Month: April 2025

  • Иран и Россия договорились о поставках газа через территорию Азербайджана – ВИДЕО

    Иран и Россия подписали меморандум о поставках газа. Первый этап проекта предусматривает импорт 55 млрд кубометров газа в год из РФ.

    Как передает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”, об этом заявил министр нефти Ирана Мохсен Пакнежад на полях 18-й Постоянной комиссии по экономическому сотрудничеству между Ираном и Россией в Москве.

    После рассмотрения морских и наземных маршрутов стороны договорились использовать сухопутный маршрут через территорию Азербайджанской Республики (АР).

    Импортируемый из России газ должен передаваться в районе Астары, и необходимые координации между РФ и АР по этому вопросу находятся в процессе реализации.

    Проект также включает второй этап, детали которого будут рассмотрены и окончательно согласованы в надлежащее время.

  • İran və Rusiya Azərbaycan ərazisindən qaz nəqlinə dair razılıq əldə ediblər – VİDEO

    İran və Rusiya Azərbaycan ərazisindən qaz nəqlinə dair razılıq əldə edib.

    “Azad İran” Telegram kanalının məlumatına görə, bu barədə Moskvaya səfəri zamanı İranın neft naziri Möhsün Paknejad açıqlama verib.

    Nazir Rusiyadan İrana qaz nəqli ilə bağlı suala cavabında bildirib ki, daha əvvəl bu məqsədlə illik 55 milyard kubmetr qazın idxalı üçün Anlaşma Memorandumu imzalanıb.

    Paknejad qeyd edib ki, qazın daşınması üçün nəqliyyat marşrutlarının öyrənilməsi aparılıb və Azərbaycan ərazisindən keçən quru yolunun istifadəsi barədə razılıq əldə olunub.

    O, Rusiya qazının Astara bölgəsi vasitəsilə İrana çatdırılacağını vurğulayıb.

    “Rusiya ilə Azərbaycan arasında koordinasiya prosesi davam edir və bu planın ikinci mərhələsi gələcəkdə yekunlaşdırılacaq”, – deyə nazir əlavə edib.

  • Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

    Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə edilən yeni – 12-1-ci maddədə əksini tapıb.

    Qanuna əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

    Azərbaycan işarət dili eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.

  • Президент назначил национального координатора Азербайджана на WUF13

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал распоряжение о назначении национального координатора предстоящей в Баку в 2026 году XIII сессии Всемирного форума городов ООН (WUF13).

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Градостроительная деятельность в Азербайджане определена в качестве одной из основных стратегических целей устойчивого развития в “Национальных приоритетах социально-экономического развития: Азербайджан 2030”, утвержденных распоряжением Президента АР от 2 февраля 2021 года номер 2469, и в социально-экономической политике государства. В настоящее время в этом направлении предпринимаются последовательные и целенаправленные шаги, проекты, реализуемые в Баку и других городах республики с применением современных стандартов в области градостроительства и урбанизации, играют важную роль во всестороннем развитии страны. В освобожденных от оккупации Карабахском и Восточно-Зангезурском экономических районах планомерно и стремительными темпами продолжается процесс реконструкции сотен полностью разрушенных сел, поселков и городов.

    Опыт Азербайджана в сфере современного градостроительства был широко продемонстрирован на национальных градостроительных форумах, проведенных в 2022-2023 годах. Эти форумы, организованные впервые в регионе, создали платформу для самых содержательных дискуссий, связанных с градостроением.

    Успешная деятельность Азербайджана в сфере градостроительства получила достойную оценку, и было принято решение о проведении в 2026 году в Баку XIII сессии Всемирного форума городов (WUF13), считающегося крупномасштабным глобальным мероприятием. Высокий уровень организации этого престижного мероприятия, являющегося показателем уважения и доверия к Азербайджану, внесет значительный вклад в доведение до международной общественности стратегий развития и достижений страны в области устойчивого градостроительства.

    Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, в целях организации на высоком уровне предстоящей в Баку в 2026 году Тринадцатой сессии Всемирного форума городов (WUF13) и пропаганды в международном масштабе градостроительной деятельности нашей страны постановляю:

    1. назначить Анара Адиль оглу Гулиева национальным координатором Тринадцатой сессии Всемирного форума городов ООН Наций (WUF13);

    2. предоставить национальному координатору полномочия по проведению подготовительной работы к Тринадцатой сессии Всемирного форума городов ООН (WUF13);

    3. настоящее распоряжение вступает в силу со дня подписания.

  • Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib

    Prezidenti İlham Əliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edilib.

    Sərəncamda qeyd edilib ki, Milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilir.

  • Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək

    Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etməlidir.

    Sərəncamda deyilir ki, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı: “Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.

    “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.

    Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

    Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

    Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

    Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

  • Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

    Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumu müəyyən edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikası tərəfindən səlahiyyətli qurum Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müəyyən edilib.

    Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Azərbaycan Respublikasının səlahiyyətli qurumu müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.

  • Prezident “Nəqliyyat haqqında” Qanunda dəyişiklik barədə Fərman imzaladı

    Prezident İlham Əliyev “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Bu barədə President.Az-da məlumat dərc olunub.

    Qanunda edilmiş dəyişikliklə buradan tanış olmaq mumkündür.

  • ADY təhlükəli yüklərin daşınması üçün lisenziya almayacaq

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiqlənib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Bu siyahıya təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması daxil edilib.

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı da təsdiqlənib.

    Siyahıya təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazə daxil edilib.

  • Meyxanaçı həbs edildi

    Gəncə şəhərində meyxanaçı həbs edilib.

    Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü “Fərid Gəncəli” ləqəbi ilə tanınan Fərid Salahov aprelin 22-də Gəncə şəhəri ərazisində 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Gəncə şəhər Narkoloji Dispanserində ondan götürülən analiz zamanı qanında marixuana aşkarlanıb. O, ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub, polisin qanuni tələblərinə tabe olmayıb.

    Rəşadın barəsində İnzibati Xətalar Məcəlləsinin 206 (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

    İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Cəfərov özünü təqsirli bilib. O ifadəsində göstərib ki, musiqiçidir, meyxana deməklə məşğuldur: “Şəkər xəstəsiyəm, lakin əlilliyim yoxdur. Faktiki evli olsam da, nikahımı rəsmləşdirməmişəm. 2-3 il ildir narkotik vasitədən istifadə edirəm. Məclislərdə meyxana deyirəm, bəzi hallarda uyğun olmayan sözlər işlədirəm. Buna görə peşmanam. Xeyli vaxtdır, narkotik vasitə marixuana qəbul edirəm. Narkotikə görə polis tərəfindən saxlanılan zaman küçədə ucadan nalayiq sözlər işlətmişəm, polisin tələbinə tabe olmamışam”.

    Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Rəşad Cəfərov 15 gün müddətində inzibati qaydada həbs edilib.