Month: April 2025

  • Пожар на объекте в поселке Кюрдаханы полностью потушен

    В Республиканский центр скорой и неотложной медицинской помощи 24 апреля в 9:40 поступил вызов в связи с пожаром на территории поселка Кюрдаханы.

    Об этом сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “На место происшествия были направлены две бригады скорой медицинской помощи. Обращений не зарегистрировано”, – отметили в информации.

  • Kürdəxanıda obyektdəki yanğın TAM SÖNDÜRÜLÜB – Əraziyə 12 yanğınsöndürən avtomobili cəlb olunub

    “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24 aprel saat 9:40-da Kürdəxanı ərazisində yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub”.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    “Çağırış ünvanına iki təcili tibbi yardım briqadası cəlb olunub. Müraciət qeydə alınmayıb”, – deyə bildirilib.

  • Врач предупредила об опасности “лечебного голодания”

    Несмотря на растущую популярность так называемого “лечебного голодания”, научные исследования не подтверждают его пользу для здоровья. Более того, существуют данные, указывающие на серьезные риски, связанные с такими практиками.

    Об этом рассказала в интервью gazeta.ru российский врач-эндокринолог, диетолог, кандидат медицинских наук Оксана Михалева.

    По словам специалиста, голодание может быть краткосрочным (полное ограничение калорий менее трех суток) или длительным (более четырех суток). Хотя некоторые исследования зафиксировали положительные эффекты голодания, такие как снижение массы тела на 2-10% и улучшение показателей глюкозы и инсулина, эти изменения оказались кратковременными и не принесли существенной пользы здоровью.

    “Проблема в том, что при голодании происходит потеря не только жировой, но и мышечной массы, причем последняя составляет примерно две трети от общей потери веса, – предупреждает Михалева. – Саркопения (потеря мышечной массы) может привести к развитию остеопороза, саркопенического ожирения, инсулинорезистентности и других опасных состояний. После 50 лет восстановить утраченную мышечную массу практически невозможно”.

    Кроме того, голодание чревато развитием метаболического ацидоза или кетоза, когда организм пытается получить энергию из токсичных кетоновых тел. Это может вызвать нарушения работы ЖКТ, диарею, боли в животе, негативно повлиять на головной мозг, спровоцировать головные боли, ухудшение когнитивных функций, апатию и депрессию. Возрастает и риск инфекционных заболеваний.

    Голодание противопоказано при хронических заболеваниях, в детском и пожилом возрасте. Описаны случаи серьезных осложнений, таких как тромбоэмболия глубоких вен, развившаяся к концу второй недели голодания из-за обезвоживания и дефицита белка.

    “Люди, прибегающие к голоданию ради детокса, на самом деле лишь нарушают свое здоровье, – подчеркивает Михалева. – Запасы полезных веществ быстро истощаются, усиливается оксидативный стресс, повышается риск различных заболеваний. Сам процесс детоксикации при этом нарушается, так как все силы организма уходят на поддержание жизнедеятельности”.

    Врач также предостерегает от использования клизм во время голодания: вместо очищения они могут нанести серьезный вред, вымывая полезную микробиоту кишечника и повышая риск заболеваний нижних отделов ЖКТ.

  • Müalicəvi aclığın təhlükələri – Həkimdən xəbərdarlıq

    Müalicəvi aclığın getdikcə populyarlaşmasına baxmayaraq, elmi araşdırmalar onun sağlamlıq üçün faydalarını təsdiqləmir, eyni zamanda, bununla bağlı ciddi risklərin olduğu bildirilir.

    Bu barədə gazeta.ru saytına müsahibəsində rusiyalı endokrinoloq, diyetoloq, tibb elmləri namizədi Oksana Mixalyova danışıb.

    Mütəxəssisin fikrincə, aclıq qısamüddətli (üç gündən az müddətə kalorilərin tam məhdudlaşdırılması) və ya uzunmüddətli (dörd gündən çox) ola bilər. Bəzi tədqiqatlar aclığın bədən kütləsinin 2-10% azalması, qlükoza və insulin səviyyələrinin yaxşılaşması kimi müsbət təsirlərini qeyd etsə də, bu dəyişikliklər qısamüddətli olub və sağlamlığa əhəmiyyətli fayda verməyib.

    “Problem ondadır ki, aclıq zamanı təkcə yağ deyil, həm də əzələ kütləsi itirilir, sonuncu isə ümumi çəki itkisinin təxminən üçdə ikisini təşkil edir. Sarkopeniya (əzələ kütləsinin itirilməsi) osteoporoz, sarkopenik piylənmə, insulin müqaviməti və digər təhlükəli vəziyyətlərin inkişafına səbəb ola bilər. 50 yaşdan sonra itirilmiş əzələ kütləsini bərpa etmək, demək olar ki, mümkün deyil”, – deyə Mixalyova xəbərdarlıq edib.

    Bundan əlavə, aclıq zamanı metabolik asidoz və ya ketozun inkişafı ola bilər ki, bu zaman orqanizm enerjini zəhərli keton cisimlərindən almağa çalışır. Bu, mədə-bağırsaq pozğunluğuna, ishal, qarın, baş ağrılarına səbəb ola, beyinə mənfi təsir göstərə, idrak funksiyalarının pisləşməsinə, apatiya və depressiyaya səbəb ola bilər. Həmçinin, infeksion xəstəliklərə yoluxma riski də artır.

    Xroniki xəstəliyi olan şəxslərə, uşaqlara və qocalara ac qalmaq olmaz. Susuzlaşma və zülal çatışmazlığı səbəbindən aclığın ikinci həftəsinin sonunda dərin venaların tromboemboliyası kimi ciddi fəsadlara da rast gəlinir.

