Month: April 2025

  • Tələbələrimiz qondarma erməni soyqırımı ilə bağlı tədbiri ləğv etdirdilər

    ABŞ-də təhsil alan azərbaycanlı tələbələr qondarma erməni soyqırımının “anım günü”ndə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayişinin qarşısını alıblar.

    Bu barədə Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində magistr təhsili alan Ceyhun Xəlilov sosial şəbəkə hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

    “Aprelin 24-ü Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində qondarma erməni soyqırımının “anım günü”ndə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdirilməsi nəzərdə tutulurdu. Bunu görən kimi bazar ertəsi digər magistr tələbələri İnqilab Hüseynzadə və Murad Qurbanovla “LLM Advising Office”ə (universitetin magistr mərkəzi) yollandıq. Münaqişənin tarixi, 1905-ci ildən bəri Azərbaycan xalqının məruz qaldığı sistematik qırğınlar, BMT-nin dörd qətnaməsi, Xocalı soyqırımı və ən əsası – hazırda davam edən sülh danışıqlarından söz açdıq. Ermənilərin tədbirinin Azərbaycanı birbaşa soyqırımında günahlandırdığını diqqətlərinə çatdırdıq. Əlavə olaraq, tədbirin təsviri hissəsində “arts**h” sözünün işlədilməsinin bizim ərazi suverenliyimizə birbaşa zidd olduğunu bildirdik.

    Növbəti gün “Advising Office”in rəhbəri hər üçümüzü şəxsən qəbul edərək uzun müzakirə apardı. Qeyd etdi ki, tədbir kifayət qədər “offensive”də olsa, insanların sağlamlığı üçün ciddi təhdidlər də olsa, bütün deyilənlər yalan da olsa, ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən, heç kimin tədbiri ləğv etmək hüququ yoxdur. Bu halda biz də Azərbaycana qarşı baş verən qırğınlar, habelə Vətən müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açmaq istədiyimizi dedik.

    Daha sonra tədbirin təşkilatçısı olan İnsan Hüquqları Mərkəzinin direktor müavini ilə bu məsələni müzakirə etdik. Bütün narazılıqlarımızı və etirazlarımızı bildirdik. Qeyd etdik ki, hüquq fakültəsində dərs deyən Beynəlxalq Ədalət Məhkəməsinin köhnə sədri, hakim Coan Donahyu belə qeyd edir ki, münaqişə artıq bitib. Və bu tədbirin keçirilməsi yalnız provokativ xarakter daşıyır. Sülh danışıqlarına xələl gətirir.

    Nəticədə əvvəlcə qondarma qurumun tarixin ən qaranlıq nöqtəsinə göndərilmiş adı silindi. Direktor müavini isə bildirdi ki, tədbir başlamazdan əvvəl özü şəxsən təkzib verərək bu tədbirin qondarma hadisələrin “anım günü”nə heç bir aidiyyəti olmadığını bildirəcək.

    Və bu gün artıq tədbir ləğv edildi. Ola bilsin, onlar bu filmi başqa vaxt başqa yerdə nümayiş etdirəcəklər, bizim də bunun qarşısını almağa gücümüz çatmayacaq. Amma bu gün qarşısını ala bildik”.

    Qeyd edək ki, hər üç tələbə ötən il “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-26-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüd qazanmaqla ABŞ-nin nüfuzlu Berkli Kaliforniya Universitetinin hüquq üzrə magistratura pilləsinə qəbul olublar.

  • Никол Пашинян осудил сжигание флагов Азербайджана и Турции

    Премьер-министр Армении Никол Пашинян осудил сжигание флагов Турции и Азербайджана во время факельного шествия, состоявшегося накануне вечером в Ереване, и назвал это провокацией.

    Как передает Median.Az, об этом сообщила “Арменпресс” пресс-секретарь премьера Назели Багдасарян.

    “Премьер-министр Пашинян осуждает такую практику, считая ее безответственной и неприемлемой. Сожжение флагов международно признанного государства, особенно соседних государств, не может рассматриваться главой государства иначе. Это провокационная и подстрекательская практика”, – отметила она.

  • Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

    Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün axşam saatlarında İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

    “Baş nazir Paşinyan belə bir praktikanı qınayır, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribatçı və qızışdırıcı praktikadır”, – deyə o qeyd edib.

  • В результате землетрясения в Стамбуле произошел разрыв участка разлома длиной около 35 км

    В результате вчерашних землетрясений в Мраморном море произошел разрыв участка разлома длиной около 35 км и шириной 9.5 км.

    В предварительном отчете Управления по предотвращению и ликвидации последствий чрезвычайных ситуаций при правительстве Турции (AFAD) о землетрясении магнитудой 6.2 в Стамбуле сообщается, что после основного толчка было зарегистрировано в общей сложности 184 афтершока, в том числе 7 толчков магнитудой 4 и выше.

    Подчеркивается, что эти толчки в основном происходили на северном краю центральной впадины Мраморного моря и в районах, близких к основной линии разлома.

    По предварительной оценке Научного совета AFAD по землетрясениям, на линии разлома произошло смещение примерно на 30 см.

    Напомним, 23 апреля у побережья Силиври в Стамбуле в 12:49 по местному времени произошло землетрясение магнитудой 6.2, которое было ощутимо в соседних провинциях. Подземный толчок был зарегистрирован в центральном сегменте Северо-Анатолийского разлома на глубине около 7 км. Подчеркивается, что землетрясение длилось около 13 секунд и ощущалось на территории 300 км.

