Month: April 2025

  • AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır

    Azərbaycanın milli aviadaşıyıcısı AZAL uçuşların coğrafiyasını genişləndirməyə davam edir. İyul ayından etibarən aviaşirkət Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Əhmədabada birbaşa müntəzəm reyslərə başlayacaq.

    AZAL-dan bildirilib ki, ilk uçuş iyulun 4-də baş tutacaq. Bakı-Əhmədabad-Bakı marşrutu üzrə reyslər həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.

    Əhmədabad zəngin tarixi irsə və müasir həyata malik şəhərdir. Onun qədim hissəsi memarlıq nümunələri, mədəniyyət və dini ənənələrin sintezi ilə seçilir. Yeni Əhmədabad isə müasir göydələnlər, ticarət mərkəzləri və dinamik infrastrukturu ilə fərqlənir.

    Qeyd edək ki, hazırda AZAL Hindistanın Mumbai və Nyu-Dehli şəhərlərinə müntəzəm uçuşlar icra edir. Belə ki, Bakı-Mumbai-Bakı marşrutu üzrə həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri reyslər həyata keçirilir. İyunun 16-dan etibarən isə bu istiqamətdə uçuşlar hər gün nəzərdə tutulub.

    Eyni zamanda, Bakıdan Nyu-Dehli istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər yerinə yetirilir.

    Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

  • В UFC официально подтвердили, что Рафаэль Физиев выступит на турнире в Баку

    11-й номер рейтинга UFC в лёгком весе азербайджанец Рафаэль Физиев проведёт следующий поединок против 15-го номера рейтинга UFC в категории до 70 кг чилийца Игнасио Бохамондеса на турнире UFC в Баку (Азербайджан), который состоится 21 июня.

    Проведение поединка подтвердила пресс-служба промоушена.

    В последнем поединке, который состоялся 9 марта на турнире UFC 313 в Лас-Вегасе (штат Невада, США), Физиев разделил октагон с бывшим обладателем временного чемпионского титула UFC в лёгком весе американцем Джастином Гэтжи. Бой продлился все три раунда и завершился победой Гэтжи единогласным судейским решением.

    Что касается Бохамондеса, то чилиец идёт на серии из трёх побед. Всего на его счету 22 поединка в смешанных единоборствах, в которых он одержал 17 побед и потерпел пять поражений.

  • Fiziyevin Bakıda keçiriləcək UFC turnirindəki rəqibi müəyyənləşdi

    İyunun 21-də Bakıda keçiriləcək UFC (Ultimate Fighting Championship) turnirində Rafael Fiziyev İqnasio Bahamondes ilə qarşlışacaq.

    Təşkilatın Mətbuat Xidməti görüşün keçirilməsini təsdiqləyib.

    Bildirilir ki, R.Fiziyev 70 kiloqramadək çəki dərəcəsində növbəti görüşünü çilili idmançıya qarşı keçirəcək.

    Qeyd edək ki, Bakıda keçiriləcək turnirdə döyüşçülərimiz Tahir Abdullayev, Məhəmmədəli Osmanlı, Asəf Çopurovun da iştirak edəcəkləri gözlənilir.

  • Bəzi rayonlarda şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

    Aprelin 25-i saat 19:00-a olan məlumata əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Daşkəsən, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Şəmkir, Ağstafa, Qax, Tovuz, Sədərək, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl və Mingəçevirdə şimşək çaxır, arabir yağış yağır.

    Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Ağdamda 24, Tərtər və Goranboyda 23, Culfada 22, Şəki və Kəlbəcərdə 20, Gəncə və Xınalıqda 16 m/s-yə çatır.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-də 31, Aran rayonlarında 25, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınır.

  • Beynəlxalq axtarışa verilmiş üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya olundu

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Qoşqar Cabir oğlu Nadirov, Rəşad Aslan oğlu Rüstəmov və Tural Bəhram oğlu Məmmədovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

    Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

  • Feridun Sinirlioğlu: “ATƏT Azərbaycan və Ermənistanın sülh prosesini dəstəkləyəcək”

    “ATƏT Azərbaycan və Ermənistanın sülh prosesini dəstəkləyəcək”.

    Bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfarsında deyib.

    O bildirib ki, ATƏT Azərbaycanla əlaqəlilik, nəqliyyat və digər sahələrdə də əməkdaşlığı davam etdirəcək:

    “ATƏT strateji məsələlərdə Azərbaycana dəstək göstərməyə hazırdır”.
    //oxu.az

  • Джейхун Байрамов: Мы призываем страны-члены ОБСЕ предпринимать более гибкие шаги

    На протяжении 30 лет Азербайджан сталкивался с такими вызовами, как агрессия, оккупация и нарушение территориальной целостности. В связи с этим мы призываем страны-члены ОБСЕ предпринимать более гибкие шаги в указанных направлениях.

    Как сообщает Oxu.Az, об этом заявил министр иностранных дел Джейхун Байрамов на совместной пресс-конференции с генеральным секретарем ОБСЕ Феридуном Синирлиоглу.

    По словам министра, после освобождения оккупированных территорий в регионе сформировался новый статус-кво.

    “Таким образом, освободив свои земли от оккупации, Азербайджан закрыл страницу конфликта и выступил с инициативой построения устойчивого мира”, – отметил Дж.Байрамов.

