Month: April 2025

  • Avstraliyada yüzlərcə koala öldürüldü

    Avstraliyanın Viktoriya ştatının rəsmiləri yanğından zərəri çəkmiş milli parkda koalaların kütləvi şəkildə ovlanmasına icazə veriblər.

    Bu barədə “Sky News” məlumat yayıb.

    Heyvanların ovlanması üçün helikopterdən atəş açan snayperçilər istifadə olunub. Ov nəticəsində 750-yə qədər koala həlak olub.

    Tədbir keçən ay Maunt-Ekls milli parkında təxminən 2 min hektar kolluğu məhv edən meşə yanğınından sonra planlaşdırılıb.

    Rəsmilər bunun zəruriliyini bir çox koalanın artıq ağır yaralandığını, su qıtlığı çəkdiyini və ya aclıq səbəbi ilə ölüm təhlükəsi qarşısında qaldığını əsas gətirərək izah ediblər. Heyvan hüquqları müdafiəçiləri isə rəsmilərin bu qərarını tənqid ediblər.

  • Ağdamda qadın qaynından əxlaqsız mesajlar aldığını iddia etdi: “Ərimə də göstərdim”

    Ağdam rayonunda 1988-ci il təvəllüdlü Elnur mübahisə zamanı qardaşı arvadı Fatiməyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə ötən il iyulun 24-də Ağdam rayonunun kəndlərindən birində baş verib.

    Ağdam rayon sakini Elnur qardaşı arvadı Fatimənin yumruqla sifətinə, tozsoran aparatının borusu ilə qoluna, çiyninə zərbələr endirib, onu təpikləyib.

    İstintaq orqanı tərəfindən Elnurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonunun kəndində yaşayır, evlidir: “Fatimə qardaşım Qafurun həyat yoldaşıdır. Onunla aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. Tez-tez mübahisələr etmişik”.

    “Dalaşdıqlarını bildirdi”

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən əvvəlki gün səhər saatlarında Zərdab rayonunda yaşayan dostu Fərid ona zəng edib və iribuynuzlu heyvan almaq məqsədilə Ağdam rayonuna gəldiyini bildirib:

    “Mənimlə birlikdə heyvanlara baxmağa getməyi xahiş etdi. Saat təxminən 11 radələrində Fərid KIA markalı avtomobillə yaşadığım kəndə gəldi. Birlikdə Ağdam rayonunun digər kəndi istiqamətində hərəkət etməyə başladıq. Fəxrəddin adlı şəxsin iribuynuzlu heyvanlarına baxmalıydıq. Kəndə çatanda Fəxrəddin bizə Bakı şəhərindən gəldiyini söylədi və gözləməyimizi xahiş etdi. Təxminən 2 saat onun yaşadığı evə gəlişini gözlədik.

    Təxminən saat 14 radələrində Fəxrəddin evə gəldi. Fərid onunla iribuynuzlu heyvanlara baxdı. Heyvanları bəyənmədiyi üçün onlar arasında alqı-satqı baş tutmadı. Biz birlikdə mənim yaşadığım kəndə qayıtdıq. Fərid məni kənd ərazisində avtomobildən endirərək getdi. Mən çatanda Qafur və Fatiməni evdə görmədim. Həyat yoldaşım Esmira dava düşdüyünü bildirdi.

    Bir neçə saatdan sonra Qafur yaşadığımız evə gələrək, baş verənləri danışdı və Fatiməni anasıgilə apardığını bildirdi”.

    “Əxlaqsızlıq təklif etməmişəm”

    Elnur qeyd edib ki, qardaşı arvadı Fatiməyə hər hansı bir əxlaqsızlıq təklif etməyib: “Həmin mesajları Fatimə mənim telefonumu götürərək özü-özünə yazıb. Mən ona mesaj yazmamışam.

    Biz eyni həyətdə yaşayırıq. Fatimə istədiyi vaxt telefonumu götürə bilib. Hadisə zamanı mən evdə yox, Fəridlə birlikdə Ağdam rayonunun digər kəndində yaşayan Fəxrəddin adlı şəxsin evində olmuşam. Qardaşım Qafurun səs yazısında niyə mənim Fatiməni döydüyümü deməsinin səbəbini bilmirəm. Hazırda Fatimə ilə barışmamışam”.

