Month: April 2025

  • Böyük Britaniya husilərə qarşı hərbi əməliyyatlara qoşulub

    Böyük Britaniya Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ilk dəfə amerikalıların Yəməndə keçirdiyi hərbi əməliyyatlara qoşulub.

    Bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.

    Qeyd olunur ki, Britaniyanın Hərbi Hava Qüvvələri paytaxt Sənanın ətraflarında “Ənsar-Allah” təşkilatının nəzarətində olan hədəflərə zərbələr endirib.

    Həyata keçirilən hərbi əməliyyatlar barədə məlumat verən Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, məqsəd husilərin döyüş qabiliyyətini aşağı salmaq, Qırmızı dənizdə, Ədən körfəzində hərəkət edən Böyük Britaniya və digər gəmilərin təhlükəsiz hərəkətini təmin etməkdir.

  • Раскрыты потери Северной Кореи под Курской областью РФ

    Около 600 северокорейских солдат погибли в ходе боев на территории Курской области России.

    Как передает Median.Az, об этом пишет Reuters со ссылкой на данные Национальной разведывательной службы Южной Кореи.

    Из материала следует, что всего власти КНДР направили в зону украинского конфликта 15 000 военнослужащих. При этом общие потери среди северокорейских бойцов составили около 4 700 человек, включая раненых и погибших.

    При этом член комитета парламента Южной Кореи по разведке Ли Сон Квон заявил журналистам, что боеспособность солдат из КНДР “значительно улучшилась” за время участия в боевых действиях в Украине.

    “Северокорейские военные стали менее некомпетентными, поскольку они привыкают к использованию нового оружия, такого как беспилотники”, – пояснил законодатель.

    26 апреля начальник Генерального штаба Вооруженных сил РФ Валерий Герасимов доложил президенту страны Владимиру Путину о полном освобождении Курской области от украинских формирований. Тогда же российские власти подтвердили, что в боях на территории региона участвовали и военнослужащие из КНДР.

    По словам Путина, отправка северокорейских солдат в Курскую область полностью соответствовала международному праву. Он пояснил, что Москва и Пхеньян действовали в рамках Договора о всеобъемлющем стратегическом партнерстве, подписанного в июне 2024 года.

  • Rusiyanın Kursk vilayətində Şimali Koreyanın itkiləri açıqlanıb

    Kursk vilayəti ərazisində döyüşlər zamanı təxminən 600 şimali koreyalı əsgər həlak olub.

    Bu barədə “Reuters” Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinə istinadla xəbər verir.

    Materialdan bəlli olur ki, KXDR Ukrayna ilə münaqişəsi zonasına ümumilikdə 15 min hərbçi göndərib. Bu zaman şimali koreyalı döyüşçülər arasında ümumi itkilər – yaralılar və həlak olanlar da daxil olmaqla təxminən 4.7 min nəfər təşkil edib.

    Eyni zamanda, Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvü Li Son Kvon jurnalistlərə bildirib ki, KXDR-dən olan əsgərlərin döyüş qabiliyyəti Ukraynada döyüşlərdə iştirak etdikləri müddətdə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

    “Şimali Koreya hərbçiləri daha az səriştəsiz olublar, çünki onlar pilotsuz uçuş aparatları kimi yeni silahlardan istifadəyə alışırlar”, – deyə qanunverici izah edib.

    Xatırladaq ki, aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ölkə prezidenti Vladimir Putinə Kursk vilayətinin tam azad edilməsi barədə məruzə edib. Həmin vaxt Rusiya hökuməti region ərazisində döyüşlərdə KXDR hərbçilərinin də iştirak etdiyini təsdiqləyib. Putinin sözlərinə görə, şimali koreyalı əsgərlərin Kursk vilayətinə göndərilməsi beynəlxalq hüquqa tam uyğun olub. O, izah edib ki, Moskva və Pxenyan 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi çərçivəsində hərəkət ediblər.

  • İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti barədə məlumat verib.

    Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

    Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi ilboyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.

    Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunublar. Burada yüksək qənaətliliyə malik damcı-suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.

    Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.

    Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidləmə sahəsində, həmçinin saatda mindən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır.

    Layihə dəyəri 18 milyon manat olan “İsmikhanlı” bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3.3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.












  • Минуло 16 лет со дня теракта в Нефтяной академии

    Прошло 16 лет со дня террористического акта в Азербайджанской государственной нефтяной академии (АГНА, ныне – Азербайджанский государственный университет нефти и промышленности).

    Что 30 апреля 2009 года вооруженный террорист – гражданин Грузии Фарда Асад оглу Гадиров (1980 г.р.), вошел в здание второго корпуса АГНА, расположенного по адресу: город Баку, улица Диляры Алиевой, 227. Преступник, поднимаясь с первого этажа на шестой, расстреливал из пистолета Макарова всех, кто попадался ему на пути. В результате чудовищного теракта погибли 12 человек, 13 – получили ранения различной степени тяжести.