  • Ceyhun Bayramov: “ATƏT-ə üzv ölkələrin daha çevik addımlar atmasını təşviq edirik”

    “Azərbaycan 30 il ərzində aqressiya, işğal, ərazi bütövlüyünün pozulması kimi problemlərlə üzləşmişdi. Ona görə də biz bu istiqamətlərdə ATƏT-ə üzv ölkələrin daha çevik addımlar atmasını təşviq edirik”.

    Bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

    Nazir əlavə edib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə regionda yeni status-kvo yaranıb:

    “Bununla da Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra artıq münaqişə səhifəsini bağlayıb, sülh qurmaq təşəbbüsü ilə çıxış edib”.
    //oxu.az

  • Azərbaycanın ən bahalı bazarı bu rayondadır

    Zaqatala sakinləri bazardakı qiymətlərdən şikayət edirlər. Sosial şəbəkələrdə tez-tez bu barədə paylaşımlar edilir. İddia edilir ki, hətta qiymətlər ətraf rayonlardan belə bahadır.

    Sakinlərin sözlərinə görə, bu bazarda əvvəldən qiymətlər yüksək olub. Bahalıq istər məişət əşyalarında, istər qida məhsullarında hiss olunur. Bəzi məhsulların vətəni olsa da Zaqatalada məsələn cəvizlər bahadır. Bunu həmçinin ticarətlər məşğul olanlar da təsdiqləyir. Daşınmaz əmlak qiymətlərinə də eynisini şamil etmək olar. Satıcıların sözlərinə görə, bahalıq hər ötən il daha da artır. Burda şəhərdəki evlər 100 mindən 1 milyona qədərdir.

    Araşdırmalarımıza əsasən, bazarda satılan oğanın bir kiloqramı 15-17, xalyar 27 manat, göyərtinin bir dəstəsi 50-60 qəpikdir. Əhali məhsulların kənardan gətirildiyi üçün baha olduğunu da düşünürlər.

    Bəs mütəxəssizlər bu bahaçılığı nə ilə əlaqələndirir?

    İqtisadçı ekspert Eyyub Kərimli Milli.Az-a bildirir ki, bu gün Zaqatalada müəyyən qiymətlərin baha olması kənar regionlardan gəlib orda yaşamaq istəyən insanların sayının çox olması və turistlik ərazi olması ilə əlaqədardır. Turistlik ərazi olması təbii ki, qiymətlərdə də öz əksini göstərir.

  • Azərbaycanda KREDİT FAİZLƏRİ azala bilər – Nazirlik banklara depozit yerləşdirdi

    “Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib. Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib”.

    Bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.

    O bildirib ki, fiskal qurum vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb.

    “Nazirlik iki həftə öncə bir milyard manat həcmində sərbəst qalığı dörd sistem əhəmiyyətli bankda, üç ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan etmişdi.

    Bəs büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

    Əvvəlla, Maliyyə Nazirliyinin depozitlərə üstünlük verməsi bank faizlərinə artıq təsir göstərib. Belə ki, cəmi iki həftə öncə vəsaiti 7.21 faizlə yerləşdirən nazirlik indi 0.17 faiz bənd daha az gəlir əldə edəcək. Çünki depozit gəlirlərində 7.04 faizədək azalma var. Aydındır ki, səbəb nazirlik tərəfindən ilk hərracda yerləşdirilən bir milyard manatın bankların likvidliyinə təsir etməsidir. Bu o deməkdir, Maliyyə Nazirliyi öz depozitləri ilə bank sektorunda faizlərə təsir göstərə bilib. Təbii ki, burada depozitlərin yerləşdirilməsi müddətlərinin fərqli olması da diqqətə alınmalıdır.

    İkincisi, mühüm məqamlardan biri depozit hərraclarda yerləşən bankların sayı ilə bağlıdır. Bu dəfə bankların sayı “1” ədəd artaraq dörddən beşə çatıb. Bu, heç də hərracların sayı ilə bankların sayı arasında korrelyasiyanın olması ilə bağlı deyil. Sistem əhəmiyyətli bankların sayı beş olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb. Aydındır ki, belə selektiv yanaşma bank sektoru üçün arzuolunan deyil. Çünki bu sektorda təmərküzləşmə baxımından daha çox diskrimativ effekt yarada bilər.

    Ümumiyyətlə, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar “yaxşı” və “pis oğlanlar” (good and bad guys) kimi qruplaşdırılmır. Bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur. Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq, “böyüklük ilə az risklik” arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər. Bu baxımdan, sırada neçənci dayanmaqdan daha çox, beynəlxalq reytinq önəmlidir.

    Üçüncüsü, Maliyyə Nazirliyinin depozit faizlərinə təsiri müsbət haldır. Çünki son aylar depozit faizlərində kəskin artımlar müşahidə olunurdu. Bu yolla Maliyyə Nazirliyi hətta kreditlərə belə təsir göstərib faizləri azalda bilər: hətta bu fiskal məqsəd olmasa da belə.

    Son depozitlər göstərir ki, büdcə vəsaitlərin istifadəsi ilə bağlı yeni yanaşma nümayiş etdirilir. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə bağlı fəaliyyətlər təqdirəlayiqdir. Bununla yanaşı, bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır”.