Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева находится с визитом в Непале.
Лейла Алиева поделилась в своем аккаунте в Instagram публикацией из больницы Chhatrapati Free Clinic, которую она посетила в Непале.
Month: April 2025
-
İlham Əliyev: “150 milyon çinli turistin cəmi 1 %-i Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq”
Hər il xaricə səhayət edən 150 milyon Çin vətəndaşının cəmi 1 %-i Azərbaycana gəlsə, bu, ölkəmiz üçün yetərli olacaq.
Bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı Azərbaycanın ötən il ilk dəfə Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdiyini xatırladaraq bu il eyni addımı atdıqları üçün qarşı tərəfə minnətdar olduğunu deyib.
“Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq”, – deyə o qeyd edib.
İ.Əliyevin sözlərinə görə, Azərbaycan turizm sektorumuzu inkişaf etdirmək istəyir: “Bizim coğrafi üstünlüklərimiz var – Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə, çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq bizim özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bu gün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər”.
Prezident həmçinin deyib ki, Azərbaycan daha çox ölkə vətəndaşının Çinə səfər etməsini, təhsil almaq, işləmək üçün bu ölkəyə gəlməsini istəyirik: “Biz, həmçinin təhsil sahəsində əməkdaşlığımızı müzakirə etdik. Ölkələrimizdə hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var”.
-
Герасимов доложил Путину о завершении операции по освобождению Курской области
Операция по освобождению Курской области от Вооруженных сил Украины (ВСУ) завершена.
Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил пресс-секретарь президента РФ Дмитрий Песков.
“Начальник Генерального штаба Вооруженных сил РФ Валерий Герасимов доложил верховному главнокомандующему Владимиру Путину о завершении операции по освобождению Курской области”, – заявил Песков.
Как сообщил Герасимов в своем докладе, сегодня освобожден от ВСУ последний населенный пункт в Курской области Горналь, разгром ВСУ завершен. Об этом заявил и сам президент России Владимир Путин.
-
Rusiya Kursk vilayətini tam şəkildə nəzarətə götürdü
“Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin nəzarət altına alınması üzrə əməliyyatı başa çatdırıb, Prezident Vladimir Putin Baş Qərargah rəisi Valeri Gerasimovdan müvafiq hesabat alıb”.
Median.Az-ın TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ali Baş Komandan Vladimir Putinə Kursk vilayəti üzərində nəzarətin bərpa edilməsi üzrə əməliyyatın başa çatması barədə məlumat verib”, – deyə Peskov qeyd edib.
Gerasimovun məruzəsində bildirdiyi kimi, Ukrayna Silahlı Qüvvələri məğlub olub və aprelin 26-da Kursk vilayətində sonuncu yaşayış məntəqəsi olan Qornal Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib.
-
Salyanda polkovnik xəstəxanaya baş həkim təyin edildi
Ağciyər Xəstəlikləri Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib.
Median.Az “Report”a istinadla xəbər verir ki, bu vəzifəyə 1967-ci il təvəllüdlü Əli Mirzəmməd oğlu Nuriyev təyin olunub.
Bundan əvvəl həmin vəzifədə Xanış Abbasov çalışıb.
Qeyd edək ki, ehtiyatda olan polkovnik Ə.Nuriyev uzun illər hərbi həkim işləyib.
-
Sabah Azərbaycanda 29 dərəcə isti olacaq
Azərbaycanda aprelin 27-də 29 dərəcə isti olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
-
Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlandı
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi Bakının 12 rayonundan 9-da mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb.
Bu barədə “Report”a qurumun sədri Vüqar Oruc məlumat verib.Onun sözlərinə görə, araşdırma zamanı paytaxtın ən tanınmış küçələrində yerləşən yeni və köhnə yaşayış binalarındakı mənzillərin 1 kvadrat metrinin satış qiymətləri toplanılaraq rayon üzrə orta qiymət hesablanıb. Eyni zamanda yeni və köhnə tikililər arasında qiymət fərqləri müəyyən edilib.
Beləliklə,
Nizami rayonunda yeni tikililərdə qiymət 2 780–3 025 manat, köhnə tikililərdə qiymət 2 533–2 610 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 633 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 9–15 % intervalındadır.
Xətai rayonunda yeni tikililərdə qiymət 2 020–3 408 manat, köhnə tikililərdə qiymət 1 806–3 050 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 467 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 7–19 % intervalındadır.
Yasamal rayonunda yeni tikililərdə qiymət 2 205–3 985 manat, köhnə tikililərdə qiymət 1 940–3 182 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 822 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 5–24 % intervalındadır.
Nərimanov rayonunda yeni tikililərdə qiymət 2 517–3 980 manat, köhnə tikililərdə qiymət 2 312–3 250 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 3 006 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 3,4–16,5 % intervalındadır.
Nəsimi rayonunda yeni tikililərdə qiymət 2 375–4 115 manat, köhnə tikililərdə qiymət 2 014–3 742 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 3 126 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 3–45 % intervalındadır.
Binəqədi rayonunda yeni tikililərdə qiymət 2 583–2 941 manat, köhnə tikililərdə qiymət 1 536–2 710 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 563 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 7–42 % intervalındadır.
Suraxanı rayonunda yeni tikililərdə qiymət 1 752–2 230 manat, köhnə tikililərdə qiymət 1 420–1 995 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 1 836 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 10–23 % intervalındadır.
Xəzər rayonunda yeni tikililərdə qiymət 1 930–2 195 manat, köhnə tikililərdə qiymət 1 635–1 845 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 1 913 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 14–24 % intervalındadır.
Sabunçu rayonunda yeni tikililərdə qiymət 2 120–2 562 manat, köhnə tikililərdə qiymət 1 875–2 239 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 226 manat təşkil edir. Yeni və köhnə tikililər arasında qiymət fərqi 10–17 % intervalındadır.
-
Şərurdakı qətlə görə daha bir qadın tutuldu

Aprelin 22-si Şərur rayon Oğlanqala kənd sakini Zeynəb İsmayılovanın öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub.
Median.Az “Nuhçıxan”a istinadən xəbər verir ki, Şərur Rayon Prokurorluğunda aparılan ibtidai istintaqla Aypara Əsgərovanın cinayət əməlini 1991-ci il təvəllüdlü qonşusu Firuzə Seyidova ilə birgə törətməsinə şübhələr müəyyən edilib.
F. Seyidova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Cinayət işi Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunub.
Aypara Əsgərova və Firuzə Seyidova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şərur Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcəkdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı ötən ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin yekunlarına əsasən əldə edilmiş razılıqların praktiki reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
“İqtisadi kooperasiya ili” çərçivəsində həyata keçirilmiş səmərəli iş məmnunluqla qeyd olunub.
İlin əvvəlindən əmtəə dövriyyəsinin 20 faiz artdığı, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələrin aktiv fazada olduğu, birgə zəngin mədəni-humanitar mübadilə proqramının həyata keçirildiyi bildirilib.
Bu il yüksək səviyyə nəzərdə tutulan sammitlərə, həmçinin hökumətlərarası komissiyanın növbəti iclasına, regionların və rektorların forumuna, mədəniyyət tədbirlərinə hərtərəfli hazırlığın vacibliyi vurğulanıb.
Azərbaycan və Özbəkistan prezidentləri, həmçinin regional gündəliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşıdan gələn çoxtərəfli tədbirləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.