    “Aramızda tez-tez mübahisələr olurdu”

    İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, təqsirləndirilən Elnur qaynıdır, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmayıb:

    “2011-ci ildən Qafurla ailə həyatı quraraq, Bakı şəhərinə köçdük. Daha sonra Ağdam rayonunun kəndinə qayıdıb orada yaşadıq. 2013-cü ildə ərimlə rəsmi qaydada boşandıq. Dörd il ayrı yaşadıqdan sonra 2017-ci ildə yenidən Qafurla rəsmi nikaha girərək birlikdə yaşamağa başladıq. Hazırda iki övladımız var.

    Daha sonra qaynım Elnur da Bakı şəhərindən köçərək bizimlə qonşuluqda yaşamağa başladı. O, həmin ünvana köçdükdən sonra aramızda tez-tez sözlü mübahisələr oldu”.

    “Əxlaqsız təkliflər olan mesajları göstərdim”

    Zərərçəkmiş bildirib ki, həyətdə saxladığı cücələri qonşuya satan zaman qaynı Elnur bunu görüb və qardaşına məlumat verib: “Növbəti gün saat təxminən 13 radələrində həyat yoldaşım Qafur mənə toyuqları icazəsiz satdığıma görə irad bildirdi. Toyuqları satdığımı ərimə Elnurun dediyini, bununla aramızda mübahisə yaratmaq istədiyini başa düşdüm. Mən də ərimə qardaşı Elnurun mənə yazdığı nalayiq məzmunda, əxlaqsız təkliflər olan mesajları göstərdim.

    Ərim mesajlara baxdıqdan sonra Elnurun evinə getdi. Elnur mesajları guya telefonunu oğurlayaraq mənim yazdığımı bildirdi”.

    “Bizi sorğu-sual etdi”

    Fatimə qeyd edib ki, təxminən 10-15 dəqiqə sonra Elnur və əri Qafur onların yaşadıqları evə gəliblər:

    “Qafur məsələnin nə olduğunu öyrənmək üçün bizi sorğu-suala tutanda Elnur anidən üstümə gələrək, yumruqla burun nahiyəmə zərbə endirdi. Əvvəl dizi üstə yerə oturdum, sonra özümü toplayaraq ayağa qalxdım və Elnurun yaxasından tutdum.

    Qafur sol əlimin barmaqlarını tutaraq geriyə doğru qatladı. Ağrının təsirindən əlimi Elnurdan çəkdim. Elnur tozsoranın dəmiri ilə sol qol, sol yan, sol ayaq, sol çiyin nahiyələrimə zərbələr vurdu. Saçımdan tutaraq sifət nahiyəmə daha bir yumruq zərbəsi, təpiklə isə qarın və ayaq nahiyəmə zərbələr endirdi. Orada olan azyaşlı qızım ortaya girərək qışqırdı. Elnur məni buraxdı, sonra öz evlərinə getdi.

    Elnurun ardınca getmək istəyəndə həyat yoldaşım qolumdan tutaraq məni yaşadığım evə qaytardı. Məni uşaqlarımla birlikdə anamın evinə apardı”.

    Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Elnur qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

    Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb.

  • Магнитные бури: кто в зоне риска и как защититься

    Терапевт Красногорской больницы (Россия) Анастасия Лозикова в интервью News.ru предупредила об опасности магнитных бурь для людей с хроническими заболеваниями сердечно-сосудистой и нервной систем.

    По ее словам, во время геомагнитных возмущений уязвимые группы населения могут испытывать серьезные проблемы со здоровьем.

    “Головные боли, скачки артериального давления, нарушения сна – вот лишь некоторые симптомы, которые могут возникнуть у людей во время магнитных бурь, – пояснила Лозикова. – Особенно тяжело такие периоды переносят пациенты с гипертонией, гипотонией, аритмией, мигренями и хроническими головными болями. Ватные ноги, повышенная утомляемость, сонливость или бессонница, ухудшение концентрации и памяти – все это может говорить о влиянии солнечных вспышек на организм человека”.

    Врач подчеркнула, что в группе риска находятся пожилые люди, поскольку с возрастом сосудистая система становится более чувствительной к изменениям магнитного фона Земли. Кроме того, беременные женщины также должны быть начеку в период геомагнитных возмущений.

    Анастасия Лозикова рекомендовала уязвимым категориям населения следить за прогнозами геомагнитной активности и давать организму отдых, избегая перегрузок. Она посоветовала пить больше воды, ограничить употребление кофе и алкоголя, больше находиться на свежем воздухе, гулять в тени и сократить время работы с экранами, особенно вечером.

    “Пик активности геомагнитных возмущений ожидается к 24 апреля. Окончательно обстановка успокоится лишь к 29 апреля”, – резюмировала терапевт.

