Month: April 2025

  • Azərbaycanda distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib – FOTO

    Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartını qəbul edib.

    Bu barədə Azərbaycan Standartlaşdırma İnstitutu məlumat yayıb.

    Bildirilib ki, yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir.

    Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin məqsədi yeni texnologiyaların imkanlarından yararlanmaqla təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eləcə də dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.

    Yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarıb və AZSTAND onu təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

  • Президент Ильхам Алиев сел за руль автомобиля специального назначения – ФОТО

    30 апреля Президент Азербайджанской Республики Ильхам Алиев посетил Сумгайытский химический промышленный парк, где принял участие в открытии завода по производству грузовых автомобилей и автомобилей специального назначения марки IVECO ООО Az-Tex-Import.

    Азербайджанский лидер сел за руль одной из машин специального назначения.






  • Prezident İlham Əliyev xüsusi təyinatlı avtomobil sürdü – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak edib.

    İlham Əliyev xüsusi təyinatlı avtomobillərdən birini idarə edib.






  • Azərbaycanda distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

    Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartını qəbul edib.

    Bu barədə Azərbaycan Standartlaşdırma İnstitutu məlumat yayıb.

    Bildirilib ki, yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir.

    Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin məqsədi yeni texnologiyaların imkanlarından yararlanmaqla təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eləcə də dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.

    Yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarıb və AZSTAND onu təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

  • Назначен гендиректор Агентства кино Азербайджана

    Новым генеральным директором Агентства кино Азербайджанской Республики (АР) при Министерстве культуры назначен Рашад Азизов.

    Соответствующий приказ подписал министр культуры АР Адиль Керимли.

    Рашад Азизов до этого назначения работал начальником отдела Творческих индустрий и цифрового развития Министерства культуры.

  • Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin edilib

    Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.

    Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb.

    Rəşad Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr, 2003-cü ildən isə Sankt-Peterburq Dövlət Universitetində aspirantura və doktorantura pillələrini bitirib. 2017-ci ildə “İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tədqiqat” mövzusunda elmi işi müdafiə edərək “hüquq elmləri doktoru” elmi dərəcəsini alıb.

    2022-23-cü illərdə Milan Politexnik Universitetində dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb.

    İnformasiya və rəqəmsal inkişaf sahələri üzrə elmi araşdırmalar aparan R.Əzizov 6 kitab, 2 monoqrafiya, ölkəmizdə və xaricdə elmi jurnallarda dərc olunmuş 30-dan çox məqalənin müəllifidir.

    O, bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb, 20 ildən artıq dövlət qulluğu stajı var. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

    2012-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində informasiya və elektron hüquq, innovasiya və rəqəmsal inkişaf, mədəniyyət sahəsində biznesin idarəedilməsi fənləri üzrə müəllim kimi fəaliyyət göstərib. 2013-cü ildən “Azərbaycan Şən və Hazırcavablar Klubu”nun rəhbəridir.

    Son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb. Nazirlik tərəfindən son illərdə həyata keçirilən mədəniyyət və yaradıcı sənayelər üzrə bir sıra layihələrin, eyni zamanda, “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı və “Şərq ölkələri kino sənayesi bazarı”nın reallaşdırılmasında yaxından iştirak edib. Mədəniyyət Nazirliyi yanında “Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi” üzrə Ekspert Şurasının üzvüdür.

    “Mədəniyyət Nazirliyinin “eCulture” Rəqəmsal İnkişaf Strategiyası”, mədəni və yaradıcı sənayelərin təsnifatlaşdırılması, “Azərbaycan Respublikası Kino Agentliyinin film istehsalının dəstəyi üzrə müsabiqə qaydaları”, “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi (ribeyt) qaydaları” və digər normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edib.

  • Версии о саботаже или диверсии в порту Шахид-Раджаи не подтвердились

    Представитель комитета по национальной безопасности Меджлиса (однопалатного парламента) Ирана отверг версии о причинах взрыва в порту Шахид-Раджаи, предполагавшие иностранное вмешательство или саботаж, передает Median.Az со ссылкой на ТАСС.