  • AFAD: İstanbul zəlzələsində 35 kilometrlik qırılma xətti parçalandı

    Mərmərə dənizində dünən baş verən zəlzələlər nəticəsində təxminən 35 kilometr uzunluğunda və 9.5 kilometr enində olan bir qırılma seqmenti parçalanıb.

    Median.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Mərmərə Dənizində baş verən 6.2 bal gücündəki zəlzələyə dair ilkin hesabatında xəbər verib.

    AFAD-ın məlumatına görə, əsas təkandan sonra 4 və daha böyük gücdə olan 7 təkan da daxil olmaqla, ümumilikdə 184 təkrar silkələnmə qeydə alınıb. Bu təkanların əsasən Mərmərə Orta Çuxurunun şimal kənarında və əsas qırılma xəttinə yaxın bölgələrdə baş verdiyi vurğulanıb.

    AFAD Zəlzələ Elm Şurası tərəfindən aparılan ilkin qiymətləndirməyə görə, qırılma xəttində təxminən 30 santimetrlik yerdəyişmə baş verib.

    Xatırladaq ki, aprelin 23-də İstanbulun Silivri sahillərində yerli vaxtla saat 12:49-da 6.2 bal gücündə zəlzələ baş verib və həm İstanbulda, həm də ətraf vilayətlərdə vətəndaşlar arasında təşvişə səbəb olub. Yeraltı təkanın Şimali Anadolu Qırılma Xəttinin Orta Mərmərə seqmentində, yerin təxminən 7 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin təxminən 13 saniyə davam etdiyi və 300 kilometrlik bir ərazidə hiss edildiyi vurğulanıb.

  • В Азербайджан привезли гнилые бананы – ФОТО

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) сообщило о выявлении несоответствий в партиях бананов и абрикосовых косточек, импортированных в страну из Эквадора и Ирана соответственно.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу агентства, сотрудники АПБА при осмотре 24 т бананов, ввезенных ООО Aferol Qida из Эквадора, обнаружили явные признаки гниения продукции.

    При анализе образцов из партии абрикосовых косточек весом 320 кг, импортированных ООО Yedcon 2024 из Ирана от производителя Bazargani Mobin Artın Nikan, выяснилось, что содержание афлатоксина B1 превышает допустимые нормы.

    В связи с фактами выявленных нарушений АПБА приняло решение о вывозе непригодных для потребления продуктов за пределы таможенной территории, их уничтожении или утилизации. Соответствующие партии были ликвидированы.

  • Azərbaycana gətirilən 24 ton banan məhv edildi – FOTO

    Ekvadordan və İrandan Azərbaycana gətirilən banan və ərik dənəsi partiyalarında uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    AQTA əməkdaşları “Aferol Qida” MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna baxış keçirən zaman aşkar korlanma (çürümə) halı aşkarlanıb.

    “Yedcon 2024” MMC-nin İrandan idxal etdiyi “Bazargani Mobin Artın Nikan” şirkətinin istehsalı olan 320 kq ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində isə “Aflatoksin B1″in miqdarının normadan artıq olduğu müəyyən edilib.

    Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.



  • Agentlik sədri Sumqayıt üzrə rəisi işdən çıxartdı

    Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin rəisi vəzifəsindən azad edilib.

    Median.Az Valyuta.az-a istinadən xəbər verir ki, Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə Orxan Tofiq oğlu Ağayev vəzifəsindən azad olunub.

    Digər əmrlə Elşən Əli oğlu Musazadə Sumqayıt Regional Reklam İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

  • В некоторых районах шли дожди с грозами – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на 11:00 24 апреля в некоторых районах Азербайджана наблюдались кратковременные дожди с грозами. В Нахчыванской АР прошли ливни.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Количество выпавших осадков в Шаруре составило 24 мм, Шахбузе – 19 мм, Садараке – 15 мм, Нахчыване – 8 мм, Лянкяране – 6 мм, Бейлагане, Джульфе, Ордубаде, Ярдымлы, Гедабее, Лерике, Имишли, Сабирабаде, Джафархане, Нефтчале, Билясуваре, Астаре, Джалилабаде, Кельбаджаре, Зангилане, Лачыне, Физули и Дашкесане – 4 мм, Баку и на Абшеронском полуострове – 2 мм.

    Дул западный ветер, наиболее сильные порывы в Гёйгёле достигали 23 м/с, Дашкесане – 18 м/с.

    Максимальная температура воздуха в Баку и на Абшеронском полуострове составила 26, Нахчыванской АР – 22, низменных районах – 28, горах – 18 градусов тепла.

  • Bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

    Aprelin 24-də saat 11:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Naxçıvan MR-də yağıntılar leysan xarakterli olub.

    Belə ki, düşən yağıntının miqdarı Şərurda 24, Şahbuzda 19, Sədərəkdə 15, Naxçıvanda 8, Lənkəranda 6, Beyləqan, Culfa, Ordubad, Yardımlı, Gədəbəy, Lerik, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astara, Cəlilabad, Kəlbəcər, Zəngilan, Laçın, Füzuli və Daşkəsəndə 4, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

    Qərb küləyi əsib, küləyin sürəti Göygöldə 23 m/s, Daşkəsəndə 18 m/s-dək güclənib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-də 22, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.