proqramın və uzaqdan idarəetmənin işini sınaqdan keçirməyə imkan verəcək.
-
Konsert zamanı gödəkçəsi yandı – VİDEO

Rusiyalı müğənni Filipp Kirkorovun Sankt-Peterburqdakı konserti zamanı gödəkçəsinin qolu yanıb.
Bu barədə “Moskva 24” telekanalı məlumat yayıb.Hadisə ifaçı səhnədə olarkən arxasından fişənglərin işə düşdüyü zaman baş verib. Kirkorov şou zamanı yandığını hiss edərkən qışqırmağa başlayıb.
Konsert qısa müddətə dayandırılsa da, sonra davam etdirilib.
Sənətçi daha sonra xəsarət almadığını və hər şeyin qaydasında olduğunu bildirib.
Görüntüləri təqdim edirik:




