Почти 240 турецких граждан получили травмы при землетрясении в районе Стамбула и его окрестностей в среду.
Как передает report, об этом сообщил глава Минздрава Турции Кемаль Мемишоглу в оперативном штабе департамента ЧС.
“В общей сложности 236 наших граждан получили травмы после землетрясения, в основном вследствие того, что в панике выпрыгивали из домов. Из них 173 непосредственно в Стамбуле”, – сказал министр, добавив, что большинству пострадавших госпитализация не потребовалась.
“Помощь им была оказана на месте”, – отметил он.
Отметим, что сегодня с 12:50 по местному времени в Стамбуле произошла серия землетрясений, максимальная магнитуда которых достигала 6,2. Местные власти сообщали, что в результате землетрясения пострадал 151 человек.
Month: April 2025
-
Почти 240 человек пострадали при землетрясении в Стамбуле
-
İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb
İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb.
Report xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD)operativ qərargahında məlumat verib.Onun sözlərinə görə, yaralıların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlara yerindəcə köməklik göstərilib:
“Zəlzələ nəticəsində ümumilikdə 236 vətəndaşımız xəsarət alıb. Əsasən insanlar təşviş içində evlərindən çölə çıxan zamanı xəsarət alıblar. Onlardan 173-ü birbaşa İstanbuldadır”.
-
В Кяльбаджаре один человек погиб в ДТП с бетономешалкой
В Кяльбаджаре произошло дорожно-транспортное происшествие со смертельным исходом.
Как сообщает западное бюро report, легковой автомобиль марки KIA столкнулся с двигавшейся во встречном направлении автобетономешалкой.В результате инцидента водитель легковушки Азад Зейналов, 1957 года рождения, скончался от полученных травм на месте происшествия.
По факту начато расследование.
-
Kəlbəcərdə minik avtomobili betonqarışdıran maşınla toqquşub, ölən var
Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Report-un Qərb bürosunun məlumatına görə, rayon ərazisində “KİA” markalı minik avtomobili qarşıdan gələn betonqarışdıran maşınla \toqquşub.Hadisə zamanı minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
-
Mingəçevirdə qadın boşqabla ərinin başını yardı

Mingəçevirdə qadın boşqabla ərinin başını yarıb.
Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisindəki evlərdən birində baş verib. Ailədaxili münaqişə və mübahisə zəminində həyat yoldaşı 1984-cü il təvəllüdlü şəhər sakini İsmayılov Ramil Hacıağa oğlunun başına boşqabla ağır xəsarət yetirib.
Xəstəxanaya çatdırılan kişiyə alın-baş nahiyəsinə zəruri tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
-
Əhalinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah saat 09:00-dan Abşeron rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, buna səbəb “Qaradağ-Sumqayıt” yüksəktəzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləridir.
“Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd olunub.
-
Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq

Daxili İşlər Nazirliyi avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq edib.
Bu barədə nazirlikdən məlumat verilib.Bildirilib ki, sərnişinlərin marşrutlar üzrə hərəkətinə maneə yaradan avtomobillər müəyyən olunaraq barələrində inzibati tədbirlər görülür:
“Zolaqlar üzrə hərəkət üstünlüyünə malik avtobuslarda olan vətəndaşları gecikdirən halların aradan qaldırılması üzrə inzibati tənbeh tədbirləri ilə yanaşı təbliğat-maarifləndirmə işi təşkil olunub.
Tədbirlərdə avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir. Etdikləri qanun pozuntusunun digər vətəndaşlarımıza yaratdığı çətinliklər izah olunmaqla bu halın yüzlərlə vətəndaşın gecikməsinə və hərəkət intensivliyinə təsir etdiyi onların diqqətinə çatdırılır.
Bir daha vurğulayırıq ki, ictimai nəqliyyatdan istifadə edən şəxslərə hörmətlə yanaşılmalıdır. Qaydalara əməl etmək şəhərin nəqliyyat şəbəkəsində hər bir sürücünün əsas vərdişi, davranışı və intizamı olmalıdır”.
-
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib.
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.Belə ki, sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çöküb və körpü uçmaq üzrədir.
Hazırda yol ötürücüsü bağlanıb.
///Report
-
Londonda Ukrayna ilə bağlı danışıqlar keçirilib
Ukrayna, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələrinin Londonda keçirilmiş görüşü bəyanatlarla və gələcək məsləhətləşmələr barədə razılaşma ilə başa çatıb.
Median.Az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
Yermakın sözlərinə görə, iştirakçılar ABŞ Prezidenti Donald Trampın Ukraynada münaqişənin sülh yolu ilə həllinə dəstək səylərinə sadiq olduqlarını vurğulayıblar.
Qeyd edək ki, toplantıda ABŞ-dən heç bir rəsmi nümayəndə iştirak etməyib.







