Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb.
Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Sosial şəbəkələrdə Zərdab şəhər Şıxəli Qurbanov adına 2 nömrəli tam orta məktəbdə uşaq oğurluğu iddiası ilə bağlı səsyazısı yayılıb. Sözügedən səs valideynləri təşvişə salıb.
Median.Az xəbər verir ki, səsin sahibi yaşlı kişi paltarında uşaqları hədəf alan birinin olduğunu iddia edib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır:
“Bu iddialar həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar”.
Азербайджанские пограничники пресекли попытку контрабанды наркотиков с территории Ирана с использованием беспилотного летательного аппарата.
Как сообщает Median.Az со ссылкой на Государственную пограничную службу, инцидент произошел на территории ответственности пограничного отряда “Гёйтепе”.
В результате оперативных мероприятий в качестве подозреваемых задержаны жители Масаллинского района Мехралиев Намик Хамиль оглу (1996 г.р.), Бабаев Пейман Ахмед оглу (1993 г.р.) и житель города Баку Джавадов Мухаммед Рашид оглу (1993 г.р.), направлявшиеся в сторону границы на автомобиле марки Toyota Prius с государственным регистрационным номером 54-BK-650.
Установлено, что задержанные прибыли на место происшествия с целью вывоза в общей сложности 53 кг 865 г наркотических средств.
По данному факту продолжаются оперативно-следственные мероприятия.
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, aprel ayının 22-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İrandan Azərbaycan istiqamətində keçirilməsinin qarşısı alınıb.
Sərhəd zastavası dərhal “Silaha!” komandası ilə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “54-BK-650” dövlət qeydiyyat nişanlı “Toyota Prius” avtomobili ilə həmin istiqamətə hərəkət edən Masallı rayon sakinləri – 1996-cı il təvəllüdlü Namik Hamil oğlu Mehrəliyev, 1993-cü il təvəllüdlü Peyman Əhməd oğlu Babayev və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Məhəmməd Rəşid oğlu Cavadov şübhəli şəxs qismində saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitəni götürmək məqsədilə əraziyə gəldikləri müəyyən olunub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Между Азербайджаном и Китаем отменяется визовый режим.
Соответствующее соглашение было подписано 23 апреля в Пекине в ходе церемонии подписания азербайджано-китайских документов с участием Президента Азербайджана Ильхама Алиева и председателя КНР Си Цзиньпина.
“Соглашение между Правительством Азербайджанской Республики и Правительством Китайской Народной Республики о взаимном освобождении от виз владельцев общегражданских паспортов” подписали министр иностранных дел Азербайджана Джейхун Байрамов и министр иностранных дел Китая Ван И.
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur.
Bununla bağlı saziş aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimində imzalanıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.
МЧС Азербайджана призвало автомобилистов строго соблюдать правила пожарной безопасности в транспортных средствах на фоне участившихся случаев пожаров в автомобилях.
В министерстве отметили, что только за первый квартал текущего года на горячую линию 112 по всей стране поступило 108 сообщений о возгораниях транспортных средств.
В ведомстве назвали основными причинами пожаров в автомобилях неисправности в электросистеме транспортного средства, утечки в топливной системе, высокая температура отдельных деталей, а также курение в транспортном средстве.
МЧС просит водителей строго соблюдать требования пожарной безопасности, постоянно контролировать техническое состояние автомобилей, заменять провода с поврежденной изоляцией на новые, не вносить в автомобиль изменения, нарушающие стандарты производителя, а также не курить в салоне автомобиля и не допускать других ситуаций, которые могут стать причиной пожара, в частности курение в салоне.
Кроме того, в министерстве подчеркнули, что каждое транспортное средство должно быть оснащено огнетушителем, а состояние и пригодность огнетушителя должны постоянно контролироваться.
Fövqəladə Hallar Nazirliyi (FHN) avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş yanğınların nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili onu göstərir ki, avtomobilin elektrik sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi bu yanğınların əsas səbəblərindəndir:
“Təəssüflə qeyd edilməlidir ki, təkcə 2025-ci ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 108 məlumat daxil olub və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.
Qeyd olunanları nəzərə alaraq, FHN avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır”.
FHN-in məlumatında qeyd edilib ki, avtomobillərin texniki sazlığı daim nəzarətdə saxlanılmalı, izolyasiyası pozulmuş naqillər yeniləri ilə əvəz olunmalı, avtomobildə istehsalçı normalarını pozan dəyişikliklər edilməməli və yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir:
“Nəzərə alınmalıdır ki, avtomobilin salonunda siqaret çəkmək təhlükəlidir!
Həmçinin hər bir avtomobil odsöndürən balonla təchiz edilməli və balonun saz və istifadəyə yararlı olması daim nəzarətdə saxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə saxlanılmalıdır.
Avtomobildə alışma və ya yanğınla bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın və mühərriki söndürün. “112” qaynar telefon xəttinə məlumat verin və əgər yanğın kiçikdirsə, ilkin odsöndürücü vasitələrlə yanğını söndürməyə çalışın. Yanğın güclüdürsə, buna cəhd etməyin və təhlükəsiz məsafəyə (ən azı 10 metr aralıya) çəkilin”.