    В этот период особенно важно контролировать артериальное давление и при необходимости корректировать дозировку препаратов после консультации с лечащим врачом.

  • Geomaqnit qasırğaları: Risk zonasında olanlar və qorunmağın yolları

    “Geomaqnit qasırğaları ürək-damar və sinir sistemi xəstəlikləri olan insanlar üçün təhlükəlidir”.

    Median.Az-ın News.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı terapevt Anastasiya Lozikova xəbərdarlıq edib.

    Onun sözlərinə görə, Günəşdə partlayışlar zamanı həssas əhali qrupları ciddi sağlamlıq problemləri yaşaya bilərlər.

    “Başağrıları, arterial təzyiqin dəyişməsi, yuxu pozğunluqları – bunlar maqnit fırtınaları zamanı insanlarda yarana biləcək simptomlardan yalnız bir neçəsidir. Xüsusilə hipertoniya, hipotoniya, aritmiya, miqren və xroniki başağrıları olan xəstələr belə dövrləri çətin keçirirlər. Ayaqlarda zəiflik, yorğunluq, yuxululuq və ya yuxusuzluq, diqqət və yaddaşın pisləşməsi – bütün bunlar Günəş partlayışlarının insan orqanizminə təsirindən xəbər verə bilər”, – deyə Lozikova izah edib.

    Həkim vurğulayıb ki, yaşlı insanlar risk qrupundadırlar, çünki yaş artdıqca damar sistemi Yerin maqnit fonundakı dəyişikliklərə daha həssas olur.

    Bundan əlavə, hamilə qadınlar da geomaqnit həyəcanları dövründə diqqətli olmalıdırlar.

    Anastasiya Lozikova həssas əhali kateqoriyalarına geomaqnit aktivlik proqnozlarını izləməyi və həddindən artıq yüklənmədən qaçaraq, orqanizmə istirahət verməyi tövsiyə edib.

    O, daha çox su içməyi, qəhvə və alkoqol qəbulunu məhdudlaşdırmağı, təmiz havada daha çox vaxt keçirməyi, kölgədə gəzməyi və xüsusilə axşam saatlarında ekranlarla iş vaxtını azaltmağı məsləhət görüb.

    “Geomaqnit qasırğalarının aktivlik piki aprelin 24-nə gözlənilir. Vəziyyət yalnız aprelin 29-na qədər tam sakitləşəcək”, – deyə terapevt yekunlaşdırıb.

    Bu dövrdə arterial təzyiqə nəzarət etmək və lazım gəldikdə müalicə həkimi ilə məsləhətləşdikdən sonra dərman dozasını tənzimləmək xüsusilə vacibdir.

  • Вредно ли хрустеть пальцами?

    Многие люди привыкли хрустеть пальцами, но мало кто задумывается о возможных последствиях этой привычки.

    Российский врач, травматолог-ортопед Виталий Скакун развеял миф об опасности хруста пальцами и объяснил, когда стоит насторожиться, передает Median.Az.

    “Характерный звук при хрусте пальцами возникает из-за синовиальной жидкости, которая заполняет суставные полости. При резком растяжении сустава, например, при сгибании пальца, давление внутри капсулы падает, газовые пузырьки (азот, углекислый газ) схлопываются – это и есть “хруст”. Сам по себе хруст не связан с трением хрящей и не повреждает суставные поверхности”, – пояснил специалист в беседе с gazeta.ru.

    По словам Виталия Скакуна, если суставы здоровы, то безболезненный хруст не может спровоцировать развитие артрита, артроза или других заболеваний суставов рук. Однако если хруст сопровождается болью, отеком или скованностью, это может быть признаком патологии, например, остеоартрита или травмы связок.

    “Если повреждены связки или сухожилия, резкие движения могут усугубить состояние. Также хруст опасен при воспалении: артрит, бурсит или тендинит требуют ограничения нагрузки на суставы”, – предупредил врач.

    Травматолог-ортопед посоветовал не паниковать, если хруст безболезненный и не сопровождается отеком, но обратиться к врачу при появлении боли, покраснения или ограничения движений, а также если хруст возник после травмы.

  • Barmaqları şaqqıldatmaq təhlükəlidirmi? – Travmatoloq-ortoped AÇIQLADI

    Əgər barmaqları şaqqıldatmaq ağrı və ya şişkinliklə müşayiət olunmursa, bu, təhlükəli hesab edilmir.

    Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı travmatoloq-ortopedi Vitali Skakun bildirib.