    “Detoks üçün ac qalan insanlar əslində yalnız sağlamlıqlarına zərər verirlər. Faydalı maddələrin ehtiyatları tez tükənir, oksidativ stres artır, müxtəlif xəstəliklərin yaranma riski artır. Bədənin bütün gücü həyat fəaliyyətinin qorunub saxlanmasına sərf edildiyi üçün detoksifikasiya prosesi pozulur”, – deyə o vurğulayıb.

  • Komitə sədri: “Pensiya yaşının azaldılması gündəmdə deyil”

    “Bəzi saytlarda pensiya yaşının azaldılması ilə bağlı gedən xəbərlərin başlığı məzmunu əks etdirmir”.

    Median.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

    Komitə sədri bildirib ki, həmin layihədə məzmun tamamilə başqadır:

    “Bizim parlamentin Əmək və sosial siyasət komitəsində baxdığımız “Əmək pensiyaları” haqqında qanuna təklif edilən dəyişikliklərin məqsədi pensiya yaşının azaldılması ilə bağlı deyil, sadəcə güzəştli şərtlərlə pensiya alanların pensiyalarının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi ilə bağlı idi. Yəni dövlətin öhdəliyi və Dövlət Sosial Müdafiə Fondunun öhdəliyi arasındakı münasibətlərin tənzimlənməsi idi. Burada pensiya yaşının azaldılmasından söhbət getmir. Doğrudur, bir qrup insanımız güzəştli şərtlərlə 65 yaşından qabaq pensiyaya çıxırlar. Onlar hərbi qulluqçular, ağır və təhlükəli şəraitdə ən azı 10 il işləyən şəxslər, 5 və daha çox uşağı olan analar (əgər ana yoxdursa, atalar), əlil uşağa baxan analar, yaxud xəstə, ahıl adama baxan insanlardır ki, onların pensiya kapitalı stajdan asılı olmayaraq formalaşır və onlar daha güzəştli şərtlərlə 60 və daha tez yaşda pensiyaya çıxa bilirlər. Təxminən 200 min pensiyaçımız güzəştli şərtlərlə pensiya alanlardır. Yəni 65 yaşına çatmamış pensiyaya çıxan şəxslərdir. Bu bizim qanunvericilikdə var və yeni dəyişiklik deyil”, – deyə o bildirib.

  • Flora Kərimovanın SƏSİ BATDI

    Xalq artisti Flora Kərimovanın səsi batıb.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə verilişlərin birində məlumat verilib.

    “Əməkdaşlarımız indi Flora xanımla əlaqə saxladı. Nasazdır, səsi batıb. Danışa bilmir. Özünüzü qoruyun. Siz bizə lazımsınız”.

  • Мадат Гулиев подал в отставку с должности президента федерации

    Президент Федерации велосипедного спорта Азербайджана Мадат Гулиев подал в отставку.

    Национальный герой Азербайджана, генерал-полковник Мадат Гулиев принял решение уйти в отставку с поста президента Федерации велоспорта в связи со спецификой своей работы в должности заместителя секретаря Совета Безопасности АР.

    Отметим, что Мадат Гулиев являлся президентом Федерации велоспорта Азербайджана с ноября 2021 года.

  • Mədət Quliyev federasiya prezidenti vəzifəsindən İSTEFA VERDİ

    Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev istefa verib.

    Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəlib.

    Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidentidir.

  • Ильхам Алиев встретился в Пекине с главой компании China Energy Engineering Corporation Limited – ФОТО

    24 апреля Президент Азербайджанской Республики Ильхам Алиев встретился в Пекине с председателем компании China Energy Engineering Corporation Limited (Energy China) Сун Хайляном.

    Как сообщает АЗЕРТАДЖ, на встрече было подчеркнуто, что компания China Energy Engineering Corporation Limited в настоящее время реализует в Азербайджане несколько проектов. В частности, она является подрядчиком мегапроекта ветроэнергетики мощностью 1 гигаватт в Каспийском море. China Energy Engineering Corporation Limited вложила инвестиции в проект солнечной энергии и другие проекты в Физулинском районе.

    Сун Хайлян выступил с предложениями о сотрудничестве возглавляемой им компании с Азербайджаном по энергетическим коридорам.

    Глава государства коснулся приоритетности и стратегического характера сотрудничества с компанией China Energy Engineering Corporation Limited.

    В ходе беседы состоялся обмен мнениями о долгосрочном совместном проекте энергетического планирования. Следует отметить, что документ об этом также был подписан в рамках государственного визита Президента Азербайджана в Китай.

    На встрече обсуждались вопросы, связанные с созданием в Азербайджане в будущем центра энергетических исследований. С учетом большого опыта компании в области водного управления состоялся обмен мнениями о сотрудничестве и в этой сфере.

    Отметим, что компания, сфера деятельности которой, наряду с проектами в области возобновляемой энергии, охватывает и такие направления, как водородная энергия, хранение энергии и строительство крупных электросетей, имеет 256 филиалов в 147 странах. В настоящее время она реализует 416 проектов и контролирует 50% рынка возобновляемой энергии Китая.



  • İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin sədri Sonq Hailianq ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “China Energy Engineering Corporation Limited” şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulanıb. Qeyd edilib ki, şirkət Xəzər dənizində 1 giqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. “China Energy Engineering Corporation Limited” Füzuli rayonunda Günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb.

    Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış edib.

    Dövlətimizin başçısı “China Energy Engineering Corporation Limited” şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxunub.

    Söhbət zamanı uzunmüddətli birgə enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.

    Görüşdə Azərbaycanda gələcəkdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, fəaliyyət dairəsinə bərpaolunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50 faizinə nəzarət edir.