Month: April 2025

  • Azərbaycanın kəmər güləşçiləri Türkmənistanda üç medal qazanıb

    Azərbaycan kəmər güləşçiləri Türkmənistanın Aşqabad şəhərində koreş və alış növləri üzrə keçirilən “A” kateqoriyalı beynəlxalq turnirdə bir gümüş, iki bürünc medal qazanıb.

    Bu barədə Azərbaycan Milli İdman Növləri Assosasiyası məlumat yayıb.

    Azərbaycan təmsilçilərindən Ariz Hüseynov 68 kq-da koreş yarışında üçüncü olub. Həmçinin idmançı 70 kq çəki dərəcəsində alış növü üzrə yarışıb və bu dəfə ikinci yeri tutub. Alış növü üzrə yarışan Fidan Hüseynova (60) da bürünc medal sahibi olub.

    Qeyd edək ki, turnirdə 14 ölkədən 170-dən çox idmançı iştirak edib.

  • MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ

    Sumqayıtda dələduzluq edən şəxsə cinayət işi açılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli şərtlərlə sosial evlər layihəsindən ipoteka ilə ev almaq istəyən şəhər sakini E. Süleymanov dələduzluqla üzləşib.

    Belə ki, Sumqayıt şəhər sakini O. Abasov E. Süleymanova MİDA-nın həyata keçirdiyi layihə çərçivəsində inşa olunan binalardan birində 4 otaqlı evi ipoteka ilə almağa kömək edəcəyini söz verib. Bu məqsədlə ondan ümumilikdə 7460 manat pul alıb. Həmin pullar O. Abasova müxtəlif məbləğlərlə ayrı-ayrı yerlərdə verilib. Hadisələr isə 2023-cü ilin aprelindən noyabradək davam edib.

    Lakin sonda aldadıldığını başa düşən Süleymanov hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə O. Abasov saxlanılaraq, məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb və Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırmaları davam edir.

  • İcarəyə götürdüyü avtomobili hissələrə bölüb satan şəxs CƏZALANDIRILDI

    İcarəyə götürdüyü “Mercedes-Benz”i hissələrə bölərək satan şəxs həbs edilib. O, daha əvvəl də məhkəmə qərarını icra etmədiyinə görə həbs edilibmiş.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, 35 yaşlı Xəlil “Mercedes Vito” markalı avtomobili aylıq 1500 manata icarəyə götürüb.

    Bir müddət sonra icarə haqqını ödəməyib. Bu azmış kimi, Ramil Rüstəmova məxsus avtomobili hissələrə bölərək satıb. Bununla da avtomobilin sahibi olan Ramil Rüstəmova 25 min manat ziyan dəyib.

    Əməlindən peşman olduğunu deyən Xəlil zərəri ödəməyib. Məhkəmənin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.

  • İranda limandakı partlayışda 4 nəfər ölüb

    İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.

    Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə İdarəsinin direktoru Babək Mahmudi yerli mediaya açıqlamasında deyib.

    Onun sözlərinə görə, hazırda yanğınsöndürmə ilə yanaşı, xilasetmə əməliyyatı da davam etdirilir. Yanğının əhatəsinin çox geniş olduğu bildirilir.

  • İşçisini döyməklə gündəmə gələn aptek müdiri bu dəfə özü döyüldü – Əməkdaşının əri tərəfindən

    Bakıda xanım işçisinə xəsarət yetirməsi ilə gündəmə gələn “Depo Apteklər” şəbəkəsinin müdiri Elnur Cabbarov bu dəfə özü döyülüb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə ilə bağlı 1986-cı il təvəllüdlü Z.K. saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri üzrə cinayət işi açılıb. İş məhkəməyə çıxarılıb.

    Məlum olub ki, Elnur Cabbarova hücum edən şəxs onun keçmiş işçisi Ş.K.-nın həyat yoldaşıdır. Belə ki, ötən ilin iyunun 7-də aptek əməkdaşı A.K. həmkarı ilə yazışarkən müdiri Elnur Cabbarovu pişiyə bənzədib və onu “toppuş” adlandırıb. Bu yazışmadan xəbər tutan Elnur Cabbarov həmin vaxt köməkçisi olan A.K.-nı döyüb.

    Hadisə zamanı aptekdə baş verənlər Ş.K. tərəfindən gizli şəkildə lentə alınıb və sonradan icazəsiz olaraq üçüncü şəxslərə ötürülüb. Bunu öyrənən Elnur Cabbarov 9 il yanında çalışan Ş.K.-dan qisas almaq qərarına gəlib. O, əvvəlcə Ş.K.-nı aptekdən 5 min manat oğurlamaqda ittiham edib. Ardınca isə Ş.K.-nın həyat yoldaşı Z.K. ilə telefon əlaqəsi saxlayaraq, onu həyat yoldaşının aptekdəki video görüntüləri yaymaqda ittiham edib və şəxsi həyatı ilə bağlı nalayiq ifadələr işlədib.

    Z.K. isə cavab olaraq Elnur Cabbarovdan dediklərini sübut etməsini tələb edib. Daha sonra onlar Fətəli Xan Xoyski küçəsində, aptekin qarşısında Z.K.-nın avtomobilində görüşüblər. Görüş zamanı Elnur Cabbarov yenidən nalayiq ifadələr işlətməyə başlayıb. Buna cavab olaraq Z.K. onu söyüb və yumruqla üz nahiyəsinə bir neçə dəfə zərbə endirib.

