Month: April 2025

  • Yeni Papanın seçilməsi üçün ilkin tarix açıqlandı

    Roma Papası Fransiskin vəfatından sonra konklavın (yeni Papa seçkisinin) mayın 5-də başlanması gözlənilir.

    Bu barədə Müqəddəs Taxtın Mətbuat Xidmətindən xəbər verilib.

    Bildirilib ki, bu tarix dəfn mərasimindən sonra yekun olaraq təsdiqlənəcək.

    Vurğulanır ki, Vatikanda keçirilən kardinal yığıncağında novendial (9 günlük matəm mərasimi) mayın 4-dək davam edəcək. Bu dövrdə hər gün Müqəddəs Pyotr kilsəsində dini mərasimlər keçiriləcək.

    Kardinallar Kollegiyası 252 kilsə knyazından ibarətdir, onlardan 135-i səs vermək hüququna malik olaraq konklavda iştirak edəcəklər. Bunlara 80 yaşadək olan kardinallar aiddir və onların hər biri Papa taxtına potensial namizəd hesab edilə bilər. Konklav Sikst kapellasında keçirilir. Hər gün dörd səsvermə olacaq. Roma Papası seçilmək üçün səslərin üçdəikisini toplamaq lazımdır. Roma Katolik Kilsəsinin yeni başçısının seçilməsi haqqında Müqəddəs Pyotr meydanından yaxşı görünən borudan çıxan ağ tüstü xəbər verir.

    Xatırladaq ki, Papa Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. Ölüm səbəbi kimi insult və ürəyin dayanması göstərilir. O, vəsiyyətinə uyğun olaraq, Santa-Maria-Madjor kilsəsində dəfn ediləcək. Dəfn mərasimi 26 apreldə keçiriləcək. Fransiskin vətəni olan Argentinada onun ölümü ilə əlaqədar bir həftəlik matəm elan edilib.

  • В Азербайджане произошло землетрясение

    В Исмайыллы произошло землетрясение магнитудой 3.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы.

    Подземные толчки были зафиксированы в 14:12.

    Очаг стихии залегал на глубине 5 км.

  • İsmayıllıda zəlzələ OLDU

    İsmayıllıda zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Maqnitudası 3 olan yeraltı təkan yerli vaxtla saat 14:12-də, 5 km dərinlikdə baş verib.

  • Unudulmuş xəstəliklər qayıdır – ÜST-dən narahatlıq doğuran XƏBƏRDARLIQ

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın bir çox ölkəsində əhalinin vaksinasiya proqramlarının azalması ilə bağlı ciddi narahatlığını ifadə edib. Bildirilir ki, bu təşvişdoğuran tendensiya qızılca, meningit və sarı qızdırma kimi ölümcül xəstəliklərin yayılmasının artması fonunda müşahidə olunur.

    Bu barədə təşkilatın saytında yayılan bəyanatda qeyd edilib.

    Bildirilib ki, vaksinasiya sahəsində kifayət qədər səy göstərilməməsi, demək olar ki, yox olmuş xəstəliklərin, o cümlədən difteriyanın geri qayıtmasına səbəb ola bilər. Təşkilatın ekspertlərində xüsusi narahatlıq doğuran məsələlərdən digəri 2021-ci ildən bəri xəstələnmə hallarının davamlı artdığı qızılca ilə bağlı vəziyyətdir.

    “Qızılca xəstəliyinin artması, koronavirus pandemiyası zamanı və ondan sonra bir çox icmalarda baş verən immunizasiya əhatəsinin azalmasını əks etdirir”, – deyə bəyanatda qeyd edilib.

  • Sumqayıt Şəhər Məhkəməsinə YENİ TƏYİNAT – FOTO

    Sumqayıt Şəhər Məhkəməsinə yeni təyinat olub.

    Bu barədə məhkəmə məlumat yayıb.

    Bildirilib ki, məhkəmənin hakimi Samir İsmayılov kütləvi informasiya vasitələri (KİV) ilə əlaqələrə məsul şəxs təyin edilib.

  • Продолжается судебный процесс над армянами, обвиняемыми в совершении военных преступлений

    В Азербайджане продолжается судебное разбирательство по уголовному делу лиц армянского происхождения, обвиняемых в совершении военных преступлений.

    Заседание суда проходит в Бакинском судебном комплексе под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    На предыдущем процессе потерпевшие дали показания.

    Отметим, что лица армянского происхождения обвиняются в преступлениях против мира и человечности, военных преступлениях, включая ведение агрессивной войны, геноцид, принудительное переселение населения, преследования, пытки, грабеж и другие незаконные действия, совершенные государством Армения и её вооруженными силами, а также так называемой “нагорно-карабахской республикой”, созданной Арменией на оккупированных территориях Азербайджана, и её незаконными вооружёнными формированиями.

    Добавим, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam etdirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

  • Suraxanıda qəbiristanlıqdan oğurluq edən şəxs tutulub

    Aprelin 23-də Bakının Suraxanı rayonunda yerləşən qəbiristanlıqların birində oğurluq hadisəsi qeydə alınıb.

    Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində baş verib. Məlumata görə, qəbiristanlıqdakı məzarlardan birinin ətrafına çəkilmiş 400 manat dəyərində dəmir barmaqlıqlar oğurlanıb.

    Əməli törədən şəxsi polis artıq saxlayıb.

    Onun qəbiristanlıqdakı digər bir məzardan da 350 manat dəyərində dəmir çəpərləri oğurladığı məlum olub.

    //APA

  • “Tərtər işi” ilə bağlı ittiham olunanlar və zərərçəkənlər işə xitam verilməsini istəyiblər

    “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin – Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində hökmdən verilən kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Əliyev ona qarşı sürülən ittihamla razılaşmayıb.

    Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.

    Vəkillər bildirib ki, şəxs bir cinayət işi üzrə bir dəfə ittiham olunaraq cəza çəkməlidir: “Təqsirləndirilən şəxslər bu cinayət işi üzrə ittiham olunub. Məhkəmənin hökmü ilə onlar azadlıqdan məhrum etmə cəzasına da məhkum ediliblər. 44 günlük Vətən müharibəsi başlayan zaman onlar öz arzuları ilə müharibədə iştirak etmək istədiklərini bildiriblər. Cəzaları şərti cəza ilə dəyişdirilib və onlar müharibədə iştirak ediblər. Amma bu, məhkəmədə nəzərə alınmayıb”.

    İş üzrə zərərçəkən şəxslər də ifadələrində bildiriblər ki, əsl cinayətkarlar hazırda müttəhim kürsüsündə olanlar deyil.

    Onlar qeyd edib ki, buna görə də dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, aşağı instansiya məhkəməsinin hökmü, Bakı Apellyasiya Məhkəməsinin hökmlə bağlı qərarı ləğv edilərək cinayət işinə xitam verilməli, əsl günahkarların cəzalandırılması üçün cinayət işi ibtidai istintaqa qaytarılmalıdır.

    Onlar iddia ediblər ki, cinayət işi düzgün araşdırılmayıb və əsl cinayətkarlar azadlıqdadırlar: “İş prokurorluqda düzgün araşdırılmayıb. İşin yenidən ədalətli araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş edirik”.

    Hakim deyib ki, qanunvericiliyə görə, Ali Məhkəmənin cinayət işini ibtidai istintaqa qaytarmasına səlahiyyəti yoxdur.

    Məhkəmənin qərarının növbəti prosesdə elan olunacağı bildirilib.

    Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verərək hər birinin cəzasını üç ay azaltmışdı.

    Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

    Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.