Month: April 2025

  • May ayının hava proqnozu AÇIQLANDI

    May ayının hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumata görə, may ayında ölkə ərazisində havanın temperaturu tədricən artır.

    Son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçir.

    May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır.

    Bu ilin may ayında havanın ortaaylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

    May ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

    Bakıda və Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 18-21 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ortaaylıq temperaturu 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 32-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-62 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın ortaaylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 68-122 mm).

    Şərqi Zəngəzur – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın ortaaylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 16-21 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 52-103 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın ortaaylıq temperaturunun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 43-67 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın ortaaylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 29-34 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-166 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın ortaaylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 34-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-62 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın ortaaylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 32 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).

  • ВС РФ заняли населенный пункт Новое в Донецкой области

    Группировка войск “Запад” ВС России взяла под контроль населенный пункт Новое в Донецкой области.

    Об этом сообщили в Минобороны РФ.

  • Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya Silahlı Qüvvətləri Donetsk vilayətində yaşayış məntəqəsini tutub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əməliyyatı “Qərb” qoşun qruplaşmasının bölmələri həyata keçiriblər.

    “Donetsk vilayətindəki Novoye yaşayış məntəqəsini nəzarətə götürülüb”, – deyə məlumatda bildirilib.

  • Bakıda arvadı tərəfindən döyülən kişi XƏSTƏXANALIQ OLDU

    Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaşı tərəfindən döyülüb.

    Median.Az xəbər verir ki, hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

    Arvadı tərəfindən döyülən 1973-cü il təvəllüdlü Seymur Kərim oğlu Kərimov Sabunçu Tibb Mərkəzinə aparılıb.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.

    Xəsarət alan şəxsin son vəziyyəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 29-da, saat 22:30-da 1973-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

    “1973-cü il təvəllüdlü şəxsə baş-beyin silkələnməsi, qarın divarının əzilməsi, diz oynağının əzilməsi, biləyin səthi travması, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilib. Zəruri tibbi yardımlar göstərilən pasiyentin vəziyyəti stabil olub və öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilib.

  • Некоторым гражданам выплачена единовременная материальная помощь в размере 2 500 манатов

    В соответствии с распоряжением Президента Азербайджана Ильхама Алиева от 21 апреля 2025 года, осуществлены выплаты единовременной материальной помощи участникам Второй мировой войны 1941-1945 годов и другим лицам, указанным в документе.

    Как сообщает Median.Az со ссылкой на Министерство труда и социальной защиты населения, согласно распоряжению, в связи с 80-летием Победы во Второй мировой войне каждому ветерану-участнику боевых действий выплачено по 2 500 манатов.

    Вдовам погибших во Второй мировой войне или скончавшихся впоследствии бойцов, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу в тот период, работникам специальных формирований, выполнявших в годы Второй мировой войны поручения в интересах армии и флота в тылу сражавшихся фронтов или в оперативных зонах сражавшихся флотов, лицам, награжденным соответствующей медалью и нагрудным знаком за оборону города Ленинград в период Второй мировой войны, а также участникам блокады города Ленинград выплачена единовременная материальная помощь в размере 1 250 манатов каждому.

    Всего под действие распоряжения подпало 2 340 человек из числа ветеранов войны и приравненных к ним лиц. Единовременная материальная помощь уже переведена на их банковские счета.

  • Bəzi şəxslərə 2500 manat birdəfəlik maddi yardım ödənilib – RƏSMİ

    Prezident İlham Əliyevin 21 aprel 2025-ci il tarixli Sərəncamına əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2500 manat birdəfəlik maddi yardım ödənilib.

    İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə şəhərin mühasirəsi iştirakçılarının hər birinə isə 1250 manat birdəfəlik maddi yardım ödənilib.

    Sərəncam İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərdən ibarət ümumilikdə 2340 şəxsi əhatə edib və birdəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb.