    Затем стрелок покончил с собой.

    Сразу же после случившегося была создана следственно-оперативная группа, состоявшая из сотрудников Генеральной прокуратуры и Министерства внутренних дел Азербайджана. В результате осуществленных мероприятий, к уголовной ответственности были привлечены лица, находившиеся в преступной связи с Ф.Гадировым.

    По данному факту было возбуждено уголовное дело по статьям о терроризме, умышленном убийстве, контрабанде, незаконном приобретении, хранении, ношении и перевозке огнестрельного оружия, боеприпасов, а также о незаконном приобретении, хранении и перевозке наркотических средств Уголовного кодекса АР.

    В ходе расследования правоохранительным органам стало известно, что Ф.Гадиров выполнял заказ спецслужб Армении. Согласно материалам дела, он находился в постоянном контакте с армянином по имени Мардун Гумашьян. Ф.Гадиров заранее получил крупную сумму денег и оружие для совершения теракта.

    Из материалов уголовного дела следует, что заказчик теракта в Нефтяной академии Мардун Григорьевич Гумашьян родился 6 марта 1951 года в селе Шулавер Марнеульского района Грузии. По линии Интерпола он был объявлен в международный розыск.

    Согласно решению Суда по тяжким преступлениям от 10 августа 2010 года, обвиняемые по делу Надир Алиев, Джавидан Амиров и Наджаф Сулейманов были приговорены к пожизненному заключению, Ариз Габулов – к 11 годам лишения свободы. В связи со смертью террориста (самоубийство) уголовное дело в его отношении было прекращено.

    Жертвами теракта в АГНА стали:

    1. Талех Тариел оглу Мамедов (1980 г.р., город Сумгайыт);

    2. Айна Аббасгулу гызы Гурбанова (1957 г.р., город Сальян);

    3. Тамилла Зульфугар гызы Азизова (1951 г.р., город Баку);

    4. Юсиф Тельман оглу Бандалиев (1989 г.р., город Джалилабад);

    5. Рамиз Халил оглу Абдуллаев (1940 г.р., город Баку);

    6. Меджнун Абдулвахид оглу Вахидов (1946 г.р., город Баку);

    7. Джейхун Сакит оглу Асланов (1988 г.р., город Ширван);

    8. Эмин Имамали оглу Абдуллаев (1989 г.р., город Дашкесан);

    9. Руслан Джафар оглу Бабашов (1990 г.р., Сабирабадский район);

    10. Аяз Джаваншир оглу Багиров (1988 г.р., город Баку);

    11. Шафа Афет гызы Мамедова (1978 г.р., город Баку);

    12. Савалан Аллахверди оглу Джаббаров (1987 г.р., город Баку).

    Чтим память невинных жертв террористической атаки 30 апреля 2009 года!

  • ADNA terrorundan 16 il keçir

    Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – red.) baş vermiş dəhşətli terror aktından 16 il keçir.

    2009-cu il aprelin 30-da səhər saatlarında Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov universitetin Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci tədris binasına silahla daxil olaraq ard-arda atəş açıb. O, binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açaraq, 12 nəfəri qətlə yetirib, 13 nəfəri isə yaralayıb. Qədirov daha sonra intihar edib.

    Hadisə ölkədə və cəmiyyətdə böyük sarsıntıya səbəb olub, bu gün də həmin günün ağrısı və xatirəsi unudulmur.

    Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

    Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.

    Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək İnterpola verilib.

    Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.

    Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

    Terror zamanı həyatını itirən şəxslərin siyahısı:

    1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

    2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

    3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)

    4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

    5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

    6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

    7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

    8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

    9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

    10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

    11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

    12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

    Dəhşətli terror aktının məsum qurbanlarını rəhmətlə anırıq!

  • В продукты питания добавляются запрещенные вещества? – ВИДЕО

    В последнее время люди отдаляются от натуральной пищи и все больше предпочитают продукты в упаковках. Хотя практичность и привлекательный вид этой продукции привлекают внимание, не следует забывать, что они могут быть источником потенциальной опасности для здоровья.

    Эксперты предупреждают, что этикетки на продуктах, купленных в магазинах, часто остаются без внимания. А ведь так называемые Е-добавки, указанные на них в виде кодов, могут серьезно навредить человеку. Эти ингредиенты выполняют функции красителей, загустителей и наполнителей. По словам экспертов по питанию, есть определенные добавки, которые могут даже вызвать рак.

    Евросоюз использует E-коды для облегчения идентификации пищевых добавок. Хотя насчитывается от 100 до 1 500 таких кодов, не все из них считаются вредными. Однако есть синтетические пищевые добавки, использование которых запрещено в некоторых странах.

