Month: April 2025

  • Память о Папе Римском будет почтена минутой молчания перед полуфиналами Лиги чемпионов

    Минута молчания в память о Папе Римском Франциске пройдет перед первыми полуфинальными матчами футбольной Лиги чемпионов.

    Об этом сообщает пресс-служба Союза европейских футбольных ассоциаций (УЕФА).

    29 апреля в Лондоне английский “Арсенал” примет французский “Пари Сен-Жермен”. 30 апреля испанская “Барселона” дома сыграет с итальянским “Интером”. Минута молчания также пройдет перед полуфиналами женской и юношеской Лиги чемпионов.

  • UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək

    Futbol üzrə Çempionlar Liqası çempionatının ilk yarımfinal oyunlarından əvvəl Roma Papası Fransiskin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat verib.

    Aprelin 29-da İngiltərənin “Arsenal” klubu Londonda Fransanın “PSJ” klubunu qəbul edəcək. Aprelin 30-da İspaniyanın “Barselona”sı doğma meydanda İtaliyanın “İnter”i ilə qarşılaşacaq. Həmçinin, qadınlar və gənclər arasında Çempionlar Liqasının yarımfinalından əvvəl də Roma Papası bir dəqiqəlik sükutla yad ediləcək.

    Daha əvvəl verilən məlumata görə, aprelin 21-də baş tutmalı olan İtaliya çempionatının oyunları Fransiskin ölümü ilə əlaqədar aprelin 23-nə təxirə salınıb.

  • Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

  • Regional kollecdə YENİ TƏYİNATLAR

    Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.

    Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib.

    O, bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirib.

    Agentliyin digər əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsinə Aslan Quliyev təyin olunub. O isə bu təyinatadək kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

    Xoşqədəm Xudiyeva Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat təhsilini başa vurub, 2022-2024-cü illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistr proqramını uğurla tamamlayıb. 2010-2024-cü illər ərzində Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub, həmçinin Təhsil İnstitutunda çalışıb.

    Aslan Quliyev Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə “Təhsilin təşkili və idarə olunması” magistr proqramında təhsilini davam etdirir. 2017-2024-cü illər ərzində müxtəlif məktəb və liseylərdə pedaqoji və inzibati vəzifələrdə fəaliyyət göstərib. Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator və icraçı direktor, Avropa Azərbaycan Məktəbində isə tədris üzrə müdir müavini vəzifələrində çalışıb.

  • Əvəz Zeynallı azadlığa buraxıldı

    “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə etdiyi müraciətlə bağlı yekun qərar verilib.

    Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə onlayn formatda keçirilən yekun prosesdə qərar elan edilərək, Əvəz Zeynallı azadlığa buraxılıb.

    Xatırladaq ki, vəkil Rəşad Əliyev müvəkkilinin xərçəng xəstəliyi ilə əlaqədar müayinə olunub, diaqnozunun təsdiq olunması və bu səbəbdən onun cəzasının qalan hissəsindən azad olunması ilə bağlı qərar çıxarılmasını məhkəmədən istəyib.

    Digər vəkil Fəxrəddin Mehdiyev də müvəkkilinin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, prosesin uzadılmamasını və qərar verilməsini xahiş edib.

    Müşavirədən sonra Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün tibbi şəhadətnamənin məhkəməyə verilməsinin təmin edilməsi ilə bağlı qərar qəbul olunub.

    Qərarda bildirilir ki, tibbi şəhadətləndirilmə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılsın. Həmin rəylər ixtisaslaşdırılmış ekspertlər tərəfindən həyata keçirilməklə 1 ay ərzində təqdim olunmalıdır.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

    Birinci instansiya məhkəməsinin hökmü ilə bağlı apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

    Daha sonra Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinə baxılaraq şikayət qismən təmin edilib.

    Əvəz Zeynallının cəzası iki ay, Elnur Şükürovun həbs müddəti isə bir il azaldılıb.

    Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • В Баку спор между водителями завершился убийством (ОБНОВЛЕНО)

    25 апреля около 8:00 утра в прокуратуру Хазарского района поступила информация об убийстве в поселке Бина Салима Алиева (1973 г.р.).

    Об этом сообщили в пресс-службе Генпрокуратуры.

    В ходе предварительного следствия возникли обоснованные подозрения в том, что Максим Ахмедов (1978 г.р.) преднамеренно убил С.Алиева, нанеся ему ножевые ранения на почве возникшего между ними конфликта.

    По данному факту в надзорном органе возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса Азербайджанской Республики.

    М.Ахмедов задержан в качестве подозреваемого по делу.

    Расследование продолжается.

    * * * * *

    Сегодня в Хазарском районе столицы произошло убийство.

    Как сообщает Qafqazinfo, в поселке Бина был убит Салим Алиев (1973 г.р.), получивший ножевое ранение в область сердца.

    Подозреваемый в совершении преступления Максим Ахмедов (1978 г.р.) был задержан сотрудниками Хазарского районного управления полиции.

    Убитый Салим Алиев работал маклером в поселке Бина. Сегодня утром С.Алиев и М.Ахмедов выехали друг другу на встречу на своих автомобилях, и между ними возник спор из-за того, кто первым проедет по дороге.

    Сообщается, что это и стало причиной инцидента.

    По данному факту ведется расследование.

  • Bakıda taksi sürücüsü ilə yol üstündə DAVA: Makler öldürüldü (YENİLƏNİB)

    Aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, ilkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda istintaq davam edir.