    “Насколько мне известно, никаких доказательств того, что это было результатом иностранного вмешательства, нет. Не видел ни одного отчета, где говорилось о диверсии или о вмешательстве иностранных агентов”, – приводит его слова иранская гостелерадиокомпания.

    То, что вспыхнуло в порту Шахид-Раджаи также не имеет отношения к оборонному сектору или вооруженным силам, добавил парламентарий.

    Во вторник иранский депутат Мохаммад Мехди Шахрияри допустил, что причиной взрыва в порту Шахид-Раджаи могли стать диверсия или саботаж.

  • İran limanındakı güclü partlayış təxribat idimi? – Milli Təhlükəsizlik Komitəsindən AÇIQLAMA

    İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən partlayışın səbəbləri ilə bağlı xarici müdaxilə və ya təxribat versiyalarını inkar edib.

    Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

    “Mən bildiyim qədər, bunun xarici müdaxilənin nəticəsi olduğuna dair hər hansı bir dəlil yoxdur. Mən təxribat və ya xarici agentlərin müdaxiləsindən bəhs edən heç bir hesabat görməmişəm”, – deyə o bildirib.

    Parlamentari əlavə edib ki, həmçinin Şəhid Rəcai limanında baş verənlər də müdafiə sektoru və ya silahlı qüvvələrlə əlaqəli deyil.

    Qeyd edək ki, ötən gün İran parlamentinin deputatı Məhəmməd Mehdi Şəhriyari Şəhid Rəcai limanındakı partlayışın təxribat nəticəsində baş verə biləcəyi ehtimalını dilə gətirib.

  • Очередная антикоррупционная операция в муниципалитете Стамбула: арестовано 18 человек

    В рамках второй волны антикоррупционной операции, проводимой против Стамбульского столичного муниципалитета (İBB), 18 из 30 подозреваемых, направленных прокуратурой в суд, были арестованы.

    Как сообщает Median.Az со ссылкой на TRT Haber, расследование, проводимое Главной прокуратурой Стамбула, продолжается в отношении подозреваемых, включая главу İBB Экрема Имамоглу, который был отстранен от должности после задержания. Им вменяются такие преступления, как “злоупотребление служебными полномочиями”, “создание и управление преступной организацией”, “взяточничество”, “мошенничество”, “незаконное получение персональных данных” и “вмешательство в тендер”.

    В результате операций, проведенных в Стамбуле, Анкаре и Текирдаге, были задержаны 53 человека. В отношении четырех из них применены ограничения в виде “запрета на выезд за границу” и “регулярной подписки о невыезде”. В отношении 12 человек были выбраны другие различные меры пресечения.

  • İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı növbəti əməliyyat: 18 nəfər həbs edildi

    Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan ikinci dalğa korrupsiya əməliyyatı çərçivəsində prokurorluq tərəfindən məhkəməyə göndərilən 30 şübhəlidən 18-i həbs edilib.

    Median.Az bu barədə “TRT Haber”ə istinadla xəbər verir.

    Bildirilir ki, İstanbul Baş Prokurorluğu tərəfindən saxlanıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan İBB rəhbəri Ekrem İmamoğlunun da daxil olduğu şübhəlilər barəsində “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “cinayətkar təşkilat qurmaq və idarə etmək”, “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tenderə müdaxilə” cinayətləri üzrə aparılan korrupsiya istintaqı davam edir.

    İstanbul, Ankara və Tekirdağda keçirilən əməliyyatlar nəticəsində 53 nəfər saxlanılıb. Onlardan 4-ü barəsində “xarici ölkəyə çıxış qadağası” və “müntəzəm imza” şəklində məhdudiyyətlər tətbiq olunub. 12 nəfər barəsində isə digər müxtəlif nəzarət tədbirləri seçilib.