    İstintaqın müəyyən etdiyinə görə, Z.K. aptek müdirinə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarətlər yetirib. Ona sol yanaq nahiyəsinin iç tərəfində cərrahi tikiş tələb edən əzilmiş yara və sağ yanaq nahiyəsində sıyrıq xəsarətləri yetirilib. Həmçinin bu əməllər qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

    Məhkəmə Z.K.-nın Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi üzrə təqsirini sübuta yetirməyib və bu maddə üzrə ona bəraət verib. Lakin Z.K. Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. O, həbsdə və ev dustaqlığında keçirdiyi 7 ay 16 gün nəzərə alınmaqla, 1 il 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Z.K. cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.

  • Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını rədd etdi

    Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi aprelin 25-də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verib.

    Məlumdur ki, məhkəməsi həyata keçirilən erməniəsilli şəxslərlə Azərbaycanın və beynəlxalq hüququn bütün tətbiq olunan standartlarına uyğun rəftar edilir və onlara Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının nümayəndələri dəfələrlə baş çəkiblər.

    Məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir.

    Bu qərar Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir.

  • Вынесен приговор бывшему директору Шамахинской и Гобустанской больниц

    В Сумгайытском суде по тяжким преступлениям завершился процесс по уголовному делу бывшего директора Шамахинской и Гобустанской центральных районных больниц (ЦРБ) Эмином Гусейном, обвиняемым в присвоении денежных средств.

    Как сообщает Report, приговор был зачитан на заседании под председательством судьи Нуреддина Гусейнли.

    Суд назначил ему условное наказание с испытательным сроком в один год.

    Согласно обвинительному заключению, Э.Гусейн в бытность директором упомянутых медучреждений, вносил в официальные документы ложные данные. Он был обвинен в присвоении таким способом денежных средств, выделенных этим больницам из государственного бюджета.

    В обвинительном заключении указано, что Э.Гусейн за время работы директором Гобустанской ЦРБ присвоил денежные средства, выделенные на ремонт и техническое обслуживание компьютерного и периферийного оборудования больницы, а также часть денежных средств, выделенных на ремонт Шамахинской ЦРБ, деньги на покупку лекарственных препаратов для указанной больницы, и денежные средства, выделенные на другие цели.

    Ему были предъявлены обвинения по статьям 179.3.2 (присвоение или растрата, совершенные в крупном размере) и 313 (служебный подлог) Уголовного кодекса Азербайджанской Республики.

    Согласно судебным материалам, он вернул определенную часть похищенных средств в государственный бюджет.

    В своих показаниях Э.Гусейн заявил, что в настоящее время работает главным врачом в клинике Batı Göz.

  • Şamaxı və Qobustan xəstəxanalarının sabiq direktoruna HÖKM OXUNDU

    Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittiham olunan sabiq direktoru Emin Hüseynin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasən, ona bir il sınaq müddəti müəyyən edilməklə şərti cəza verilib.

    İttihama görə, Emin Hüseyn Qobustan və Şamaxı rayonlarının Mərkəzi xəstəxanalarında direktor vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatları daxil edib. O, bu yolla dövlət büdcəsindən həmin xəstəxanalara ayrılmış pul vəsaitlərini mənimsəməkdə təqsirləndirilib.

    İttihamda qeyd olunub ki, o, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyərkən xəstəxananın kompüter və periferiya avadanlıqlarının təmiri və texniki qulluq xidmətlərinin göstərilməsi ilə bağlı ayrılan vəsaiti, həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində işləyərkən xəstəxananın təmiri üçün ayrılmış pulun bir qismini, sözügedən xəstəxanaya dərman vasitələrinin alınmasına görə təyin olunan pulu və digər təyinatlarla ayrılmış vəsaitləri mənimsəyib.

    Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

    Məhkəmə materiallarına əsasən, o, mənimsənilən məbləğlərin müəyyən hissəsini dövlət büdcəsinə geri qaytarıb.

    Emin Hüseyn ifadəsində hazırda “Batı Göz” klinikasında baş həkim vəzifəsində işlədiyini bildirib.

  • Hoteli əxlaqsızlıq yuvasına çevirən qadın CƏZALANDIRILDI

    Astara şəhərində yerləşən “Panorama” hotel-restoranda əxlaqsızlıq yuvası təşkil edən qadın cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iaşə obyektinin icarədarı 1965-ci il təvəllüdlü Elnarə Babayeva (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvası təşkiletmə) maddəsi ilə iş açılıb.

    Araşdırmalar zamanı müəyyən edilib ki, E.Babayeva dəniz kənarında yerləşən hoteli 600 manat aylıq ödənişlə icarəyə götürərək işlədib. Bu müddət ərzində o, müxtəlif şəxslərin hoteldə pul qarşılığında görüşməsinə şərait yaradıb və bundan maddi gəlir əldə edib.

    Astara sakinlərindən birinin polisə müraciətindən sonra hoteldə əməliyyat keçirilib və əxlaqsızlıq yuvasının təşkil edilməsinin üstü açılıb.

    Cinayət işi üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən qadın onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib. Həkim rəyində də onda bağırsaq xərçəngi xəstəliyinin olması qeyd edilib.

    Astara Rayon Məhkəməsinin 22 aprel tarixli hökmü ilə Elnarəyə iki il islah işləri cəzası verilib.

  • Paytaxtda oğurluq edən şəxslər saxlanılıb

    Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

    Median.Az Unikal.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə metamfetamin aşkarlanıb.

    Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən üç evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluq edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7 min 150 manat maddi zərər vurub.

    Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3 min manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.