  • Anasının sevgilisinin pulunu oğurladı, barəsində hökm oxundu

    Bakının Sabunçu rayonunda anasının tanışının pulunu oğurlamaqda ittiham olunan 2006-cı il təvəllüdlü Lalə Məmmədovanın (ad-soyad şərti verilib – red.) cinayət işinə baxılıb.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 6 mart 2025-ci ildə Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən “I əməliyyatı” kafesində baş verib.

    Bakı sakini Lalə anası Mahirənin tanışı Mehdiyə məxsus masanın üzərinə qoyduğu mobil telefonunun arxalığındakı 400 ABŞ dolları (günün məzənnəsinə görə 680 manat) pulu gizlincə götürüb.

    İstintaq orqanı tərəfindən Lalənin barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lalə Məmmədova elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, pulu ehtiyacı olduğu üçün oğurlayıb və xərcləyib.

    Zərərçəkmiş Mehdinin sözlərinə görə, təxminən bir il öncə Sabunçu bazarının yaxınlığında yerləşən kafelərdən birində Mahirə adlı xanımla tanış olub: “Özüm TIR sürücüsüyəm, Bakıya gələndə çox vaxt onunla görüşürəm. Martın 6-da axşam saatlarında Sabunçu bazarının yaxınlığında, kafelərdən birində olarkən Mahirə ilə rastlaşdım. Birlikdə “I əməliyyatı” kafesinə getdik. Həmin vaxt telefonumun qoburunun arxasında 400 dollar pulum vardı.

    Mahirə ilə birlikdə spirtli içki içdik. Bir qədər keçmiş Mahirənin qızı Lalə yanımıza gəldi, bizimlə bir masa arxasına əyləşdi, sonra getdi. Təxminən saat 22 radələrində telefonumun qoburunun arxa tərəfində olan 400 dolların yerində olmadığını gördüm. Müşahidə videokamerasına baxdıqda pulu Lalənin oğurladığını aşkar etdik. Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim”.

    Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Lalənin barəsində bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək tələbi qoyulub.

  • В Азербайджане начало ряда экзаменов перенесли на другое время

    В связи с характерной для летнего периода жаркой погодой, экзамены на бумажных носителях, которые будут проводиться 4 мая и в последующие даты, а также в июне, июле, августе и сентябре, будут начинаться в 10:00.

    Об этом сообщил Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана.

    Режим допуска в экзаменационные здания завершается за 15 минут до начала экзаменов – в 9:45. Опоздавшие абитуриенты не будут допущены к сдаче.

    Кроме того, в целях предотвращения массового скопления людей для участников экзаменов устанавливается индивидуальное время прибытия в экзаменационные здания, которое указывается в пропуске. Поэтому крайне важно приходить в указанное в пропуске время.

    Пропуск на любой экзамен размещается на сайте ГЭЦ за 5-7 дней до его проведения.

  • DİM bəzi imtahanların başlama saatını dəyişib

    Mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanılacaq.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 9:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

    Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

    Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.

  • В Азербайджане принят новый госстандарт услуг дистанционного образования

    Азербайджанский институт стандартизации (AZSTAND) на основе международного стандарта принял новый государственный стандарт AZS ISO 29994:2025 “Услуги по образованию и обучению. Требования к дистанционному образованию”.

    Как сообщает Median.Az со ссылкой на AZSTAND, новый госстандарт включает процессы проектирования, предоставления, мониторинга и оценки услуг дистанционного образования, обеспечивая соответствие международным требованиям в данной сфере.

    Целью внедрения в стране указанного госстандарта является повышение гибкости и доступности системы образования за счет использования возможностей новых технологий, а также создание широких возможностей для получения качественного образования из любой точки мира.

    Новый госстандарт рассмотрен Техническим комитетом по стандартизации “Оценка соответствия” (AZSTAND/ТК 08), одобрен AZSTAND и включен в Государственный фонд нормативных документов по стандартизации.