    Onun sözlərinə görə, barmaqları şaqqıldadarkən eşidilən səslər oynaqların boşluqlarını dolduran sinovial mayedə yaranan qaz qabarcıqları ilə bağlıdır.

    “Oynaqlar qəfil dartıldıqda (məsələn, barmaq əyildikdə), kapsul daxilində təzyiq azalır və qaz (azot, karbon qazı və s.) qabarcıqları çökür. Məhz bu proses nəticəsində şaqqıltı səsi yaranır. Bu səs qığırdaq toxumalarının sürtünməsi ilə əlaqəli deyil və oynaq səthlərinə zərər vermir. Əgər oynaqlar sağlamdırsa, bu cür şaqqıltı artrit, artroz və ya digər oynaq xəstəliklərinə səbəb olmur,” – deyə həkim izah edib.

    Bununla belə, əgər şaqqıltı ağrı, şişkinlik və ya sərtliklə müşayiət olunursa, bu, osteoartrit və ya bağ zədələnməsi kimi patologiyaların əlaməti ola bilər.

    “Əgər bağlar və ya vətərlər zədələnibsə, qəfil hərəkətlər vəziyyəti daha da ağırlaşdıra bilər. Həmçinin iltihablı hallarda – məsələn, artrit, bursit və ya tendinit zamanı – şaqqıltı təhlükəlidir və oynağa düşən yükün azaldılması vacibdir. Əgər şaqqıltı ağrısızdırsa və heç bir şişkinlik yoxdursa, narahat olmağa dəyməz. Lakin əgər ağrı, qızartı və ya hərəkət məhdudiyyəti müşahidə olunursa, xüsusilə bu hal travmadan sonra baş veribsə, mütləq həkimə müraciət edilməlidir,” – deyə həkim yekunlaşdırıb.

  • Можно ли исправить искривление носовой перегородки с помощью аппаратов? – ВИДЕО

    В последнее время в социальных сетях распространяется информация о существовании аппаратов, способных исправить искривление перегородки носа и уменьшить его размер.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, утверждается, что уже после нескольких сеансов можно получить заметный результат.

    Однако специалисты отмечают, что устройства, предназначенные для расщепления жира в организме, категорически не подходят для использования в области носа. Подобные процедуры могут привести к серьезным ожогам кожи.

    Подробнее – в сюжете:

  • Burundakı çəpər əyriliyini aparatla düzəltməyə çalışanlara XƏBƏRDARLIQ – VİDEO

    Sosial şəbəkədə burundakı çəpər əyriliyi və iriliyi kiçiltmək üçün aparatların olduğu iddia olunur.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hətta bir neçə seansa gözlə görülən nəticələrin əldə olunduğu da qeyd olunub.

    Mütəxəssislər isə bildiriblər ki, bədəndə yağları, piyləri əritmək üçün istifadə olunan aparatlar burun üçün istifadə edilə bilməz. Belə prosedurlar dəridə qalıcı yanıqlara səbəb ola bilər.

    Ətraflı süjetdə:

  • Перед жилым зданием в Баку обрушился забор – ВИДЕО

    На улице Ильяса Эфендиева в Сабунчинском районе Баку обрушился забор перед аварийным жилым зданием, в котором проживают 23 семьи.

    Как передает Median.Az со ссылкой на ATV, один из жильцов в последний момент чудом избежал попадания под завалы.

    Отмечается, что ограда пришла в негодность после недавних проливных дождей. Граждане выражают обеспокоенность сложившейся ситуацией.

    Жилой дом был построен в 1927 году. Информация о его аварийном состоянии уже передана в соответствующие инстанции.

    Подробнее – в сюжете:

  • Bakıda binanın hasarı aşdı – VİDEO

    Bakının Sabunçu rayonu, İlyas Əfəndiyev, 6 ünvanında qəzalı binanın hasarı aşıb.

    Median.Az ATV-yə istinadən məlumat verir ki, qəza zamanı orada yaşayan sakinlərdən biri son anda dağıntılar altında qalmaqdan xilas olub.

    Belə ki, bir neçə gün öncə müşahidə edilən intensiv yağışdan sonra qəzalı binanın qarşısındakı hasar da yararsız vəziyyətə düşüb.

    Burada yaşayan 23 ailə də mövcud vəziyyətdən şikayətçidir.

    Qeyd edək ki, sözügedən bina 1927-ci ildə inşa olunub. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti üzrə məlumat verilib.

    Ətraflı süjetdə: