Month: April 2025

  • Şamaxıda torpaq sürüşməsi baş verib

    Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda qeydə alınıb.

    Sürüşmə nəticəsində yolda bir metr dərinliyində və dörd metr enində iri yarğan əmələ gəlib, nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Həmçinin yolun asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.

    Yerli sakinlər bildiriblər ki, ərazidə torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.

    Sürüşmə zonası xüsusi xəbərdarlıq nişanları ilə işarələnib.

  • Həbsdə olan ərinin qohumlarını bıçaqlayan gənc qadına hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada və qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ülviyyə Səmədovanın (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Ülviyyə Səmədova 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 2023-cü il avqustun 1-də, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində qeydə alınıb.

    Belə ki, 2002-ci il təvəllüdlü Ülviyyə Səmədova kirayə yaşadığı evdə olarkən həmin yerə həyat yoldaşının bibiləri, zərərçəkmişlər – Zülfiyyə və Ruqiyyə Səmədova (hər ikisinin ad və soyadı şərtidir) gəliblər. Onlar təqsirləndirilən şəxsin onu başqa kişilərlə ünsiyyət qurub həbsdə olan həyat yoldaşına xəyanət etməkdə ittiham ediblər. Bu səbəbdən Ülviyyə həmin şəxslərlə mübahisə edib. Bu zamanı Zülfiyyə onun ünvanına nalayiq ifadələr işlədib, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib, saçından tutaraq yerə yıxıb. Sonra təqsirləndirilən şəxs mətbəx bıçağı ilə fərdi yaşayış evinin həyətində hər iki bacıya bir zərbə endirərək onlara bədən xəsarətləri yetirib.

    Hadisədən sonra Ülviyyə Səmədova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Ülviyyə Səmədova daha əvvəl oğurluq etdiyinə görə Qaradağ Rayon Məhkəməsinin 2022-ci ildə çıxardığı hökmlə 1 il 3 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib, lakin cəzasını çəkməyib.

  • Ильхам Алиев встретился с главой Постоянного комитета Всекитайского собрания народных представителей

    23 апреля Президент Азербайджанской Республики Ильхам Алиев встретился с председателем Постоянного комитета Всекитайского собрания народных представителей Китайской Народной Республики Чжао Лэцзи.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan Prezidenti Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Глава Бакинского отделения АПБА подал в отставку

    Руководитель Бакинского регионального отделения Агентства продовольственной безопасности (АПБА) Заур Керимов подал в отставку.

    Как передает manset.az, З.Керимов написал заявление об увольнении и представил его председателю АПБА Гошгару Тахмазли.

    Вскоре после этого соответствующим приказом Тахмазли Заур Керимов был освобожден от занимаемой должности.

    Его обязанности были возложены на Эльшада Искендерова, начальника юридического отдела агентства.

    Причины отставки Заура Керимова пока неизвестны.

    Стоит отметить, что Бакинское региональное отделение АПБА считается одним из важнейших структурных подразделений агентства.

  • Zaur Kərimov vəzifəsindən getdi

    Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.

    Median.Az Manset.az-a istinadla xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.

    Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib.

    Onun vəzifəsi AQTA-nın Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Zaur Kərimovun istefasının səbəbi bəlli deyil.

    Qeyd edək ki, AQTA-nın Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.

  • Lənkərançayda brakonyerlik edənlər saxlanılıblar

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su hövzələrində qanunsuz balıq ovu və brakonyerliyə qarşı mübarizə davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan M.Miriyev və T.Rüstəmov saxlanılıblar. Onlardan balıqovlama alətləri və qanunsuz ovladıqları balıqlar aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев посетил Памятник народным героям в Пекине

    23 апреля Президент Азербайджанской Республики Ильхам Алиев посетил Памятник народным героям в Пекине.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Президент Ильхам Алиев встретился с премьер-министром Государственного Совета Китая Ли Цяном

    23 апреля Президент Азербайджанской Республики Ильхам Алиев встретился с премьер-министром Государственного Совета Китайской Народной Республики Ли Цяном.

    Об этом сообщает АЗЕРТАДЖ.