    Как заявили в Агентстве продовольственной безопасности Азербайджана, нормы добавок в пищевых продуктах регулируются постановлением Коллегии №42 упомянутой структуры. Согласно решению, их разрешается использовать только в продукции для взрослых, в детском питании они полностью запрещены. В остальных продуктах соблюдаются предельные нормы.

    Подробнее – в сюжете Baku TV:

  • Satışdakı qidalara qadağan olunan maddələr vurulur? – VİDEO

    Son dövrlər insanlar təbii qidalardan uzaqlaşaraq getdikcə daha çox qatqılarla dolu qablaşdırılmış məhsullara üstünlük verirlər.

    Bu məhsulların praktikliyi və cəlbedici görünüşü diqqət çəksə də, onların sağlamlıq üçün potensial təhlükə mənbəyi olduğu unudulmamalıdır.

    Mütəxəssislər xəbərdarlıq edirlər ki, marketlərdən alınan bu məhsulların etiketləri çox zaman diqqətdən kənarda qalır. Halbuki həmin etiketlərdə qeyd olunan kodlar, yəni “E” indeksli qatqılar insan sağlamlığına ciddi zərər verə bilər.

    Kodların hər birinin öz mənası var. Onlar rəngləndirici, durulaşdırıcı, eyni zamanda həcmverici funksiyasını daşıyır. Qida üzrə ekspertlər deyirlər ki, istisna rəqəmlər var ki, həmin rəqəmlərin olduğu məhsulları qəbul etmək hətta xərçəng xəstəliyinə səbəb olur.

    Kodlar Avropa İttifaqının qidalara verdiyi kod sisteminin başlanğıcıdır. Şifrələrin 100-dən 1500-ə qədər davam etməsinə baxmayaraq, hamısı zərərli hesab edilmir. Amma sintetik mənşəli qida əlavələri var ki, bəzi ölkələrdə istifadəsi qadağan edilib.

    Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qidalara qatılan əlavələrin normaları adıçəkilən qurumun 42 saylı Kollegiya Qərarı ilə tənzimlənir. Qərara əsasən, yalnız uşaq qidalarında əlavə qatqıya icazə verilmir.

    Digər məhsullarda isə norma həddi gözlənilir.

    Ətraflı Baku TV-nin süjetində:

  • Европейский суд обязал Мальту закрыть программу “золотых паспортов”

    Во вторник, 29 апреля, Европейский суд в Люксембурге вынес решение, обязывающее Мальту прекратить действие программы “золотых паспортов”, признав ее нарушающей законодательство Европейского союза.

    Как сообщает Median.Az со ссылкой на The Associated Press, данное постановление было принято несмотря на то, что ранее средиземноморское островное государство приостановило выдачу таких паспортов гражданам России и Беларуси.

    Судья, комментируя свою позицию, подчеркнула, что подобная практика “равнозначна коммерциализации предоставления гражданства государства-члена ЕС и, как следствие, гражданства всего союза”. Мальта оказалась одной из последних стран, все еще позволявших состоятельным людям приобретать гражданство Евросоюза за значительные суммы. Суд постановил, что таким образом Мальта “не выполнила свои обязательства” перед ЕС.

    Примечательно, что решение Европейского суда было вынесено на фоне заявления президента США Дональда Трампа о планах введения визы “золотая карта”. Данная виза потенциально открывает путь к получению американского гражданства для инвесторов, готовых вложить в экономику страны 5 млн долларов.

  • Malta vətəndaşlığını satın almaq qadağan edildi

    Avropa Məhkəməsi Maltanın xarici vətəndaşlara vətəndaşlıq verilməsi ilə bağlı “qızıl pasport” proqramını bağlamaq qərarına gəlib. Qərarda qeyd olunur ki, Avropa İttifaqı (Aİ) ölkələrində vətəndaşlıq satıla bilməz.

    Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

    Qeyd olunur ki, Avropada zəngin şəxslərə vətəndaşlıq almaq imkanı verən bu cür proqramlar geniş yayılsa da, son illərdə onların transmilli cinayətkarlığa və sanksiyalardan yayınmağa şərait yaratdığı ehtimal olunur. Bu səbəbdən proqramlara qarşı hüquqi və siyasi addımlar atılır.

    Avropa Məhkəməsinin qərarında bildirilir:

    “Avropa İttifaqı ölkəsi vətəndaşlığı əvvəlcədən müəyyən edilmiş ödəniş və ya investisiya müqabilində verilə bilməz, çünki bu, vətəndaşlığın alınmasını kommersiya əməliyyatına çevirir”.

    Malta hökuməti isə məhkəmənin qərarına hörmətlə yanaşacağını və onun hüquqi nəticələrini araşdıracağını bildirib.

    Qeyd edək ki, 2015-ci ildən bəri “qızıl pasport” proqramı Malta hökumətinə 1.4 milyard avro gəlir qazandırıb.