    * * * * *

    Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.

    Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Bildirilir ki, qətlə yetirilən Səlim Əliyev Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksim Əhmədovun taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib.

    Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəzada 10-cu sinif şagirdi öldü: Avtobus sürücüsü atasının da ölümünə səbəb olubmuş

    113 saylı marşrut xətti üzrə hərəkət edən avtobusla qəza törədən şəxs məhkəmə zalında həbs edilib.

    Qəza ilə bağlı maraqlı detallar üzə çıxıb. Məlum olub ki, avtobusu idarə edən şəxs sürücü yox, həmin şirkətdə elektrik işləyirmiş. Sürücülük vəsiqəsi də olmayıb.

    Median.Az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

    113 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Bülbülə qəsəbəsində “Mercedes-Benz” markalı minik avtomobili ilə toqquşub.

    Məlumata görə, qəzanın baş verməsinə səbəb avtobusun idarəetməni itirərək əks yolla gələn “Mercedes-Benz”ə çırpılması olub.

    Avtobusu idarə edən sürücü – 37 yaşlı Raufun həmin şirkətdə qeyri-rəsmi olaraq elektrik kimi çalışdığı müəyyən edilib. Onun sürücülük vəsiqəsi olmayıb.

    Diqqətçəkən başqa bir məqam isə Raufun daha əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi olub. Belə ki, o zaman yenə də sürücülük vəsiqəsi olmadığı halda atasına məxsus avtomobili idarə edərkən qəza törədib. Qəza zamanı atası yanında olub. Raufun atası həmin qəzada aldığı xəsarətlərdən dünyasını dəyişib. Buna görə Rauf həbs edilib və 5 il həbsdə qalıb.

    Avtobusla törətdiyi qəza ilə bağlı danışan Rauf deyib ki, həmin şirkətdə sürücü kimi çalışmayıb. Dediyinə görə, həmin vaxt iş yoldaşı ona zəng edərək narahat olduğunu, ürəyinin sıxıldığını bildirib.

    “Avtobusu qaraja gətirmək üçün getmişdim. Sərnişinlər düşmədilər ki, sonuncu dayanacağa qədər getsinlər. Yolda da belə bir qəza baş verdi”, – deyə Rauf ifadəsində qeyd edib.

    Məlumata görə, həmin gün avtobusu Vüsal Məmmədov adlı sürücü idarə edəcəkmiş. Raufun avtobusu həqiqətən də sürücünün səhhətinin pisləşməsinə görə idarə etməsi də şübhəli məqamdır. Şirkət Raufun avtobusu idarə etməsindən xəbərsiz olduğunu deyib.

    Qəza zamanı avtobusda olan sərnişinlər yüngül xəsarət alıblar. “Mercedes-Benz” markalı minik avtomobilində isə gənc idmançılar və müəllimləri olublar. Onlar Gəncədən Suraxanıya idman tədbirində iştirak etmək üçün gəliblərmiş.

    Ağır qəza zamanı avtomobildə olan sürücü, idman müəllimi olan şəxs və 3 gənc idmançı ağır xəsarət alıblar. Onlardan Fərid Seyidov baş nahiyəsindən xəsarət aldığı üçün vəziyyəti ağır olub.

    Xəstəxanaya çatdırılan Fərid bir neçə ayda 5 dəfə əməliyyat olunub. Uzun müalicələrə baxmayaraq, Fərid qəzadan 7 ay sonra dünyasını dəyişib.

    Qəzaya görə şirkət Raufdan şikayətçi olmayıb.

    Zərərçəkmiş şəxslər də Raufla barışıq əldə ediblər. Rauf zərərçəkmiş tərəflərə maddi köməklik də göstərib. Həmin məbləğlərin yığılmasına Raufun çalışdığı şirkətdəki iş yoldaşları da kömək ediblər.

    Məhkəmənin hökmü ilə Rauf 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Rauf məhkəmə zalında həbs olunub.

  • В Стамбуле стартовали закрытые переговоры России и Турции

    В Стамбуле начались двусторонние консультации между Турцией и Россией по вопросам ситуации на Ближнем Востоке.

    Как передает Median.Az со ссылкой на сообщения диписточника РИА Новости, переговоры проходят в закрытом режиме.

    По данным ТАСС, в консультациях принимают участие заместитель министра иностранных дел России Михаил Богданов и его турецкий коллега Бурак Акчапар Йылмаз. Ожидается, что стороны проведут всесторонний обмен мнениями по ключевым региональным темам – в первую очередь по ситуации в Сирии и Палестине.

    Об итогах консультаций официальные заявления пока не делались.

  • İstanbulda Rusiya və Türkiyə arasında qapalı danışıqlar başladı

    İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı ikitərəfli məsləhətləşmələr başlayıb.

    Bu barədə “RIA Novosti” diplomatik mənbəyə istinadən xəbər verib.

    Bildirilir ki, danışıqlar qapalı rejimdə keçirilir.

    Qeyd olunur ki, məsləhətləşmələrdə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və onun türkiyəli həmkarı Burak Akçapar Yılmaz iştirak edirlər.

    Tərəflərin əsas regional mövzular – ilk növbədə Suriya və Fələstindəki vəziyyət barədə hərtərəfli fikir mübadiləsi aparacaqları gözlənilir.

    Məsləhətləşmələrin nəticələri barədə hələlik rəsmi bəyanatlar verilməyib.